Ôèðèäóí áÿé Êþ÷ÿðëè
88
224. Məmmədov, M. Sabir və mətbuat (Azərbaycan Demok-
ratik mətbuatı) /Məmməd Məmmədov; red. Kamran Məmmə-
dov.- Bakı: Elm, 1974.- 213 s.
Kitabda F.B.Köçərlinin Mirzə Ələkbər Sabirlə dərslik möv-
zusunda fikirləri verilmişdir [S.146].
225. Talıbzadə, K. Ədəbi irs və varislər /Kamal Talıbzadə;
red. Yaşar Qarayev.- Bakı: Azərbaycan, 1974.- 318 s.
Kitabın “Klassik irs və müasirlik” bölməsində “F.Köçərlinin
pedaqoji fəaliyyətinə dair yeni sənədlər” başlıqlı məqalə yer alıb
[S. 311-317].
1975
226. Alməmmədov, A. Ürəklərin birliyi /Alməmməd Al-
məmmədov.- Bakı: Gənclik, 1975.- 104s.
Kitabın “Rus ədəbiyyatına dərin məhəbbət” bölməsində
F.B.Köçərli haqqında geniş bəhs edilir [S.17-34].
1976
227. Qurbanov, Ş. Lermontov və Azərbaycan ədəbiyyatı /Şa-
mil Qurbanov.- Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1976.-65s.
Kitabda F.B.Köçərlinin etdiyi tərcümələr diqqətə çatdırılır
[S.35].
1977
228. Hacıyev, A. Uşaq nəsri tədrisinin bəzi məsələləri:
[müəllimlər üçün vəsait] /A.Hacıyev.- Bakı: Maarif, 1977.- 79 s.
Kitabda uşaq ədəbiyyatından danışılarkən F.B.Köçərlidən də
bəhs edilir [S.40].
229. Məmmədov, Ə. Azərbaycan uşaq ədəbiyyatı /Əflatun
Məmmədov; red. Kamran Məmmədov.- Bakı: Elm, 1977.- 160 s.
Kitabda F.B.Köçərlinın “Dəbistan”, “Rəhbər”, “Məktəb”
jurnallarında çap olunan məqalələrindən bəhs olunur [S.132-142].
230. Mənafi, M. Mirzə Əbdürrəhim Talıbov: [həyatı və yara-
dıcılığı] /Mirəli Mənafi; red. H.Məmmədzadə.- Bakı: Elm, 1977.-
161 s.
Áèáëèîãðàôèéà
89
Kitabda F.B.Köçərlinin Mirzə Əbdürrəhim Talıbov haqqında
fikirləri verilmişdir [S.15;52-55;72].
1978
231. Ağayev, Ə. Azərbaycan maarifpərvərləri şəxsiyyət haq-
qında /Əjdər Ağayev.- Bakı: Maarif, 1978.- 54 s.
Kitabda F.B.Köçərlinin şəxsiyyətin formalaşmasında tərbiyə
ilə mühitin əlaqəsi haqqında fikirləri öz əksini tapmışdır [S.48-50].
232. Bəktaşi, İ. “Azərbaycan ədəbiyyatı tarixi materialları”
haqqında: F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi material-
ları” /İnayət Bəktaşi; elmi red. X.Əlimirzəyev; red. A.Zeynalov.-
Bakı: ADU-nun nəşri, 1978.- 80 s.
Kitabın içindəkilər: Klassik irs və el ədəbiyyatımızın bəzi
məsələləri [S.5]; “Dürri yeganə” [S.23]; Qədim klassik irs [S.29];
İctimai poeziya [S.34]; Realist ənənələrin güclənməsi [S.49];
“Bahar əyyamı və Hacı Seyid Əzim Şirvani dövrü” [S.58];
Mütərəqqi ənənələrin davamçıları [S.68].
233. Əzizov, Ə. Uşaqların sevimliləri: [XX əsr Azərbaycan
uşaq ədəbiyyatı tarixindən] /Ə.Əzizov.- Bakı: Gənclik, 1978.-
125 s.
Kitabda F.B.Köçərlinin A.Şaiqə yazdığı məktublarda onunla
məsləhətləşməsi, onun yaradıcılığı haqqında fikirləri verilib
[S.35].
234. Məmmədov, X. XIX əsrin sonu, XX əsrin əvvəlində
Azərbaycan maarifçi realist ədəbiyyatı: xüsusi kurs /Xeyrulla
Məmmədov.- Bakı: APİ-nin nəşriyyatı, 1978.- 110 s.
F.B.Köçərlinin ilk tərcümə kitabından bəhs edilir [S.60-61].
235. Şaiq, A. Əsərləri /tərt. K.Talıbzadə; red. S.Hüseynova.-
Bakı: Yazıçı, 1978.- C.V: Xatirələr. Məktublar.- 502 s.
Kitabda F.B.Köçərli haqqında yazıçının xatirələri verilmişdir
[S.346-348].
236. Talıbzadə, K. Sənətkarın şəxsiyyəti /Kamal Talıbzadə;
red. Y.Qarayev.- Bakı: Yazıçı, 1978.- 378 s.
Kitabın “F.B.Köçərlinin ədəbi-tənqidi görüşləri” bölməsi
ədibin yaradıcılığına həsr olunub [S.141-190].
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
90
237. Zeynalov, A. “Kəşkül”də bədii ədəbiyyat /A.Zeynalov.-
Bakı, 1978.- 146 s.
Kitabda F.B.Köçərli haqqında məlumatlar verilib [S.54-
55,74-75,88-89].
1979
238. Nəbiyev, B. Təzə izlər sorağında: [məqalələr] /Bəkir
Nəbiyev.- Bakı: Yazıçı, 1979.- 214s.
Kitabdakı rus şairi A.S.Puşkinə həsr edilmiş “Dostluq telləri”
məqaləsində F.B.Köçərlinin dilimizə tərcümə etdiyi “Balıqçı və
balıq” nağılından bəhs edilir [S.162-163].
1980
239. Hacıyev, A. Tiflis ədəbi mühiti /Abbas Hacıyev; red.
K.Talıbzadə.- Bakı: Yazıçı, 1980.- 182 s.
Kitabda F.B.Köçərlinin Tiflis şəhərində ədəbi fəaliyyəti
geniş işıqlandırılıb [S.61-72].
240. Qurbanov, Ş. Ədəbi dostluq: Zaqafqaziyanın
rus dilli
mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri /Şamil Qurbanov.-
Bakı: Yazıçı, 1980.- 187s.
Kitabda o dövrün rus mətbuatında F.B.Köçərlinin mühüm
rolundan bəhs olunur [S.50-52].
241. Mirəhmədov, Ə. Azərbaycan Molla Nəsrəddini /Əziz
Mirəhmədov.- Bakı: Yazıçı, 1980.- 430s.
Kitabda F.B.Köçərlinin dövrünün maarifpərvər ziyalıları
haqqında fikirləri verilmişdir.
1981
242. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı:
Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyası, 1981.-
C.5.- 591 s.
Ensiklopediyada F.B.Köçərli haqqında geniş məlumat veril-
mişdir [S.554].
243. Cəfərzadə, Ə. Azərbaycan poeziyasında xalq şeiri üslu-
bu (XIX əsr materialları əsasında) /Əzizə Cəfərzadə.- Bakı:
ADU-nun nəşri, 1981.- 76s.
Áèáëèîãðàôèéà
91
Kitabda F.B.Köçərlinin Azərbaycan şairi Qasım
bəy Zakir
haqqında məlumatları araşdırılır [S.40-42].
1982
244. Mir Cəlal. XX əsr Azərbaycan ədəbiyyatı /Mir Cəlal,
Firidun Hüseynov.- Bakı: Maarif, 1982.- 426 s.
Kitabın ədəbiyyatşünaslıq bölməsində Firidun bəy Köçərli
haqqında geniş məlumat verilmişdir [S.412-425].
1983
245. Azərbaycan Sovet ədəbiyyatşünaslığı: biblioqrafiya
/tərt.ed.: Nazim Axundov, Ofelya Bayramova, Rasim Tağıyev,
Vəcihə Feyzullayeva.- Bakı: Elm, 1983.- 941 s.
Kitabda Firidun bəy Köçərli haqqında geniş məlumat veril-
mişdir [S.394].
246. Əhmədov, C. Ədəbiyyat tədrisində bədii təhlil /Camal
Əhmədov.- Bakı: Maarif, 1983.- 130 s.
Kitabın “Lirik əsərlərin tədrisində sənətkarlıq məsələləri”
bölməsində F.B.Köçərlinin dövrünün bəzi şairləri haqqında
fikirləri verilmişdir [S.70-93].
247. Mehdizadə, Z. A.O.Çernyayevskinin həyatı və pedaqoji
fəaliyyəti /Z.Mehdizadə.- Bakı: Maarif, 1983.- 88 s.
F.B.Köçərlinin A.O.Çernyayevski haqqında fikirləri verilib.
[S.20-21;26-27;52-53;56-57;78-79].
248. Məmmədov, Ə. Azərbaycan bədii nəsri: [XIX əsrin
sonu, XX əsrin əvvəlləri] /Əflatun Məmmədov (Saraçlı); red.
Kamal Talıbzadə.- Bakı: Elm, 1983.- 184 s.
Kitabda Ə.Talıbovun, C.Məmmədquluzadənin əsərləri
haqqında F.B.Köçərlinin fikirləri verilib [S.20; 26; 63].
249. Namazov, Q. Azərbaycan uşaq ədəbiyyatı: [ali məktəb-
lər üçün dərslik] /Q.Namazov; red. Teymur Əhmədov.- Bakı:
Maarif, 1983.- 275 s.
Kitabda F.B.Köçərlinin “Balalara hədiyyə” kitabı haqqında
yazıçı-tənqidçi Seyid Hüseynin fikirləri, həmçinin F.B.Köçərlinin
ana dili haqqında yazıları verilmişdir [S.86-87].