Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc


həyat  tərzindən,  cəmiyyətdən  götürdükləri



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
79
mövcudluğu  (həyat  tərzindən,  cəmiyyətdən  götürdükləri 
elementlər  və  s.),  həm  də  iqtsadi  və  coğrafi  potensialı  imkan 
verir.  Azərbaycanın  xarici  siyasəti  regionda  tarazlaşdırılmış 
beynəlxalq  münasibətlərin  formalaşmasını  zəruri  edir.  Ölkədə 
vektor  (istiqamətə  söykənən)  əsaslı  (qərb,  şərq,  şimal,  cənub) 
siyasəti  ölkənin  balansmərkəzli  statusunu  formalaşdırır. 
Azərbaycanlılar  özləri  də  etnik  xüsusiyyətlər  baxımından 
sülhsüevər,  dinc  şəraitdə,  qardaşlıq  münasibətləri  əsasında 
yaşamağı  üstün  tutan  xalqdır.  (Qeyd:  bir  məsələni  də  xüsusi 
olaraq  qeyd  etmək  olar  ki,  azərbaycanlılar  tarixən  Şərqlə  sıx 
bağlı olublar. Özlərinin milli mədəniyyət strukturunu daha çox 
Şərq elementləri ilə zənginləşdiriblər. Bunun da əsas səbəbləri 
məhz tarixi hadisələrdir. Şərq xalqlarının (ilkin orta əsrlərdən 
başlayaraq farslar və ərəblərin işğalları) işğallarına daha çox 
məruz  qalma  Şərq  mədəniyyətindən  sıx  asılı  olmağın 
səbəblərinə  əyani  sübutdur.  Azərbaycan  Qərb  mədəniyyətinin 
elementlərini isə əsasən XIX əsrin ikinci yarısından başlayaraq 
Rusiyadan  götürmüşdür.  Bu  gün  isə  Qərb  sürətlə  inkişaf 
etdiyindən  Şərqin  bəzi  şablonları  Azərbaycanın  Qərblə 
ayaqlaşmasına  imkan  vermir,  inteqrasiyaya  mane  olur.  Bu 
baxımdan  Azərbaycan  cənubdan  daxil  olan  və  cəmiyyətə 
yararsız,  qandalvurucu  təsirlər  göstərən  cərəyanlar  önündə 
bəndlər  tikməlidir,  eyni  zamanda  tarixin  bəxş  etdiyi  bəzi 
“mədəniyyət” qandallarından təmizlənməlidir). Digər tərəfdən, 
azərbaycanlılar  işğala  məruz  qalan  xalq  olaraq  (işğallardan 
cana  gələn  və  imtina  edən,  işğalları  tarixin  arxivinə  atmaq 
tərəfdarı olan bir xalq) sülhün carçısı kimi çıxış edirlər. Onu da 
nəzərə  almaq  lazımdır  ki,  humanizmi,  bəşəri  dəyərləri  əlində 
rəhbər tutan, beynəlxalq münasibətlərdə dünya demokratiyasını 
başlıca  prinsip  kimi  qəbul  edən  Azərbaycan  tərəfindən  hər 
hansısa  bir  dövlətin  ərazisinə  qarşı  iddialar  ola  və  ya  müvafiq 
aktlar həyata keçirilə bilməz.  
Azərbaycan  üçün  mədəni  rəngkarlıq  başlıca  prinsip  təşkil 
edir.  Ölkə  həm  türk  dünyasının  rəngarəng  əsaslı  mədəniyyət 


 
80
dövlətidir,  azərbaycanlılar  da  özlərində  digər  mədəniyyət 
elementlərini  cəmləşdirən  bir  xalqdır.  Azərbaycan  adət-
ə
nənələrində eyni zamanda Qafqaz,  yəni region elementləri də 
mərkəzləşib.  Qafqaz  xalqlarının  mədəniyyət  elementləri 
Azərbaycan  mətbəxində,  musiqisində,  rəqslərində  özünə 
hərtərəfli  yer  tapıb.  Bununla  yanaşı,  Azərbaycan  musiqisinin 
zənginliyi  digər  Qafqaz  xalqlarına  da  təsirsiz  ötüşmür. 
Azərbaycan 
böyük 
türk 
dünyasının 
mədəniyyət 
liberallaşmasını  əks  etdirən  elementi  və  subyekti  kimi  çıxış 
edən  bir  ölkədir.  Azərbaycan  Türkiyəni  Mərkəzi  Asiyanın 
türkdilli  xalqları  ilə  bağlayan  bir  məmləkət  rolunu  oynayır. 
Burada  türkçülük,  regionçuluq,  islam,  xristianlıq,  yahudilik, 
Rusiyaya, digər slavyan xalqlarına yaxınlıq və Qərb ölkələrinə 
meyililik, dünyəvilik, həmçinin texnoxalq olmaq meyili, siyasi 
hakimiyyətində  olan  hüquqi  münasibətlər  (dövlətin  siyasi 
quruluşu)  imkan  verir  ki,  Azərbaycan  regionun  və  regiondan 
kənar  ölkələrin  mədəniyyət  elementlərini  özünə  cəlb  etsin  və 
milli  mədəniyyəti,  siyasəti,  iqtisadiyyatı  ilə  sintez  etsin. 
Azərbaycan  regionun  beynəlxalq  münasibətlərində  bir  növ 
“kompas” əhəmiyyəti kəsb edən siyasət yeridir. 
Azərbaycan  xalqının  dünyəviliyini  şərtləndirən  mədəni 
strukturunun mərkəzi və köməkçi elementləri: 
-milli adət-ənənələri; 
-bayramlarında Şərq-Qərb xüsusiyyətləri
-qeyri-radikal dini baxışları, tolerantlıq; 
-dünyəvi prinsiplər-dünyəvi elmlər, dünya fəlsəfəsi
-dünyəvi hakimiyyət, sivil cəmiyyət prinsipləri
-dünyəvi elmlərin tədrisi məktəbləri
-uşaqların tərbiyəsində dünyəviliyin təbliği; 
-reallığı görmək və dərk etmək qabiliyyəti
-sistemli həyat tərzinə meyillilik; 
-adət-ənənə  qaydaları  ilə  yanaşı,  sivil  hüquq  normalarının 
mövcudluğu; 
-cəmiyyət institutlarında cinsi ayrı–seçkiliyin məhdudluğu


 
81
-cəmiyyətdəki  münasibətlərdə  qohumluluq  ənənələri  ilə 
yanaşı, ictimai münasibətlərə önəm vermək və və s. 
 Ölkənin  coğrafi  siyasəti,  eləcə  də  geomədəni  vəziyyəti 
imkan  verir  ki,  burada  mədəniyyətlərin  geniş  şəkildə 
qovuşması  üçün  beynəlxalq  əhəmiyyət  kəsb  edən  müxtəlif 
ictimai-mədəni tədbirlər həyata keçirilsin.  
Dünya  xalqlarının  həmrəyliyini  təmin  edən  vasitələr 
içərisində dövlətlərin siyasi diplomatik münasibətlərini, iqtisadi 
və  mədəni  münasibətlərini  yaradan,  yaratmaqda  vasitəçi  olan 
sammitlər,  konfranslar,  konqreslər  və  qəbul  edilən  müvafiq 
sənədlərlə  (məsələn,  xartiyalar  və  s.)  yanaşı, böyük əhəmiyyət 
kəsb  edən,  ictimai  məna  daşıyan  böyük  tədbirlər,  məsələn 
paradlar  keçirilə  bilər.  Kütləvi  tədbirlər  öz  təsiretmə 
funksiyasına,  xalqları  yaxınlaşdırma  əhəmiyyətinə  görə  daha 
böyük  məna  kəsb  edə  bilər.  Struktur  baxımından  dünyada 
sülhü  təmin  edən  subyektləri  və  siyasəti  qısa  olaraq  aşağıdakı 
kimi qeyd etmək olar: 
Dövlətlər, 
beynəlxalq 
hökumət 
və 
qeyri-hökumət 
təşkilatları, o cümlədən dini icmalar. 
Həyata  keçirilən  siyasət  –dövlətlər  tərəfindən-ikitərəfli  və 
çoxtərəfli  diplomatik  münasibətlər,  bütün  sahələrdə  həyata 
keçirilən  hüquqi  siyasət  (mövcud  beynəlxalq  hüquqa  (adət  və 
müqavilə)  əsasən  sənədlə


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə