Heyvanların miqrasiyası onların çoxalması, qida axtarması və digər bioloji
tələbatdan irəli gəlir. Bəzən miqrasiya başqa səbəbdən də baş verə bilər. Məsələn,
ş
imal maralları yayda mığmığa və ağcaaqanadlardan müdafiə olunmaq üçün
tayqadan meşəsiz dağlara, tundraya, külək olan yerlərə çəkilir, qışda isə
meşəliklərdə güclü tufanlardan qorunurlar.
19. Fəsillik, dövri və sutkalıq miqrasiyalar. Aktiv və passiv miqrasiyalar.
Fəsillik miqrasiyaya misal olaraq qışda tunradan cənuba doğru uçan köçəri
quşları göstərmək olar. Yayda bu quşlar yenidən tundraya qayıdırlar. Həmçinin,
yayda Afrikadan bir çox quşlar şimala uçub gəlir. Məsələn, flaminqo (qızıl qaz)
Azərbaycana, xəzərin Böyük Qızılağac görfəzinə uçub gəlir. Qışda isə yenidən
Afrikaya qayıdır.
Sutkalıq miqrasiyada suda yaşayan plankton orqanizmləri sutka ərzində
axşamlar qidalanmaq üçün suyun üzünə qalxır, gündüzlər isə dərin qatlara
geddirlər. Xüsusilə, Xəzər dənizindəki mizidlər bir sutka ərzində bir neçə yüz metr
dərinliyə miqrasiya edirlər.
Dövrü miqrasiyalar zamanı heyvanlar çoxalma ərazisindən kütləvi olaraq geri
qayıtmadan köçürlər. Bu, daha çox həyat şəraitinin kəskin dəyişməsi, Heyvan
fərdlərinin həddən artıq artması, qida çatışmamazlığı, yanğın, quraqlıq və s. kimi
səbəblərlə izah edilir.
Bütün bunlar aktiv miqrasiyalardır. Lakin passiv miqrasiyalarda heyvanlar bir
yerdən başqa yerə külək, dalğa, çay axını və sel vasitəsilə aparılır.
20. Hərəkətli və hərəkətsiz areallar.
Arealların sərhədləri 2 yerə bölünür: hərəkətli (tranzit) və hərəkətsiz (statis)
areallar. Bəzi arealların sərhədləri qısa vaxt ərzində, insanın gözü qarşısında
dəyişir Bu hərəkətli arealdır. Lakin bəzən arealların sərhəddi yüz min illər ərzində
az məsafədə dəyişir. Buna hərəkətsiz areal deyilir.
Hərəkətli areallar proqressiv sərhədli, yəni arealın genişlənməsinə tərəf dəyişən
areal və reqressiv areal, yəni arealın sərhəddinin kiçilməsinə tərəf dəyişən areallar
ola bilər.
21. Heyvanların yayılmasında insanın rolu.
Heyvanların yayılmasında insanın rolu son dərəcə böyükdür və ildən-ilə artır.
Bu, həm maneələrin aradan qaldırılması ilə, həm də heyvanların bir ölkədən başqa
ölkəyə daşınması ilə izah olunur.
Çayların kanallarla birləşdirilməsi balıqların bir çaydan digərinə keçməsinə mane
olan səddi aradan qaldırır. Məsələn, Süveyş kanalı vasitəsilə Aralıq dənizinin bir
çox heyvanları, əsasən də balıqlar Qırmızı dənizə, Qırmızı dənizin heyvanları isə
Aralıq dənizinə keçə bilmişlər.
Əkin sahələrini qoruyan meşə zolaqlarının salınması meşə quşlarının çöl
zonasında yayılmasına kömək edir.
Təbii landşaftları dəyişmək yolu ilə insan heyvanların yayılmasına daha çox təsir
etmiş, areal sərhəddinin dəyişməsinə səbəb olmuşdur. Bunun nəticəsində bir sıra
növlərin arealı genişlənmiş, digərlərininki isə kiçilmişdir.
22. Heyvanların şüurlu və kortəbii daşınması.
Heyvanların insan tərəfindən bir ölkədən başqa ölkəyə daşınması şüurlu və
kortəbii şəkildə baş verir. nsan siçanları, siçovulları, tarakanları, gənələri və bir
çox həşəratları gəmilərlə Yer kürəsinin hər yerinə düşünmədən köçürmüşdür.
ngiltərəyə təsadüfən Cənubi Amerika opossumu aparılmış, ABŞ-a isə opossumlar,
iquanalar və kərtənkələlər avtomobillərdə aparılmışdır. Əksər hallarda belə
köçürülmüş növlər yeni əraziyə yaxşı alışırlar. Müharibə illərində Amerikadan
Avropaya kartofla birlikdə kolorado böcəyi – leptinotazra gətirilmiş və burada
geniş yayılmışdır. Volqa-Don kanalının açılışından sonra Qara dənizdən Xəzər
dənizinə onurğasız heyvanlar – balyanus və mitilyaster keçmişlər və burada geniş
artaraq, yayılmışlar.
Heyvanların şüurlu köçürülməsi onların iqlimə uyğunlaşdırılması məqsədi güdür.
Bu məqsədlə dam sərçəsi Amerikaya, Avstraliyaya və Yeni Zelandiyaya
köçürülmüş və orada geniş yayılmışlar.
Zərərvericilərə qarşı mübarizə məqsədilə onların təbii düşmənləri köçürülür.
Məsələn, Antil adalarına Hindindistan manqustu siçovullara və zəhərli ilanlara
qarşı mübarizə məqsədilə gətirilmişdir. Qafqazda və Orta Asiyada malyariya
ağcaqanadlarınin sürfələrinə qarşı mübarizə üçün Cənubi Amerikadan qambuziya
balığı gətirilərək iqlimə uyğunlaşdırılmışdır.
23. Heyvanların köçürülməsinin mənfi nəticələri.
Heyvanların insanlar tə
rəfindən köçürülməsi heç də həmişə müsbət nəticələr
vermir, arealın genişlənməsinə səbəb olmur. Yeni Zelandiyaya köçürülmüş 40-a
yaxın məməli heyvan növü oranın iqliminə uyğunlaşa bilməmişdir. Heyvanları
yeni biosenozlarda iqlimə uyğunlaşdırarkən, bu heyvanların eyni qida ilə qidalanan
orqanizmlərlə rəqabət təşkil etməsi, müəyyən yırtıcılar tərəfindən məhv edilməsi,
yaxud xəstəliklərə tutulması nəzərə alınmalıdır. Məsələn, Azərbaycana Rusiyanın
Uzaq Şərq diyarından gətirilmiş xallı maral Xızı rayonuna buraxılmış, lakin orada
qoyunların yeminə xələl gətirərək, rəqabət yaratmışdır. Buna görə də xallı
maralları oradan Lənkərana – Hirkan qoruğuna köçürmüşlər.
Heyvanların yayılması bəzən təsərrüfata ciddi ziyan vurur. Buna görə də bütün
ölkələrdə ciddi karantin qaydaları mövcuddur. Heyvanların başqa yerlərdə iqlimə