124
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Təbiət elmləri seriyası 2011
UOT 51.5
QURAQLIĞIN METEOROLOJİ ƏSASLARI
Ə.S.MƏMMƏDOV
Bakı Dövlət Universiteti
asger_mammadov@mail.ru
Hər ildə Yer kürəsinin müxtəlif regionlarında quraqlıq nəticəsində Dünya ölkələrinin
təsərrüfatına dəyən zərər milyard dollarla ölçülür. Yalnız Rusiya ərazisində son on ildə
quraqlıq Rostov, Orenburq və Ulyanov vilayətlərinin təsərrüfatlarına çox böyük dərəcədə
zərər vurmuşdur. Bunun nəticəsində 2009–cu ildə 3,6 mln hektar sahədə məhsul məhv olmuş,
nəticədə dəyən zərəri ödəmək üçün dövlət büdcəsindən bir neçə milyard məbləğində vəsait
ayrılmışdır. Quraqlığın proqnoz məqsədli tədqiqi hazırda bütün dünya ölkələri üçün təsərrüfat
əhəmiyyətli vacib məsələdir.
Açar sözlər: sirkulyasiya, anomaliya, quraqlıq, kataloq .
A.M.Alpatyev və V.N.İvanova quraqlığı meteoroloji əsaslara görə
müəyyən etməyi təklif edirlər. Bu zaman hidrometrik əmsalın aşağıdakı
düsturla hesablanmış kəmiyyət göstəricilərindən istifadə edilir:
,
(1)
Burada ∑R – vegetasiya dövründə (aprel-iyul) yağıntıların miqdarı
(mm), ∑t - 10
0
-dən yuxarı orta sutkalıq temperaturların cəmidir.
Q.T. Selyaninov K
c
-hidrotermik əmsalın çöl üçün K
c
≤0.6, meşə-çöl əra-
zisində K
c
≤0.7 olduğunu qəbul etmişdir. Bundan başqa Q.T. Selyaninov K
c
əmsalının qiymətlərindən asılı olaraq aşağıdakı iqlim tiplərini müəyyənləşdir-
mişdir:
K
c
<0.5 – yağıntıların çox az olması və çox quraq;
0.5
c
<1.0 – az rütubətli və quraq;
K
c
>1.0 – izafi rütubətli.
N. N. İvanova rütubətlənmə dərəcəsini yağıntı miqdarının mümkün
buxarlanmaya nisbəti kimi hesablayır:
125
Burada,
E = 0.0018(t+25)
2
(100-α)
mümkün buxarlanma, t–havanın orta aylıq temperaturu, α–orta aylıq nisbi
rütubətlikdir. Burada quraqlığın baş verməsi üçün K
n
≤ 0.25 ÷ 0.35 şərti ödən-
məlidir.
A.V. Meşerski quraqlığı qiymətləndirmək üçün əraziyə düşən atmosfer
yağıntılarını tədqiq etmişdir. Bu zaman yağıntıların çoxillik normasının 80%-
dən az, temperatur tərəddüdlərinin isə 1
0
-dən çox olması şərti quraqlığın baş-
landığını göstərir .
D.A. Ped quraqlıq dərəcəsini müəyyən etmək üçün aşağıdakı ifadəni
təklif edir:
,
Burada ∆T və ∆R uyğun olaraq temperatur və yağıntı anomaliyaları, σ
T
və σ
R
isə temperatur və yağıntıların normadan orta kvadratik sapmalarını
müəyyən edir.
Sonralar D.A. Ped (2) ifadəsinə ∆E – torpaq rütubətliyi üçün sapmaları
əlavə etməklə (2) ifadəsini təklif etmişdir:
, (2)
O.A. Drozdovun tədqiqatlarında quraqlıq hidrometrik əmsala görə
müəyyən edilir.
N.A. Bаqrov atmosfer anomaliyalarının müəyyən edilməsi üçün aşağıda
verilmiş düsturdan istifadə etməyi təklif etmişdir:
(3)
Burada, N–müşahidə məntəqələrinin sayı, ∆T= T - T
N
temperaturunun
T
N
– çoxillik normadan sapması; ∆T
i
–müəyyən edilmiş ay üçün temperatur
anomaliyaları, – verilmiş ay üçün temperaturun orta kvadratik dəyişməsini
göstərir. ∆R= R - R
N
atmosfer yağıntılarının R
N
– çoxillik yağıntı normasından
sapması; ∆E= E - E
N
torpaqda olan rütubətliyin E
N
– çoxillik normadan
sapmasıdır;
– isə uyğun olaraq temperatur, yağıntı və torpaqda olan
rütubətliyin dispersiyasını ifadə edir və aşağıdakı kimi hesablanır:
(4)
K-nın hesablanmış qiymətləri əsasında anomal aylar, illər və regionlar müəy-
yən edilir və quraqlıq kataloqları da tərtib edilir.
B.İ. Sazanov [2] quraqlığın qiymətləndirilməsini meteoroloji kompleks-
126
lərə görə aparmağı təklif edir. Bu zaman ( T
max
– T
min
- e) və (q–s–p) təbii
meteoroloji komplekslərdən istifadə olunması təklif edilir. Burada q-yağıntının
miqdarı, s – buludluluq, p – təzyiq sahəsi, e – rütubətliyi göstərir. Termik və
rütubətlik meteoroloji kompleksə görə cənub en dairələrində (yayda) maksi-
mal temperatur rejimi əsasən udulan qısadalğalı radiasiyadan, minimal tempe-
ratur rejimi isə effektiv şüalanmadan asılı olur. Bu zaman adveksiya nəticə-
sində termik rejim formalaşır. Digər komplekslərə görə cənub-şərqi Avropada
quraqlığı ifadə edən funksiya göstəricisi Avropa və Qərbi Sibir üzərindən
keçən qərb hava köçürmələrinin nəticəsində baş verir [1].
Quraqlıqla antisiklon xarakterli təzyiq sahələri arasında əlaqələr ilk dəfə
B.P. Multanovski tərəfindən müəyyən edilmişdir. Bu zaman Azor və Qütb
antisiklonlarının təsirləri xüsusi olaraq tədqiq edilir.
Quraqlıq üçün səciyyəvi olan sinoptik şəraitə görə troposferdə təzyiq
yalları, yaxud quraq ərazilər üzərində antisiklonik təzyiq sahələri formalaşır.
Quraqlıq tədqiqatlarında keçmiş SSRİ-də aqrometeorologiyada geniş
istifadə olunan hidrotermik əmsalın (HTƏ) qiymətləri də təhlil edilmişdir. Bu
əmsal Q.T. Selyaninov tərəfindən təklif olunmuşdur və aşağıdakı düsturla
hesablanır:
t
C
X
HT
0
10
1
,
0
/
+
=
∂
Σ
Burada X- vegetasiya dövründə düşən atmosfer yağıntılarının cəmi,
-
vegetasiya dövründə +10 - dən yuxarı orta sutkalıq hava temperaturlarının
cəmidir.
Azərbaycanın müxtəlif fiziki-coğrafi rayonlarında yerləşən 28
meteoroloji müşahidə məntəqəsinin məlumatlarına görə 1961-1997-ci illərin
hər biri üçün HTƏ-nin qiymətləri hesablanmış, sonra isə hər bir il və məntəqə
üçün HTƏ-nin orta qiyməti təyin edilmişdir. Bu qiymətlərin təhlili göstərir ki,
müşahidə dövrünün müxtəlif illərində HTƏ-nin qiymətləri 0,62-2,09 arasında
dəyişir. Hidrometrik əmsalın qiyməti vahiddən kiçik (HTƏ<1) olan illər quraq
hesab edilir. Bu illər aşağıdakılardır: 1961 (HTƏ=0,62), 1971 (0,76), 1975
(0,86), 1979 (0,96),1984 (0,96), 1985 (0,76), 1987 (0,84), 1989 (0,74), 1990
(0,94), 1991 (0,83). Göründüyü kimi, HTƏ-nin qiymətlərinin təhlili də 1971-ci
ilin quraq olduğunu təsdiq edir.
Qərb ölkələrində quraq illəri təyin etmək üçün daha çox standart-
laşdırılmış yağıntı indeksi (SPİ) üsulundan istifadə edilir [1].
Bu indeks aşağıdakı düstura görə hesablanır:
x
i
S
X
X
SPI
−
=
(5)
burada, - hər bir il üçün atmosfer yağıntılarının (illik və ya aylıq) miqdarı;
- yağıntı sırasının orta qiyməti;
- orta kvadratik meyletmədir.
127
Burada quraqlığın kəskinlik dərəcəsi aşağıdakı cədvələ görə təyin edilir
(cədvəl 1).
Cədvəl 1
Quraqlığın kəskinlik dərəcəsi
SY Quraqlığın dərəcəsi
0,0-(-0,99) Zəif
(-1,0)-(-1,49) Orta
(-1,5)-(-1,99)
Şiddətli
-2,0 və ya daha az
Çox şiddətli
(5) düsturuna əsasən Azərbaycanın ən böyük iqtisadi vilayətlərindən biri
Lənkəran təbii vilayəti üçün quraqlıq hesablanmışdır [1].
Ərazisinin 50%-ə qədəri arid zonada yerləşən Azərbaycan üçün bu
məsələnin həlli daha vacibdir. 1984 və 1986-cı illərin məlumatlarına əsasən
müəyyən edilmişdir ki, yalnız quraqlıq və daşqınlar nəticəsində respublikanın
təsərrüfatına iki ildə təqribən 3 milyon dollara qədər zərər dəymişdir. Region-
da baş berən uzun müddətli quraqlıqlar Xəzər dənizinin səviyyə tərəddüdlərinə
ciddi təsir göstərir. Məsələn, 1930-1940-cı illərdə Şərqi Avropa düzənliyində
(Volqa çayı hövzəsində) təqribən on ilə qədər davam edən quraqlıq nəti-
cəsində Xəzərin səviyyəsi kəskin şəkildə (2,5 metr) aşağı düşmüşdür. 1978-
1995-ci illərdə, əksinə yağıntıların çoxalması Xəzərin səviyyəsinin artmasına
səbəb olmuşdur. Son on beş ildə səviyyə, demək olar ki, dəyişmir. Ümumiy-
yətlə, Xəzər dənizinin səviyyə tərəddüdləri, regionda iqlim tərəddüdlərinin
göstəricisi hesab oluna bilər.
Azərbaycanda meteoroloji quraqlıqlar Ə.M. Şıxlinski tərəfindən tədqiq
edilmişdir. Tədqiqatlar nəticəsində Respublika ərazisində quraq ərazilərin 6
tipi müəyyən edilib göstərilir. Burada quraq ərazilərin təsnifatı verilərkən nisbi
rütubətliyin il ərzindəki qiymətinin onun yay üçün olan qiymətinə nisbətindən
istifadə edilir. Bu zaman aşağıdakı kriteriyalardan istifadə edilir:
I tip (kəskin quraq ərazilər) 15% / ≤5%;
II tip (güclü quraqlıqlar) 16-30% / ≤15%;
III tip( quraq ərazilər) 31-50% / ≤25%;
IV tip (mülayim quraqlıqlar) 51-70% / ≤40%;
V tip (zəif quraqlıqlar) 71-99% / ≤50%;
VI tip (nadir hallarda müşahidə olunan quraqlıqlar) 100-150% / ≤35%.
Verilmiş rayonlaşma xəritəsindən məlum olur ki, Azərbaycanın əksər
ərazilərinə müxtəlif dərəcədə quraq iqlim xüsusiyyətləri xasdır. Tədqiqatlar
zamanı yuxarıda qeyd edilən quraqlıq tiplərinə məxsus ərazilər üçün yağıntısız
günlərin sayı müəyyən edilmiş və Respublika ərazisi üçün rütubət çatışmazlığı
hesablanmışdır.
Yerinə yetirilmiş işdə, D.A. Pedin və A.V. Meşerskayanın təklif etdikləri
üsulları ümumiləşdirməklə, 1891-1987-ci illərin temperatur və yağıntı məlu-
128
matlarına əsasən Azərbaycan ərazisi üçün quraq illərin kataloqu tərtib edil-
mişdir. Müəyyən edilmişdir ki, aşağıda göstərilən illərin bütün fəsillərində
quraqlıq müşahidə olunmuşdur: Bakıda 1938, Gəncədə 1961, 1966, 1971,
Qubada 1971, 1983, Lənkəranda 1917, 1938, Naxçıvanda isə 1899-cu ildə.
Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, 1891-1987-
ci illəri əhatə edən dövrün ikinci yarısında, yəni 1940-cı ildən başlayaraq
quraqlığın təkrarlanması artmışdır. 1940-1987-ci illərdə baş vermiş quraqlıqlar
ümumi quraqlıqların 65-70%-ni təşkil edir.
Hesablamalar zamanı quraqlıq göstəricisi S
i
-lər üçün aşağıdakı
qiymətlərdən istifadə olunur:
a) quraqlıq üçün ∆T>>0 və
0
>
Δ
T
T
σ
; ∆R<<0 və
<0; ∆E<<0 və
<0
olduqda S
i
>>0 olur;
b) rütubət artıqlığı yaranan hallarda ∆T<<0 və
<0; ∆R>>0 və
> 0;
∆E>>0 və
>0 olduqda S
i
<<0 olur.
(2) ifadəsi ilə quraqlıq göstəricilərinin müəyyən edilməsi
toplananına görə
(məlumatların azlığından) böyük çətinliklər törədir. Bunun səbəbi isə torpaqda
olan rütubət çatışmazlığının çoxlu sayda parametrlərdən asılı olmasıdır. Buna
görə də, qeyd edilən səbəbdən bizim hesablamalarda
toplananı nəzərə
alınmır.
Beləliklə, Respublika ərazisi üçün quraqlıq kataloqlarını tərtib edərkən
hesablamalar həm Pedin təklif etdiyi düsturu, həm də yağıntıların 80%-dən
aşağı olması şərtləri nəzərə alınmaqla aparılır.
Hesablamalar zamanı S
i
– quraqlıq göstəricisi üçün aşağıdakı şərtlər
qəbul edilir:
a) 1≤ S
i
(τ)<2 – zəif quraqlıq, cədvəllərdə 1–kimi işarə edilir;
b) 2≤ S
i
(τ)≤3 – mülayim quraqlıq, 1
+
- kimi işarə edilir;
c) S
i
(τ)>3 – kəskin quraqlıq , 1‡ kimi işarə edilir.
Tərtib etdiyimiz kataloqlara xas olan belə bir ümumi cəhəti qeyd etmək
lazımdır ki, davamiyyət müddətləri böyük olan zəif quraqlıqlar, davamiyyət
müddəti kiçik olan digər quraqlıq tiplərindən daha təhlükəlidir. Buna bənzər
hallar Bakıda 1901, 1905, 1953, 1961, 1962, 1971-ci illərdə, Gəncədə 1938,
1953, 1961, 1962, 1966, 1971, 1987-ci illərdə, Şuşada 1901, 1902, 1938,
1940, 1961,1971-ci illərdə, Qubada 1901, 1902, 1938, 1948, 1953, 1957,
1961, 1962, 1966, 1968, 1970, 1971,1975, 1979, 1983-cü illərdə, Zaqatalada
1892, 1938, 1941, 1951, 1962, 1966, 1985-ci illərdə, Lənkəranda 1938, 1952,
1960, 1971, 1975-ci illərdə, Naxçıvanda 1899, 1930, 1938, 1961, 1962, 1968,
129
1970, 1971-ci illərdə müşahidə edilmişdir.
Təhlükə dərəcəsinə görə bitkilərin vegetasiyası dövründə baş verən
quraqlıqların təsərrüfata vurduğu zərər daha böyükdür. Bu cür quraqlıqların
əhatə dairəsi Azərbaycanda aşağıdakı kimidir: Bakıda 1916, 1917, 1925,
1938, 1971-ci illərdə, Gəncədə 1944, 1950, 1961, 1966, 1970, 1971-ci illərdə,
Şuşada 1938, 1940-cı illərdə, Qubada 1950, 1957, 1962, 1964, 1968, 1970,
1971, 1977, 1979, 1983-cü illərdə, Zaqatalada 1938, 1957, 1968, 1985-ci
illərdə, Lənkəranda 1899, 1917, 1938, 1944, 1968, 1971, 1979-cu illərdə,
Naxçıvanda 1899, 1925, 1937, 1968, 1970, 1971-ci illərdə qeydə alınmışdır.
Vangengeymin sirkulyasiya tipləri (C–meridional; E–şərq; W–qərb) ilə
quraqlıq arasında müəyyən əlaqə olduğu ədəbiyyatlarda qeyd edilmişdir. Bu
məsələyə aydınlıq gətirmək məqsədilə 1891-1997-ci illər arasında qeyd edilən
sirkulyasiya tipləri üçün tərəddüdlərin təhlili əsasında, sirkulyasiya tipləri ilə
quraqlıq paylanmaları arasında müəyyən əlaqə olduğu aşkar edilmişdir.
C–sirkulyasiya tipi ilə quraqlıq paylanmaları arasındakı əlaqələri
araşdırsaq onda bəzi maraqlı məqamları aşkar etmiş olarıq. Belə ki, 1891-
1915-ci illər arasında C–sirkulyasiya tipinin müsbət qiymətlərində quraq
illərin artdığı, 1929-1947-ci illər arasında C–tipinin mənfi qiymətlərində quraq
illərin azalması müşahidə edilmişdir. 1949-1971-ci illər arasında C–tipinin
mənfi tərəddüdlərinin azalması ilə quraq illərin sayında yenidən artma qeydə
alınmışdır (şəkil 1).
1913-1945-ci illər arasında W–sirkulyasiya tipinin tərəddüdləri müsbət
qiymət aldığı zaman Lənkaranda quraq illərin sayı azalmış, 1891-1915-ci illər-
də isə W – tipinin mənfi qiymətlər alması ilə quraq illərin sayı artmışdır. 1990-
cı illərin sonuna doğru W – sirkulyasiya tipində mənfi tərəddüdlər artdıqca
quraqlıqların təkrarlanması və kəskinlik dərəcələri yenidən artmışdır (şəkil 2).
E– irkulyasiya tipində isə 1950-ci illərə kimi əsasən mənfi tərəddüdlər,
sonrakı 1990-cı illərin sonuna kimi müsbət tərəddüdlər üstünlük təşkil etmişdir
(şəkil 3).
Beləliklə, C və W sirkulyasiya tipləri ilə quraqlıqların təkrarlanma tez-
likləri arasında müəyyən əlaqə olduğu müşahidə edildiyi halda, E tipi arasında
heç bir əlaqə forması aşkar edilməmişdir.
130
-60
-40
-20
0
20
40
60
80
1
5
9 13 17 21 25 29 33 37 41 45 49 53 57 61 65 69 73 77 81 85 89 93 97
Şək. 1. C – meridional sirkulyasiya tipi.
-100
-80
-60
-40
-20
0
20
40
60
80
100
1 5 9 13 17 21 25 29 33 37 41 45 49 53 57 61 65 69 73 77 81 85 89 93 97
Şək. 2. W – Qərb sirkulyasiya tipi.
-150
-100
-50
0
50
100
150
1 5 9 13 17 21 25 29 33 37 41 45 49 53 57 61 65 69 73 77 81 85 89 93 97
Şək. 3. E – Şərq sirkulyasiya tipi.
Beləliklə, Azərbaycanda quraqlığın meteoroloji əsasları müəyyən edil-
miş və yüzillik dövr üçün quraqlıq kataloqları tərtib olunmuşdur. Məqalədə
131
həllini tapmış məsələ quraqlığın proqnozlaşdırılması üçün müəyyən zəmin
yaratmaqla təsərrüfatın müxtəlif sahələrində istifadə oluna bilər.
ƏDƏBİYYAT
1. İmanov F.Ə., Məmmədov Ə.S. Azərbaycanın subtropik iqlim zonasında quraqlığın tədqi-
qi. Azərbaycan Coğrafiya cəmiyyəti. 2011, № 2, s. 272 – 276.
2. Сазонов Б.И. Суровые зимы и засухи. Л.: Гидромет, 1991, 240 с.
МЕТЕОРОЛОГИЧЕСКИЕ ОСНОВЫ ЗАСУХИ
А.С.МАМЕДОВ
РЕЗЮМЕ
В данной статье исследованы метеорологические показатели засухи. Для этого
был применен метод отношений аномалий температуры и осадков к их сред-
неквадратическому отклонению. Кроме этого, для осадков принято условие, что их
значение не превышает 80% их нормы. В результате для территории Азербайджана
составлен каталог засухи.
Ключевые слова: циркуляция, аномалия, засуха, каталог.
PRINCIPLES OF METEOROLOGICAL DROUGHT
A.S.MAMMADOV
SUMMARY
Meteorological indicators of drought are surveyed from the fulfilled commission. For
this, the divisibility of anomalies of temperatures and rein heads by their central square error
are computed. As a result, the drought catalog for the territory of Azerbaijan is compiled.
Key words: circulation, anomaly, drought, catalogue.
Redaksiyaya daxil oldu: 18.09.2011-ci il
Çapa imzalandı: 02.11.2011-ci il
2>0>0>0>0>0>
Dostları ilə paylaş: |