54
Bu gün bütövlükdə qiymətli kağızlar bazarının tənzimləməsinin əsas hədəfi orta
müddətli perspektivdə müasir, optimal tənzimlənən və effektiv fəaliyyət göstərən fond
bazarlarının
formalaşdırılmasıdır.
Bu
məqsədlə,
hüquqi-normativ
bazanın
təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması; inteqrasiya edilmiş və
tam avtomatlaşdırılmış fond bazarı infrastrukturunun formalaşdırılması; tələb və
təklifin stimullaşdırılması vasitəsilə kapital bazarı alətlərinin və xidmətlərin çeşidinin
genişləndirilməsi; ictimaiyyətin, yerli və xarici investorların Azərbaycan qiymətli
kağızlar bazarı haqqında məlumatlandırılması və maarifləndirilməsi; və nəhayət
müasir, qabaqlayıcı və effektiv tənzimləyici rejimin tətbiq edilməsi istiqamətlərində
fəaliyyət nəzərdə tutulur. Hazırda, strategiyanın əlaqələndirilmiş və kompleks tədbirlər
planının tamamlanması və onun icrası üçün geniş beynəlxalq texniki yardımın cəlb
edilməsi prosesləri davam etməkdədir.[6/s.201]
Son illər bu istiqamətdə çoxşaxəli tədbirlər davam etdirilir, nəzarət mexanizmləri
təkmilləşdirilmişdir. Belə ki, 2012-ci il ərzində lisenziya sahiblərinin müraciətləri
ə
sasında 2 şirkətin broker, diler və qiymətli kağızların idarə olunması fəaliyyətləri
üzrə lisenziyaları dayandırılmışdır. Bu dövrdə, broker fəaliyyəti üzrə lisenziya
müddətinin bitməsi ilə əlaqədar 1 lisenziya yenilənmiş, broker fəaliyyəti üzrə 1 yeni
lisenziya və peşəkar fəaliyyət ilə məşğul olan şəxslərə 24 ixtisas şəhadətnaməsi
verilmişdir. Hazırda peşəkar fəaliyyətlə məşğul olmaq üçün 33 lisenziya qüvvədədir.
2012-ci il ərzində aparılmış yoxlamalar nəticəsində 2 iştirakçıya fəaliyyətində aşkar
olunmuş çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar göstərişlər verilmiş, 1
iştirakçıya qarşı isə fəaliyyətində aşkar edilmiş qanun pozuntularına görə inzibati
məsuliyyətə cəlb etmə proseduruna başlanılmışdır. Həmçinin, qiymətli kağızlar
bazarında peşəkar fəaliyyətin yoxlanılmasına dair yeni metodoloji baza hazırlanmış və
2011-ci ilin sentyabr ayından etibarən tətbiqinə başlanılmışdır.
Son illər səhmdarların hüquqlarının müdafiəsi, habelə səhmdarlar arasında
münasibətlərin tənzimlənməsi təmin edilmişdir. Belə ki, təkcə 2012-ci il ərzində 454
səhmdar cəmiyyəti ilə bağlı səhmdarların hüquqlarının pozulması barədə 286 şikayət
ə
rizəsi və 45 müraciət qəbul edilərək təhlil edilmişdir. Araşdırmalar nəticəsində
fəaliyyətində qanun pozuntuları aşkar edilmiş səhmdar cəmiyyətlərinin 184-nə qarşı
55
inzibati cərimələr tətbiq edilmiş, 154-nə isə pozuntularının aradan qaldırılması
haqqında məcburi göstərişlər göndərilmişdir.
Bundan əlavə, səhmdar cəmiyyətləri tərəfindən 2012-cu ilin nəticələrinə görə
qanunvericiliyə uyğun olaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 564 illik
hesabat təqdim edilmişdir. llik hesabatın təqdim edilməməsi və ya düzgün tərtib
edilməməsi səbəbindən 346 səhmdar cəmiyyətinə qarşı inzibati cərimə tətbiq
edilmişdir.
Eyni zamanda ölkə ərazisində lotereya və idman-mərc oyunlarının
tənzimlənməsi də təkmilləşdirilmişdir. Azərbaycan Respublikası ərazisində lotereya
təşkilatçılarının və idman mərc oyunlarının operatorunun hesabatlarının qəbulunun və
təhlilinin reqlamentləşdirilməsi məqsədilə “Lotereya təşkilatçılarının hesabatlarının
qəbulu və təhlili Metodologiyası” və “ dman mərc oyunlarının operatorunun
hesabatının qəbulu və təhlili Metodologiyası” hazırlanaraq təsdiq edilmişdir.
Bununla yanaşı təkcə 2011-ci il ərzində “Azərlotereya” ASC tərəfindən 12 uduşlu
oyun, digər şirkətlər tərəfindən isə 48 stimullaşdırıcı oyun keçirilməklə cəmi 60 lotereya
oyunu təşkil olunmuş və stimullaşdırıcı lotereya fəaliyyəti ilə əlaqədar lotereya
haqqında qanunvericiliyi pozduqlarına görə 8 təşkilatçıya inzibati cərimə tətbiq
edilmişdir.
Son illər qiymətli kağızlar bazarında institusional quruculuq və inkişaf tədbirləri
də davam etdirilmişdir.
Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq
təcrübəyə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16
may 2011-ci il tarixli Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan
Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq
olunmuşdur. Həmin Dövlət Proqramında bazar arxitekturasının təkmilləşdirilməsi,
qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və
optimallaşdırılması, birbaşa emal prinsipi əsasında inteqrasiya olunmuş elektron
ticarət platformasının yaradılması və bütövlükdə qiymətli kağızlar bazarının
institusional inkişafı məsələləri üzrə 6 istiqamətdə tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur:
1.
Qiymətli kağızlar bazarının institusional inkişafı
56
2.
Maliyyə vasitə çiliyi və kollektiv investisiya sxemlə rinin fə aliyyə tinin təş kili və
təş viqi
3.
Qiymə tli kağ ızlar bazarında tə lə b və tə klifin də stə klə nmə si
4.
Maliyyə şə ffaflığ ı prinsiplə rinin və korporativ idarə etmə nin tə tbiqinin
geniş lə ndirilmə si
5.
Qiymə tli kağ ızlar bazarına dair normativ hüquqi bazanın tə kmilləş dirilmə si
6.
Qiymə tli kağ ızlar bazarına dair mə lumatlılığ ın və peşə kar hazırlığ ın yüksə ldilmə si
Qeyd olunan Dövlət Proqramının icrası 10 dövlət qurumuna həvalə olunmuş və
ə
laqələndirilməsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılmışdır. Dövlət
Proqramının səmərəli icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının bu
istiqamətdə fəaliyyətini əlaqələndirmək məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi, Mərkəzi Bank, Maliyyə, qtisadi nkişaf, Vergilər, Ədliyyə, Rabitə və
nformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi,
Auditorlar Palatası nümayəndələrindən ibarət Əlaqələndirmə Qrupu yaradılmış və
mütəmadi olaraq koordinasiya görüşləri keçirilmişdir. Həmçinin, Dövlət Proqramının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində icrasının təmin olunması məqsədilə 2011-
2012-ci illəri əhatə edən Tədbirlər Planı hazırlanmış və icrasına başlanılmışdır.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin ilk 5 il müddətində icrası
zamanı qabaqcıl beynəlxalq təcrübədən istifadə etmək, zəruri texniki, təşkilati,
məlumat dəstəyini təmin etmək məqsədilə Dünya Bankı ilə birgə Kapital Bazarlarının
Müasirləşdirilməsi Layihəsi razılaşdırılmış və layihənin maliyyələşdirilməsinin təmin
edilməsi məqsədilə 2011-ci ilin 22 sentyabr tarixində Bakı şəhərində Azərbaycan
Respublikası ilə Beynəlxalq Yenidənqurma və nkişaf Bankı arasında Kredit Sazişi
imzalanmışdır. Həmin Saziş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 307s
nömrəli, 11 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuşdur. Layihənin
icrasının səmərəliliyini təmin etmək məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsidə zəruri layihə idarəetmə və nəzarət mexanizmləri formalaşdırılmışdır.
Paralel olaraq, Avropa Birliyinin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti olan
Tvinninq layihəsinin cəlb olunması üzrə işlər həyata keçirilmişdir. Belə ki,
“Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa
Birliyinin qanunvericiliyinə uyğunlaşdırılması və institusional inkişaf” Tvinninq
Dostları ilə paylaş: |