70
dünyanın ümummədəni mənzərəsində, ümumfəlsəfəsində
həmin düşüncələr hakimdir. Şərq və Qərb mədəniyyəti, Şərq və
Qərb xalqları, Şərq və Qərb adətləri, Şərq və Qərb həyatı, Şərq
və
Qərb
fəlsəfəsi
dünyanın
ümumbəşəri
mühitini,
ümummədəni sistemini iki başlıca hissəyə (dairəyə) ayırıb.
Tarixən Şərq və Qərb elementləri bir-birinə transfer etməklə
xassələnib və qarşılıqlı təsirdə olub. Ümumiyyətlə isə, Şərq-
Qərb mədəniyyətinin qarışması və qovuşmasını, məkanlar üzrə
yayılmasını, mədəniyyət cərəyanları coğrafiyasının tarixi
yaranmasını “Ayın dövrləşməsi” adlanan təbiət hadisəsinə
bənzətmək olar. Tarixən məlumdur ki, Qərb öz mədəniyyət
başlanğıcını, elmini Şərqdən götürüb, Şərq tarixin müəyyən
dövrlərində Qərbi mədəniyyət elementləri ilə qidalandırıb
(Aralıq dənizi regionundan kontinent boyu Şimala doğru).
Dünyanın əksər yerli (milli), bəşəri və qlobal dinlərinin
(musəvilik, xristianlıq, islam, buddizm (Tibet və Şərqi
Asiyada), hinduizm (müasir Hindistan)) mənbəyi də elə Şərq
hesab edilir. Qərbin dini görüşləri əsasən Şərqdən formalaşıb.
(Roma imperiyası tərəfindən xristian dininin qəbulundan
başlayaraq). Qədim Yunan fəlsəfəsi ilə yanaşı, Şərqdə də
fəlsəfə olub. (Hindistanda Upanişadalar, Buddist fəlsəfə,
Bhaqavad-qita (hinduizmin müqəddəs mətni), Çində Konfusi,
Daosizm).
Orta əsrlərdə, xüsusilə, intibah (renessans – çiçəklənmə
(elmdə və incəsənətdə) dövründən başlayaraq və yeni dövrdə
Qərb öz mədəni, fəlsəfi, elmi düşüncələrində Şərqi üstələməyə
başlayır. Yeni meydana gələn burjuaziya təbəqəsi kral
hakmiyyətləri ilə mübarizəyə qoşulur və dini hakimiyyətin
məhdudlaşdırılması prinsipini irəli sürürlər, mütləqiyyətə qarşı
çıxır, liberal məzmuna malik olan sistemli dövlət və cəmiyyət
prinsiplərini irəli sürürlər. Tarixdən məlumdur ki, xüsusilə
XVII- XIX əsrlərdə suveren dövlətlərin yaranması (otuz illik
müharibədən sonrakı vəziyyət və XIX əsrdə Avropada suveren
dövlətlərin çoxalması), təbiət elmlərinin (təbiətşünaslığın)
71
Qərbdə çiçəklənməsi, texniki elmlərin meydana gəlməsi
(Aristotel mexanikasının Qaliley- Nyuton mexanikası ilə əvəz
olunması), təbabətin elmiləşməsi, dünyanın mexanistik
fəlsəfəsini yaradanların (Tomas Hobbs, Rene Dekart, Barux
(Benedikt)
Spinoza,
Leybnits-rasionalistlər),
XX
ə
srin
ortalarında Elmi-texniki inqilabın baş verməsi Şərqlə Qərb
arasında inkişaf göstəricilərində, eləcə də göstəricilərin tərkibi
olaraq, cəmiyyətlərdə meydana gələn yeni cərəyanlar və
elementlər
baxımından,
kəskin
uçurum
yaratdı.
Şə
rq
cəmiyyətlərində təbiətə rasional təsir göstərən, hadisələrə
liberal yanaşan cərəyanlar və qruplar demək olar ki, çox
məhdud idi. Qərb (Avropa) özünün ifrat mühafizəkarlığından
imtina etdi, liberallıq ənənələri (liberalizm nəzəriyyələri-Con
Lokk və Tomas Hobbs kimi filosoflar inkişaf etdirdilər) isə
istər cəmiyyətlərdə, istərsə də dövlət sistemində (yeni hüquqi
dövlətlər-İohann Altuzi, Hüqo Qrotsinin müqavilə əsasında
siyasət, təbii hüquq üzərində siyasət fikirləri), siyasətdə öz
ə
ksini tapdı. XIX əsrin sonu XX əsrin əvvəllərində kontinental
texnologiya (Avropanın texniki elmləri) Qərbin inkişafını
sürətləndirdi, cəmiyyətlərdə rasionalizm demək olar ki, bütün
strukturlara nüfuz etdi. Şərq isə Qərbdən asılı vəziyyətə düşdü.
İ
nkişaf etmiş Qərb (məsələn, XIX əsrdə dünyanın ən böyük
hərbi donanmasına malik olan Böyük Britaniyanın ekspansiya
siyasəti, genişlənmiş qul alveri, məkanlardan-məkanlara keçən
və mərkəzləri birləşdirən uzun ticarət yolları və s.) Şərqə nüfuz
etdi.
Texnoqərb cəmiyyəti öz düşüncələri ilə Şərqin köhnəliyi,
mühafizəkarlığı, qeyri-sənayeləşmiş cəmiyyəti üzərində qələbə
çalmağa başladı. Bununla da, əsasən orta əsrlərdən başlayaraq,
bir-birindən mədəniyyətləri, adət-ənənələri, baxışları ilə kəskin
dərəcədə fərqlənən dünyanın iki mədəni qütbü yarandı. XX
ə
srdə Rus imperiyasının bazasında isə Sovet dövlətinin
yaranması ilə geniş bir coğrafi ərazidə, Avrasiyanın
mərkəzində başqa bir istiqamət inkişaf etməyə başladı. Sovet
72
imperiyası Şərq və Qərbin birləşdiyi və qovuşduğu aralıq
məkanda coğrafi sağa və sola doğru böyük bir arealda yeni
Sovet mədəniyyətini (kontinentlərarası mədəniyyət) inkişaf
etdirməyə başladı. Burada Şərq, Qərb və Sovet Sosialist
mədəniyyəti qütbləri yarandı. Format ikidən üçə keçdi. Sovet
elmi qərbdən texniki elmləri sürətlə məniməsdi və kütləvi
maariflənməni cəmiyyətlərdə yaydı. Geniş bir ərazidə yaşayan
Avropa
(ruslar,
beloruslar,
ukraynalılar,
moldovanlar,
baltikyanı xalqlar) və Asiya (Qafqaz və Mərkəzi Asiya
xalqları, Rusiyanın şərqində yaşayan xalqlar) xalqları təbiət
elmləri ilə yaxından tanış oldular, sistemli biliklər əldə etdilər.
Bununla bərabər, Şərqin, coğrafi bölgü əsasında Asiyanın,
imperiya tərkibində olan dövlətləri, xalqları Qərblə birbaşa
tanış olmaq, birbaşa inteqrasiya etmək hüquqlarından məhrum
oldu.
Sovet hökumət dağıldıqdan sonra isə Avropa daha da
sürətlə inkişaf etməyə başladı. Keçmiş SSRİ məkanı və
sosialist düşərgəsi Avropanın inkişaf etmiş dövlətləri üçün
ticarət məhsullarının satış bazarına çevrildi. Məsələn,
Almaniya özünün köhnə nəsil texnologiyasını, o cümlədən
işlənmiş avtomobil vasitələrinin istehlak bazarını postsovet
məkanında reallaşdırdı, tez-tez yeni nəsilləri ixtira etməyə
başladı. Texniki rəqabət Almaniya, Fransa, Böyük Britaniya,
İ
taliya kimi ölkələri sürətli olaraq aparıcı dövlətlərə çevirdi.
Bununla yanaşı, postsovet məkanı və Şərqi Avropanın
postsosialist ölkələri Avropa sərmayəsinin yeni məkanlarına,
xammala çevrildi. Bu faktlar da Avropanının iqtisadi və
mədəni inkişaf səviyyəsini sürətlə Şərqdən ayrımağa başladı
(inkişaf baxımından qeyd etmək olar ki, kəskin qeyri-tarazlığı
yaratmağa səbəb oldu).
Qərbin inkişafı, Şərqin xammalı üzərində (SSRİ-dən sonra
postsovet məkanında) nəzarətin güclənməsi Avropa nüfuzunu,
ABŞ təsirlərini artırdı. Onu da qəbul etmək lazımdır ki, SSRİ
dağıldıqdan sonra Şərq və Qərb mədəniyyətlərinin aralıq
Dostları ilə paylaş: |