5
Zəkəriyyə ƏLİZADƏ,
geologiya-mineralogiya
elmləri doktoru, professor
VAR MİLLƏTİMİN XƏTTİ BU İMZALAR İÇİNDƏ!
“Tarixi şəxsiyyətlər yaradır” deyənlərlə tam şərikəm.
İstənilən tarix kitabını açaraq hansı ən mühüm ictimai
hadisə ilə tanış olmaq istəsək həmin hadisənin başında
müsbət-mənfiliyindən asılı olmayaraq hökmən hansısa
qüvvətli bir şəxsin dayandığını, baş verənləri onun və
ətrafındakıların idarə etdiyini görəcəyik. Min illər öncə də
belə olub, indi də belədir, gələcəkdə də belə olacaq.
Burası da var ki, tarixşünaslıq elmi çox “riyakar”dır
– həmişə siyasətə tabe olmağa meyillidir, buna görə də
çox vaxt biz əslində gerçək tarixi deyil, onun yanlış
yozumlarını öyrənir və heç özümüz də bilmədən bu
yanlışları həqiqət kimi qəbul edirik.
Təzada baxaq – Qərb dünyasının tarix əsərlərini
oxuduqca ağız dolusu təriflənən, “dahi rəhbər”, “gör-
kəmli sərkərdə”, “əvəzsiz alim”, “mütərəqqi ruhani”...
adlandırılan saysız-hesabsız insanların həyatı ilə tanış
olursan, ancaq həmin şəxsiyyətlərlə təxminən eyni çəkili
ictimai yükü daşımış Şərq adamlarına gəldikdə onlar
“qaniçən”, “cəllad”, “cahil”, “mürtəce-xurafatçı”... adlan-
dırılaraq lənətlənir və mənsub olduqları millətdə onlara
6
qarşı nifrət yaradılır. Məsələn, on minlərcə gənc fransız
əsgərini öz bacarıqsız sərkərdəliyi ucundan həlak etdir-
miş Napoleon, yaxud hələ şah olmamış Nadirin qarşısın-
dan qaçmış Pyotr dahi şəxsiyyətlər kimi ən yüksək
zirvəyə qaldırılaraq təbliğ edilir, ancaq onlarla eyni
vaxtda yaşamış, öz dövləti və milləti üçün çox böyük işlər
görmüş Nadir şah Əfşar, Ağaməhəmməd şah Qacar kimi
nəhəng şəxsiyyətlər aşağılanır, lənətlənir. Şərqin Çingiz
xan
’ı, Sultan Mahmud Qəznəli’si, Əmir Teymur’u... ən
müxtəlif yalanlarla bəşəriyyətin gözündən salınır...
Tarixşünaslıqdakı belə açıq-aşkar ədalətsizlik yüzil-
lər boyunca davam edib və indi də etməkdədir. İstər
ərəblərin, istər farsların, istərsə də rusların ağalığı dönə-
mində biz Azərbaycan Türklərinin də tarixi ən qəddar
təhriflərlə, yalanlarla doldurulub, xalqın gerçək tarixi
onun yaddaşından silinib, ona uydurma qəhrəmanlar
təqdim olunub, həqiqi qəhrəmanların isə özləri məhv
edilərək adları zorakılıqla unutdurulub. Xüsusən ruslar
Azərbaycanı işğal etdikdən sonra həm çar dönəmində,
həm də kommunistlərin 70 illik ağalığı zamanında ölkə-
mizdə müstəmləkə siyasəti yeridildiyi kimi, tarixşü-
naslığımızda da əsl aparteid siyasəti hökm sürüb. Çariz-
min Azərbaycana ayaq basdığı ilk gündən milli-mənəvi
dəyərlərimiz ayaq altına salınıb, tariximiz təhrif edilib.
Çar vaxtında Gəncənin adının dəyişdirilərək ona
pornoqrafik lətifələr qəhrəmanı Yekaterinanın, kom-
munistlər zamanında isə millətimizin düşməni Kirovun
adının verilməsi, “Gəncə” adını çəkənlərin cərimələnməsi,
7
xan və bəylərimizin, ruhani, ziyalı və sahibkarlarımızın,
azad düşüncəli bütün soydaşlarımızın kütləvi məhv edil-
məsi, onların adını çəkməyin belə qadağan edilməsi
çoxlarımızın nəinki bildiyi, hətta şahidi olduğu yeni
tariximizdir. Ancaq bu tarix bizə dünənədək tamamilə
baş-ayaq öyrədilib – düşmənlərimiz bizə xilaskar qardaş
kimi, doğma qardaşımız isə ən qəddar düşmənimiz kimi
tanıdılıb. Nəticəsi də hakimiyyətin istədiyi kimi olub –
yurddaşlarımız şərəfli tarixinin olmadığını, millətimizin
görkəmli şəxsiyyətlər yetirmədiyini düşünərək bədbinliyə
qapılıb, öz soyuna, keçmişinə həqarətlə yanaşıb. Buna ən
gözəl nümunə dahi şairimiz Məhəmməd Hadinin böyük
kədər içində yazdığı misralardır:
Atmış miləl
1
imzasını övraqi-həyatə
2
,
Yox millətimin xətti bu imzalar içində
.
Allaha şükürlər olsun ki, xalqımız azadlıq uğrunda
axıtdığı qanlar sayəsində müstəqil dövlətini qurduqdan
sonra tariximizə baxış da köklü şəkildə dəyişdi. Doğru-
dur, hələ hər şeyin qaydaya düşdüyünü deyə bilməsək də
milli tariximizin öyrənilməsindəki irəliləyişlər göz
qabağındadır. Ən əhəmiyyətlisi budur ki, indi gerçək
tarixi yazmaqda, milli qəhrəmanlarımızı öyrənib təbliğ
etməkdə yasaq yoxdur.
Elmi quruma uzun illər rəhbərlik edən bir şəxs kimi
məni ən çox sevindirən amil tariximizi öyrənmək işində
1
Millətlər.
2
Həyat vərəqlərinə.
8
Şəki Regional Elmi Mərkəzinin (ŞREM) də əlindən gələni
etməsidir. İndiyədək gördüyümüz işlər haqqında burada
hesabat vermək fikrindən uzağam. Ancaq fəxrlə bildiri-
rəm ki, doğma Azərbaycanımızın bir parçası olan Şəkinin
tarixini öyrənmək sahəsindəki danılmaz işlərimizlə eyni
zamanda ümumən Azərbaycan tarixinə də müəyyən
xidmət göstərmişik. Nəşr etdirdiyimiz çoxsaylı kitablarla
bütövlükdə milli genofondumuzun mühüm hissəsini
təşkil edən çoxsaylı yurddaşımızın həyat və yaradıcılığını
ilk dəfə xalqımıza təqdim etmişik. Təkcə Şəki miqyasın-
dakı araşdırmaların nəticəsini gözdən keçirdikdə cəsarətlə
deyə bilərik: “Var millətimin xətti bu imzalar içində!”.
ŞREM-nin Azərbaycan ictimaiyyətinə ilk dəfə olaraq
təqdim etdiyi onlarca görkəmli şəxsiyyətimizdən biri də
həkim və ictimai xadim Əliabbas Qədimov’dur. “Şəkidə
məhəllə adları, soylar və ləqəblər”
adlı kitabımızın ikinci
cildində onun haqqında ilk dəfə geniş məlumat verilsə də
ondan ayrıca kitab yazmağın zəruriliyini dilə gətirdim.
MTN arxivindən sənədləri üzə çıxarmış prof. Ədalət
Tahirzadə
və yerli araşdırıcı, Şəki tarixi üzrə bir çox
qiymətli kitabların müəllifi Həbibulla Manaflı bu işi boyun-
larına götürdülər. Çox sevinirəm ki, onların əməkdaşlı-
ğının bəhrəsi olan dəyərli bir əsər artıq nəşrə hazırdır.
Əliabbas Qədimovun şəxsiyyətinə gəlincə, ortaya
qoyulmuş sənədlər əyani şəkildə onun ömür yolunu və
fəaliyyət xətlərini işıqlandırır. Həmin sənədlərdən olduq-
ca vətənpərvər, azadlıqsevər, cəsarətli və namuslu bir
soydaşımızın portreti boylanır. Onun şəxsi keyfiyyətləri
Dostları ilə paylaş: |