ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
955
məhsulları üzrə xarici bazarlardan asılılığın azaldılması, eti-
barlı daxili və xarici ərzaq təminatı mexanizmlərinin yaradıl-
ması və qəbul edilmiş beynəlxalq normalara uyğun olaraq, hər
bir vətəndaşın lazımi ərzaq məhsulları ilə təchiz edilməsindən
ibarətdir.
Ölkənin ərzaq təhlükəsizliyi, o cümlədən vətəndaşların
lazımi səviyyədə qidalanmasının təmin edilməsi təkcə daxili
strateji vəzifə deyil, həm də beynəlxalq hüquqi tələbdir. Azər-
baycan Respublikasının qoşulduğu “Ümumdünya insan hüquq-
ları Bəyannaməsi”ndə, “İqtisadi, sosial və mədəni hüquqlar
haqqında beynəlxalq Pakt”da, “Uşaq hüquqları haqqında bey-
nəlxalq Konvensiya”da insanların lazımi səviyyədə qidalanma
hüququnun təmin olunması məcburi beynəlxalq tələb kimi hər
bir ölkələrin qarşısında dayanır.
483
Son bir neçə ildə dünyada baş verən iqtisadi böhran, əha-
linin sayının artması ərzaq məhsullarına olan tələbatın yüksəl-
məsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər
səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında
nisbi qıtlığı müşahidə olunmuş, qiymətləri artmağa başlamış və
hətta bəzi ölkələrdə ərzaq çatışmazlığı real təhlükəyə çevril-
mişdir. Dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabit-
lik bütün dünyada olduğu kimi Cənubi Qafqaz və Azərbay-
canda da müəyyən məhsullar üzrə ərzaq çatışmazlığı və qıtlığı
yaratmışdır. Bu vəziyyət Azərbaycanda bəzi məhsullar üzrə
qiymətlərin xüsusi yüksəlməsinə öz təsirini göstərmişdir ki, bu
da ölkədə daxili ərzaq bazarının inkişaf etdirilməsi və qorun-
ması, əhalinin ərzaq təminatının idxaldan asılılığının maksi-
mum azaldılması, milli ərzaq ehtiyatlarının yaradılması və s.
istiqamətlərdə bir çox kompleks tədbirlərin görülməsini, ərzaq
483
Права человека. Сборник международных документов. Варшава, 2001,
с. 85
ßËÈ ÙßÑßÍÎÂ
956
təhlükəsizliyi sahəsində sistemli addımların atılmasını, o cüm-
lədən xüsusi dövlət proqramının qəbul edilməsini zəruri
etmişdir.
Mütəxəssislərin fikrincə, dünyada, o cümlədən Xəzər höv-
zəsi və Cənubi Qafqaz ölkələrində əhalinin sabit ərzaq təmi-
natının əsas şərtləri makroiqtisadi sabitliyə əsaslanan davamlı
inkişafın əldə edilməsi, kənd təsərrüfatı və ərzaq məhsulları
istehsalının artırılması qayğısına qalınması, yeni iş yerlərinin
açılması, əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan
qruplarının gəlirlərinin, minimum pensiya və əmək haqlarının
artırılması, ölkə miqyasında ehtiyac meyarı səviyyəsinin yaşa-
yış minimumuna çatdırılması və s. ibarətdir.
Azərbaycanda region ölkələri içərisində hamıdan əvvəl
həyata keçirdiyi kolxoz-sovxoz sisteminin ləğv edilməsi və
torpaqların özəlləşdirilməsi, davamlı aqrar islahatlar və s. nəti-
cəsində kənd təsərrüfatında nəzərəçarpacaq inkişafa nail olun-
muş, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli art-
mışdır. Bu sahədə görülən işlər kənd təsərrüfatının əsas gös-
təricilərini yaxşılaşdırmaqla yanaşı, ərzaq məhsulları istehsa-
lının strukturunda da müəyyən dəyişikliklərə səbəb olmuşdur.
İslahatlar ölkənin əkin strukturuna ciddi təsir edərək, əsas
ərzaq məhsulları istehsalının artmasına, daxili və xarici bazarın
tələblərinə uyğun formalaşmasına şərait yaratmışdır.
Azərbaycanda son illərdə ərzaq təhlükəsizliyinin təmin
edilməsinə, dövlət səviyyəsində torpaqların münbitliyinin artı-
rılmasını, aqrotexniki becərmənin, meliorasiya və su təsərrüfa-
tının inkişafını nəzərdə tutan aqrar siyasətin də mühüm təsiri
olmuşdur. Bu məqsədlə ölkənin ərzaq təhlükəsizliyi proqra-
mında bir neçə istiqamət üzrə davamlı tədbirlərin həyata ke-
çirilməsi nəzərdə tutulur. Bunlar:
torpağın münbitliyinin və məhsuldarlığının artırılma-
sı, istifadə olunmayan əkinə yararlı torpaqlar hesabına
əkin sahələrinin genişləndirilməsi;
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
957
meliorasiya sistemlərinin tikintisi;
heyvandarlığın sürətli inkişafı;
bioloji su ehtiyatlarının potensialından intensiv istifa-
də olunması;
ərzaq xammalını müasir tələblər səviyyəsində emal
edən yeni texnologiyaların tətbiqi;
aqrar-sənaye və balıq təsərrüfatı komplekslərində in-
novasion modellərlə işləməyi bacaran kadrların hazır-
lanması, onların ixtisasının artırılması və sairədən
ibarətdir.
484
Azərbaycanın ərzaq təhlükəsizliyinin prioritet istiqamətlə-
rinə ərzaq məhsulları istehsalının artırılması, əhalinin təhlükə-
siz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq tə-
minatı sisteminin institusional inkişafına dövlət dəstəyi, sahib-
karlıq mühitinin yaxşılaşdırılması sahəsində risklərin idarə
olunmasının təmin edilməsi daxildir. Göstərilən istiqamətlər
üzrə vəzifələrin yerinə yetirilməsi ölkədə sabit və adekvat ər-
zaq təklifinin formalaşdırılması, səmərəli istehsal və satış in-
frastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə
nəzarət sisteminin təkmilləşdirilməsi və s. deməkdir.
Sabit və adekvat ərzaq təklifi, ilk növbədə, aqrar sektorda
intensiv təkrar istehsalla, o cümlədən kənd təsərrüfatı məhsul-
ları emalının inkişaf etdirilməsi ilə sıx şəkildə bağlıdır. Ərzaq
təklifi kəmiyyətcə qənaətbəxş səviyyədə olmaqla yanaşı,
keyfiyyətcə də ən müasir tələblərə cavab verməli, ölkə əhalisi
ekoloji cəhətdən təmiz məhsullarla təchiz edilməlidir. Bunun
üçün ərzağın keyfiyyətinə və təhlükəsizliyinə səmərəli nəzarət
sistemi qurulmalıdır. Səmərəli istehsal, saxlanma və satış infra-
484
Bax: “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”; “2008-
2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”.http://e-qanun.az
Dostları ilə paylaş: |