Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə31/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

 
97
üzvlərinə  Azərbaycan  vətəndaşlığını  əsaslandıran  pasportlar 
verə  bilər.  Düzdür,  bu  vətəndaşlıq  öz-özlüyündə  ikili 
vətəndaşlıq  mənasını  verir.  Lakin  buna  baxmayaraq,  siyasət 
özündə  bir  mədəni  məzmunlu  beynəlxalq  titul  daşıyaraq  fəxri 
məna da kəsb edə bilər. O da məlumdur ki, Azərbaycanla digər 
ölkələr  arasında,  qarşılıqlı  xidmətlərə  əsaslanaraq,  şəxslərə 
ölkələrin 
ə

yüksək 
mükafatlarının 
(ordenlərinin 
və 
medallarının)  verilməsi  mübadiləsi  həyata  keçirilir.  Bu  bir 
ə
nənə  halını  alıbdır.  İki  dövləti,  onların  siyasətini,  xalqları, 
mədəniyyətləri  yaxınlaşdıran  ən  düzgün  variantlardan  biridir. 
Bununla 
yanaşı, 
tədris 
müəssisələrinin 
(məsələn, 
universitetlərin,  akademiyaların)  fəxri  doktorları  adları  da 
verilir.  “Fəxri  vətəndaşlıq”  məsələləri  də  var.  Lakin  yuxarıda 
qeyd  edilən  məsələ  xüsusi  bir  siyasət  ola  bilər  və  xalqların, 
dövlətlərin  dostluğu  üçün  yeni  bir  istiqamət  rolunu  oynayar. 
Ola  bilər  ki,  dünya  təcrübəsində  belə  bir  hal  yoxdur. 
Azərbaycan  sivil  yolla,  siyasi  qələbə  qazanmaqla  hakimiyyətə 
gələn 
istənilən 
dövlət 
rəhbərinə 
birbaşa 
Azərbaycan 
vətəndaşlığını  əks  etdirən  pasport  təqdim  edə  bilər.  Təbii  ki, 
belə  hal  konstitusiyada  və  ya  digər  qanunlarda  öz  əksini 
tapmayıb.  Azərbaycan  vətəndaşlarının  özlərinə  isə  pasportlar 
ə
sasən  ümumvətəndaş  (hər  bir  Azərbaycan  vətəndaşına), 
xidməti  və  diplomatik  pasportlar  (tutduqları  vəzifənin 
ə
həmiyyətinə,  böyüklüyünə  görə)  verilir.  Xarici  ölkə 
vətəndaşlarına  isə  müvafiq  yaşayış  icazələri,  vəsiqələr  təqdim 
edilir  və  s.  Xüsusi  hal  kimi  gələcəkdə  dünya  dövlətlərinin 
rəbərlərinə  vətəndaşlığının  verilməsini  qanunlarda  nəzərdə 
tutmaq  olar.  Onu  da  qeyd  etmək  olar  ki,  bu  vətəndaşlıq  baza 
ə
həmiyyəti  kimi  yox,  dostluq  rəmzi  olaraq  üst  qat  məna  kəsb 
edə bilər.  
 
 
 
 


 
98
Vətəndaşlığın verilməsinin səbəbləri və əhəmiyyəti  
 
Birincisi, nəzərə almaq lazımdır ki, öz ölkələrində siyasi və 
qanuni  yolla  hakimiyyət  və  dövlət  başına  gələn  şəxslər  böyük 
istedada,  xüsusi  qabiliyyətə,  siyasi  əqidələrə,  siyasi  bacarığa 
malik  olurlar  və  öz  cəmiyyətlərində,  siyasi  elitalarında  nüfuz 
ə
ldə  etmiş  şəxslər  olurlar.  Onlara  Azərbaycan  vətəndaşlığı 
verilməsinin  özü  bir  beynəlxalq  nüfuzdur  və  statusdur. 
Azərbaycanın  elmə,  qabiliyyətə,  təfəkkürə,  intellektə  və 
beynəlxalq  siyasətə  verdiyi  qiymət  olar.  Onların  cəmiyyətinə 
və  xalqına  Azərbaycan  dövlətinin  və  xalqının  hörmətini 
göstərər.  İkincisi,  bu  siyasət  Azərbaycanı  sürətlə  dünyaya 
inteqrasiya  etdirə  və  dünya  ictimaiyyətində  ölkənin  nüfuzunu 
artıra  bilər.  Üçüncüsü,  bütün  sahələrdə  Azərbaycanın  dünya 
ölkələri ilə hərtərəfli əlaqələrini genişləndirər, ölkənin dünyada 
siyasi  çəkisi  artar.  Dördüncüsü,  azərbaycanlıların  dünyaya 
geniş  yayılmasını  gücləndirər,  həmin  ölkələr  Azərbaycan 
vətəndaşları  üçün  açıq  olar.  Azərbaycan  iqtisadiyyatı, 
sərmayəsi dünyaya daha da şaxələnər, çoxlu sərmayə əldə edər 
və  sərmayə  ixrac  edər.  Beşincisi,  Azərbaycana  olan  təzyiqlər 
azalar  və  dünyada  Azərbaycanın  müdafiəsi  artar.  Altıncısı, 
Azərbaycana  əlavə  turistlər  gələr,  ölkə  iqtisadiyyatına  daxil 
olan  sərmayələr  artar.  Yeddincisi,  Azərbaycan  “Prezidentlər, 
eks  prezidentlər  və  digər  formada  adlanan  dövlət  rəhbərləri 
Vətəni” statusu qazanar. 
 
Vətəndaşlıq məsələlərinə aid bəzi istisnalar  
 
Bu  vətəndaşlıq  pasportu  yalnız  könüllü  şəkildə,  seçilmiş 
dövlət  rəhbərinə  məlumat  verməklə,  təqdim  edilə  bilər.  Hər 
hansı  bir  ölkənin  dövlət  rəhbərinin  istəyi  və  razılığı 
(Azərbaycan  tərəfi  təqdim  etdikdə  əks  tərəfin  razılığı)  ilə  ona 
vətəndaşlıq  pasportu  verilə  bilər.  Əgər  bir  ölkədə  siyasi,  hərbi 
böhran  yaranarsa, dövlət rəhbəri ilə xalq arasında, onun təmsil 


 
99
etdiyi  hakim  qurumla  xalq,  o  cümlədən  müxalifət  qurumları 
arasında  vətəndaş  müharibəsi,  digər  silahlı  qarşıdurmalar  baş 
verərsə,  ölkə  rəhbəri  beynəlxalq  əhəmiyyət  kəsb  edən  cinayət 
törədərsə,  bununla  yanaşı,  başqa  bir  dövlətlə  müharibəyə 
gedərsə,  öz  ölkəsində  yaşayan  və  işləyən,  səfərdə  olan  başqa 
dövlətin 
vətəndaşlarına 
qarşı 
kütləvi 
olaraq 
təzyiqlər 
göstərərsə,  onların  hüquqlarını  pozan  aktlar  həyata  keçirərsə, 
soyqrım  törədərsə,  deportasiya  siyasəti  həyata  keçirərsə,  milli, 
etnik  münaqişələr  yaradarsa,  eyni  zamanda  öz  ölkəsində  etnik 
ayrıseçkilik  siyasəti  yürüdərsə,  beynəlxalq  cinayət  törədərək 
axtarışda  olarsa,  beynəlxalq  məhkəmə  tərəfindən  məsuliyyətə 
cəlb olunarsa və digər bu kimi hallarda dövlət rəhbəri və onun 
ailə üzvləri vətəndaşlıq hüququndan məhrum edilə bilər. 
Siyasi mühacir statusu ilə vətəndaşlıq məsələlərini səhv 
salmaq  olmaz.  Bunlar  öz-özlüyündə  ayrı-ayrı  məna  və 
prinsip  kəsb  edən  istiqamətlərdir.  Beynəlxalq  mübahisəli 
məsələlərdə beynəlxalq hüquq əsas götürülə bilər.  
 
 Təminat: 
 
Azərbaycan  vətəndaşlıq  verdiyi  başqa  dövlətin  rəhbəri  və 
onun  ailə  üzvlərinin  Azərbaycanda  olduqları  müddətdə,  bu 
müddət və hal aşağıdakı kimi qeyd edilə bilər: 
-öz 
ölkəsində 
tutduğu 
vəzifədən 
getdikdən 
sonra 
(demokratik  yolla  siyasətdə  uduzmaq,  səlahiyyət  müddəti başa 
çatmaq,  könüllü  istefa  vermək,  təkrar  seçilmək  hüququnun 
olmaması və digər qanuni hallar) yaşadığı müddət; 
-vəzifədə  (öz  ölkəsində  rəhbər)  olarkən  Azərbaycanda 
məzuniyyətdə və istirahətdə olarkən, müalicə olunarkən,  
 Azərbaycan  dövləti  onlara  öz  vətəndaşı  kimi  baxa  bilər, 
hüquqlarını qoruya bilər, immunitet və imtiyazlar verə bilər. 
Bu şəxslər qeyri-tam hüquqlu vətəndaşlar (üst qat statusuna 
malik olan) kimi Azərbaycan konstitusiyasında nəzərdə tutulan 
bir  çox  hüquqlara  malik  ola  bilərlər.  Məsələn,  səsvermək 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə