Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə3/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   2   3   4   5   6   7   8   9   ...   50

 

ilə  yaxından  tanış  olduqca  o  cür  yüksək  bir  şəxsiyyətlə 
eyni  torpaqda  doğulmağınla,  onunla  eyni  millətə  mən-
subluğunla  fəxr  edir,  özün  də  eləcə  mübariz  olmaq 
istəyirsən. 
Etiraf  etməliyik  ki,  qələmə  alınmış  mövzu  asanlar-
dan  deyil.  Ən  böyük  çətinlik  aradan  xeyli  illər  ötdüyünə 
görə  həqiqəti  olduğu  kimi  üzə  çıxarmaqdır.  Mənim 
fikrimcə,  bu  əsərin  üstünlüklərindən  biri  məhz  müəllif-
lərin əsl həqiqəti başa düşməkdə oxucuya yardım etməsi-
dir.  Belə  ki,  müstəntiqlər  bir  çox  hallarda  saxta  sənədlər 
tərtib  edib,  yaxud  müttəhimin  fikirlərini  özünün  istədiyi 
şəkildə  yazaraq  protokolu  ən  müxtəlif  yollarla  ona 
imzalatdırıb.  Aradan  70  il  keçdikdən  sonra  oxucu  üçün 
həqiqətin  harada,  yalanın  harada  olduğunu  müəyyənləş-
dirmək  ya  hədsiz  çətinləşir,  ya  da,  sadəcə,  mümkünsüz 
olur.  Bu  zaman  müəlliflərin  peşəkar  tarixçi  izahları 
yalanla gerçəyin sərhədlərini seçməkdə ona yardım edir. 
Əsərin müsbət keyfiyyətlərindən biri də müəlliflərin 
yalnız Ə.Qədimovun həyatını işıqlandırmaqla qalmaması, 
yeri  gəldikcə  onun  fəaliyyət  göstərdiyi  mühiti,  çevrəsini 
də  oxucuya  tanıtmasıdır.  Boynumuza  alaq  ki,  Ə.Qədi-
movla  istər  Türkiyədə,  istərsə  də  Azərbaycanda  çiyin-
çiyinə  çalışmış,  eyni  ictimai-siyasi  mühitdə  bulunmuş, 
yaxud  onunla  eyni  “cinayət”də  ittiham  edilmiş  şəxslər 
haqqında bu kitabda verilən məlumatların həlledici qismi 
tam yenidir və Azərbaycanın elm tarixində onlara ilk dəfə 
rast  gəlirik.  Bu  da,  təbii  ki,  əsərin  elmi  dəyərini  daha  da 
artırır. 


 
10 
Ə.Qədimov haqqındakı bu kitabda ən xoşuma gələn 
cəhətlərdən  biri  də  onun  ütülənməmiş,  ancaq  cilalı  və 
hamıya  anlaşıqlı,  cazibəli  bir  dildə  yazılması,  tez-tez 
keçidlər  edilməsi  nəticəsində  oxucunun  yorulmasına  im-
kan verilməməsidir. 
Mən  müəllifləri  bu  dəyərli  əsər  münasibətilə  təbrik 
edir, onlara yeni yaradıcılıq uğurları diləyirəm. İnanıram 
ki, kitab elmi ictimaiyyətimizdə böyük maraq doğuracaq. 
Eyni  zamanda,  bunu  da  arzu  edirəm  ki,  Əliabbas 
Qədimov  haqqında  elmi  araşdırmalar  yalnız  bu  kitabla 
məhdudlaşmasın,  onun  həyat  və  yaradıcılığı  bundan 
sonra da neçə-neçə monoqrafiyanın mövzusu olsun. 


 
11 
 
BAŞLANĞIC 
 
Rusiya  imperiyasını  “xalqlar  həbsxanası”  adlandıran, 
xalqların bu imperiyadan ayrılmağadək öz müqəddəratını 
təyin  etmək  hüququ  olduğunu  bildirən  və  bu  müddəanı 
mənsub  olduqları  Rusiya  Sosial-Demokrat  Fəhlə  Partiya-
sının  (RSDFP)  məramnaməsinə  hələ  1903-də  daxil  edən 
əqidəli  iskraçı-kommunistlər  1917-də  hakimiyyəti  ələ 
aldıqdan sonra  “xalqların xilaskarı” maskasını bir kənara 
atdılar.  Onlar  Rusiyanın  hakim  dairələrinin  yüz  illərcə 
sürdürdüyü  imperiya  siyasətini  daha  məkrli  üsullarla, 
xüsusi hərisliklə davam etdirdilər. 
Əqidəyə dönüklüyün, sözlə iş arasında kəskin təzadın 
bu  heyrətamiz  örnəyinə  münasibətini  rus  tarixçisi  belə 
ifadə  edib:  “1917-ci il oktyabr inqilabı rus müstəmləkəçiliyinə 
son qoymaq əvəzinə, ona yeni təkan verdi”
 (20, 54). 
İçində  Azərbaycanımızın  da  bulunduğu,  başında  bü-
tün zəmanələrin ən qaniçən diktatorlarından biri Stalin’in 
durduğu  “Sovet  Sosialist  Respublikaları  İttifaqı”  (SSRİ) 
adlı  ucsuz-bucaqsız  xalqlar  həbsxanasında  kommunist-
lərin  qurduğu  nəhəng    repressiya  dəyirmanı  20  milyon-
dan  artıq  insanı  öz  dənliyində  üyütdü.  Bu,  bəşər  tarixin-
dəki ən böyük cinayətlərdəndi.   
Sovet  repressiyasının  alovu  Azərbaycanı  da  bürüdü.  
Düzünü  deməli  olsaq,  bu  repressiya  28  aprel  1920-dən  – 
“Azərbaycan Cümhuriyyəti” adlı  ilk müstəqil dövlətimiz 
XI  ordunun  süngüləriylə  yıxıldığı  gündən  başlanıb. 
Azərbaycanda  kütləvi  terror  aparmaq  üçün  XI  ordu 


 
12 
Bakıya  ayaq  basar-basmaz  özünün  Xüsusi  Şöbəsi’ni  işə 
saldı,  əslində  ona,  ancaq  formal  baxımdan  Azərbaycan 
hakimiyyətinə  tabe  olan  “müstəqil”  Azərbaycan  Fövqəladə 
Komissiyası
’nı  və  Azərbaycan Ali İnqilabi Tribunalı’nı  yarat-
dı,  iki  ayın  içində  20-dən  artıq  generalımızı,  xeyli  Parla-
man  və  hökumət  üzvümüzü,  sayagəlməz  milli  düşüncəli 
soydaşımızı  şəhid  etdi.  Bu  qurumlar  Azərbaycanda 
(Gəncə,  Zaqatala,  Şəki,  Şəmkir  və  b.  yerlərdə)  müxtəlif 
illərdə  baş  qaldırmış  xalq  üsyanlarını  da  qan  dənizində 
boğdular.  
Onların  üçünün  də  başında  ilk  vaxtlar  Rusiyadan 
gəlmiş  Türk-müsəlman  düşmənləri  dururdu.  Rusların 
Azərbaycan  hakimiyyətində  yerləşdirdiyi  bir  çox  yaltaq 
rəhbərlərsə  onların  xalqa  qan  uddurmasını  alqışlayırdı. 
Məsələn,  guya  Azərbaycanın  qanuni  başçısı  olan  Azər-
baycan İnqilab Komitəsinin  (AİK) sədri  Nəriman Nərima-
nov
  XI  ordunun  rəhbəri  Levandovskiyə  çox  bahalı 
brilyantlarla  bəzədilmiş  və  üstündə  “Minnətdar  Azərbay-
can  xalqından  hədiyyə” 
yazılmış  qılınc  bağışlamışdı,  AİK 
sədrinin  müavini  Mirzədavud  Hüseynov’sa  Gəncə  üsyanı 
yatırıldıqdan  bir  həftə  sonra  şəhərin  küçələrinin  yerli 
sakinlərin  meyitləriylə  dolu  olduğunu  desə  də  XI 
ordunun  buradakı  əməliyyatının  yüksək  səviyyədə  keçi-
rildiyini  və  alqışa  layiq  olduğunu  bildirirdi.  Tribunalın 
sədri  qeyri-müsəlman  (Baltikyanı  xalqlardan  birinin 
nümayəndəsi),  ancaq  azərbaycanlılara  “Hacı  İlyas”  kimi 
tanıdılmış,  adı  heç  bir  sənəddə  açıqlanmamış  M.Hacilias 
soyadlı birisi əsl qaniçən manyakdı. Azərbaycanda rəhbər 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə