Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə12/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

Himalay Ənvəroğlu __________________________
 
 
47 
yaradıcılığındakı klassik nümunələri də göstərir. Bu, ilk növbədə 
"Xosrov və  Şirin" və "Leyli və  Məcnun" "romani" poemalarına 
aiddir. "Xosrov və  Şirin"in aparıcı  qəhrəmanlarının tarixi 
bioqrafiyası qədim xronikalarda qorunub saxlansa da, Nizaminin 
özünün tarixə milli, humanist, vətənpərvər və  ən başlıcası isə 
sənətkar baxışı olmuşdur. Bizans imperatoru Iraklinin VI əsrin 
sonu, VII əsrin  əvvəllərində yaşamış katibi Simokatın "Tarix" 
əsərindən, Təbərinin 923-cü ildə "bizim xanım" adlandırdığı Şirin 
haqqında yazdıqlarından, Firdovsidə göstərilən mənbələrdən və 
bu mövzuda bir sıra xronikalardan xəbərdar olan Nizami özünün 
tarixlə səsləşən canlı, bədii obrazlarını yaratdı. O, əkinçilik ilahəsi 
Iştarla bağlı əfsanələrdə mifoloji obraz kimi verilən Şirini həyatla 
nəfəs alan real qəhrəmana çevirdi. Ümumiyyətlə, Nizami Şirinin 
ilk mənbələrdə olan bütün mifoloji parıltılarından imtina edir. Bu, 
qəhrəmanın roman obrazını yaratmaq meyli idi. Məsələn,  ərəb 
coğrafiyaçıları  Şirin qəsrindən və Büsütun dağından danışarkən 
Fərhadın adını  çəkmirlər. Ümumiyyətlə, Nizamiyə  qədər Fərhad 
əfçsanəsi hətta folklorda da bitkin xarakterdə olmayıb. Ilk dəfə 
Fərhadı ideal aşiq kimi Xosrova qarşı qoyan Nizami olub. 
Nizami  Şirini Xosrovun qəhrəmanlıq bioqrafiyasında bir 
epizod kimi deyil, müstəqil roman süjeti kimi verir. Romanın 
əvvəlində janrın poetikasının tələb etdiyi kimi Xosrovun 
doğulması, uşaqlığı  və  gəncliyi verilir. Məhəbbət  əsərdə  mənəvi 
təmizləmə rolunu oynayır. Firdovsidə Xosrov hakimiyyətinin 
qanuniliyi, hakimiyyəti müharibədə qalib gəlməklə  əldə etmək 
meyli  əsas götürülürsə, Nizami şəxsi və  mənəvi məqamları ilk 
plana çəkir. Bunun üçün də mənəvi normaların başlıca daşıyıcısı 
kimi  Şirinə üstünlük verir. Ona görə  də  Şirinin  əfsanədə verilən 
"xain hərəkətini" (Məryəmi zəhərləməsini) çıxarmışdır. Lakin o, 
bu hərəkəti Fərhadın aldadılması  mənasında Xosrovun ünvanına 
yazır. Fərhadın süjeti Xosrovun eqoizmini, Şirinə xudbin 
məhəbbətinin mahiyyətini açmaq üçün mühüm rol oynayır. 
"Xosrov və  Şirin" romani eposunun ilk hissələri sanki nağılı  və 
yunan romanını xatırladır. Bunu hekayə və şəkil əsasında sevmə-
yin  ənənəvi üsulları aydın göstərir. Eyni zamanda rastlaşarkən 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
48
maneə olan "təsadüflər" romanda struktur rol oynayır. Qəh-
rəmanların görüşü üçün bu "əlverişli" təsadüflər "yığımı" çox vaxt 
yunan romanının süjet sxemini xatırladır. Orta əsrlər tipində 
həqiqi roman ikinci hissədən, xarici maneələr kənarlaşdırılandan 
sonra başlayır. Burada artıq daxili kolliziya baş qaldırır. 
Nizaminin novatorluğu "rıtsar romanının ənənəsinin aradan 
qaldırılmasın"da deyil, əksinə, orta əsrlər romanını nağıl-qəh-
rəmanlığın epik ənənəsindən ayırmadan onun klassik formasını 
yaratmasındadır. Gürganinin Ramini ilə Nizaminin Xosrovunun 
uğursuz cəhdləri oxşardır. Bu, yeni nigahda, sonrakı küsüşmə və 
barışmalarda özünü aydın  şəkildə göstərir. Həmin epizodların 
bəziləri Xosrov haqqında mənbələrdə yoxdur. Məsələn, əfsanədə 
Xosrovun Şəkərlə evlənməsi verilməyib. Nizami bu obrazı Şirinə 
qarşı qoymaq və  fərdi məhəbbət obyektinin dəyişilməzliyini 
nümayiş etdirmək məqsədilə yaratmışdır. 
Nizaminin bu romani eposunda lirika janrın formalaşma-
sında iştirak edən mühüm stixiyadır. Xosrovun Şəkərlə evlənən-
dən sonra da Şirini unuda bilməməsi, uzun sürən barışıq dövrü, 
hər iki tərəfin məğrurluğu, güzəştə getmək istəməmələri Raminin 
Gülə evlənəndən sonra Visin həsrətini çəkməsi, onunla barışmaq 
arzusu ilə  çırpınması motivlərini xatırladır. Nizaminin bəzi lirik 
"partiyaları" Gürgani ilə  səsləşsə  də, kəskin fərqlər də çoxdur. 
Nizamidə zahiri maneələrin aradan qalıdırlmasından sonra daxili-
mənəvi həyatın yaradılması prosesi başlayır. Bu uzun və  əzablı 
proses Xosrovla Şirinin münasibətlərinin sahmanlanması, 
xarakterlərdə köklü dəyişikliklərin yaranması ilə  nəticələnir. 
Burada məhəbbət də sufi dairədən çıxarılaraq dünyəvi səmtə 
aparılır. Raminin "strukturu" janrın təkamül prosesində olduğunu 
göstərir. Haqq dərgahına  əl tutub övlad diləmək kimi geniş 
yayılmış nağıl-epos motivindən sələfləri kimi Nizami də 
bəhrələnmişdir. Xosrovun Şirinə vurulması motivi forma etibarilə 
Raminin Visə vurulmasının ilk səhnələrini xatırladır. 
Qəhrəmanların yolda rastlaşarkən bir-birini tanımamaları, bir-bir-
lərinə qovuşmağa əngəl olan maneələri aradan qaldırmaq üsulları 
ilə  səsləşir. Çünki romanın birinci hissəsində  kənar maneələrin 


Himalay Ənvəroğlu __________________________
 
 
49
aradan qaldırılması  və  qəhrəmanların  əbədi birləşməsi imkanı 
meydana gəlir və sanki nağılın və yunan romanının məqsədi yeri-
nə yetirilir. Lakin sonra romanın konflikti nəzarətdə saxlanılaraq 
ikinci hissəyə körpü atılır və həmin yol sanki yenidən keçilməyə 
başlanır. Bu dəfə artıq o, daxili maneələri aradan qaldırmaqla 
edilir. 
"Xosrov və Şirin"də "beynəlxalq" folklor motivlərindən də 
istifadə edilir. Məsələn, Büsütun dağını yarıb keçməkdə olan 
Fərhadın  Şirin haqqında acı  xəbəri eşidəndən sonra qəmdən 
ölməsi, Xosrovun bir gözəli digəri ilə əvəz etməsi, adın semantik 
mənası  (Şirinin  Şəkərlə  "əvəzlənməsi") bunu aydın göstərir. 
"Tristan və Izolda"da da birinci və ikinci Izolda obrazları verilir. 
Bu, "eramızdan əvvəl VI-V əsrdə baş verən, Heradot və Aristotel 
tərəfindən yazıya köçürülən "Pisistratın Afinanı aldatması" adlı 
rəvayətin motivlərinə gedib çıxır. Vüsal gecəsində Xosrovu 
sərxoşluqdan ayıltmaq üçün Şirinin onun yatağına qoca qarı 
uzandırması motivi "Vis və Ramin"də, "Tristan və Izolda"da da 
vardır. Şirinin ərinin qəbri üzərində özünü öldürməsi, başqa sözlə, 
"məhəbbət ölümdən güclüdür" inamı ilə  hərəkət etməsi motivi 
şairlər haqqında  ərəb  əfsanələrində  və o cümlədən "Tristan və 
Izolda" mənzum romanında da özünü göstərir. 
Ümumiyyətlə, nağıl məhəbbətindən həqiqi, real məhəbbətə 
yol insanın formalaşması yolu kimi sonda hökmdarın  ədalətli 
olması ilə  nəticələnirsə, bu, Nizaminin humanist sənətinin 
qələbəsidir. Eyni zamanda, ərəb lirikasından fərqli olaraq Nizami 
qadın kultuna sufi boyalar gətirir. "Xosrov və  Şirin"ə nisbətən 
"Leyli və  Məcnun"da o bu meyli hətta xeyli gücləndirir də. 
Təsadüfi deyil ki, Platon, Homer də daxil olmaqla, bütün böyük 
şairləri sufi hesab edirdi. 
 
Nizami epik pafosu zümrə çərçivəsindən çıxarıb, ona ümu-
minsani xarakter verdi, qəhrəman rıtsar igidliyindən, səfər və 
macəralardan, nağıl-fantastik gedişlərdən azad edildi. Məsələn, 
"Şahnamə"də mühüm yer tutan müharibə  səhnələrinin hələ "Vis 
və Ramin"də  kənar edilməyə başlandığını müşahidə edirik. 
Müvafiq olaraq Nizamidə  də igidliyin geniş  təsviri yoxdur, 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
50
müharibə isə  zəruri hallarda arzu olunmadan aparılır. Nizami 
məhz bu mənada sələflərinin epik ənənəsindən uzaqlaşır və öz 
zamanının milli eposuna yaxınlaşır. Məsələn, Xosrov obrazında 
özbaşınalığa öyrənmiş real şah cizgiləri (despotizm, məşuqə 
hərisliyi, "sevgi" istəyini asanlıqla yerinə yetirmək səyi, insanlar 
qarşısında məsuliyyətsizlik və s.) verilir. Tərbiyələndirmək, 
daxildən dəyişdirmək,  ən son anda ədalətli hökmdara çevirmək 
müəllif idealının romani eposda görünməsi idi. Məsələn,  əgər 
Ramin məhəbbət divanəliyindən asılı olmayaraq sonda ədalətli 
olursa, Xosrov adil şaha çevrilməsində bilavasitə Şirinin məhəb-
bətinə borcludur. 
Nizami  əsərlərində  şahları  ədalətə çağırır. Çünki onlar da 
bir insan kimi zəif cəhətlərə malikdir. Göründüyü kimi, belə 
"kiçik" məsələlər eposda özünə daim yer ala bilmədiyi üçün 
romanda görünməli olmuşdur. Məsələn,  Şirinin xalq (folklor) 
bədii zövqünün qəhrəmanı olan ideal Fərhadı deyil, Xosrovu 
sevməsi təkcə  mənbələrə  sədaqət göstərilməsi kimi izah edilə 
bilməz. Çünki roman müəllifə qəhrəmanın qəlbinə daxil olmağa, 
ürəyinin döyüntüsünü dinləməyə, könlündən keçənlərə münasibət 
göstərməyə imkan verir. Burada məsələni irəlicədən məlum 
"normativ" ideal həll etmir. Şair qəhrəmanını həmin ideala qurban 
verməyib, onu öz təbiiliyində və öz xarakterində yaradıb. Bu isə 
qəhrəmanın qəlb həyatının axarını  təbii olaraq aparıb Xosrova 
bağlayır. Folklorun səsinə qulaq asıb üstünlüyü Fərhada vermək 
ilk növbədə  təbiiliyi, xarakterin məntiqini pozar və  Şirinin 
qəlbinin təbii istəyi ödənilməzdi. Ümumiyyətlə, Nizamidə 
sələflərindən dolğun və aydın olan lirik stixiya təbii olaraq "Leyli 
və Məcnun"da daha da genişləndirilir. 
I.Kraçkovskinin yuxarıda göstərilən  əsərində (s.69) IX 
əsrdə yaşamış Ibn Küteybanın "Mahnılar kitabı", XI əsrdə 
yaşamış Əbu-l Fərəc əl-Isfahaninin "Nəğmələr kitabı" bu əfsanəni 
saxlayan  əsas mənbələr kimi qiymətləndirilir. O, əfsanənin ilk 
"redaksiyalarında" vahid süjet xəttinin olmadığını, ayrı-ayrı epi-
zodların mexaniki şəkildə birləşdiyini qeyd edir. Leyli və  Məc-
nunun macəraları ilə bağlı I.Kraçkovski ilə E.Bertels arasında 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə