Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   18   19   20   21   22   23   24   25   26

71 

 

 



1) Qırğızıstan respublikasının Konstitusiyası; 

 

2)  ntellektual mülkiyyət sahəsində Qırğızıstan Respublikasının qanunları; 



 

3)  Qiymətləndiricilərin  və  qiymətləndirmə  təşkilatlarının  inkişaf  fəaliyyəti 

haqqında qərarı; 

 

4)  Qeyri-maddi  aktivlərin  və  intellektual  mülkiyyət  obyektlərinin 



qiymətləndirilməsi standartlarının təsdiqi haqqında. 

ntellektual  mülkiyyət  obyektlərinin  mühafizəsi  və  qiymətləndirilməsi 

standartlarının  təkmilləşdirilməsi  üzrə  ABŞ  və  Yaponiya,  Avropa  ölkələri  statistik 

göstəricilərinə  görə  aşağıdakı  şəkildə  sistemləşdirilir:  (mənbə:  The  World 

Competitiveness Yearbook 2013, Loranna). [37] 

1)  sveçrə 

2) Almaniya 

3) ABŞ 


4) Fransa 

5)  ngiltərə 

6) Şimali Avropa ölkələri 

7)  rlandiya  

8) Yaponiya 

 

Azərbaycanda  isə  Milli  qiymətləndirmə  standartlarını  Azərbaycanın 



Standartlaşdırma  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi  2009-cu  ildə  dekabr 

ayının  18-də  təsdiq  etmişdir.  Belə  ki,  9  Milli  Qiymətləndirmə  Standartı  vardır  ki, 

bunlar da aşağıdakılardır: 

1) qiymətləndiricilərin peşə etikası; 

2) qiymətləndirmənin ümumi anlayışı və prinsipləri; 

3) bazar dəyəri qiymətləndirmə bazası kimi; 

4) bazar dəyərindən fərqli qiymətləndirmə bazası; 

5) qiymətləndirmə hesabatının tərtibi; 

6) qeyri-maddi aktivlərin qiymətləndirilməsi; 

7) istehsal vasitələrinin, maşın və avadanlıqların qiymətləndirilməsi; 




72 

 

8) maliyyə hesabatı və müvafiq hesabatlar üçün qiymətləndirmə; 



9) ssuda təminatı, girov və borc öhdəliklərinin qiymətləndirilməsi. 

 

Ümumiyyətlə, 



Respublikamız 

intellektual 

mülkiyyət 

obyektlərinin 

qiymətləndirilməsində,  standartların  işlənib  hazırlanılmasında  və  tətbiqində, 

qiymətləndirilmənin  həyata  keçirilməsinin  təkmilləşdirilməsi  istiqamətində  digər 

inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edir.  

 

 



 

3.2.Azərbaycan Respublikasında intellektual mülkiyyət obyektlərinin 

qiymətləndirilməsinin iqtisadi inkişafda rolu və yeri 

 

 

Azərbaycan  Respublikasının  sosial  -  iqtisadi  inkişafının  ən  əhəmiyyətli 



prioritetləri  iqtisadiyyatın  innovasiya  vasitəsilə  inkişafı,  ixrac  potensialının 

artırılması,  təhsil  sisteminin,  səhiyyə  və  mədəniyyətin  təkmilləşdirilməsi,  insanın 

intellektual,  yaradıcılıq,  peşəkarlıq  fəaliyyətinin  təkmilləşdirilməsi  üçün  əlverişli 

hüquqi,  sosial  - iqtisadi  şəraitin  formalaşması,  elmi  texnoloji potensialın inkişafı və 

bunun  əsasında  iqtisadiyyatın  rəqabətə  davamlılığının  artırılması,  əhalinin  həyat 

səviyyəsinin  və  yaşayış  keyfiyyətlərinin  yaxşılaşdırılması  hesab  edilir.  ntellektual 

mülkiyyətin  mühafizəsi  və  idarə  edilməsi  sistemi,  bu  halda  ölkənin  sosial  -  iqtisadi 

inkişafının zəruri və səmərəli mexanizmidir.  

 

 

Sənayecə  inkişaf  etmiş  ölkələrin  iqtisadiyyatının  innovasiya  sektorunu 



formalaşdıran  elmi  -  texniki  sahədəki  yeniliklərin  əksəriyyətinin  əsasını  intellektual 

mülkiyyət obyektləri təşkil edir.  

 

Uzun  illər  iqtisadçılar  izah  etməyə  çalışırdılar  ki,  niyə  bəzi  ölkələrdə 



digərlərinə  nisbətən  iqtisadiyyat  sürətlə  inkişaf  edir.  Başqa  sözlə  desək,  niyə  bəzi 

ölkələr zəngin, digərləri isə kasıbdır, yəni iqtisadi cəhətdən zəif inkişaf edib.  

 

Ümumi  olaraq qəbul  edilib ki,  son illər  bilik və ixtiralar,  elmi-texniki tərəqqi 



iqtisadiyyatın inkişafında mühüm rol oynamışdır. Hətta tanınmış iqtisadçı Pol Romer 


73 

 

qeyd  edirdi  ki,  bilik  toplamaq  iqtisadi  artımın  hərəkətverici  qüvvəsidir.  Onun 



nəzəriyyəsinə  əsasən,  ölkənin  iqtisadi  siyasəti  iqtisadi  artıma  imkan  yaratmaq  üçün 

yeni tədqiqatlara investisiyaları həvəsləndirməlidir.  

 

Yeni biliklərin əldə olunması və biliklərin sürətlə artımı intellektual mülkiyyət 



münasibətlərində  siyasi  dəyişikliklərə  və  intellektual  aktivləri  idarə  etmənin  yeni 

təcrübəsinin  tətbiqinə  gətirib  çıxardı.  Bu  dəyişikliklər  yeni  texnologiyaların 

yaranmasına, elmi-texniki tərəqqinin inkişafına səbəb oldu.  

 

Müasir dövrdə  iqtisadi  cəhətdən inkişaf  etməkdə  olan ölkələrin  əksəriyyəti,  o 



cümlədən Respublikamız  elm və sənaye sahəsində tədqiqatlara və işlənmələrə xarici 

investisiyaların  cəlb  olunması  üçün  təşkilati-hüquqi  infrastrukturun  vacib  elementi 

kimi intellektual mülkiyyət sisteminin rolunun əvəzsiz olunduğu vurğulanılıb. 

intellektual  mülkiyyəti  bəzən  "gizli  dəyər"də  adlanırırlar.  Lakin  gizli  olub-

olmamasından asılı olmayaraq, hazırda patentlər, müəlliflik hüququ, əmtəə nişanları 

və  sənaye  sirrləri  müəssisənin  dəyərinin  əhəmiyyətli  komponentinə  aiddir.  Bu 

səbəbdən də intellektual mülkiyyətin dəyərinin müəyyən edilməsi, qiymətləndirilməsi 

iqtisadi inkişafda zəruri rol oynayır. 

 

Ümumilikdə  Azərbaycan  Respublikası  üçün  intellektual  mülkiyyətin  idarə 



olunması innovasiya prosesinin idarə olunmasının vacib elementi hesab edilir.  Belə 

ki,  intellektual  mülkiyyətin  idarə  edilməsinin  əsas  prioritetlərinə  aşağıdakılar  aid 

edilir: 

–  intellektual mülkiyyət bazarının təhlili;  

–  intellektual mülkiyyət mühafizəsinin optimal seçimi;  

–  intellektual mülkiyyət obyektlərinin uçotu və qiymətləndirilməsi; 

–  intellektual  mülkiyyət  obyektlərinin  yaradılmasının  və  istifadəsinin 

stimullaşdırılması; 

–  intellektual mülkiyyət sahəsində monitorinq və nəzarət. 

 

ntellektual  mülkiyyətin  idarə  edilməsinin  dövlət  sisteminin  mühüm  tərkib 



hissəsini  dövlət  orqanları  və  digər  təşkilatlar,  həmçinin  bu  sferada  normativ  hüquqi 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə