Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
73
coğrafi  zonaları  da  yarandı.  Bura  həm  Rusiyanın  özünü 
(məsələn,  Tatarıstan,  Başqırdıstan,  Şimali  Qafqaz  və  s.),  həm 
də  Qafqazda  Azərbaycanı  misal  çəkmək  olar.  Bu  dövlətlər 
Şə
rq-Qərb mədəniyyətinin qovşağında yerləşmələri ilə yeni bir 
status  əldə  etməyə  başladılar.  SSRİ  dövründə  isə  vahid 
Sosialist  mədəniyyəti  var  idi,  qardaşlıq  termini  işlənirdi.  Hər 
bir  xalq  öz  milli  mədəniyyətinə  mütləq  şəkildə  sovet 
elementlərini, sosialist elementlərini daxil etməli idi. Bu həmin 
xalqların bədii ədəbiyyatında, incəsənətində və mədəniyyətində 
büruzə  verirdi.  Bu  dövlətlərin  mədəni  statusunu  həmçinin 
onların  geosiyasi  mövqeləri  də  şərtləndirdi.  Belə  ki,  iqtisadi 
tranzit mövqe də aralıq coğrafi statusa səbəb oldu.  
Hal-hazırda  Qərb  və  Şərq  arasında  yaxınlaşma,  fərqin 
aradan qaldırılnası, ahəngləşmə (harmonizasiya) siyasəti həyata 
keçməklə  yanaşı,  fərqlər,  hər  iki  tərəfə  zərər  vuran  amillər, 
vasitələr,  qeyri-tarazlı  vəziyyətlər  var.  Şərq  çalışır  ki,  Qərb 
kimi  inkişaf  etsin,  Qərb  də  çalışır  ki,  Şərqin  mənfiliklərini 
özünə  yaxın  buraxmasın.  Qərb  (Avropa)  yalnız  onunla  sərhəd 
olan xalqları özünə assosiasiya etməkdə maraq nümayiş etdirir. 
Avropa  İttifaqını  yaratmaqla  vahid  Avropa  mədəniyyəti, 
sivilizasiyası  amilini  gücləndirməyə  çalışır.  Qərb  Şərqdən 
gələn  dağıdıcı  elementlərin,  məsələn,  terrorizm  dalğalarının 
qarşısını  kəsmək  istəyir.  Avropada  Şərq  problemləri  yaşanır. 
Məsələn, Fransada, cəmiyyətdə ərəblərə qarşı xüsusi bir mənfi 
münasibət var. Eyni zamanda Avropanın siyasi elitasında hesab 
edilir  ki,  Türkiyənin  Avropa  İttifaqına  daxil  olması  özündə 
Şə
rq  mühafizəkarlığını  daşıyan  mənfi  elementlərin  (təbii  ki, 
Avropa üçün belə hesab edilə bilər) sürətlə yayılmasına gətirıb 
çıxara bilər.  
Mənfiliklər,  zərbəvurucu  elementlər  hər  iki  tərəfdə 
narahatlıqlar  yaradır.  Təbii  ki,  bunlar  qarşılıqlı  yaxınlaşmada 
uyğunlaşma  (buna  tarazlıq  da  demək  olar)  prosesinin  tərkib 
hissəsidir,  lakin  problemlər,  məsələn,  iqtisadi  problemlər, 
uyğunsuzluq, hələ də mövcuddur: 


 
74
-  Qərb  Şərqdən  radikal  ənənələr  üçün  sərhəd  çəkməyə 
çalışır,  Şərq  isə  Qərbdən  daxil  olan  cərəyanlardan  milli  adət-
ə
nənələr üçün təhlükələr görür
-  Şərq  əsasən  milli  mühafizəkarlıq  üzərində  dayanır  və 
Qərb  fəlsəfəsini,  mövcud  düşüncələrini  xaricdən  daxil  olan 
təhlükə hesab edir; 
-Qərbin  sürətlə  inkişafı  Şərqi  qıcıqlandırır,  Qərbin 
böyüməsi,  təkmilləşməsi,  inkişafı  infantil  vəziyyətində  olan 
ə
ksər Şərq cəmiyyətlərini narahat edir; 
-Şərq  eqoizmi  Qərb  üzərində  qalmaqda  davam  edir.  Qərb 
sürətlə  inkişaf  edir,  tikintidə,  texniki  vasitələrdə,  informasiya-
kommunikasiya  sahələrində,  istehsalatda  yeni-yeni  mobil  və 
səmərəli  nəsillər  meydana  gətirir  ki,  Şərq  yalnız  onları 
mənimsəməklə  məşğul  olur.  Burada  Şərq  dedikdə,  əsasən  bir 
qədər fərqlənən texno Yaponiyanı və Cənubi Koreyanı çıxmaq 
lazımdır.  Yaponiyada  II  Dünya  müharibəsindən  sonra  ABŞ 
kapitalı  ölkənin  sürətli  inkişafına  səbəb  olan  amillərdən  birinə 
çevrilib.  Hal-hazırda  Yaponiya  iqtisadi  cəhətdən  dünyanın  ən 
inkişaf  etmiş  ikinci  dövlətidir,  Yaponiya  donor  ölkəsi  (yardım 
edən  ölkə)  kimi  çıxış  edir,  müvafiq  statusa  malikdir.  Elmi  və 
bədii kitablardan asılı qalan Qərb kitabları özünə çox da yaxın 
buraxmayan 
Şə
rq 
üzərində 
üstünlüyünü 
qoruyub 
saxlamaqdadır.  Şərq  cəmiyyətlərində  qeyri-sistemli həyat tərzi 
hökm  sürür,  bunu  hətta  ölkələrin  əksəriyyətində  yaşanan  adi 
məişətdə də müşahidə etmək olar. Məsələn, Şərqin küçələrində 
hüquq  normalarına,  yol  keçid  qaydalarına  əksər  hallarda  əməl 
olunmur. Beynəlxalq aləmdə “qayda-qanun saymayan Şərq” 
imici  mövcuddur.  Qərb  özünün  sistemli  həyat  tərzinə  xas 
olması  (məsələn,  Almaniya,  Avstriya,  Fransa  və  s.)  ilə  status 
qazanıb,  Şərq  isə  daha  çox  sivil  qanunlara  tabe  olmayaraq, 
adət-ənənlərlə  yaşamağı  üstün  tutur  ki,  bu  da  nəticədə 
normasız,  sistemsiz  cəmiyyətlərin  yaranmasını  şərtləndirir. 
Ə
gər Qərb cəmiyyətləri, Avropa cəmiyyətləri elmə əsaslanırsa, 
cəmiyyətin  inkişaf  bazasında  elmi  prinsiplər  dayanırsa,  Şərq 


 
75
cəmiyyətlərində  isə  kütləvi  olaraq savadsızlıq, elmsizlik hökm 
sürür.  Məsələn,  Əfqanıstan  bu  baxımdan  ən  yüksək 
göstəricilərə  malikdir.  Taliblər  ümumiyyətlə,  Əfqanıstanda 
məkətbləri məhv etmiş və qızların oxumasını qadağan etmişdir. 
Səudiyyə  Ərəbistanında  isə  qadınların  səsvermə  və  seçkilərdə 
iştirak  hüquqları  “Ərəb  baharı”  zamanı  verilmişdir.  Əgər 
Avropada bu gün ictimai-hüquqi sistem əhəmiyyət kəsb edirsə, 
Şə
rqdə,  məsələn,  Liviyada  isə  hakimiyyətdə  tayfalar  təmsil 
olunur. 
(Müəmmər 
Qaddafi 
höküməti). 
Avropa 
cəmiyyətlərində  küçələrin,  parkların  təmizliyi,  eyni  zamanda 
gigiyenik  normlar  istehsalatda,  istehlakda  öz  əksini  tapırsa, 
Şə
rqdə,  məsələn,  Hindistan  və  Pakistanda  epidemiyalar  çox 
zaman cəmiyyətdə geniş tüğyan edir;  
-sərvətlər  Şərqdədirsə,  onun  sistemli  olaraq  qaydalar  üzrə 
istismarı,  elmi  prinsiplər  üzrə  mənimsəmə  isə  Avropada, 
Yaponiya və ABŞ-dadır; 
-texnologiya  (texnika  və  elmi  əsasları)  başlıca  olaraq 
Qərbdədir, Şərq ölkələrinin əksəriyyəti (Çin, Türkiyə və s.) isə 
bu texniki vasitələrin surətlərini çıxarmaqla məşğuldurlar;  
-fəlsəfi baxışlarda Şərq daha çox poeziyaya, Qərb isə əksər 
hallarda  rasionallığa,  pozitivliyə  meyil 
edir.  Varlığın 
mahiyyətini daha çox təbiətdə, insanların özündə axtarır. İnsan 
və təbiətin qarşılıqlı əlaqəsi faktorunu (materiya elementlərini) 
obyekt kimi əsas götürür;  
-Qərbdə  müəyyən  mənfiliklər  var,  məsələn,  eftanaziya 
(ağır  xəstəliklərdən  əziyyət  çəkən  və  müalicəsi  mümkün 
olmayan  xəstələrin  könüllü  olaraq  həkimlər  tərəfindən 
öldürülməsi),  eynicinsli  şəxslərin  (məsələn,  kişilərin)  nikahı 
buradadır;  
-Avropa  XIX  əsrə  qədər  qulların  alqı-satqısı  ilə  məşğul 
olub, böyük işğallar həyata keçirib;  
-Şərqdə böyüklərə hörmət varsa, Qərbdə isə, demək olar ki
bu ənənələr yoxdur. Bu məsələyə də yanaşma tərzi müxtəlif ola 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə