Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə179/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   175   176   177   178   179   180   181   182   ...   189

 

509


çevriləcəklər və birləşmələr ortaya çıxacaqdır. Dünyanın bütün 

regionları  arasında  iqtisadi əlaqələr  saxlanılacaqdır və daha da 

güclənəcəkdir.  

Dövlətlər  siyasi  qütblərə  daxil  olmalarına  baxmayaraq  öz 

aralarında  iqtisadi  və  siyasi  əlaqələri  gücləndirməkdə  maraqlı 

olacaqlar. Məsələn, Türkiyə Slavyan dünyası-Türk dünyası-Çin 

siyasi  birliyində  olmasına  baxmayaraq,  ABŞ  və  Avropa  ilə, 

eləcə  də  Ərəb  dünyası  ilə  əlaqələrin  yaxşılaşmasına 

çalışacaqdır.  Düzdür,  qəbul  etmək  lazımdır  ki,  siyasi  birləşmə 

bir  siyasi  qütbdə  olan  dövlətlə  digər  siyasi  qütbdə  olan  dövlət 

arasındakı  iqtisadi  və  siyasi  əlaqələrin  yüksək  səviyyədə 

yaradılmasına öz mənfi təsirini göstərəcəkdir. 

Regionlarda 

münasibətləri 

genişləndirmək 

və 


ixtisaslaşdırmaq, 

sahələrə 

ayırmaq 

üçün 


təşkilatların 

yaradılması  prosesləri  yenə  də  güclü  olacaqdır.  Təşkilatlar 

dövlətləri tez-tez bir araya gətirəcək və onlar arasında yaxınlığı 

təmin edəcəkdir. Təşkilatlar məhz ilk növbədə inteqrasiyaya və 

yüksək səviyyəli əməkdaşlığa xidmət göstərəcəkdir. 

Dünya  siyasəti  sistemində  dövlətlər  öz  formalarını  və 

funksiya  xarakterlərini,  məzmunları  saxlayacaqlar.  Dünya 

siyasəti sisteminin əsas mərzkəzi subyektləri yenə də dövlətlər 

olacaqlar.  Beynəlxalq  münasibətləri  əks  etdirən  siyasi 

sistemlərdə  dövlətlərin  fəaliyyətləri  ilə  yanaşı,  xalqların 

özlərinin  də  fəaliyyətləri  genişlənəcəkdir.  Bu  baxımdan  da 

dövlətlərin 

beynəlxalq 

münasibətlər 

sistemində 

aparıcı 


mövqeləri  güclənəcəkdir,  ona  görə  ki,  xalqların  da  birbaşa 

iştirakları  onların  nəzarət,  təmin  etmə  və  müşahidələri  özündə 

əks  etdirən  nizamlama  funksiyaları  artacaqdır.  Digər  tərəfdən 

isə,  xalqların  özlərinin  birbaşa  iştirakından  dövlətlərin 

iştiraklarının çəkisi də azala biləcəkdir. Dünya siyasəti sistemi, 

eləcə  də  beynəlxalq  münasibətlər  sistemi  dövlətlər  və  xalqlar 

arasında 

münasibətlərin 

daha 

da 


tarzalı 

qaydada 


tənzimlənməsini təmin edəcəkdir.   


 

510


Birləşmiş  Millətlər  Təşkilatı  və  onun  tabeliyində  olan 

təşkilatlar  öz  fəaliyyətlərini  davam  etdirəcəklər.  Bununla 

yanaşı,  bəzi  təşkilatlar  öz  fəaliyyətlərini  dayandıracaqlar, 

əvəzində  isə  yeni  təşkilatlar  yaranacaqdır.  Dövlətlərin  qütbləri 

özlərinin hərbi-siyasi təşkilatlarını yaradacaqlar.  

Regionlarda  fəaliyyət  göstərən  təşkilatların  bəziləri  öz 

fəaliyyətlərini  dayandırcaq  və  yeni  təşkilatlar  meydana 

gələcəkdir.  Belə  güman  etmək  olar  ki,  ümumdünya 

münasibətlər  sisteminin  daha  da  tarazlaşmasını  təmin  etmək 

məqsədilə  BMT-nin  Təhlükəsizlik  Şurasının  daimi  üzvlərinin 

sayı arta biləcəkdir. Belə ki, ayrı-seçkiliyin aradan qaldırılması 

və  bütün  insanlar  və  dövlətlər  arasında  təqribi  tarazlığın 

yaradılmasını  təmin  etmək  istiqamətində,  eləcə  də  beynəlxalq 

aləmdə  yüksək  səviyyəli  dini  və  mədəni  tarazlı  mühitin 

yaradılmasını  təmin  etmək  prinsiplərinə  görə  müsəlman 

ölkələrindən  birinin-ya  Səudiyyə  Ərəbistanı,  ya  Misir,  ya 

Türkiyə,  ya  da  Qazaxıstanın,  gələcəkdə  BMT  Təhlükəsizlik 

Şursına daimi üzvlük məsələsi də gündəliyə gətirilə bilər.  

 

Bəzi əlavə ehtimallar 

 

Ehtimal  əsasında  belə  bir  qənaətə  gəlmək  olar  ki,  həm 

də  hadisələrin  gedişatı  onu  göstərir  ki,  eləcə  də  təxmin 

etmək  olar  ki,  SSRİ-nin  dağılması,  ümumilikdə  sosialist 

blokunun 

çökməsi 

və 

ABŞ-ın 

bloku 

çökdürmək 

istiqamətində  iqtisadi,  siyasi  və  hərbi  sahələrdə  uzun 

müddətli  mübarizəsi  heç  də  gələcək  zaman  baxımından, 

nəticə  etibarilə  ABŞ-ın  (ingilis  dünyasının)  xeyrinə 

olmamışdır.  (ABŞ SSRİ-nin dağılmasına, cürbəcür ideoloji və 

təbliğati vasitələrdən istifadə etməklə, müxtəlif istiqamətlərdən 

fəaliyyət  göstərirdi  və  buna  milyardlarla  dollar  vəsait 

xərcləyirdi. ABŞ  SSRİ-nin  raket  texnologiyasından və minlərlə 

nüvə başlıqlarından  çox  ehtiyatlanırdı. İki dövlət arasında XX 

əsrin 60-cı (Kubada) və 70-ci illərində (Yaxın Şərqdə-İsraildə, 



 

511


Misir  və  Suriyada)  kəskin  böhranlar  yaşanmışdı.  Hətta  XX 

əsrin  80-ci  illərində  ABŞ  prezidenti  R.  Reyqan  ilə  SSRİ  dövlət 

rəhbəri  M.Qorbaçov  arasında  gərgin  danışıqlar  gedirdi  və 

“ulduz 

müharibələri” 

(kosmik 

müharibələr) 

adlanan 

şişirdilmiş  müharibə  ideyaları  təhdid  elementinə  çevrilmişdi. 

SSRİ  tərəfi  isə  hesab  edirdi  ki,  ölkə  iqtisadiyyatı  “ulduz 

müharibələri”  üçün  hazır  deyil).  Belə  ki,  həmin  blokun 

mərkəzi  olan  (nüvəsi  rolunu  oynamış)  və  böyük  təbii 

sərvətləri,  elmi  və  iqtisadi  potensialı,  ən  böyük  ərazini 

özündə birləşdirən, həmçinin dünyanın ən nəhəng müdafiə 

və hücum güclərindən olan Rusiya bu gün də qalmaqdadır 

və  yeni  ideologiya  ilə  inkişaf  etməkdədir.  Dünya  təbii 

ehtiyatlarının  böyük  bir  hissəsini  öz  əlində  cəmləşdirən 

(dünya  təbii  ehtiyatlarının  təqribən  40  faizini)  Rusiya  yeni 

texnologiyalar  və  sərmayələr  hesabına,  həm  də  ətraf 

dövlətlərin  (keçmiş  SSRİ  ölkələri)  ucuz  işçi  qüvvələri 

hesabına  təsərrüfat  və  bazar  münasibətlərini  inkişaf 

etdirən  bir  dövlət  olaraq,  eləcə  də  yeni  texniki  nailiyyətlər 

hesabına 

hərbi-sənaye 

cəhətdən, 

iqtisadi 

baxımdan 

güclənməkdədir. Buna görə də Rusiya özünün dünyanın bir 

çox 

yerlərində 

hakimiyyətinin 

(təsir 

dairələrinin) 

yaranmasında  iddialıdır.  Rusiya  gələcək  üçün  yeni 

mondialist  dövlətə  çevrilmək  strategiyasını  həyata  keçirir. 

Həmin  strategiyanın  tərkibi  olaraq,  Rusiya  keçmiş  SSRİ 

məkanında  təkrar  güclənmək  iddiasındadır  və  bu 

istiqamətdə  siyasət  həyata  keçirir.  Onu  da  nəzərə  almaq 

lazımdır  ki,  Rusiya  keçmiş  Sovet  ölkələrinin  əhalisinin 

çətinliyə  dözmək  əzmindən,  çətinliklə  mübarizə  etmək 

xüsusiyyətlərindən,  kasıbçılıqlarından  istifadə  edərək, 

onları  öz  təsərrüfatında  istifadə  etməyi  bacarır.  Məsələn, 

çirkli  işlərdə  (küçələrin,  obyektlərin,  parkların  təmizliyi 

işləri)  onların  əməyindən  istifadə  edir  və gündəlik rejimsiz 

işlərdə  (məsələn,  bazar  ticarətində)  onlardan  faydalanır. 

Məlumdur  ki,  Qafqaz  və  Mərkəzi  Asiya  xalqları  üçün 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə