Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
70
dünyanın  ümummədəni  mənzərəsində,  ümumfəlsəfəsində 
həmin düşüncələr hakimdir. Şərq və Qərb mədəniyyəti, Şərq və 
Qərb xalqları, Şərq və Qərb adətləri, Şərq və Qərb həyatı, Şərq 
və 
Qərb 
fəlsəfəsi 
dünyanın 
ümumbəşəri 
mühitini, 
ümummədəni  sistemini  iki  başlıca  hissəyə  (dairəyə)  ayırıb. 
Tarixən  Şərq  və  Qərb  elementləri  bir-birinə  transfer  etməklə 
xassələnib  və  qarşılıqlı  təsirdə  olub.  Ümumiyyətlə  isə,  Şərq-
Qərb mədəniyyətinin qarışması və qovuşmasını, məkanlar üzrə 
yayılmasını,  mədəniyyət  cərəyanları  coğrafiyasının  tarixi 
yaranmasını  “Ayın  dövrləşməsi”  adlanan  təbiət  hadisəsinə 
bənzətmək  olar.  Tarixən  məlumdur  ki,  Qərb  öz  mədəniyyət 
başlanğıcını,  elmini  Şərqdən  götürüb,  Şərq  tarixin  müəyyən 
dövrlərində  Qərbi  mədəniyyət  elementləri  ilə  qidalandırıb 
(Aralıq  dənizi  regionundan  kontinent  boyu  Şimala  doğru). 
Dünyanın  əksər  yerli  (milli),  bəşəri  və  qlobal  dinlərinin 
(musəvilik,  xristianlıq,  islam,  buddizm  (Tibet  və  Şərqi 
Asiyada),  hinduizm  (müasir  Hindistan))  mənbəyi  də  elə  Şərq 
hesab  edilir.  Qərbin  dini  görüşləri  əsasən  Şərqdən  formalaşıb. 
(Roma  imperiyası  tərəfindən  xristian  dininin  qəbulundan 
başlayaraq).  Qədim  Yunan  fəlsəfəsi  ilə  yanaşı,  Şərqdə  də 
fəlsəfə  olub.  (Hindistanda  Upanişadalar,  Buddist  fəlsəfə, 
Bhaqavad-qita  (hinduizmin  müqəddəs  mətni),  Çində  Konfusi, 
Daosizm). 
Orta  əsrlərdə,  xüsusilə,  intibah  (renessans  –  çiçəklənmə 
(elmdə  və  incəsənətdə)  dövründən  başlayaraq  və  yeni  dövrdə 
Qərb öz mədəni, fəlsəfi, elmi düşüncələrində Şərqi üstələməyə 
başlayır.  Yeni  meydana  gələn  burjuaziya  təbəqəsi  kral 
hakmiyyətləri  ilə  mübarizəyə  qoşulur  və  dini  hakimiyyətin 
məhdudlaşdırılması prinsipini irəli sürürlər, mütləqiyyətə qarşı 
çıxır,  liberal  məzmuna  malik  olan  sistemli  dövlət  və  cəmiyyət 
prinsiplərini  irəli  sürürlər.  Tarixdən  məlumdur  ki,  xüsusilə 
XVII-  XIX  əsrlərdə  suveren  dövlətlərin  yaranması  (otuz  illik 
müharibədən sonrakı vəziyyət və XIX əsrdə Avropada suveren 
dövlətlərin  çoxalması),  təbiət  elmlərinin  (təbiətşünaslığın) 


 
71
Qərbdə  çiçəklənməsi,  texniki  elmlərin  meydana  gəlməsi 
(Aristotel  mexanikasının  Qaliley-  Nyuton  mexanikası  ilə  əvəz 
olunması),  təbabətin  elmiləşməsi,  dünyanın  mexanistik 
fəlsəfəsini  yaradanların  (Tomas  Hobbs,  Rene  Dekart,  Barux 
(Benedikt) 
Spinoza, 
Leybnits-rasionalistlər), 
XX 
ə
srin 
ortalarında  Elmi-texniki  inqilabın  baş  verməsi  Şərqlə  Qərb 
arasında  inkişaf  göstəricilərində,  eləcə  də  göstəricilərin  tərkibi 
olaraq,  cəmiyyətlərdə  meydana  gələn  yeni  cərəyanlar  və 
elementlər 
baxımından, 
kəskin 
uçurum 
yaratdı. 
Şə
rq 
cəmiyyətlərində  təbiətə  rasional  təsir  göstərən,  hadisələrə 
liberal  yanaşan  cərəyanlar  və  qruplar  demək  olar  ki,  çox 
məhdud  idi.  Qərb  (Avropa)  özünün  ifrat  mühafizəkarlığından 
imtina  etdi,  liberallıq  ənənələri  (liberalizm  nəzəriyyələri-Con 
Lokk  və  Tomas  Hobbs  kimi  filosoflar  inkişaf  etdirdilər)  isə 
istər  cəmiyyətlərdə,  istərsə  də  dövlət  sistemində  (yeni  hüquqi 
dövlətlər-İohann  Altuzi,  Hüqo  Qrotsinin  müqavilə  əsasında 
siyasət,  təbii  hüquq  üzərində  siyasət  fikirləri),  siyasətdə  öz 
ə
ksini tapdı. XIX əsrin sonu XX əsrin əvvəllərində kontinental 
texnologiya  (Avropanın  texniki  elmləri)  Qərbin  inkişafını 
sürətləndirdi,  cəmiyyətlərdə  rasionalizm  demək  olar  ki,  bütün 
strukturlara nüfuz etdi. Şərq isə Qərbdən asılı vəziyyətə düşdü. 
İ
nkişaf  etmiş  Qərb  (məsələn,  XIX  əsrdə  dünyanın  ən  böyük 
hərbi  donanmasına  malik  olan  Böyük  Britaniyanın  ekspansiya 
siyasəti,  genişlənmiş  qul alveri, məkanlardan-məkanlara keçən 
və mərkəzləri birləşdirən uzun ticarət yolları və s.) Şərqə nüfuz 
etdi.  
Texnoqərb  cəmiyyəti  öz  düşüncələri  ilə  Şərqin  köhnəliyi, 
mühafizəkarlığı, qeyri-sənayeləşmiş cəmiyyəti üzərində qələbə 
çalmağa başladı. Bununla da, əsasən orta əsrlərdən başlayaraq, 
bir-birindən mədəniyyətləri, adət-ənənələri, baxışları ilə kəskin 
dərəcədə  fərqlənən  dünyanın  iki  mədəni  qütbü  yarandı.  XX 
ə
srdə  Rus  imperiyasının  bazasında  isə  Sovet  dövlətinin 
yaranması  ilə  geniş  bir  coğrafi  ərazidə,  Avrasiyanın 
mərkəzində  başqa  bir  istiqamət  inkişaf  etməyə  başladı.  Sovet 


 
72
imperiyası  Şərq  və  Qərbin  birləşdiyi  və  qovuşduğu  aralıq 
məkanda  coğrafi  sağa  və  sola  doğru  böyük  bir  arealda  yeni 
Sovet  mədəniyyətini  (kontinentlərarası  mədəniyyət)  inkişaf 
etdirməyə  başladı.  Burada  Şərq,  Qərb  və  Sovet  Sosialist 
mədəniyyəti  qütbləri  yarandı.  Format  ikidən  üçə  keçdi.  Sovet 
elmi  qərbdən  texniki  elmləri  sürətlə  məniməsdi  və  kütləvi 
maariflənməni  cəmiyyətlərdə  yaydı. Geniş bir ərazidə yaşayan 
Avropa 
(ruslar, 
beloruslar, 
ukraynalılar, 
moldovanlar, 
baltikyanı  xalqlar)  və  Asiya  (Qafqaz  və  Mərkəzi  Asiya 
xalqları,  Rusiyanın  şərqində  yaşayan  xalqlar)  xalqları  təbiət 
elmləri ilə  yaxından tanış oldular, sistemli biliklər əldə etdilər. 
Bununla  bərabər,  Şərqin,  coğrafi  bölgü  əsasında  Asiyanın, 
imperiya  tərkibində  olan  dövlətləri,  xalqları  Qərblə  birbaşa 
tanış olmaq,  birbaşa  inteqrasiya  etmək hüquqlarından məhrum 
oldu.  
Sovet  hökumət  dağıldıqdan  sonra  isə  Avropa  daha  da 
sürətlə  inkişaf  etməyə  başladı.  Keçmiş  SSRİ  məkanı  və 
sosialist  düşərgəsi  Avropanın  inkişaf  etmiş  dövlətləri  üçün 
ticarət  məhsullarının  satış  bazarına  çevrildi.  Məsələn, 
Almaniya  özünün  köhnə  nəsil  texnologiyasını,  o  cümlədən 
işlənmiş  avtomobil  vasitələrinin  istehlak  bazarını  postsovet 
məkanında  reallaşdırdı,  tez-tez  yeni  nəsilləri  ixtira  etməyə 
başladı.  Texniki  rəqabət  Almaniya,  Fransa,  Böyük  Britaniya, 
İ
taliya  kimi  ölkələri  sürətli  olaraq  aparıcı  dövlətlərə  çevirdi. 
Bununla  yanaşı,  postsovet  məkanı  və  Şərqi  Avropanın 
postsosialist  ölkələri  Avropa  sərmayəsinin  yeni  məkanlarına, 
xammala  çevrildi.  Bu  faktlar  da  Avropanının  iqtisadi  və 
mədəni  inkişaf  səviyyəsini  sürətlə  Şərqdən  ayrımağa  başladı 
(inkişaf  baxımından  qeyd  etmək  olar  ki,  kəskin  qeyri-tarazlığı 
yaratmağa səbəb oldu). 
Qərbin inkişafı, Şərqin xammalı üzərində (SSRİ-dən sonra 
postsovet  məkanında)  nəzarətin  güclənməsi  Avropa  nüfuzunu, 
ABŞ  təsirlərini  artırdı.  Onu  da  qəbul  etmək  lazımdır  ki,  SSRİ 
dağıldıqdan  sonra  Şərq  və  Qərb  mədəniyyətlərinin  aralıq 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə