Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
100
hüququna malik ola bilərlər. Lakin öz ölkələrində tam hüquqlu 
vətəndaş  olduqlarına  görə  prezident,  deputat  seçkilərində 
namizəd  kimi  irəli  sürülə  bilməzlər,  öz  namizədliklərini  verə 
bilməzlər  və  dövlət  qulluğunda  təmsil  oluna  bilməzlər,  dövlət 
orqanlarında  və  yerli  idarəetmə  qurumlarında  (məsələn, 
bələdiyyələrdə) işləyə bilməzlər. Dövlət rəhbərinin ailə üzvləri 
orduya çağrıla bilməz. 
Azərbaycan  onlara  bir  növ  ikinci  doğma  ölkə  kimi  böyük 
imkanlar  verə  bilər.  Məsələn,  onlar  burada  yaşayıb  -yarada, 
pedaqoji  və  kommersiya  fəaliyyəti  ilə  məşğul  ola  bilərlər, 
qeyri-hökumət 
təşkilatlarında 
təmsil 
oluna 
bilərlər. 
Azərbaycanın  mədəniyyət,  iqtisadiyyat  sahələrində  iştirak  edə 
bilərlər.  Bu  şəxslər  Azərbaycan  ərazisində  cinayət  törətdikdə 
Azərbaycan,  öz  ölkələrində  isə  cinayət  törətdikdə  isə  öz 
ölkələrinin  qanunları  ilə  məsuliyyətə  cəlb  oluna  bilərlər. 
Cinayətkarlıq sahəsində qarşılıqlı ekstradisiya məsələləri də öz 
ə
ksini  tapa  bilər.  Onlar  Azərbaycanda  daima  yaşamaq  hüququ 
ə
ldə  edə  bilərlər  və  hətta  dəfn  də  oluna  bilərlər.  Onlara 
Azərbaycan  dövləti  müəyyən  təqaüdlər  də  ayıra  bilər  və  bəzi 
beynəlxalq  məsələlərdə  (məsələn,  hüquqların  pozulması 
məsələsində-dövlət  rəhbəri  postunda  olmayan  müddətdə. 
Dövlət  rəhbəri  postunda  olan  zaman  isə  bu  iki  ölkə  arasında 
hərbi və siyasi müttəfiqlik mənasını verə bilər) şəxsi dəstək də 
verə bilər s.  Azərbaycana gedib-gəlmək üçün isə onlardan heç 
bir viza tələb olunmaz. Onlara vətəndaşlıq ömürlük verilə bilər. 
Pasportların  müddəti  də  ömürlük  olar.  Vətəndaşlıq  heç  bir 
halda  alınmaya  bilər.  Dövlət  rəhbərinin  ailə  üzvləri  öz 
ölkələrində 
vətəndaşlıqdan 
çıxdıqları 
halda 
birbaşa 
Azərbaycanın tam hüqüqlu vətəndaşları ola bilərlər.  
Nəzərə  almaq  lazımdır  ki,  bununla  bağlı  xüsusi  qanun  da 
qəbul edilə bilər. 
Vətəndaşlığın verilməsi məsələsi dövlət rəhbərinin fərmanı 
ilə  rəsmləşə  bilər.  Pasportların  təqdimatı  isə  iki  dövlət 
rəhbərləri  arasında  rəsmi  və  işgüzar  səfərlər  zamanı  təqdim 
oluna  bilər.  Bununla  yanaşı,  dövlətlərin  milli  bayramlarında 


 
101
onların  dövlət  rəhbəri  və  ailə  üzvlərinə  təqdim  edilə  bilər. 
Ümumiyyətlə  isə  bu  siyasət  dünya  vətəndaşlığı  siyasətinin 
tərkibinə aid edilə bilər. Azərbaycana beynəlxalq aləmdə azad 
dövlət (azad yaşamaq dövləti) statusu qazandırar və s.  
Azərbaycanda  bütün  dünya  ölkələrinin  rəhbərləri  və 
onların ailə üzvlərinin qısa və ya uzun müddətə qalmaları üçün 
qəsəbə və şəhərcik də salına bilər.  
 
Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Şəki, Şirvan, 
Qəbələ, Lənkəran şəhərlərində Opera və Balet 
teatrlarının yaradılması və əhəmiyyəti 
 
Bədii  ədəbiyyatın  insanların  təfəkküründə,  həyatlarında, 
ümumilikdə  cəmiyyətin  mənəvi  saflaşmasında,  inkişafında 
oynadığı  rola  dair  filoloqlar  tərəfindən  belə  bir  sistemli 
yanaşma edilir: bədii ədəbiyyat bədii söz sənəti olaraq, qüdrətli 
tərbiyə  vasitəsi,  mənəviyyat  məktəbidir.  Həyatda  baş  verən 
hadisələri  insanın  dərk  etməsi,  həyatı  düzgün  qavraması  üçün 
ə
vəzsiz  vasitədir.  Bədii  ədəbiyyatda  zəriflik,  gözəllik,  incəlik, 
tərbiyə,  əxlaq,  mərifət  öz  əksini  tapır.  Bədii  ədəbiyyatı 
müntəzəm oxuyan hər kəs həyat təcrübəsi qazanır, əsərdə təsvir 
edilən  hadisələrdən  nəticə  çıxarır.  Oxucu  təcrübəli  insanların 
düşüncələri  ilə  tanış  olur.  Bədii  əsərlər  oxucunun  hisslərinə 
təsir  edir,  onda  müxtəlif  ovqat  oyadır.  Oxucunun  mənəvi 
aləmini  zənginləşdirir,  həyatda,  təbiətdə  olan  gözəlliyi  başa 
düşməyə  kömək  edir,  yalana,  harama,  əyriliyə,  laqeydliyə 
nifrət  oyadır,  insanlarda  xeyirin  şər  üzərində  qələbəsinə  inam 
yaradır. Bədii ədəbiyyat söz sənəti olaraq, incəsənətin bir növü 
kimi  də  qəbul  edilir.  Bədii  ədəbiyyat  həm  də  şəxsiyyətin 
formalaşmasında mühüm bir vasitədir.
1
  
                                                 
1
 Qeyd:  bədii  ədəbiyyat  haqqında  bu  fikirlər  filologiya  elmləri  namizədləri 
olan  Aida  Quliyeva  və  Məmmədxan  Soltanovun  ümumtəhsil  məktəbləri 
üçün  (beşinci  sinif)  tərtib  etdikləri  Ədəbiyyat  test  tapşırıqları  kitabından 
götürülmüşdür. Bakı, “AM 965” MMC mətbəəsi, 2011. səh.6-9. 


 
102
Çoxlarına  məlumdur  ki,  bədii  əsərlərin  məzmununun  ən 
geniş  şəkildə  və  əyani  olaraq  oxucuya  çatdırılması  üsulu  və 
vasitələri  içərisində  teatr  tamaşaları  mühüm  rol  oynyır.  Teatr 
tamaşalarında  bir  tərəfdən  əsərlə  tanışlıq,  digər  tərəfdən  isə 
səhnədən,  səhnə  hərəkətlərindən, partituradan zövq almaq var. 
Səhnə  dekorasiyaları  və  əsər  bir-birini  tamamlayaraq 
tamaşaçının ruhuna daha tez  yol tapır. Əgər biz həyatı müsbət 
və  mənfiliklər  tarazlığından  (müsbət  və  mənfiliklərin 
vəhdətindən və mübarizəsindən yaranan maddi və mənəvi aləm 
səhnəsi)  ibarət  olan  iki  hissəyə  bölsək,  hesab  edə  bilərik  ki, 
müsbətliklər üzərində mənfiliklər qələbə qazansa, mənfiliklərin 
çəkisi  çoxalsa,  onda  tarazlıq  pozular,  pisliklər  yaranar,  həyat 
iflic  olar.  Bu  baxımdan,  daima  mənfiliklərin  artmaması  üçün 
elmi  üsullarla  yanaşı,  bədii  və  incəsənət  vasitələrindən  də 
kompleks  şəkildə  faydalanmaq  lazımdır.  Teatr  cəmiyyətdə 
meydana  gələn  mənfiliklərə  zərbə  vuran  ən  real  vasitələrdən 
biridir.  Teatrlar  şəbəkəsinə  cəmiyyətə  immanent  olaraq,  eləcə 
də  cəhətlər  üzrə  (burada  coğrafi)  xaricdən  daxil  olan  mənfi 
elementlər  cərəyanını  parçalayan,  dağıdan  güc  kimi  baxmaq 
lazımdır.  Teatrlar  həyatın  birtərəfli  gedişatının  qarşısını  alır, 
onu  rəngarəngləşdirir,  vəhdətliklər  və  mübarizələr  üçün 
elementlərin,  ünsürlərin,  şəxslərin  sayını  artırır.  Teatr 
müsbətliklərin  ən  böyük  silahı  hesab  edilməlidir.  Əgər  biz 
ə
sərləri mənfiliklərə, pisliklərə qarşı istifadə edilə biləcək güllə 
hesab  edəriksə,  onda  deyə  bilərik  ki,  teatr  onun  atıcı  vasitəsi, 
silahıdır, 
hədəfi 
vurma 
alətidir. 
Teatrlar 
cəmiyyətin 
mikroblardan,  infeksiyalardan  qorunması  üçün  immunitetlər 
rolunu oynayır. Bu baxımdan teatrların nüfuzu birmənalı olaraq 
genişlənməlidir.  Mədəni  cəmiyyət  quruculuğunu  teatrlarsız 
təsəvvür etmək çox çətindir. 
Məlumdur 
ki, 
opera 
sənəti 
XV 
ə
srdə 
İ
taliyada 
misteriyalarda  (dini  dramlarda)  yaranıb.  Sonralara  isə  bütün 
Avropanı  əhatə  edib.  Hal-hazırda  klassik  Avropa  mərkəzləri 
(məsələn,  İtaliya,  Almaniya,  Avstriya,  Çexiya,  Fransa  və  s. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə