Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc


Yeni məşğuliyyət sahələrinin (obyektlərinin)



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
53
Yeni məşğuliyyət sahələrinin (obyektlərinin)  
makro formaları 
Biznes,  ictimai-iaşə,  xidmət,  idman,  əyləncə,  o  cümlədən, 
teatr,  kinoteatr,  kitabxana,  idman  komplekslərini  və  s.  özündə 
birləşdirən meqatikililər, parklar. 
 
Makrodan 
mikroya 
qədər 
olan 
formaları. 
Komponentlər və komplekslər 
Balanslaşdırılmış məkanlar üzrə, 
-kitabxana+yeməkxana; 
-teatr+restoran 
-rəqs zalları+restoran; 
-kinoteatr+restoran; 
-kinoteatr+idman zalı+restoran; 
-dərnəklər+musiqi arenaları+restoran; 
-kitabxana+idman zalı+teatr; 
-kitabxana+teatr+stolüstü oyunlar+restoran və s.  
 
Qeyd  edilən  obyektlər  iş  adamları  üçün  böyük  gəlirlər 
gətirə  bilərlər.  Çayxanlar  öz  xidmət  formalarını  genişləndirər, 
tək oğlanları yox, həm də qızları cəlb edər ki, bu addım da daha 
da böyük gəlirlərin gəlməsinə səbəb olar. 
Çayxanaların  ləğv  edilməsi  tədrici  proses  olaraq,  yeni 
formaların  üzə  çıxarılması  ilə  öz-özünə  tənzimlənən  prosesə 
çevrilə  bilər.  Bu  istiqamətdə  əsasən  iş  adamları  yeniliklər 
etməklə  böyük  işlər  görə  bilərlər.  Orta  və  kiçik  biznes 
təbəqələrinin  maraqlarının  qorunması  da  əsas  prinsipə 
çevrilməlidir. 
 
 
 
 
 


 
54
Bakı şəhərində “Beynəlxalq mədəniyyət mərkəzi”nin 
yaradılması və əhəmiyyəti 
 
Məlumdur  ki,  hər  bir  xalqın  mədəni  səviyyəsi,  mədəni 
düşüncələri,  mədəniyyət  sahəsindəki  fəaliyyət  xüsusiyyətləri 
onun  sivil  və  formalaşmış  bir  xalq  kimi  beynəlxalq  imicinin 
ə
sas  göstəricilərini  müəyyən  edir.  Mədəniyyəti  bir  varlıq  və 
dəyər  kimi  formalaşdıran  elementlər içərisində adət-ənənələrlə 
yaşadılan  və  həmçinin  adət-ənənələrin  tərkibi  olan  musiqi, 
incəsənət,  teatr,  kino,  ədəbiyyat,  xalq  oyunları  və  cəmiyyətdə 
olan digər adət-ənənə nümunələri və s. xüsusi önəm kəsb edir. 
Hər  bir  xalqın  mədəniyyətinin  inkişaf  vəziyyəti  həmin  xalqın 
elm və təhsil səviyyəsi, dünyagörüşü, eləcə də maariflənmə və 
mədəni  dəyərləri  mənimsəmə  səviyyəsi  ilə  müəyyən  olunur. 
Azərbaycan  mədəniyyəti  öz  zənginliyi  baxımından  tarixi  irs 
yaratmaqla  yanaşı,  Şərq-Qərb  mədəniyyətini  qovuşduran 
element  kimi  çıxış  edir  ki,  bu  səbəbdən  də  mədəniyyətin 
zənginliyi  məhz  geomədəniyyət  elementləri  ilə  əlaqədar  olur. 
Ə
sasən Şərq ənənələri üzərində formalaşmış və Şərqin mədəni 
elementlərini  özündə  daşıyan  (milli  musiqidə  və  incəsənətdə, 
adət-ənənələrdə  bu  daha  da  qabarıq  büruzə  verir.  Məsələn, 
xalçaçılıq  sənəti,  xəttatlıq,  digər  sənətkarlıq  növləri,  musiqidə 
muğam, aşıq sənəti, milli rəqslərdə olan elementlər və s.), eyni 
zamanda  Qərb  fəlsəfi  düşüncəsini  öz  mədəni  inkişaf 
trayektoriyasına  cəlb  etmiş  Azərbaycan  Qərbin  mədəniyyət 
elementlərini  yerli  musiqisində  (məsələn,  yeni  aranjemanda 
musiqi (mahnı ifaları) nümunələri, estrada və pop musiqisi, caz 
musiqisi, yeni skripka, kamança ifaları və s.) inkişaf etdirir və 
yeni  elementlər  hesabına  milli  musiqini  zənginləşdirir. 
Azərbaycan musiqisi öz ruhu baxımından türk, ərəb, fars, hind 
musiqisinə  yaxınlığı  ilə  xarakterizə  olunur  ki,  bu  da  ölkənin 
Şə
rqin  geomədəniyyət  məkanında  xüsusi  rol  oynaması 
zərurətini  üzə  çıxarır.  Xalqın  mədəni  səviyyəsi  onun  sivil 
cəmiyyət yaratmaq siyasətində, eləcə də dövlət quruluşunda öz 


 
55
təsirlərini  göstərir.  Yəni  mədəniyyət  siyasətlə  bağlı  olur, 
mədəni düşüncələr siyasi təfəkkürün formalaşmasına təsir edir. 
Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  Şərq  aləmində  ilk 
demokratik  dövlət  (ADR-parlamentli  respublika)),  Şərqdə  ilk 
opera  (H.Hacıbəylinin  “Leyli  və  Məcnun”  operası)  məhz 
Azərbaycanda  meydana  gəlmişdir.  İnkişaf  etmiş  xalq 
mənfilikləri  özündən  tez  uzaqlaşdırmaq  qabiliyyətinə  malik 
olur.  Ümumiyyətlə  isə  mədəni  inkişaf  mənfi  xüsusiyyətlərdən 
tez-tez  təmizlənmə  və  müsbətliklərin  (dəyərlərin,  müsbət 
elementlərin,  varlıqların)  əlavə  olunması  ilə  müşahidə  olunan 
bir prosesdir. İstənilən bir xalq bu prinsipə əməl edərsə, tez bir 
zamanda inkişafa məruz qala bilər.  
Azərbaycan  Prezidenti  İlham  Əliyev  xalqın  mədəniləşmə 
siyasətinə  xüsusi  önəm  verir,  dövlətlə  yanaşı  ictimaiyyəti, 
ictimai  təşkilatları  da  mədəniləşmə  proseslərinə  cəlb  edir.  Bir 
tərəfdən  milli  mədəniyyət  öz  baza  istiqaməti  üzrə  inkişaf 
etdirilir, digər tərəfdən də cəhətlər üzrə sağdan və soldan (qərb-
dən və şərqdən), yuxarıdan və aşağıdan (şimaldan və cənubdan) 
elementləri  özünə  tərəf  çəkərək  cəlb  edir.  Azərbaycanda  nəinki 
milli  musiqi,  həmçinin  klassik  Avropa  musiqisi  (simfoniya, 
opera  janrları  və  s.)  də  cəmiyyətdə  geniş  mövqeyə  malik  olur. 
Azərbaycan  mədəniyyətinin  z
ş


 
56
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyeva 
Azərbaycanda  mədəniyyət  hərəkatına  rəhbərlik  edir.  Onun 
təşkilatçılığı  ilə  həyata  keçirilən  yeni  mədəniyyət  siyasəti 
ölkənin sürətlə mədəniləşməsini və bu istiqamətdə yeni mədəni 
inkişaf dalğalarının əmələ gəlməsini zəruri edir. Azərbaycanda 
sivil  forma  və  məzmuna  malik  olan  mədəni  hərəkat 
formalaşmaqdadır.  Hərəkatın  aparıcı  istiqamətləri  və  tərkib 
elementləri 
olaraq, 
ayrı-ayrı 
ölkələrin 
Azərbaycanda 
mədəniyyət  günləri  keçirilir,  həmçinin  bir  çox  ölkələrin 
Azərbaycanda 
mədəniyyət 
mərkəzləri 
(məsələn, 
Misir 
mədəniyyət mərkəzi) fəaliyyət göstərir.  
Azərbaycan Şərq-Qərb mədəniyyətini qovuşdurmağı və öz 
milli  mədəniyyəti  ilə  sintez  edərək,  yeni  aralıq  coğrafi 
mədəniyyəti yaratmağı və inkişaf etdirməyi beynəlxalq ictimai 
məsuliyyət  kimi  öz  üzərinə  götürüb.  Məsələn  dinlərarası 
dialoqun  təşkili  də  Azərbaycanın  sözügedən  mədəniyyətin 
inkişafını bir məsuliyyət obyekti olaraq öz üzərinə götürməsini 
bildirir.  Azərbaycan  bu  baxımdan  beynəlxalq  ixtisaslaşmış 
təşkilatlar olan UNESCO və İSESCO ilə də əməkdaşlıq edir. 
Qarışıq  mədəniyyəti  qəbul  edərək,  elementlərini  öz 
daxilinə  buraxan  Azərbaycan  xalqının  milli  təfəkkürü,  fəlsəfi 
baxışları, həyatı dərk  etmək qabiliyyəti də zəngin mədəniyyəti 
inkişaf etdirən bir xalq kimi öz üzərinə məsuliyyət götürməsini 
sübut  edir.  Xalqın  tolerantlığı,  digər  xalqların  mədəniyyətini 
sintez  etmələri  də  xalqın  sivil  təfəkkürə  malik  olmasının 
göstəricisidir. 
Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq,  həmçinin 
mədəniyyət  tədbirlərinin  genişlənəcəyini  zənn  edərək,  hesab 
etmək  olar  ki,  gələcəkdə  Bakı  şəhərində  “Beynəlxalq 
mədəniyyət  mərkəzi”  kompleksinin  yaradılmasına  böyük 
ehtiyac  var.  Bu  meqatikili  obyekt  ola  biləcək  mərkəz 
kompleksdə  bir  çox  dünya  xalqlarının  daimi  mədəniyyət 
nümayəndəlikləri,  mərkəzləri,  icmaları  yerləşdirilə  bilər. 
Həmin  mərkəzdə  hər  bir  xalq  özünəxas  mədəniyyət 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə