Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə25/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   21   22   23   24   25   26   27   28   ...   50

 
98 
edir,  bu  məqsədlə  də  üsyanla  bağlı  öz  əqidəsinə  zidd, 
ancaq  müstəntiqin  xoşuna  gələn  ifadələr  (“banditlər”, 
“üsyanın fitnəkar xarakteri”...) işlədir. Ancaq ondan fərqli 
olaraq müstəntiq sadəlövh deyil:  
“Sual:  Siz  istintaqı  yolundan  sapdırmaq  istəyirsiniz. 
Qəbulov  Şəki-Zaqatala  rayonunda  üsyanın  hazırlanma-
sında  iştirak  etdiyi  halda  üsyan  əleyhinə  necə  fəaliyyət 
göstərə bilərdi? 
Cavab:  Mən  Qəbulov  Babanı  Şəki-Zaqatala  üsyanının 
hazırlayan iştirakçı kimi tanımamışam və belə hesab etmirəm. 
Sual:  Siz  Qəbulov  Babanın  şəxsində  Şəki-Zaqatala 
üsyanının  hazırlanmasında  iştirak  etmiş  əqidədaşınızı 
istintaqdan  gizlətməyə  çalışırsınız.  İstintaq  sizə  doğru 
danışmağı təklif edir.  
Cavab:  Qəbulov  Babanın  əqidədaşım  olduğunu  bilmirəm. 
Mənim  keçmiş  Şəki-Zaqatala  üsyanı  ilə  heç  bir  əlaqəm  olma-
yıb”. 
BABA BƏY QƏBULZADƏ KİMDİR? 
Soyadı türkcə sənədlərdə “Qəbulzadə”, ruscalarda isə 
“Qəbulov”  kimi  yazılmış  Baba  bəy  XX  yüzil  Azərbaycan 
aydınlarının  öncül  nümayəndələrindən  biri,  görkəmli 
ictimai-siyasi xadim, “Əhrar” partiyasının üzvü, Azərbay-
canın  qurtuluşu  və  müstəqilliyi  uğrunda  fəal  mücahid, 
Azərbaycan  Cümhuriyyəti  (1918-1920)  Parlamentinin 
üzvü  və  nəhayət,  sovet  repressiyasının  şəhididir.  Onun 
haqqında  Azərbaycan  tarixşünaslığında  ilk  məqaləni  biz 
yazmışıq (20).  


 
99 
Baba  bəy  Abdulla  əfəndi 
oğlu Qəbulzadə 10 dekabr 1893-
cü  ildə  Qax-Muğal    kəndində 
anadan  olub.  İlk  təhsilini  evdə 
atasından – Qax və Zaqatalanın 
ən  sayılan  ruhanilərindən  biri 
olan Abdulla əfəndi’dən aldıqdan 
sonra  1910-cu  ildə  Zaqatalada 
ali 
ibtidai  məktəbi  bitirib. 
İxtisasca  müəllimdir.  Zaqatala 
və  Şəki  şəhərlərində  əsasən 
tarixdən dərs deyib.  
Gənc  yaşlarından  siyasətlə 
maraqlanıb.  Azərbaycanın  müstəqilliyini  önə  sürən 
müsavatçı  ideyalara  rəğbət  bəsləyib,  1918-ci  ildə  Şəki 
şəhərində  Müsavat  Partiyasının  canlanmasına  əlindən 
gələn yardımı göstərib, ancaq heç vaxt bu partiyanın üzvü 
olmayıb.  O,  atası  Abdulla  əfəndinin  də  mənsub  olduğu 
“Əhrar”
 partiyasını seçib və 1920-də ilk Cümhuriyyətimiz 
məhv  edilənədək  bu  partiyada  olub.  Parlamentin  üzvü 
olan  atası  1919-da  xəstəliyinə  görə  burada  fəaliyyətini 
davam  etdirə  bilmədikdə  “Müsavat”  Partiyasının  oza-
mankı  öncüllərindən  olan  görkəmli  maarifçi  İslam  bəy 
Qəbulzadə
’nin  (1879-1920)  tövsiyəsiylə  Baba  bəy  Zaqatala 
dairəsindən Parlamentə deputat seçilib. 
Sovet  hakimiyyəti  qurulan  zaman  Azərbaycandan  bir 
çox  adamlar  xarici  ölkələrə  mühacirətə  gedib.  Baba  bəy 
atası  Abdulla  əfəndiyə  deyib  ki,  gəl  biz  də  Türkiyəyə 
 
 
Baba bəy Qəbulzadə 


 
100 
gedək.  Atası  razılıq  verməyərək  deyib  ki,  mən  ölülərimə 
arxa çevirə bimərəm. Gələcək acı taleyini gözünün önünə 
almış  Baba  bəyə,  gerçəkdən  də,  kommunistlər  hədsiz 
zülmlər  veriblər.  Sovet  dönəmində  o,  dəfələrlə  həbs 
edilib.  İlk  dəfə  24  may  1920-də  “ÇK”  onu  keçmiş  Parla-
man  üzvü  kimi  həbs  edib,  ancaq  hec  bir  günahı  olma-
dığına  görə  16  gündən  sonra  buraxmalı  olub.  O,  1927-ci 
və  1937-ci  illərdə  də  “ÇK”  zindanına  düşüb  və  sonuncu 
dəfədə həyatı orada sona yetib.  
Sovet ağalığı illərində də Baba bəy əsasən müəllimliklə 
məşğul  olub.  Öncə  Zaqatala  məktəblərində,  o  sıradan 
Kənd  Təsərrüfatı  Texnikumunda  işləyib.  1923-1927-ci 
illərdə  Şəki  seminariyasında  (sonralar  2-illik  Müəllimlər 
İnstitutuna  çevrilib)  tarixdən  dərs  deyib.  Gəncə  Kənd 
Təsərrüfatı  İnstitutunun  və  H.b.Zərdabi  adına  Pedaqoji 
İnstitutun  dialektik  materializm  müəllimi,  şəkili  Rəsul 
Əfəndiyev
  danışırməş  ki,  mənim  vaxtilə  Şəki  2-illik  Peda-
qoji İnstitutuna girib oxumağımın səbəbkarı Baba bəydir. 
B.b.Qəbulzadə  Şəkidə  müəllim  işləyərkən  Məhəm-
mədəmin  Rəsulzadə
’nin  Türkiyədə  nəşr  etdirdiyi  “Yeni 
Qafqaziya”
  dərgisini  tələbələr  arasında  ucadan  oxutdu-
ğuna  görə  1927-ci  ildə  işdən  çıxarılıb  və  az  sonra  müsa-
vatçı  kimi  həbs  edilərək  11  iyunda  3  il  iş  alaraq  Bakıya 
sürgün edilib.  
Xalq  arasında  belə  bir  söhbət  dolaşır  ki,  1930-da  Şəki 
üsyanı  baş  verəndə  guya  Qaxda  camaat  məscidə  yığışıb 
və Baba bəyə təklif edib ki, bizim üsyana da sən rəhbərlik 
et,  ancaq  o,  üsyan  fikrinə  qarşı  çıxaraq  deyib  ki,  qoşun 


 
101 
üstünüzə  top-tüfənglə  gəlib,  siz  yaba  və  bellə  onun 
qarşısına  çıxaraq  heç  nə  edə  bilməzsiniz.  Hökumətlə 
hökumətlik  etmək  olmaz.  Çıxın  evinizə  gedin,  kasıbçılı-
ğınızla  məşğul  olun.  Onun  sözünə  qulaq  asan  camaat 
dağılışıb, bunun sayəsində də Qaxda Şəkidəki kimi qırğın 
və kütləvi həbslər olmayıb. 
Maraqlıdır  ki,  bəzi  istintaq  sənədlərində  isə  tam 
tərsinə  fikir  əksini  tapıb  –  guya  Baba  bəy  Şəki  üsyanını 
hazırlayanlardan,  yaxud  onun  fəal  iştirakçılarından  biri 
olub. Bu deyilənlərin ikisi də yanlışdır, çünki Şəki üsyanı 
zamanı Baba bəy Bakıda sürgündəydi. 
Azadlığa  buraxıldıqdan  sonra  o  yenə  Zaqatalada 
məskunlaşıb, müəllimlik edib. Aramsız təqiblərə, həbslərə 
baxmayaraq daim Azərbaycanın azadlığı ideyasını yayıb. 
Bir  çox  çağdaşları  onda  müstəsna  təbliğat  bacarığının 
olduğunu göstərirlər. 
Görünür, gənclər arasında təbliğat aparmasını əngəllə-
mək  üçün  onu  məktəbdən  uzaqlaşdırıblar  və  Baba  bəy 
təbiətinə  bütünlüklə  yad  olan  başqa  sahədə  çalışmalı 
olub.  Öncə  Şəkidə  İttifaq  Meyvə-Tərəvəz  Birliyinin  (rus-
cası:  “Soyuzplodoovoş”)  tədarükçüsü  işləyib.  Sonra, 
görünür,  izini  itirmək  üçün  iş  yerini  Gəncəyə  dəyişdir-
məli  olub  –  bu  şəhərdə  Moskva  Yeməkxanalar  Birliyinin 
(ruscası:  “Prodsnabmos”)  tədarük  üzrə  müvəkkili  olub. 
Son iş yeri də buradır. 
Təqiblər  üzündən  yaşayış  yerini  tez-tez  dəyişdirməyə 
məcbur  olub.  Ömrünün  son  illərini  Şəki  və  Bakı  şəhər-


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə