Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   18   19   20   21   22   23   24   25   26

65 

 

Yaponiya  Patent  darəsi  tərəfindən  məlumatlandırılmış  təhlilin  nəticələrinə 



görə  1996-cı  ildə  Yapon  ekspertləri  tərəfindən  intellektual  mülkiyyətin  idarəetmə 

sistemi tərs və köhnəlmiş kimi şərh edilmişdir. Qanunvericilik və dövlət siyasəti isə 

bu  sahədə  Yaponiyanın  innovasiya  siyasətində  intellektual  mülkiyyətin  yenilənməsi 

ilə  bağlı  məsələlərə  yenidən  baxılmasına  ehtiyac  duyurdu.  Hakimiyyət  orqanları 

tərəfindən həyata keçirilən dövlət siyasəti ixtiralara, yaradıcılığa və innovativ məhsul 

və xidmətlərin istehsalına böyük diqqət yetirirdi. 

Yaponiyanın 

intellektual 

mülkiyyət 

sahəsində 

siyasətinin 

strateji 

istiqamətlərinin  həyata  keçirilməsi  planı  aşağıda  qeyd  olunanlar  hesabına  şirkətin 

gəlirlərinin  artırılması  yolu  ilə  məhsul  və  xidmətlərin  ixracının  və  ümumi  daxili 

məhsulun artmasının zəruriliyini qeyd edir: 

•  intellektual mülkiyyətə əsaslanan məhsulların ixracı hesabına; 

•  beynəlxalq öhdəliklərə uyğun olaraq, intellektual mülkiyyət hüquqlarının riayət 

olunmasını təmin etmək; 

•  qanunların  unifikasiya  yolu  ilə  ticarətdə  maneələrin  azaldılması  məqsədilə 

ticarət  sahəsində  TV-nin  regional  və  beynəlxalq  səviyyədə  imkanlarının 

genişləndirilməsi; 

•  insan  kapitalının  inkişafının  stimullaşdırılması  və  onun  sənayenin  əsas 

sahələrində tətbiqi; 

•  biliyin mili sərvətin mühüm mənbəyinə çevrilməsi. 

Yaponiyada  intellektual  mülkiyyətin  milli  sisteminin  hazırlanmasında 

aşağıdakı istiqamətlər üzrə sistemli dəyişikliklərə diqqət göstərilib. 

Birincisi,  xüsusilə  tədqiqatçılar  və  kiçik  orta  müəssisələrin  rəhbərləri  üçün 

Milli  Patent  sistemi  daha  rahat  olmalıdır.  Əsas  prioritet  istifadəçinin  tələbatını 

ödəmək  üçün  patent ərizələrinin  ekspertiza  prosedurunun  sürətləndirilməsi oldu.  Bu 

məqsədlə  patent  ekspertizasının  keçirilməsi  üçün  müəyyən  müddətə  təxminən  500 

mütəxəssisin cəlb edilməsi haqqında qərar qəbul olunub, əvvəl isə ona patent axtarışı 



66 

 

autsorinq  əsasında  aparılmışdır.  Göstərilən  tədbirlər  2013-cü  ildə  patent 



ekspertizasının 26-dan 11 aya kimi azaldılması üçün yönəldilmişdir. 

kincisi, Yaponiyanın inkişafında çox vacib məsələlərdən biri tədqiqatçılar və 

işəgötürənlərin  münasibətlərinin  tənzimlənməsi  oldu.  Bu  zaman  görülən  əsas 

tədbirlər  ixtiralar  üzərində  hüquqların  müəyyən  edilməsi,  patent  qeydiyyatı  və 

kompensasiyaların  ödənilməsi,  Yaponiyanın  və  dünya  iqtisadiyyatının  innovasiya 

fəallığın artırılması və stimullaşdırılması məqsədilə qarşılıqlı münasibətlər sisteminin 

yaradılması olmuşdur. 

Üçüncüsü,  innovasiya  mərhələsinin  dəstəklənməsi  məqsədilə  tədqiqatların 

nəticələrinin  kommersiyalaşdırılmasında  iştirak  etmək  hüququ  olan,  xüsusilə  dövlət 

tərəfindən  maliyyələşdirilən  universitet  və  tədqiqat  institutların  zəruriliyinə  yenidən 

baxılıb.  Əlavə  olaraq,  patent  sahibinin  hüquqlarının  pozulması  zamanı  zərərin 

ödənilməsi miqdarının artmasına nail olmaq vəzifəsi qoyulub. 

Ə

gər  Yaponiya  dövləti  intellektual  mülkiyyət  əsasında  qoyulmuş  iqtisadi 



inkişafa  malikdirsə,  o  zaman  intellektual  mülkiyyət  hüquqlarını  qəsdən  pozan 

şə

xslərə  sərt  cəza  tətbiq  edilməlidir.  Bu  məqsədlə  Patent  Qanunvericiliyinə 



intellektual  mülkiyyət  hüquqlarının  pozulmasına  görə  zərərin  qiymətləndirilməsi 

meyarının dəyişdirilməsi kimi mühüm dəyişikliklər təklif olunub.  

Yaponiya  Hökümətinin  fikrincə,  məhz  belə  intellektual  mülkiyyət  sistemi 

mövcud  olan  intellektual  mülkiyyət  obyektlərinin  qanunsuz  istifadəsinə  təhrik 

etməməli, əksinə yeni texnologiyaların yaranmasına təkan verməlidir. 

ABŞ-da  isə  qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  ilə  məşğul  olan 

ictimai 

təşkilat 

Qiymətləndirmə 

Fondudur. 

Qiymətləndirmə 

Fondu 


qiymətləndiricilərin  aparıcı  qurumları  olan  Qiymətləndirmə  nstitutu,  Amerika 

Qiymətləndiricilər  Cəmiyyəti,  Qiymətləndirmə  Magistrlarının  Milli  Assosiasiyası 

tərəfindən  1987-ci  ildə  yaradılmış  və  hələ  indiyə  kimi  də  fəaliyət  göstərir.  Hazırda 

50-dən çox təşkilat həmin Fondun Məşvərət Şurasının üzvüdür.  

Amerika  qiymətləndiricilərinin  mütləq  qaydada  riayət  etdikləri  Peşəkar 

Qiymətləndirmə  Fəaliyyətinin  Vahid  Standartları  Qiymətləndirmə  Standartları  üzrə 




67 

 

Ş



ura  tərəfindən  hazırlanmış  və  təsdiq  olunmuşdur.  Şuranın  tərkibi  5  nəfər  yüksək 

ixtisaslı  qiymətləndiricidən  ibarətdir.  Qiymətləndirmə  Standartlarında  təklif    olunan 

ə

lavələr və dəyişikliklər bu qurumun ayda bir dəfə keçirilən iclaslarında müzakirəyə 



çıxarılır və təsdiq olunur.  

Ş

uranın  fəaliyyətinə  Qiymətləndirmə  Fondunun  nəzdində  yaradılan 



qiymətləndirmə  xidmətlərindən  istifadəni  ifadə  edən  32  təşkilat  və  hökümət 

agentliklərinin təmsil olunduğu Məşvərət Şurası tərəfindən nəzarət olunur.  

Peşəkar  Qiymətləndirmə  Fəaliyyətinin  Vahid  Standartlarında  qiymətləndirmə 

apararkən,  qiymətləndirmə  haqqında  hesabatları  yoxlayarkən,  məsləhət  xidmətlərini 

göstərən 

zaman 


qiymətləndiricilərin 

riayət 


etməli 

olduqları 

şə

rtlər, 


qiymətləndirmənin  aparılması,  yoxlamaların  keçirilməsi  və  məsləhət  xidmətlərinin 

göstərilməsi üsulları öz əksini tapmışdır. 

Qərbi  Avropa  ölkələri  qiymətləndiricilərin  Milli  Təşkilatlarının  Assosiasiyası 

kimi  1977-ci  ildə  Əsas  fondların  Qiymətləndiricilərinin  Avropa  Qrupu  (TEGOVO) 

yaradılmışdır.  Lakin  EVROVAL  təşkilatı  ilə  birləşdikdən  sonra  bu  təşkilat 

“Qiymətləndiricilər  Assosiasiyasının  Avropa  Qrupu”  (The  European  Groups  of 

Valuers  Assosiations  –  TEGOVA)  adlanır.  Bu  təşkilatın  yaradılmasının  əsas 

məqsədlərindən biri Avropa birliyi ölkələrində ümumi qiymətləndirmə standartlarını 

işləyib  hazırlamaqdır.  TEGOVA  Qiymətləndirmə  Standartları  üzrə  Beynəlxalq 

Komitə ilə sıx əməkdaşlıq edir.  

Avropa  Qiymətləndirmə  Standartlarının  əsas  xüsusiyyətlərindən  biri  Avropa 

ölkələrinin qanunvericiliyinə uyğun olan mühasibat hesabatlarının tərtibi üçün yerinə 

yetirilən  qiymətləndirməyə  istinad  etməsidir.  Eyni  zamanda  bu  standartların 

qiymətləndirmənin digər məqsədlərinə də şamil olunmasının mümkünlüyü göstərilir. 

Həmin  standartlar  təşkilat  üzvləri  üçün  tövsiyyə  xarakterlidir.  Avropa 

Qiymətləndirmə Standartları (Mavi Kitab adlandırılır) 9 standartdan və 13 metodiki 

tövsiyyədən ibarətdir.  

Burada  standartların  Beynəlxalq  Qiymətləndirmə  Standartlarına  uyğunluğu, 

qiymətləndiricinin  ixtisası,  ixtisas  dərəcəsi  və  peşə  etikası  ilə  bağlı  məsələlər  qeyd 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə