Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
94
 Əhəmiyyəti: 
 
-gənclərin saf hisslərlə yaşamaqlarına kömək, əlavə şəraitin 
yaradılması; 
-gənclik təbəqəsinin mənəvi maraqlarının geniş təbliği
-gənclərin  birliyinin  təmin  edilməsi,  onlarda  insanllıq  və 
vətənpərvərlik hisslərinin güclənməsi
-gənclik  hörmətinin  qorunub  saxlanılması  və  gənclik 
statusunun cəmiyyətdə güclənməsi
-gənclərin asudə vaxtlarının səmərəli qeyd edilməsi
-gənclik  ənənələrinin  qorunub  saxlanması,  yeni  gənclik 
adətlərinin formalaşması; 
-gənclik 
zövqünün 
zənginləşdirilməsi, 
gənclik 
yaradıcılığının genişlənməsi
-gənclik dəyərlərinin artması; 
-gəncliyin bir təbəqə kimi dəyərinin artması; 
-gənclik psixikasının (xarakterinin) formalaşmasına və üzə 
çıxarılmasına əlavə kömək və s.  
 
Dünya ölkələrinin dövlət rəhbərlərinə və onların ailə 
üzvlərinə Azərbaycan vətəndaşlığının verilməsi və 
ə
həmiyyəti 
 
Azərbaycan  Şərqlə  Qərbin  arasında  yerləşərək,  iki 
mədəniyyəti  qovuşduran  məkan  olmaqla  yanaşı,  milli  inkişaf 
konsepsiyasını  nəzərə  alaraq,  öz  siyasi  sistemində,  ictimai 
münasibətlər  strukturunun  mahiyyətində  başlıca  olaraq 
dünyəvilik prinsipini əsas götürüb. Azərbaycan konstitutusiyası 
və  digər  qanunvericilik  aktları,  bununla  bağlı  olaraq,  qanunlar 
külliyatının, 
məcəllələrin 
məzmunu 
ə
sasən 
dünyəvilik 
ə
həmiyyəti  kəsb  edir.  Ölkə  qanunvericiliyində  Avropa 
elementləri,  Avropa  təcrübəsini  qəbul  etməklə  bərabər, 
Azərbaycan həm də beynəlxalq hüququn hamı tərəfindən qəbul 
edilmiş  ümumprinsiplərini,  sivil  normaları  əldə  rəhbər  tutur. 


 
95
Milli  qanunvericilik  beynəlxalq  hüquqla  ziddiyyət  təşkil 
etdikdə  beynəlxalq  hüquq  əsas  götürülür  ki,  bu  da 
Azərbaycanın  dünya  üçün  yumşaq,  liberal  bir  dövlət  qurmaq 
siyasətini sübut edir.  
Azərbaycan sülhsevər, beynəlxalq hüquq normalarına əməl 
edən  və  bütün  dünya  xalqlarına  hörmətlə  yanaşan  və  öz 
daxilində 
bütün 
dünya 
vətəndaşlarına 
lazımi 
şə
raitin 
yaradılmasını  hüquqi  və  ictimai  vasitələrlə  təmin  edən  bir 
ölkədir.  Xalqın  sülhə  bağlılığının  ən  yüksək  həddi  onunla 
müəyyən  edilir  ki,  xalq  və  dövlət  20  ildən  artıqdır  ki, 
Ermənistan  işğalçılığına  dözür,  müharibə  variantından  imtina 
edir  və  sülh  yolu  ilə  haqqın  bərpa  olunması  siyasətini  həyata 
keçirir.  Tək  bu  faktın  özü  Azərbaycanın  sülhsüevər  ölkə 
məzmununun,  mahiyyətinin  ən  bariz  nümunəsidir,  sülhsevər 
ölkə statusunun  göstəricisidir. Öz torpaqlarını işğallardan azad 
etmək  hüququna  malik  olmasına  baxmayaraq,  müharibələrin, 
insan  hüquqlarının  kobud  pozulmasına  səbəb  olacaq  aktların 
olmasına  yol  vermək  istəmir.  Bu,  xalqın  sivil,  mədəni 
xüsusiyyətlərindən,  etnopsixikasından,  buna  müvafiq  olaraq 
həyata  keçirdiyi  liberal  siyasətindən  irəli  gəlir  və  tək  öz 
ölkəsində deyil, eyni zamanda regionda sabitliyin pozulmasını, 
digər  dövlətlərin  rahatlıqlarının  bu  və  digər  səviyyədə 
pozulmasını  istəmir.  Azərbaycan  bu  yolla  regionda  maraqları 
formalaşmış  regional  və  regiondan  kənarda  olan  böyük 
dövlətlərin  də  qarşı-qarşıya  gəlməsinə  yol  vermək  istəmir, 
ə
dalətlə  və  sülh  yolu  ilə  işğalçılığa  son  qoyulmasına  çalışır. 
Azərbaycan  tərəfi  hesab  edir  ki,  sülhsevər  beynəlxalq  hüquq 
regionda 
qələbə 
çalmalıdır. 
Beynəlxalq 
hüquq 
möhkəmlənməlidir 
və 
statusunu 
gücləndirməlidir. 
Ümumiyyətlə,  Azərbaycan  regional  səviyyədə  sülhü  təmin 
etmək  yolu  ilə  ümumdünya  sülhünə  layiqli  töhfəsini  bəxş 
etmək  istəyir.  Mədəniyyətlərin,  bir  çox  beynəlxalq  siyasi 
cərəyanın  qovuşduğu  bu  məmləkətdə  müharibənin  başlanması 
Ş
imal-Cənub,  Qərb-Şərq  siyasətinə  köklü  zərbələr  vura  bilər. 


 
96
Hal-hazırda  Azərbaycan  mədəni  və  siyasi  cərəyanlar  üçün 
dairəvi yol ötürücüsü kimi mühüm funksiyanı yerinə yetirir. Bu 
dairədə  tıxacların  baş  verməsi  ilə  vektor  əhəmiyyət  kəsb  edən 
siyasi və mədəni mərkəzin problemə çevrilməsini istəmir.  
Azərbaycan  xalqı  regionda  sülhü  təmin  etməyə  və  fərqli 
mədəniyyətə  mənsub  dünya  xalqlarını  mənəvi  baxımdan 
qovuşdurmağa  çalışan  bir  birlik  olaraq  beynəlxalq  aləmdə  öz 
humanist  və  müdrik  srtatusunu  formalaşdırır.  Onu  nəzərə 
almaq  lazımdır  ki,  ölkə  bütün  dünya  siyasətçilərinin, 
vətəndaşlarının  yaşamaq  və  istirahət  etməkləri  üçün  açıqdır. 
Dini,  milli,  irqi,  region  kimi  məsələlərdə  ayrıseçkilik  siyasəti 
yoxdur.  Bu  amil  də  xalqın  mədəni  və  sivil  düşüncəsinin, 
mövcud 
hakimiyyətin 
siyasətinin 
yüksək 
göstəricilərə 
ə
saslanan bariz nümunəsidir. 
Azərbaycanın  hərtərəfli  mövcud  və  gələcək  potensialı 
imkan  verir  ki,  ölkəyə  daha  çox  xalqların  nümayəndələri  cəlb 
edilsin  (iqtisadiyyat,  turizm  və  yaşayış  yeri  seçmək  yolu  ilə). 
Bu gün  dövlət  və  hökumət səviyyəsində rəsmi əlaqələr sürətlə 
genişlənir,  Azərbaycan  iqtisadiyyatı  öz  potensialına  görə 
sənaye  sahəsində  regionlar  və  ölkələr  üzrə  sərmayə  yatırmaq 
imkanlarına  malikdir.  Ölkə  sərmayə  cəlb  edən  mərkəz  ilə 
yanaşı  sərmayə  ixrac  edən  obyekt  (mənbə olaraq) və subyektə 
çevrilir (“SOCAR”-Dövlət Neft Şirkəti Türkiyədə, Gürcütanda, 
Rumıniyada 
və 
başqa 
ölkələrdə, 
“Azpetrol” 
ş
irkəti 
Gürcüstanda  və  s.  sərmayələr  yatırır,  obyektlər  açırlar.  Dövlət 
Neft  Şirkəti  artıq  transmilli  korporasiyaya  çevrilməkdədir). 
Azərbaycan  idxal  və  ixracı  özündə  əks  etdirən  sərmayə 
mərkəzinə  çevrilməkdədir.  Azərbaycan  iqtisadiyyatının  əsas 
xassəsi  onun  “sərmayəmərkəzlilik”,  “transmərkəzlilik” 
(ixrac  boru  kəmərləri  şəbəkəsinə  xas  olması  və  nəqliyyat 
ötürücülük funksiyası) olması ilə səciyyələnir. 
Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq,  Azərbaycan  öz 
beynəlxalq  multinational  dövlət  statusunu  möhkəmlətmək 
üçün  dünyanın  bütün  dövlətlərinin  rəhbərlərinə və onların ailə 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə