21
İstanbul ünsür və ədalarından, düşüncəni islam ehkamından
qurtarmağa çalışdığı kimi, Azərbaycanı müstəmləkə
vəziyyətindən, xalqı feodal quruluşu boyundurağundun xilas
etməyə səy edirdi. Ona görə də cavan ədib həyatı çulğamış olan
bu gülməli, həm də ağlamalı vəziyyətin təsvirindən başladı:
“Ürəyimin dərdi çox idi. Tiflisin Şeytanbazarında
1
rast
gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar
edirdi. Şairlər deyən kimi:
Yaza-yaza dərdimi aləmdə kaqız qoymadım,
Axırı bir guşeyi-divara yazdım dərdimi.
2
- Axırda mən də götürdüm bir hekayə yazdım. Yazdım ki, bir
bədbəxt müsəlman zəhmətkeş ki, onun adı Usta Zeynaldır, o
qədər dini cəhalətə çumubdur ki, bu cəhalətin bərəkətindən
həmişə zəhmətdədir. Görürdüm ki, mollalar bu biçarə Usta
Zeynalı başa salıblar ki, dünyada bir təmiz var, bir də murdar.
Təmiz odur ki, bitli, sirkəli də olmuş olsa ancaq etiqadca
müsəlman olsun, Əli şiəsi olsun. Və murdar odur ki, çox pakizə
və təmiz də olmuş olsa və bu dəqiqə təmiz bir hamamdan çıxmış
olsa, bir surətdə ki, o müsəlman deyil... o adam murdardır. Mən
də kağız tapa bilməyib divar səhifələrini qənimət bilirdim ki,
orada Usta Zeynalın bədbəxtliyini təsvir edim...”
3
.
Mirzə Cəlilin yazmaqdan əsas məqsədi bu idi. Xalqı cəhalətə,
zillətə salan, camaatın evini yıxan adamları, hadisələri, səbəbləri
göstərmək, oxucunun etiqadını dəyişmək idi.
1
Şeytanbazar bir Tiflisdə yox, çox müsəlman şəhərlərində var idi. Burada adam
aldatmaq, yalan, hiylə, oğurluq və s. pis əməllər məkanı mənasında, bir simvol kimi məcazi
mənada işlənir.
2
Müəllifi naməlum olan bu beyt belə də oxunur:
Axiri bir səflıeyi-divara yazdım dərdimi.
3
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh. 21.
22
Mirzə Cəlil bədii ədəbiyyatı həyat üçün, xalqın mübarizəsi
üçün zəruri bir vasitə sayırdı və bunu bütün ədəbi fəaliyyətinə
V.Q.Belinskinin dili ilə desək, “Alfa və omeqa”, Şərqin dili ilə
desək, bismillah və xətmullah seçmişdi.
Böyük ədibin bədii əsərdən ikinci tələbi əxlaqi məziyyət,
yaxud hüsni-əxlaq duyğuları idi. Bu məsələdə də o köhnə Şərq
zehniyyətinə, Sədilərin orta əsrlərə məxsus nəsihətinə, Fazili-
Dərbəndilərin “əxlaqına” zidd idi. Sədi şeirlərinin çoxunda
oxucunu susmağa çağırırça, Mirzə Cəlil oxucusunu hər bir zülm
və haqsızlığa qarşı çıxmağa çağırır. Sədi ayaqyalın adama
qılçasız adamı göstərib təsəlli vərməyə çalışırsa, Mirzə Cəlil
piyada yol gedənə Avropanın yeni nəqliyyat texnikasını göstərib
düşündürməyə, fəaliyyətə vadar edir. Sədi oxucusunu taleyə,
qismətə, qəzavü-qədərin hökmünə inandırmağa, hər bəlaya səbr
və təhəmmül etməyə öyrədir. Mirzə Cəlil isə xalqını fəaliyyətə,
öz səadətini öz əli, öz gücü ilə əldə etməyə çağırır. Böyük ədib
sonradan və hakim siniflər tərəfindən uydurulmuş bütün
“müqəddəsatı” rədd edir. O, tələb edir ki, yalanı ən müqəddəs
sayılan bir müctəhid demiş olsa da, yalan kimi qəbul etmək
lazımdır. Doğrunu ən hörmətsiz adam, İsgəndər (“Ölülər”) kimi
bir sərsəri, bir kefli demiş olsa da, doğru kimi qəbul etmək,
hörmət bəsləmək lazımdır.
Dünyada ən müqəddəs şey sağlam mühakimənin istiqaməti,
doğru və real məntiqin tələbləridir. Heç bir zahiri qondarma,
bəzəmə səbəblər müqəddəs və ülvi olan azad düşüncə yolunu
kəsməməlidir; əqlin, zəkanın işıqlı fanarını söndürməməlidir.
Buna görə də Mirzə Cəlil bədii əsərlərdən yeni, əxlaqi, gənc nəsli
köhnə fikirlərdən, çirkin əməllərdən iyrəndirən, ona yeni zəhmət,
fəaliyyət duyğuları aşılayan yeni ictimai vərdişləri tələb edir.
Hətta sovət dövründə, inqilabın ilk illərində bəzi səhnə
əsərlərində göstərilən eşqbazlıq lövhələrinə qarşı Mirzə Cəlil çox
qəzəblənirdi. Əyləncə, maraq oyatmaq, çoxlu tamaşaçı cəlb
etmək üçün edilən, məz-
23
munu şəklə qurban vərən, “milyonu şahıya satan” və nəticə
etibarilə dramaturgiyamızı yolundan azdıran bu əsərlər haqqında
Mirzə Cəlil dönə-dönə yazmışdır. “Eşq mədrəsəsi” məqaləsində
oxuyuraq: “haradan biz bu yolu tutmuşuq və kimdən öyrənmişik.
Səbəb nə oldu ki, indi teatromuzun əlli illiyində biz
səhnələrimizdə “Kimyagər”
əsərləri
əvəzinə növ-növ
mütribbazlıqlar görürük. “Məstəli şah” kimi bir ibrətli və xeyli
məzəli nümayiş əvəzinə şantanlar görürük və hədsiz - hesabsız
qiymətli əsərləri tərcümə edib... göstərmək əvəzinə hər gün, hər
gecə teatrlarımızı zurna-balaban, tar-qaval məclisinə oxşadıb
ziffaf gecələrini eyni surətdə cavanlarımızın gözünün qabağına
gətiririk ki, fürsəti qənimət bilsinlər və bu fani dünyanın
baqiliyinə çox ümidvar olmasınlar; o məhəbbət şərbətindən
dadmağı tərbiyə və təhsildən sonraya qoymasınlar...”
1
.
Bu sağlam və kinayəli tənqidin izahına ehtiyac yoxdur.
Mirzə Cəlil sənətdə mucərrədliyin də əleyhinədir. Eyni
şiddətli və istehzalı gülüşünü o, Şərifin “Gözəllik nədir” adlı
məqaləsinə qarşı işlətmişdir. Mirzə Cəlil göstərir ki, gözəllik
anlayışı mücərrəd deyil, müəyyəndir, mütləq deyil, tarixidir.
Məqalə sahibi kimin gözəllik hissindən və baxışından danışdığını
seçmədiyi üçün Mirzə Cəlil ona kəskin cavab vərərək, sadə bir
kəndlinin gözəllik haqqındakı təsvirini müəllifin alimanə
mülahizələrinə qarşı qoymuşdur.
Mirzə Cəlilin dil məsələlərinə, ədəbiyyatda müasirlik
məsələsinə, canlı insanların təsviri, sadəlik və fəallıq
məsələlərinə dair qeydləri çoxdur. Ancaq onun ədəbi-bədii
baxışlarını müəyyən etmək üçün ən parlaq, zəngin material
ədibin öz bədii əsərləridir.
“Molla Nəsrəddin” məcmuəsini açan, Haqvərdiyevi, Sabiri,
Ordubadini, Ə.Nəzmini, Qəmküsarı başına yığan, köhnə
1
C.Məmmədquluzadə. Eşq mədrəsəsi. “Molla Nəsrəddin”, 1923, 19.
Dostları ilə paylaş: |