ki, dövlət ümumi hüququn əsas subyekti olmaqla hakimiyyətin daşıyıcısıdır. Bu
xüsusiyyət dövlətin mövcud suverenliyində ifadə olunur.
Suverenlik daxili və xarici ifadəyə malikdir. Öz ərazisi hüdudlarıda dövlət ən
ali hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz.
Dövlətin suverenlik xüsusiyyəti onu mülki hüququn xüsusi subyektinə çevirir.
Bu mənada:
- dövlət özü mülki hüququn digər bütün subyektləri üçün məcburi olan
qanunlar qəbul edir;
- dövlət digər tərəfin iradəsindən asılı olmayaraq mülki hüquq münasibətləri
ə
mələ gətirən inzibati aktlar qəbul edir;
- dövlət bərabərlik əsasında qurulan mülki hüquq münasibətlərində iştirak
etdikdə belə, hakimiyyət funksiyasını saxlayır;
- dövlət immunitetdən istifadə edir.
27.
Ə
qdlə
rin anlayış
ı
Ə
qdlər hüquqi faktların ən geniş yayılmış növlərindən biridir. Əqd mülki
hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına
yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər aşağıdakı
ə
lamətlərlə xarakterizə olunur:
1)
əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir;
2)
əqd hüquqauyğun hərəkətdir;
3)
əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə,
dəyişməsinə və xitamına yönələn hərəkətdir;
4)
əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir.
Hər bir əqd iradəvi akt kimi bir sıra psixoloji amillərlə bağlıdır. Əqdin
bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki
hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin
bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər
şə
xslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. Demək,
ə
qd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi - iradə ifadəsini
özündə birləşdirir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində
ə
qdlərə aydınlıq və dəqiqlik gətirilir.
28.
ddia müddə
ti
Mülki hüquqda müddətlərin xüsusi qrupunu mülki hüquqların müdafiəsi
müddətləri təşkil edir. Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət
başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının
müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər.
Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə
görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar.
Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün
müəyyən olunmuş müddətə iddia müddəti deyilir. ddia müddəti qanunla elə hallar
üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi
hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici
tədbirlərin tətbiq edilməsi lazımdır. Məcburetmə tədbirləri qanunla mülki
hüquqların müdafiəsi üçün səlahiyyəti olan orqanlar (məhkəmə və s.) tərəfindən
tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə həmişə
deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir.
Pozulmuş subyektiv mülki hüquqların məcburi həyata keçirilməsi imkanı
maddi mənada iddia hüququ, bu hüquqların müdafiəsi üçün məhkəməyə müraciət
etmək hüququ isə prosessual mənada iddia hüququ adlanır. ddia müddətinin
ötürülməsi məhkəməyə iddia ilə müraciət etmək hüququnu aradan qaldırmır.
Subyektiv mülki hüququn pozulmasından nə qədər vaxt keçərsə keçsin, maraqlı
şə
xs istənilən vaxt iddia qaldıra bilər. ddia müddətinin keçməsindən asılı
olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün
məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, hətta maddi mənada iddia hüququ
aradan qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır.
29.
Mülkiyyə
t hüququnun anlayış
ı
Mülkiyyət insanın əşyaya münasibəti deməkdir. Belə ki, mülkiyyətçi öz əşyası
ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə də mülkiyyət təkcə
insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı
münasibətlərdə özünü göstərir.
Mülkiyyət maddi və iradəvi məzmuna malik olan ictimai münasibətdir və
ə
mlak münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün
kifayət hesab oluna bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər
hansı bir konkret formada ifadə oluna bilən iradəvi aktını göstərməsi lazımdır.
Mülkiyyətçinin iradəsi ona mənsub əmlaka sahiblik, istifadə və sərəncamda ifadə
olunur.
AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ—
subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan
istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və
qorunan hüququdur.
Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi
cəhətdən təmin edilmiş imkanıdır.
stifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil
etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
stifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin
hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə
məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə
sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin
ə
mlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində
öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər
qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-
istifadə olmasın.
30.
Bə
lə
diyyə
mülkiyyə
t hüququ
Mülkiyyət forması kimi bələdiyyə mülkiyyətinin dövlət mülkiyyətindən
ayrılması ilk dəfə «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunla
müəyyən
olunmuşdur.
Sonralar
Azərbaycan
Respublikasının
yeni
Konstitusiyasında (13-cü maddə) mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti təsbit
olunmuşdur.
AR Mülki Məcəlləsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub
olan əmlak onların mülkiyyətidir.
Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır:
-
qanunvericiliyə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət
ə
mlakı;