60
genişlənərək sayı 5-ə (Qazaxıstan, Ukrayna, Belarus və Türkiyə Respublikası)
çatmışdır.
Son illər qiymətli kağızlar bazarına dair məlumatlılığın artırılması məqsədilə
müxtəlif hədəf qrupları üçün məlumatlandırma və maarifləndirmə tədbirləri davam
etdirilmişdir. Bu məqsədlə Qiymətli kağızlar bazarına dair rüblük hesabatlar, həmçinin
lisenziyası olan peşəkar iştirakçıların sayı, dövlət qeydiyyatından keçmiş korporativ və
dövlət qiymətli kağızlarının buraxılışları haqqında ümumilikdə 264 məlumat
mütəmadi olaraq internet səhifələrin və K V-lərdə yerləşdirilməklə ictimaiyyətə
açıqlanmışdır.
Bütövlükdə, son on illik ərzində qiymətli kağızlar bazarının institusional
inkişafının təmin edilməsi, qiymətli kağızlar bazarının ticarət və əməliyyat
infrastrukturunun təkmilləşdirilməsi, tənzimlənmə mexanizmlərinin qabaqcıl
beynəlxalq
təcrübəyə
uyğunlaşdırılması
və
bazar
alətlərinin
spektrinin
genişləndirilməsi sahələrində mühüm nəticələr əldə edilmişdir. Bu isə bütövlükdə
növbəti on il ərzində “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli
kağızlar bazarının inkişafı” Dövlət Proqramında əks etdirilmiş hədəflərin realizasiyası
üçün əlverişli zəmin formalaşdırmaqdadır.
2.3. Qiymə tli kağ ızların qiymə tlə ndirilmə si
Qiymətli kağızlar müəssisənin aktivlərinin mühüm növlərindən biridir. Onların
mövcudluğu və hərəkəti haqqında uçot və hesabatda əks etdirilən informasiyanın
etibarlı olması bilavasitə həmin aktivlərin qiymətləndirilməsi metodologiyası və me-
todlarından asılıdır. Qiymətli kağızların uçot və hesabatlarda qiymətləndirilməsi
metodologiyası, metod və qaydaları müvafiq normativ sənədlərdə və standartlarda öz
ə
ksini tapır.
Qiymətli kağızların alqı-satqısı, girov qoyulması, nizamnamə kapitalına daxil
edilməsi və s. əməliyyatlar ölkədə qiymətli kağızlar bazarının inkişafını stimullaşdırır.
Qiymətli kağızlar bazarının yaranması və inkişafı öz növbəsində qiymətli kağızların
qiymətləndirməsi zərurətini yaradır.
61
Qiymətli kağızlar əmlak bazarında digər əmlak növlərindən bir sıra xüsusiyyətlərinə
görə fərqləndiyindən, onların qiymətləndirilməsinə də fərqli yanaşılmalıdır və burada
ə
sas məqsəd qiymətli kağızların bazar dəyərini aşkara çıxarmaqdan ibarət olmalıdır.
Qiymətli kağızların bazar dəyərinin müəyyən olunmasına aşağıdakı əməliyyatlar
zamanı ehtiyac yaranır:
•
alqı-satqı əməliyyatları zamanı;
•
qiymətli kağızların nizamnamə kapitalına daxil edilməsi zamanı;
•
kredit götürmək üçün qiymətli kağızların girov kimi rəsmiləşdirilməsi
zamanı;
•
müəssisə və onun aktivlərinin bazar dəyərinin qiymətləndirilməsi zamanı;
•
müəssisə iflasa uğradıqda, ləğv edildikdə və ya satıldıqda onun aktivlərinin
qiymətləndirilməsi zamanı.
Qiymətləndirmə zamanı qiymətləndirici qiymətli kağızların nominal və bazar dəyərini,
səhm kimi əlamətlərini, istiqraz vərəqəsinin ləğvetmə, girov, balans və uçot dəyərlərini
nəzərə almalıdır.
Qiymətləndirici pay (ekspert adi və imtiyazlı), borc (istiqraz və veksel) və törəmə
(opsion, fyuçers) qiymətli kağızlarının bazar dəyərini aşkar etmək üçün bu qiymətli
kağızların xüsusiyyətlərini nəzərə almalıdır.
Maliyyə bazarında ən çox yayılmış qiymətli kağız kimi səhmlər və veksellərin
qiymətləndirilməsi daha aktualdır. Bu qiymətli kağızların qiymətləndirilməsinin
aparılması zamanı zəruri sənədlərin toplanması, qiymətləndirmə ekspertizasının vax-
tının və dəyərinin göstərilməsi, emitentinin kimliyi və onun hansı növünün
qiymətləndirilməsi böyük əhəmiyyət daşıyır.
Əgər qiymətli kağızın qiyməti maliyyə bazarında təyin olunursa, onun dəyərinin
müəyyən olunması və hesabatların rəsmiləşdirilməsi 2-3 gün vaxt tələb edə bilər. Bu
zaman qiymətləndirmə prosesi nisbətən asan başa gəldiyi üçün qiymətləndiricinin
mükafatı da aşağı olacaqdır. Əgər qiymətli kağızın qiyməti birjada təyin olunmursa və
yaxud onun alqı-satqı qiymətləri haqqında açıq maliyyə bazarında informasiya
yoxdursa, bu halda qiymətli kağızın bazar dəyərinin müəyyənləşdirilməsi maliyyə
bazarının cari konyunkturasının təhlilinə əsaslanmaqla aparılır. Bundan əlavə,
qiymətləndirilən qiymətli kağızın gəlirliliyi, emitentin maliyyə vəziyyətinin
62
dayanıqlığı və onun etibarlılığı təhlil edilir. Bu zaman qiymətləndirici emitentin möv-
cud maliyyə-mühasibat hesabatları əsasında maliyyə vəziyyəti haqqında tədqiqat
aparır, əlavə diskont dərəcəsini və mövcud qiymətli kağıza pul vəsaitlərinin
qoyulmasının risk dərəcəsini də müəyyən edir. Bu proses qiymətləndirici üçün kifayət
qədər vaxt və səriştə tələb etdiyi üçün onun mükafatı da çox olur.
Digər daşınar və daşınmaz əmlak növlərinə münasibətdə qiymətli kağızların girov
qoyulması bir sıra üstünlüklərə malikdir. Qiymətli kağızlarla girovun digər girov
obyektlərinə nisbətən üstünlükləri aşağıdakılardır:
1) Qiymətli kağızların dəyəri ilə borcun məbləğini tənzimləmək mümkündür. Belə ki,
girovun predmeti kimi eyni nominallı çoxsaylı səhmlər çıxış edir və lazım olduqda
borcun məbləğinə uyğun gələn səhmlərin sayı qədər girov qoyulur. Digər girovlarda
isə borcla girovun məbləği arasında fərqi aradan götürmək çətindir.
2) Qiymətli kağızları girov qoymaqla daha böyük məbləğdə kredit götürmək
mümkündür. Qiymətli kağızları girov qoymaq səhmdar cəmiyyətin bütünlüklə
dəyərini girov qoymaq deməkdir ki, bu da daşınmaz əmlaka, xüsusilə mənzilə nisbətən
daha böyük məbləğlərin cəlb edilməsinə imkan verir.
3) Daşınmaz əmlakın qiyməti tez-tez dəyişir və onun reallaşdırılmasında çətinliklər
olur. Qiymətli kağızlar isə daha likviddir və onu reallaşdırmaq daha asandır.
4) Qiymətli kağızların konkret sahibi mövcuddur və onların girov qoyulması və
satılması zamanı ailə üzvlərinin razılığı tələb olunmur. Girov qoyulmuş mənzillərin
ödənişə yönəldilməsi zamanı ailənin evdən çıxarılması ciddi problemlərlə nəticələnir.
5) Qiymətli kağızlar girov qoyularkən, girov dövlət qeydiyyatından keçirildikdən
sonra müvafiq depozitlərdə dondurulur ki, bu da girov predmetinin xarab olması,
cırılması, yanması, itirilməsi və digər mümkün təhlükələrdən qorunmasına və girovun
etibarlı saxlanılmasına imkan verir.
6) Girov qoyulmuş səhm sahibləri girovun vaxtında azad edilməsində maraqlı olduqları
üçün, alınmış kreditin təyinatı üzrə istifadəsinə və səhmdar cəmiyyətinin səmərəli
işləməsinə səy göstərir ki, bu da son nəticədə istehsalın artımına kömək edir.
7) Girov hüququ qiymətli kağızları və onlarla əlaqədar artımı, yəni qiymətli kağıza
görə ödənilən gəliri (dividendi, faizi, diskontu və s.) də əhatə etdiyinə görə həmin gəlir
Dostları ilə paylaş: |