Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

59 

 

bu    sahədə    hüquq  pozmaların,    o  cümlədən  müvafiq  əqli  mülkiyyət  obyektlərinin 



nüsxələrinin qeyri-qanuni istehsalı  və  yayılmasının  qarşısının  alınması  ilə  bağlı  

yaranan münasibətləri tənzimləyir. 

 

Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  165-ci  maddəsinə  müvafiq 



olaraq  cinayət  əməli  bir  və  ya  bir  neçə  fəaliyyətdən  ibarət  ola  bilər.  Məsələn, 

başqasının əsərini öz adına çıxmaqla müəllifliyi mənimsəmə və əsərdən və ya əlaqəli 

hüquqlar obyektindən qeyri-qanuni istifadə, yəni qeyri-qanuni surətçıxartma, yayma, 

efirə  vermə  və  s.  Bu  cür  cinayətlər  maddi  xarakter  daşıdığına  görə  göstərilən 

ə

məllərin  törədilməsi  hələ  cinayət  tərkibi  yaratmaya  da  bilər.  Yalnız  bu  hərəkətlər 



nəticəsində  xeyli  məbləğdə  ziyan  vurulduğu  halda  cinayət  tərkibi  olması  fikrini 

söyləmək olar. 

       Cinayət  Məcəlləsinin  165-ci  maddəsinə  əsasən,  müəlliflik  hüququnu  və  ya 

ə

laqəli hüquqları pozmağa görə aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur: 



 

 1)  Müəlliflik  hüququ  və  ya  əlaqəli  hüquq  obyektlərindən  qanunsuz  istifadə 

etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya 

özgənin  müəllifliyini  başqa  cür  mənimsəmə,  bu  cür  əsəri  qanunsuz  olaraq  yenidən 

dərc  etmə  və  ya  yayma,  habelə  şərikli  müəllifliyə  məcbur  etmə,  əgər  bu  əməllər 

nəticəsində xeyli ziyan vurulmuşsa -minimum əmək haqqı məbləğinin yüz mislindən 

beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək 

ictimai işlər ilə cəzalandırılır. 

 

2) Eyni əməllər  təkrar törədildikdə və ya qabaqcadan əlbir olan bir qrup şəxs 



və mütəşəkkil dəstə tərəfindən törədildikdə minimum əmək haqqı məbləğinin beş yüz 

mislindən min mislinədək miqdarda cərimə və üç ilədək müddətə azadlıqdan məhrum 

etmə ilə cəzalandırılır. 

 

Müəllif  hüquqlarının  pozulması  üzrə  cinayət  işlərinin  qaldırılmasının  və 



məhkəmə qaydasında baxılmasının bir sıra prosessual xüsusiyyətləri vardır. Cinayət 

işinin  qaldırılması  üçün  zərərçəkən  məhkəməyə  şikayət  etməli  və  qeyri-qanuni 

ə

məllərin  kimin  tərəfindən  və  nə  vaxt  törədildiyi,  hüquq  pozucusunun  cinayət 



məsuliyyətinə  cəlb  olunmasını  sübut  edən  konkret  hərəkətlər  göstərilməlidir. 


60 

 

Məhkəmənin  zərərçəkənin  dəlillərinin  az  əhəmiyyətli  olması  səbəbindən  diqqətdən 



kənarda  saxlamaq  ixtiyarı  yoxdur.  Bununla  belə,  zərərçəkənin  xahişinə  əsasən, 

cinayət 


işinin 

açıqlanmasından 

imtina 

prosessual 



qaydalara 

uyğun 


rəsmiləşdirilməlidir. Lakin müəllif hüquqlarının pozulması üzrə mülki işlərdən fərqli 

olaraq  cinayət  işləri  zərərçəkənin  və  hüquq  pozucusunun  barışdığı  hallarda  xətm 

edilmir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


61 

 

III FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA  NTELLEKTUAL 



MÜLK YYƏT OBYEKTLƏR N N Q YMƏTLƏND R LMƏS N N 

TƏKM LLƏŞD R LMƏS  YOLLARI 

 

3.1. Azərbaycan Respublikasında intellektual mülkiyyət obyektərinin 

qiymətləndirilməsinin təkmilləşdirilməsində inkişaf etmiş ölkələrin 

təcrübəsindən istifadə 

 

 



Bir qayda olaraq, bütün dünyada qiymətləndirmənin əsas metod və prinsipləri 

eynidir.  Yəni,  hər  bir  ölkənin  Milli  Qiymətləndirmə  Standartları  Beynəlxalq 

Qiymətləndirmə  Standartları  Komitəsinin  prinsipləri  üzərində  qurulmuşdur. 

Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsi hər bir standartın mətninin bütün 

müddəalarının ifadə edilməsini məqsədəyönlü hesab etmir. Ona görə də, Beynəlxalq 

Qiymətləndirmə 

Standartı 

digər 


standartları 

tamamlayır, 

cümlədən 



qiymətləndirmənin  peşəkar  fəaliyyəti  kimi  qəbul  edilir  və  standartların  tətbiq 

edilməsi üçün zəruri olan əsaslar haqqında ümumi təsəvvürlər yaradır.  

 

Beynəlxalq  qiymətləndirmə  standartları  məhz  Beynəlxalq  Qiymətləndirmə 



Standartları  üzrə  Komitə  tərəfindən  hazırlanılır.  Beynəlxalq  Qiymətləndirmə 

Standartları üzrə Komitəsi 1981-ci ildə Böyük Britaniyanın Kral  nstitutu tərəfindən 

sertifikat  verilmiş  qiymətləndiricilərinin  təşəbbüsü  ilə  yaradılmışdır.  Bu  Komitəyə 

50-dən çox ölkənin peşəkar qiymətləndiricilər birlikləri daxildir.  

 

Beynəlxalq  Qiymətləndirmə  Standartları  Komitəsinin  başlıca  vəzifələri 



maliyyə  və  muhasibat  uçotu  hesabatlarında  istifadə  üçün  dəqiq  istifadə  olunmuş 

standartların  və  praktiki  tövsiyyələrin  hazırlanması,  o  cümlədən  bu  standartların 

ölkələrdə  və  milli  təşkilatlarda  yayılması,  qəbul  və  tətbiq  edilməsinə  kömək 

göstərilməsidir. Bundan əlavə, Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin 

fəaliyyət  dairəsinə  həmçinin  standartlara  düzəliş  edilməsi,  standartların  şərhi, 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə