Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

hüquq  və  azadlıqlarına  ziyan  vurur.  Cinayət  məcəlləsində  birbaşa  nəzərdə 

tutulmayan  hüquqazidd  əməllər  cinayət  hesab  olunmur.  Belə  ictimai  təhlükəli 

ə

məllər başqa növ hüquq pozuntularına aiddir. 



Xətalar -  hüquq pozuntusunun subyektindən, vurulmuş ziyanın xarakterindən 

və  həcmindən,  habelə  bunlara  müvafiq  olaraq  tətbiq  olunan  hüquqi  sanksiyaların 

xüsusiyyətlərindən asılı olaraq inzibati, intizam və mülki hüquqpozmalara bölünür 

ki, bunlar da müəyyən hüquq sahələrinə aid olur. 

nzibati xətalar - ən başlıcası dövlət idarəçiliyinə qəsd edən hüquqpozmalardır 

(küçə  hərəkəti  qaydalarının,  yanğın  təhlükəsizliyi  qaydalarının,  sanitar 

qaydalarının və s. pozulması). 

ntizam  xətaları  -  əmək,  xidməti,  yaxud  təhsil  intizamına  qəsd  edən  hüquq 

pozuntusudur. 

 

19.



 

Dövlət və hüququn qarşılıqlı əlaqəsi 

Hüquq  da  dövlət  kimi,  müəyyən  mərhələlərdə  cəmiyyətin  inkişafının 

məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu 

qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir: 

1.  Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki,  dövlət 

elə bir siyasi mexanizmdir ki,  o, hüququ ümumməcburi davranış qaydaları (hüquq 

normaları)  şəklində  formalaşdırır.  Qanun  -  dövlətin  müvafiq  səlahiyyətli 

orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir. 

2. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. 

Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları 

hüquq  normalarını  cəmiyyətdə  fəaliyyət  göstərən  digər  sosial  normalardan 

(məsələn, adət, əxlaq və s.) fərqləndirir. 

3. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı 

var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.Belə ki, 

dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb 

edir.  



 

20.

 

Hüquq sahələri, anlayışı və sistemi 

Hüquq  sistemi  böyük  tərkib  hissələrinə  -  hüquq  sahələrinə  bölünür.  Bu 

bölgünün əsasında ölkədə mövcud olan ictimai münasibətlərin müxtəlifliyi dayanır 

ki,  bu  da  hüquqi  nizamlanmanın  predmetini  təşkil  edir.  Hüquq  sahələrini  təşkil 

edən  hüquq  normaları  aralarındakı  fərqlərə  baxmayaraq  bir-birilə  uzlaşır,  sıx 

qarşılıqlı əlaqədədirlər, vahid bir sistem yaradırlar. ctimai münasibətlərin müəyyən 

növü  (hakimiyyət,  idarəçilik,  əmlak,  əmək  və  s.)  nizamlanma  predmetindən 

(ictimai  münasibətlərin  xarakterindən)  asılı  olaraq  hüquq  sahələrində  qruplaşan 

müvafiq hüquq normaları ilə tənzimlənir. 

Hüquq  sahəsi  -  cəmiyyət  həyatının  müəyyən  sahələrində  mövcud  olan  və 

xaraktercə  bir-birinə  yaxın,  həmcins  olan  ictimai  münasibətləri  nizamlayan,  bir-

birilə qarşılıqlı əlaqədə olan normaların məcmusudur. 

Beləliklə,  hüquq  sahələrini  hər  şeydən  əvvəl  öz  nizamasalma  predmetinə  görə 

fərqləndirirlər. 

Hər  sahənin  hüquqi  nizamasalma  predmetinin,  yəni  ictimai  münasibətlərin 

müəyyən  növünün  özünəməxsusluğu  var  ki,  bu  da  öz  növbəsində  bu 

münasibətlərin  hüquqi  xüsusiyyətlərini  təyin  edir.Ona  görə  də  hüququn  sahələr 

üzrə  bölüşdürülməsi  üçün  hüquqi  nizamasalma  metodu  hüququn  predmeti  ilə 

yanaşı digər əsası təşkil edir. 

 

 



21.

 Mülki hüququn anlayışı və  prinsipləri 

Mülki  hüquq  -  milli  hüququn  mühüm  bir  sahəsi  olub,  əmtəə-pul  və  digər 

ə

mlak  münasibətlərini,  habelə  bunlarla  əlaqədar  olan  şəxsi  qeyri-əmlak 



münasibətlərini  tənzim  edir.  Bu  münasibətlər  mülki-hüquqi  tənzimetmənin 

predmetini təşkil edir. 

Mülki  hüququn  tətbiqi  sferası  çox  genişdir.  O,  yalnız  əmtəə-pul 

münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının 

alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu 

kimi  müqavilə  münasibətlərini  nizama  salır.  Bura,  həmçinin,  vurulmuş  zərərin 




ə

vəzinin  ödənilməsi,  əsassız  varlanma  nəticəsində  əldə  edilənlərin  qaytarılması, 

ə

qli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir.  



ctimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var.  

ctimai  münasibətləri  mülki-hüquqi  tənzimetmə  metodu  dedikdə,  mülki 

münasibətləri  tənzim  edən  normalarda  nəzərdə  tutulan  forma,  üsul  və  fəndlərin 

məcmusu  başa  düşülür.  Mülki  hüququn  (predmeti  də  daxil  olmaqla)  digər  hüquq 

sahələrindən  fərqləndirilməsi  məhz  bu  metodun  aşağıdakı  xüsusiyyətləri  ilə 

səciyyələnir: 

1)  Tərəflərin bərabərliyi; 

2)  Tərəflərin  münasibətin  məzmununu  müəyyən  edən  sərbəstliyi 

(dispozitivliyi); 

3)  Tərəflərin təşəbbüskarlığı; 

4)  Münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi; 

5)  Tərəflərin əmlak məsuliyyəti. 

 

 

22.



 Mülki qanunvericilik 

 

Mülki  hüquq  normalarının,  vahidliyi  və  differensasiyası  nəzərə  alınmaqla 

qruplaşdırılması  öz  ifadəsini  mülki  hüququn  mənbələri  hesab  edilən  müxtəlif 

hüquqi normativ aktlarda tapır. Özündə əmlak və şəxsi qeyri-əmlak münasibətlərini 

tənzim  edən,  mülki  hüquq  normalarmı  əks  etdirən  aktların  məcmusuna  mülki 

qanunvericilik  deyilir.  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi 

Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Mülki Məcəllədən, digər 

qanunlardan  və  onların  əsasında  qəbul  edilən,  mülki  hüquq  normalarını 

müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.   

Mülki  qanunvericilik  mülki  hüquq  münasibətləri  subyektlərinin  hüquqi 

vəziyyətini,  mülkiyyət  hüququnun  və  başqa  əmlak  hüquqlarının  əmələ  gəlməsi 

ə

saslarını  və  həyata  keçirilməsi  qaydasını  müəyyənləşdirir,  müqavilə  və  digər 



öhdəlik  münasibətlərini,  habelə  sair  əmlak  münasibətlərini  və  onlarla  bağlı  olan 

şə

xsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 



Mülki  hüququn  mənbələri  içərisində  ən  mühüm  və  əsas  yeri  Azərbaycan 

Respublikasının  12  noyabr  1995-ci  il  Konstitusiyası  tutur.  Konstitusiyada 

mülkiyyət  və  onun  formaları,  vətəndaşların  mülkiyyət  və  əqli  mülkiyyət  hüququ, 

şə

xsi  və  mənzil  toxunulmazlığı,  sağlamlığın  qorunması,  şərəf  və  ləyaqətin 



müdafiəsi,  azad  sahibkarlıq,  zərərin  ödənilməsini  tələb  etmək  və  s.  hüquqları, 

həmçinin,  onların  həyata  keçirilməsi  təminatlarını  müəyyən  edən  məsələlər  öz 

ə

ksini tapmışdır. 



Konstitusiyadan  sonra  mülki  hüququn  mənbələri  içərisində  Azərbaycan 

Respublikasının  2000-ci  il  sentyabrın  1-dən  qüvvəyə  minmiş  Mülki  Məcəlləsi 

başlıca yer tutur. 74 fəsildən və 1325 maddədən ibarət olan bu Məcəllənin ümumi 

hissəsində  (1-566-cı  maddələr)  mülki  hüququn  ümumi  və  prinsipial  müddəaları 

təsbit  olunmuş,  xüsusi  hissədə  (567-1325-ci  maddələr)  isə  öhdəlik  hüququnun 



Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə