Fuad Məmmədov
68
ğıdır. “Sosial dövlətdə”
demokratik idarəetmə mədəniyyəti, şəxsiyyətin hər-
tərəfli inkişafının, cəmiyyətin sosial-mədəni tərəqqi və rifah təminatının za-
mini kimi, milli dövlətçiliyin möhkəmləndirilməsi üçün insanın qabiliyyət-
lərinin azad inkişafı və onun istedadının, enerjisinin və yaradıcı fəaliyyət
nəticələrinin istifadəsi üçün şəraitin təmin edilməsini nəzərdə tutur.
Demokratik idarəetmənin effektivliyi üçün insanların - həm dövlət struk-
turları işçilərinin, həm də ruhi və maddi istehsalın müxtəlif sahələrində çalı-
şan bütün ölkə vətəndaşlarının qiymətləndirilməsi sisteminin prinsip və me-
yarları başlıca əhəmiyyət daşıyır. Onlar ədalətli xarakter daşımalı, “qiymət-
ləndirmənin qızıl qaydası” hesabıyla qurulmalı, həm fərdi, vətəndaş, həm
də ümummilli maraqlara cavab verməlidir. Məsələn, demokratik idarəetmə
mədəniyyətinə malik rəhbər peşə fəaliyyəti və xidmətlərinin konkret nəticə-
lərinin açıq müzakirəsi əsasında əməkdaşların mükafatlandırılması, kollek-
tivin fikrini nəzərə almaq, səriştəli əməkdaşları qərarların qəbuluna cəlb et-
mək haqqında qərar qəbul edir. Demokratik prinsiplərə zidd, аvtoritar idarə
üslubu üçün xarakterik olan ədalətsizlik, mənəvi və siyasi məsuliyyətsizlik,
işdə qeyri-şəffaflıq, məxfilik, idarəetmədə volyuntarizm və favoritizm süni
ziddiyyətlər doğurur və istehsalın səmərəliliyini azaldır, buna görə demo-
kratik dövlətlərdə qəbuledilməz hesab edilir.
Dövlət idarəçiliyinin effektivliyinə qoyulan vacib tələblərdən biri qa-
baqlayıcı təkrar istehsal, maddi və ruhi rifahın əsas istehsal mənbəyi olan
alimlərin, müəllimlərin və mütəxəssislərin düzgün qiymətləndirilməsi, mo-
tivasiyası və istifadəsidir. Demokratik ölkələrdə rəqabət qabiliyyətini qoru-
yan dövlət siyasəti və dövlət idarəçiliyinin ciddi vəzifəsi siyasətçilərdə və
məmurlarda alimlərin elmi nailiyyətlərinə, innovasiyalarına və ixtiralarına
vaxında reaksiya vermək və layiqincə qiymətləndirmək, onların erkən əmə-
li tətbiqi üçün şərait yaratmaq bacarığını təmin etməkdir. Cəmiyyətin həyat
fəaliyyətinin müxtəlif sahələrində proqressiv texnoloji dəyişikliklərə yar-
dım edən intellektual potensialın və mədəni təşəbbüslərin əhəmiyyəti və
strateji rolunun dövlət tərəfindən adekvat qiymətləndirilməsi bacarıqsızlığı,
dövlətin milli inkişafında bu başlıca mənbənin itkisinə aparır. Düzgün, hə-
yat qabiliyyətli ideyalar və layihələr ekspertlərin rəyini almalı və vaxtında
həyata keçirilməlidir. Bu isə öz növbəsində, dövlət idarəçiliyi sahəsində
universal kulturoloji biliklərə, strateji və taktik idarəetmə problemlərinin
sistemli və situativ təhlili üçün metodoloji imkanlar və kulturologiyanın ən
yeni nailiyyətlərindən istifadə etmək bacarığına malik yüksək ixtisaslı mü-
təxəssislərin peşəkar hazırlığını və yenidən hazırlığını tələb edir. Ölkənin
intellektual potensialının lazımınca qiymətləndirilməməsi, həmçinin zehni
fəaliyyət və mədəni innovasiyaların nəticələrindən əməli istifadənin çatış-
mayan sürəti eynilə zəmanəsini qabaqlayan tərəqqipərvər alimlərin şəxsiy-
İdarəetmə mədəniyyəti
69
yətinin və onların əməyinin qiymətləndirilməsinə subyektiv yanaşma kimi,
elmi nailiyyətlərin aktuallığının itkisinə aparıb çıxarır. Bu isə hakimiyyətə
inamın itməsi, cəmiyyətdə milli və sosial həmrəyliyin dağılması ilə nəticə-
lənə bilən vaxtın, insan əməyinin, ölkənin maddi və maliyyə vəsaitlərinin
itkisi deməkdir. Çətin ki, belə "məsrəflər" səmərəli dövlət idarəçiliyinin təs-
diqi olsun. Onlar cəmiyyətin sosial-mədəni tərəqqisinin ümumi templərində,
son nəticədə isə - dövlətin rifahında, rəqabət qabiliyyətində və təhlükəsizli-
yində özünü göstərir.
Məlumdur ki, yaranmış obyektiv və subyektiv sosial ziddiyyətləri, cə-
miyyətin ağıl, elm və yüksək idarəetmə mədəniyyəti əsasında həll etmək iq-
tidarsızlığı, çox zaman milli mədəniyyətin tənəzzülünə səbəb olan mövhu-
mat, xurafat, dini fanatizm və aqnostisizmin yayılması üçün şərait yaradır.
Bu daxili çağırışlarla bacarmaq iqtidarında olmayan ölkələr, dünya siviliza-
siyası mütərəqqi inkişaf qanunlarının doğurduğu proseslərlə şərtlənən xarici
çağırışlar qarşısında gerilik və köməksizlik vəziyyətində qalmaq təhlükəsi
altındadırlar. Bu eyni zamanda dövlət idarəçiliyi mədəniyyətinə yüksək tə-
ləblərlə şərtlənir.
Müasir bürokratа siyasətdəki dəyişiklikləri izləmək, vətəndaş cəmiyyəti-
nə, cəmiyyətin əhval-ruhiyyəsinə qulaq asmaq və parlamentdəki rəylərlə
hesablaşmaq məcburiyyətində olduğu mürəkkəb demokratiya şəraitində iş-
ləmək lazım gəlir. Bütün səviyyələrdə müasir liderlərin idarəetmə mədəniy-
yəti - dünya mədəniyyəti və sivilizasiyasının inkişafı, demokratik ictimai-
siyasi sistemin təkmilləşdirilməsi, demokratik ölkə vətəndaşlarının rifahına
və həyat keyfiyyətinin davamlı inkişafına yönəldilməsi ilə bağlı dəyişiklik-
lərə həssas yanaşmalıdır. Bununla əlaqədar olaraq, BMT-nin inzibati-dövlət
fəaliyyəti üzrə ekspertləri idarəetməyə, - mahiyyəti “dövlət proqramları və
layihələri üzrə, həmçinin onların həyata keçirilməsi üzrə məqsədlərin inki-
şafı, planların işlənıb hazırlanması və qərarların qəbulunun müəyyən olun-
masında ictimaiyyətin daha geniş iştirakı” ilə şərtlənən yanaşma uğrunda
çıxış edirlər. XX əsrin axırlarında BMT-nin ekspertləri tərəfindən, demo-
kratik idarəetmə mədəniyyəti səviyyəsinə birbaşa aidiyyəti olan, dövlət ida-
rəçilik nəzəriyyəsi sahəsində tədqiqatların inkişafını ləngidən amillər aşkar
edilmişdir. Bu amillər bu gün də öz əhəmiyyətini itirməyib. Aşagıda göstə-
rilənlər onların sırasındadır :
Peşəkar dövlət qulluqçularının müasir elmin nailiyyətlərinə ma-
rağının azlığı və elmi metodların dövlət idarəçiliyi praktikasına tətbiqi
məsələlərinə diqqətin qeyri-qənaətbəxş olması.
Qərarların qəbulu prosesinin elmi təhlildən ayrı düşməsi.
Aparılan tədqiqatların dövlət idarəçiliyinin praktik məsələlərin-
dən və hökumətin ən vacib tələblərindən ayrı düşməsi.