Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
64
düşməsi,  pis  vərdişlərə  meyillərin  güclənməsi  yeniyetmə  və 
gənclər içərisində dar düşüncə daşıyıcılarının da sayını artırmış 
və  onların  potensiallarını  zəiflətmiş,  cəmiyyət  qarşısında 
səmərəli  xidmətlərini  azaltmışıdr.  Yeni  nəslin  cırlaşmış 
nümayəndələri  də  yarnmaqdadır.  Lakin  bu  problemlərə 
baxmayaraq, Azərbaycanda əksər yeniyetmələr və gənclər daha 
çox  müasirləşmə  elementlərini  özlərinə  qəbul  edirlər.  Onların 
arasında  daxili  aləmlərini  xarici  görünüşləri  ilə  yeni  əsaslarla 
birləşdirməyə cəhd edənlərin də sayı çoxalmaqdadır. Gənclərin 
ə
ksəriyyəti  isə  daxili  aləmə  (burada  əsaslı etik  qaydalara  əməl 
etmə,  fundamental  ictimai  davranış  nəzərdə  tutula  bilər) 
nisbətən  xarici  görünüşə  (məsələn,  dəbli  geyim,  dayaz  məna 
daşıyan  həyat  tərzi)  daha  çox  dəyər  verirlər.  Bu  baxımdan 
müasir  gənclər  üçün  estetika  etikaya  nisbətən  daha  qabarıq 
büruzə  verən  məfhuma  çevrilir.  Postmodernizmin  yeniyetmə 
və  gəncləri  arasında  münasibətlərdə  sosial  və  ictimai 
ə
həmiyyət  daşıyan  mücərrəd  sərhəd  məsələləri  (ehtiyatla  və 
müəyyən  ölçülərlə  hüdudlanan  müəyyən 
və  münasib 
məkanlarda  davranış  adətləri,  vərdişləri)  bir  qədər  arxa  plana 
keçir,  məkan  darlığı  yaranır.  Gənclərin  münasibətlərində 
“məkanlara  sığmamaq”  prinsipi  elə  olur  ki,  onlar  arasında 
kəskin qarşıdurmalara, mübahisələrə gətirib çıxarır.  
 Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  gün  Azərbaycan 
gəncliyində  bir  qürur  hissi  yaşanır.  Azərbaycan  dövlətinin 
nümayəndəsi,  xalqın  nümayəndəsi  olmaq  milli  qürur  və  milli 
şə
rəf  məsələsini  önə  çıxarır.  Bununla  yanaşı,  onu  da  qeyd 
etmək  olar  ki,  yeniyetmə  və  gənclərin  bayağı  məşğuliyyətləri, 


 
65
sahəsində-mahnı  ifaçıları,  çalğı  alətlərində  ifa  edənlər, 
rəqqaslar,  teatr  və  kino  yaradıcılığında-aktyorlar,  incəsənətdə-
rəssamlar,  heykəltəraşlar  və  s.).  Mədəniyyətin  inkişafı 
gənclərin  daha  çox  yaradıcılığına  bağlı  olur,  gənclər  bir  növ 
mədəniyyət  sahəsində  böyük  bir  ordu  təşkil  edirlər.  Bununla 
yanaşı,  gənclər  elmi  mədəniyyətin,  yəni  mədəniyyətin 
təkmilləşdirilmiş  sahələri  üzrə  inkişafından  kənara  çıxaraq, 
bəzi  şablonlardan  azad  olmağa  can  ataraq,  sadələşdirilmiş 
mədəniyyətə,  musiqiyə  üstünlük  verirlər.  Məsələn,  son 
zamanlarda Bakıda “Milli park”da bəzi sərbəst musiqi ifaçıları 
qrupu  yaranır  və  onlar  sərbəst  janrlarda  qısa  mahnılar  ifa 
edirlər.  Postmodernizmin  də  əsas tələblərindən biri  təfəkkürün 
sadələşdirilməsi və cəmiyyətin hər bir üzvünün fərdi olaraq və 
qrup  şəklində  cəmiyyətin  quruculuğunda  iştirakını  təmin 
etməkdən ibarətdir. Sadələşdirilmə xüsusilə bədii yaradıcılıqda 
da  özünü  qabarıq  büruzə  verir.  Sadələşdirilmə  və  mozaiklik 
postmodernizmin tələblərinin struktur tərkibinə aid edilir.  
 Son  dövrdə  yeniyetmələr  və  gənclər  arasında  musiqiyə, 
mədəniyyətə  maraq  artmaqdadır.  Televiziya  proqramlarında 
ulduz  seçimləri,  turlar,  digər  şou  proqramlar  həyata  keçirilir. 
Bu  istiqamətli  siyasət  mədəniyyətin  kütləviləşməsinə  və 
mədəniyyət  sahələri  ilə  cəmiyyət  arasında  birbaşa  əlaqələrin 
yaranmasına səbəb olur.  
Azərbaycanda 
milli 
bayramlarda, 
eləcə 
də 
digər 
tədbirlərdə,  şənliklərdə  musiqi  qrupları  çıxış  edir.  Milli  park 
gözəl və geniş məkan baxımından xüsusi əhəmiyyət kəsb edir, 
mühüm rol oynayır. Bununla yanaşı, digər parklarda da musiqi 
şə
nlikləri  təşkil  edilir.  Bu  şənliklər,  tədbirlər  daha  çox  dövlət 
tərəfindən 
təşkil 
edilir 
və 
elmi, 
fundamental 
ə
saslı 
mədəniyyətin nümayişinə əsaslanır (müxtəlif ixtisaslaşmış rəqs 
qrupları çıxış edir, peşəkar müğənnilər iştirak edir və s.). Digər 
şə
xslər  isə  sadəcə  tamaşaçı  qismində  iştirak  edirlər. 
Mədəniyyətin  ictimailəşməsi  siyasəti  istiqamətində  görülən 
tədbirlər  içərisində  onu  da  qeyd  etmək  olar  ki,  milli 


 
66
bayramlarda və digər bayramlarda yeraltı keçidlərdə, parklarda 
müvafiq  çalğı  qrupu  (məsələn,  orkestr)  müxtəlif  mahnıları  ifa 
edir. Kütləvilik baxımından qeyd etmək olar ki, Azərbaycanda, 
Bakı şəhərində bayram keçirmək ənənələri, vərdişləri isə forma 
və  çeşid  baxımından  kasadlıq  (azlıq)  təşkil  edir.  Belə  ki, 
bayramlarda  əhali  daha  çox  mətbəx  ənənəsinə  üstünlük  verir, 
müəyyən  məkanlarda,  parklarda  və  küçələrdə  piyada 
gəzintilərə  yer  verməklə,  bəzi  tədbirlərə  qoşulmaqla  öz 
qeydetmə  mərasimini  məhdudlaşdırır.  Çoxlarının  iştirak 
edəcəyi  festivallar,  karnavallar  keçirilmir  ki,  bu  da  öz 
növbəsində  bayramlara  olan  müasir  marağı  azaldır.  Əhalinin 
imkanlı  şəxsləri  isə  bayramları  (məsələn,  Yeni  ili)  daha  da 
məzmunlu  keçirmək  üçün  xarici  ölkələrə  üz  tuturlar. 
Azərbaycanda  “Yeni  il  karnavalı”nı  və  “Novruz  bayramı 
karnavalı”nı  təşkil  etmək  olar,  bayram  paradları  (məsələn, 
bayraq  paradları)  keçirilə  bilər.  Ümumiyyətlə  isə  bayram 
keçirmək  ənənələri  və  formalarını  cəmiyyətin  özü  təşkil  edə 
bilər, dövlət isə yalnız şərait yarada bilər.  
Yuxarıda  qeyd  edilənlərlə  yanaşı,  hesab  etmək  olar  ki,  ilk 
növbədə yeniyetmələr və gənclər üçün dövlət və ya hər hansısa 
bir  ictimai  təşkilat  tərəfindən  təşkil  olunmadan,  tam  sərbəst 
ə
saslarla  iştirakı  təmin  etmək  məqsədilə  “açıq  havada  rəqs 
meydançaları”  təşkil  edilə  bilər.  Bu  meydançalarda  bayram 
günlərində  və  ya  müxtəlif  günlərdə  sərbəst  rəqslərə  üstünlük 
verilə  bilər.  Peşəkar  rəqs  qrupları  ilə  bərabər  həvəskar  rəqslər 
də nümayiş oluna bilər. İştirak isə tam sərbəst və hər kəsi əhatə 
edə bilər. 
  
  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə