530
-Hindistan və Pakistan kimi ölkələr isə çoxtərəfli siyasət
həyata keçirəcəklər. Onlar həm ingilis dünyası, həm də Çin,
Slavyan və Türk dünyası ilə yaxınlaşımaq məcburiyyətində
qalacaqlar;
-XXI əsrin dünya düzənini formalaşdıran güc mərkəzlərinin
təsir məkanları arasında “çatlar” rolunu oynaya biləcək
məkanlar-dövlətlər mövcud olacaqlar. Bu dövlətlər daha çox
gərginliyin hökm sürəcəyi Avropa məkanında- heç bir dünyası
olmayan xalqların dövlətləri, olacaqlar;
-Avropa İttifaqı mövcud formasını itirə biləcəkdir. Belə ki,
buna həm Rusiyanın slavyanları geri çəkmək siyasəti, həm də
Fransa və Almaniyanın slavyanları özlərindən uzaqlaşdırmaq
siyasətləri səbəb olacaqdır. Almaniya və Fransa Avropa
nəhəngləri kimi öz statuslarını qoruyub saxlamağa çalışacaqlar,
eləcə də slavyan dünyası ilə ingilis dünyası arasında
birləşdirici, barışıdırcı rol oynayacaqlar. Bundan da istifadə
edərək özlərinin regionda təsir gücü kimi statuslarını
saxlayacaqlar;
-NATO hərbi-siyasi İttifaqı öz mövcudluğunu qoruyub
saxlayacaqdır və Rusiyanın rəhbərliyi ilə (əsasən slavyanlardan
və türklərdən ibarət) bu ittifaqa alternativ olan yeni bir hərbi-
siyasi qurum yaradılacaqdır;
-dünya müharibələrinin müxtəlif strateji müddətlərdə ayrı-
ayrı məkanlarda baş vermə risqləri ortaya çıxacaqdır və s.
Bu mövzu dünya düzəninin ümumi nəzəri əsaslarını əks
etdirir. Onu da nəzərə almaq lazımdır ki, ümumdünya
düzənində hər bir güc mərkəzinin, böyük dövlətin öz yeri
mövcud olur və öz təsir obyektləri və sferası formalaşır. Bu
baxımdan da gələcək tədqiqatda əsasən hər bir güc mərkəzinin
və güc mərkəzləri birliyinin ümumdünya siyasət mənzərəsinin
formalaşmasındakı yerini araşdırmaq, təhlil etmək, faktları,
məlumatları tədqiqata cəlb etmək məqsədəuyğun olar.
Proqnozlaşdırmada böyük dövlətin təbii və maddi
reurslarının, istehsalat xammalının zənginliyi (məsələn,
531
Rusiya, ABŞ, Kanada və s.);
əhalinin çoxluğu və əmək
sevərliliyi (zəhmətə bağlılığı) –məsələn, Çin əhalisi həm
çoxdur, həm də əməklə, -əl əməyi ilə ciddi və əhatəli şəkildə
məşğul olurlar ki, bu da ölkənin strategiyasını gücləndirir;
coğrafi-siyasi mövqenin əlverişliliyi-Rusiya-Şərqi Avropa və
Türk dünyasının əlverişli coğrafi mövqeyi mövcuddur;
okeanlarda nüfuzları-məsələn, ingilis dünyası okeanlarda
böyük təsirlərə malikdir; böyük iqtisadiyyata malik olmaları-
məsələn, ingilis dünyası buna sahibdir. ABŞ dünyada ən böyük
idxal-neft idxalı və ixrac edən ölkədir; dünyada böyük ticarət
ölkəsidir; dünyanın tranzit yolları üzərində böyük üstünlüyə
malikdir; hərbi bazaların geosiyasi məkanlar üzrə geniş
yayılması-məsələn,
ingilis
dünyası
bu
məsələdə
çox
qabaqdadır.
Bu
imkanlar
böyük
dövlətlər
arasında
paylanmışdır və böyük dövlətlərin strateji maraqlarının
genişlənməsinə xidmət edir.
Qeyd: mövzuda bəzi fikirlərin təkrarlanması hallarına
rast gəlinir. Burada başlıca məqsəd- dünya düzəninin
formalaşmasında hadisələri təhlil edərkən, baza siyasət
proseslərini oxucuya daha dərindən çatdırmaqdan və
yaddaşlarda yaxşı qalmasına nail olmaqdan ibarət
olmuşdur.