Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
1   ...   6   7   8   9   10   11   12   13   14

artıqlaması  ilə  icra  olunmağa  başladı.  İş  o  yerə  çatdı  ki  camaat  yenidən  Bəni-Üməyyə 

hakimiyyətinin  qayıtmasını  arzuladı.  Necə  ki,  Əbu  Əta  Sindi  adlı  bir  şairin  bu  həqiqətlə  bağlı 

söylədiyi şe`rindəki misralar diqqəti özünə cəlb edir: 

Kaş bir daha Bəni-Üməyyənin zülm və azğınlığı geri dönəydi, 

Abbaislərin haqq-ədaləti isə cəhənnəmə gedəydi!   

Səffahın  hakimiyyət  dövrü  qısa  və  ilk  Abbasi  xəlifəsinin  hakimiyyət  dövrü  olduğundan  o  vaxt 

hələ  Bəni-Abbas  hakimiyyətinin  dayaqları  çox  da  möhkəmlənmədiyi  üçün  onun  dövründə 

camaata  bir  o  qədər  də  zülm  olunmurdu.  Peyğəmbər  (səlləllahu  əleyhi  və  alih)  ailəsi  də  çox 

təzyiqlərə məruz qalmırdı. Ancaq Mənsur Dəvaniqinin hakimiyyətə gəlişi ilə zülm artdı. Mənsur 

nisbətən  uzun  müddət  yəni  təxminən  iyirmi  bir  il  İmam  Sadiq  əleyhissəlamın  müasiri  olduğu 

üçün  onun  bu  müddətdə  göstərdiyi  təzyiqlər  və  törətdiyi  cinayətlər  barədə  bir  az  açıqlamalar 

veririk. 

İqtisadi təzyiq siyasəti 

(İkinci  Abbasi  xəlifəsi)  Əbu  Cəfər  Mənsur  Dəvaniqi  çox  zalım  qəddar  daşürəkli  bir  şəxs 

olmuşdur.  O  İslam  cəmiyyətini  bədbəxtliyə  sürükləmiş  camaatı  boğaza  yığmış  və  kiçik  bir 

müxalifətə  belə,  qılıncla  cavab  verirdi.  Mənsur  zalım  olmasından  əlavə,  həm  də  həddən  artıq 

tamahkar  paxıl dardüşüncəli bir şəxs olmuş və Abbasi xəlifələri arasında paxıllıq və tamahkarlıq 

üzrə ad  çıxarmışdı. Tarixi qaynaqlarda  onun  həddən artıq  paxıllıq  və  tamahkarlığı  barədə  çoxlu 

dastanlar  qeyd  olunmuşdur.  Ancaq  onun  cəmiyyətdə  yaratdığı  maliyyə  çətinliklərini  və  insanı 

əldən salan iqtisadi təzyiqlərini təkcə onun paxıl və tamahkar olması ilə əlaqələndirmək  olmaz. 

Çünki  o  öz  hakimiyyəti  dövründə  cəmiyyətin  iqtisadi  vəziyyətini  iflic  halına  salaraq  camaatı 

həyat  səhnəsində  məhv  etdi.  O  təkcə  müsəlmanların  ümumi  malını  hökumət  xəzinəsində  yığıb 

toplamaqla onu abadlıq işləri və camaatın rifahı sahəsində xərcləməmiş üstəlik camaatın əlində 

olanı  da,  güclə  onlardan  alıb  heç  kimdə  az  da  olsa,  belə  pul  qoymamışdı.  Bəzi  tarixçilərin 

dediyinə  görə  Mənsurun  bu  yolla  topladığı  mal-dövlətin  dəyəri  səkkiz  yüz  milyon  dirhəmə 

çatırdı.  

Bəli bütün  ölkədə icra edilən bu ətraflı proqram elə bir proqram  deyildi ki onu təkcə Mənsurun 

son dərəcə paxıllıq və tamahkarlığı ilə əlaqələndirmək mümkün olsun. Əldə olan sübutlar göstərir 

ki  cəmiyyətdə  iqtisadi  və  maliyyə  çətinlikləri  yaratmaq  qabaqcadan  hazırlanmış  və  Mənsurun 

xüsusi  məqsədləri  əsasında  qurulmuş  bir  siyasət  olmuşdur.  Mənsurun  bu  çirkin  siyasətdən 

məqsədi bu olmuşdur  ki qoy camaat həmişə ac ehtiyac içərisində olub  daima ona göz diksin və 

belə olduğu bir halda da, ancaq qarınlarını doyurmaq fikrində olub daha böyük ictimai hadisələrlə 

məşğul olmağa macal tapmasın. Mənsur bir gün öz dost-tanışının bir qisminin yanında camaatı ac 

saxlamaqda  olan  məqsədini  uca  səslə  belə  bəyan  etdi:  “Bədəvi  ərəblər  öz  misallarında  yaxşı 

demişlər ki itini həmişə ac saxla qoy çörək tapmaq üçün daima sənin ardınca düşsün.” Bu zaman 

Mənsurun  bu  təhqiramiz  ifadəsindən  bərk  narahat  olmuş  bir  şəxs  dedi:  “Qorxuram  ki  başqa  bir 

şəxs həmin itə bir parça çörək versin it də çörəkdən ötəri onun ardınca düşüb səndən əl çəksin.”  

Mənsur öz hakimiyyəti dövründə təkcə özünün bu çirkin aclıq siyasəti ilə kifayətlənmir üstəlik bu 

siyasəti oğlu Mehdiyə də tövsiyə edirdi. O oğlu Mehdiyə etdiyi vəsiyyətlərin birində deyir: “Mən 



camaatı müxtəlif yollarla özümə tabe etmişəm. İndi camaat üç qisimdir: Bir dəstəsi ac-yalavacdır 

və  həmişə  ehtiyac  əllərini  sənə  tərəf  uzadacaq.  Bir  dəstəsi  qaçaq  düşüb  həmişə  öz  canlarını 

qorumaq  hayındadır.  Üçüncü  dəstə  isə  həbsdədir  və  öz  azadlıqlarını  yalnız  sənin  əfv  və 

mərhəmətində  arzulayır.  Elə  ki  hakimiyyətə  gəldin  camaat  üçün  rifah  və  asayiş  meydanını  çox 

açıq qoyma.”  

Bu  həqiqətlər  göstərir  ki  bu  proqram  Mənsurun  hakimiyyətinin  möhkəmlənməsi  məqsədilə  icra 

olunurmuş.  Məqsəd  isə  dövlət  mülkiyyətində  olan  mal-dövlətdən  qənaətlə  istifadə  etmək  deyil 

mübariz qüvvələri zəiflədib aradan götürməklə camaatın müxalifət sədalarını yatırmaq olmuşdur. 



Qırğın qantökmə siyasəti 

Mənsurun  antiislam  siyasəti  təkcə  cəmiyyəti  aclıqda  saxlamaq  onların  hüquqlarını  kəsməklə 

kifayətlənmir  iqtisadi  və  maliyyə  çətinliklərindən  əlavə  cəmiyyətdə  dəhşətli  bir  qorxu  da  hökm 

sürürdü. Onun iş başına təyin etdiyi hakimlər çoxsaylı işkəncə və qətllər həyata keçirir hər gün 

neçə nəfər bu vəhşiliyin qurbanı olurdu. Bir gün Mənsurun əmisi ona dedi: “Sən camaatın üstünə 

elə qəzəb və nifrətlə hücum çəkmisən ki sanki sənin qulağına heç rəhm sözü dəyməyib.” Mənsur 

onun  cavabında  deyir:  “Hələ  Bəni-Mərvanın  sümükləri  çürüməyib  Əbu  Talib  nəslinin  qılıncı 

qınına girməyib. Biz indi dünənəcən bizə adi gözlə bu gün isə xəlifə gözü ilə baxan bir camaatın 

arasındayıq. Buna görə də, bizim heybətimiz ancaq rəhmin və əfvin unudulması və zülmün həyata 

keçməsi ilə yadlarda qalacaq.”  

Düzdür  bu  siyasət  bütün  xilafət  ərazisində  hökm  sürürdü  lakin  Mədinə  şəhəri  daha  çox  təzyiqə 

məruz  qalırdı.  Çünki  Mədinə  əhalisi  elə  ilk  günlərdən  İslam  qayda-qanunları  ilə  yaxından  tanış 

olduğu üçün Mənsurun hökuməti kimi hər hansı bir azğın hökumətin tabeçiliyinə keçmək istəmir 

hər hansı bir hökmü İslam hökmü adı ilə qəbul etmirdi. Bundan da əlavə, Peyğəmbərin (səlləllahu 

əleyhi  və  alih)  vəfatından  sonra  Mədinə  şəhəri  əsasən,  İslamın  böyük  rəhbərlərinin  moizə 

iqamətgahı olmuş digər tərəfdən də, hər biri öz dövrünün İslamını qoruyub saxlamaq və camaata 

rəhbərlik  etmək  vəzifəsini  daşıyan  İmamlar  səkkizinci  İmama  qədər  bu  şəhərdə  olmuş  onların 

burada olması daima Mədinə müsəlmanlarının İslami hərəkəta başlamalarına səbəb olmuşdur. 

Mənsurun hakimiyyəti dövründə İmam Sadiq (əleyhissəlam) o şəhid olduqdan sonra da onun əziz 

oğlu  İmam  Kazim  (əleyhissəlam)  İslami  mübarizələr  rəhbəri  kimi  Mədinə  şəhəri  isə  zalım 

xəlifələrin özbaşınalıqlarına qarşı aparılan əsl İslami hərəkat mərkəzi hesab olunurdu. 

Mədinə iqtisadi blokadada 

(İmam  Həsən  əleyhissəlamın  nəvəsi)  “Nəfsi  Zəkiyyə”    adı  ilə  məşhur  olmuş  Məhəmməd  ibn 

Abdullah ibn Həsənin qiyamından sonra İmam Sadiq əleyhissəlamın həyatının sonlarında Mənsur 

Mədinə şəhərində baş vermiş qiyamı yatırtmaq üçün Riyah ibn Osman adlı çox zalım qaniçən və 

rəhmsiz  bir  şəxsi  Mədinəyə  vali  təyin  etdi.  Riyah  Mədinəyə  gəldikdən  sonra  camaatı  bir  yerə 

toplayıb  xütbə  oxuyaraq  xütbənin  əsnasında  dedi:  “Ey  Mədinə  camaatı!  Mən  əfi  oğlu  əfiyəm. 

Mən  sizin  şəhərinizi  xarabaya  çevirən  kişilərinizi  qıran  Müslim  ibn  Üqbənin  qardaşı  oğluyam. 

And  olsun  Allaha  əgər  təslim  olmasanız  sizin  şəhərinizi  alt-üst  edəcəyəm.  Belə  ki  daha  onda 

həyatdan əsər-əlamət qalmayacaq.” 



Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə