Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
103
kimi  ölkələr)  opera  musiqisinin  zənginləşməsində  böyük  rol 
oynayırlar.  Cüzeppe  Verdi,  Jorj  Bize,  Nikkolo  Paqanini,  Corc 
Fridrix  Handel,  K.Qluk,  R.  Vaqner,  Cakkomo  Puççini,  Pyetro 
Maskanyi,  Rudjero  Leonkovallo  və  başqalarının  simfoniya  və 
operaları,  Moris  Ravel,  Sergey  Prokofyev,  Pyotr  Çaykovski, 
Adolf Adanın və başqalarının balet əsərləri dünyanın opera və 
balet səhnələrini bəzəyir.  
Opera  bir janr  olaraq  həm də klassik musiqini təmsil edir. 
Operada ikili əhəmiyyət kəsb edən və bir-birini tamamlayan və 
qarşılıqlı  tərkib  verən  dərin  məzmun  var.  Belə  ki,  burada 
orkestr  musiqisi  və  canlı  hərəkətlər  (şeirlə  yazılmış  sözlərin 
musiqi  ilə  ifa  olunması)  birləşərək  dərin  bir  məzmun  əmələ 
gətirir.  Opera  musiqisi  simfoniya  ilə  yaxın  olaraq  insanların 
ə
səb sistemini sakitləşdirir, ruhunu zənginləşdirir. Burada olan 
harmoniya  (ahənglik),  məzmunlu  accordluq  (uyğunluq)  insan 
təfəkkürünün  intellektləşməsinə,  duyğuların  zənginləşməsinə 
öz  faydasını  verir.  Opera  musiqisi  və  tamaşası  insan  qəlbi  ilə 
onun  düşüncələrini  vəhdətdə  birləşdirir,  həm  də  zövqləri 
incələşdirir.  Teatr  haqqında  belə  bir  söz  işlədilir  ki,  teatr 
mənəvi qidadır. Mənəvi qıda isə alilikdir. Teatr həyatın müsbət 
və  mənfisinin  bir  aynası  olaraq  insanın  həyata  baxışlarını 
dərinləşdirir,  məzmunlaşdırır.  Opera  ilə  yanaşı,  baletdə  də 
dolğun məzmunlu (lakin bu janrda bir istiqamətli məzmun var) 
sujet 
var. 
Məsələn, 
ifadələrin 
hərəkətlərlə, 
rəqslərlə 
bildirilməsi. 
Azərbaycanda  XX  əsrin  əvvəllərində dahi bəstəkar Üzeyir 
Hacıbəylinin  “Leyli  və  Məcnun”  operası  ilə  Qərb  opera 
musiqisi  Şərqə  qədəm  qoyub.  Hal-hazırda  Azərbaycanda  bir 
opera  və  balet  məktəbi  formalaşıb.  Üzeyir  Hacıbəyli 
(“Koroğlu”  operası  və  s.),  Müslüm  Maqomayev  (“Şah 
İ
smayıl”),  Zülfüqar  Hacıbəyov,  Niyazi  (ikisi  birlikdə  “Aşıq 
Qərib” operasını  yazıblar), Əfrasiyab  Bədəlbəyli  (“Qız qalası” 
baleti), Fikrət Əmirov (“Sevil” operası, “Min bir gecə” baleti), 
Vasif  Adıgözəlov  (“Natəvan”  operası),  Qara  Qarayev  (“Yeddi 


 
104
gözəl” baleti), Bülbül və başqaları opera, simfoniya janrlarında, 
vokal musiqisində böyük məktəb yaradıblar.  
Opera  və  balet  Qərbdə  yaranmış  və  Şərqdə,  məsələn 
Azərbaycanda  ona  milli  elementlər,  milli  musiqi  (məsələn, 
muğam)  daxil  edilmiş  və  nəticədə  qərb  musiqisi  ilə  sintez 
edilərək,  yeni  bir  məzmun  verilmişdir.  Məsələn,  biz  bunu 
“Leyli  və  Məcnun”,  “Koroğlu”,  “Şah  İsmayıl”,  “Aşıq  Qərib”, 
“Natəvan”  kimi  operalarda  görə  bilirik.  Milli  musiqinin  Qərb 
simfoniyası  ilə  qarışığından  milli  opera  yaranıb.  Baletlərdə  də 
milli rəqslər oynanılır.  
Onu  da  qeyd  etmək  olar  ki,  opera  dram  musiqisi 
olduğundan,  məzmun  baxımından  Şərq  və  Qərbə,  eləcə  də 
bizim milli mentalitetə uyğun gəlir. Qərb operasında məhəbbət, 
qısas, qəhrəmanlıq, cəsurluq kimi amillər öz əksini tapır və bu 
istiqamət  Şərqlə  uyğunluq  təşkil  edir.  Məsələn,  fransız  olan 
Bizenin  “Karmen”  operasında  (İspaniya  həyatı  təsvir  edilir) 
sonluq,  qısqanclıq  ucbatından  qaraçı  qızının  öldürülməsi, 
Cüzeppe 
Verdinin 
“Trubadur” 
operasında 
XV 
ə
srin 
ə
vvəllərində  qraflıqda  baş  verən  dramatik  səhnələr,  Pyetro 
Maskanyinin  “Kənd  namusu”  operasında  İtaliyanın  Siciliya 
adasında  bir  dağ  kəndində  baş  verən  məhəbbət  dramı, 
kəndlinin namus məsələsi və s. əsər məzmunları bəzi məqamlar 
üzrə  oxşar  məzmunda  Azərbaycan  milli  operasında  öz  əksini 
tapıb.  C.Verdinin  “Aida”  operasının  məzmunu  ilə  “Şah 
İ
smayıl” operası arasında bəzi oxşar məqamlar var (Çar və Şah 
saraylarında baş verən hadisələr). 
Opera  və  balet  sənəti mədəniyyət  statusu və imici vasitəsi 
kimi  çıxış  edir.  Demək  olar  ki,  daha  əhəmiyyətli,  geniş 
yayılmış  və  dərin  məzmunlu  teatr  kimi  qəbul  edilir.  Bu 
nöqteyi-nəzərdən,  eynilə  Azərbaycanda  opera  və  balet 
məktəbinin  olmasını  və  mədəniyyət  sahələrinin  tarazlı 
inkişafını  nəzərə  alaraq,  Gəncə,  Sumqayıt,  Mingəçevir, 
Naxçıvan,  Şirvan,  Şəki,  Lənkəran,  Qəbələ  kimi  rayonlarda 
milli opera və balet teatrlarını yaratmaq məqsədəuyğun olar. 


 
105
Azərbaycanda  opera  və  balet  teatrları  şəbəkəsinin 
yaranması  Azərbaycanın  Qərb  mədəniyyəti  ilə  sürətlə 
qovuşmaq,  inteqrasiya  etmək  siyasətindən  və  istəyindən  irəli 
gələ  bilər.  Belə  bir  sual  ortaya  çıxa bilər. Niyə məhz opera və 
balet  teatrı  geniş  yayılmalıdır.  Əgər  teatr  Yunanıstanda 
meydana gəlib, İngiltərədə inkişaf etmişsə, teatrın bir qolu olan 
opera  və  balet  daha  çox  Avropa  mərkəzinin  yaradıcılıq 
məhsuludur.  Avropa  müasirliyi,  Avropa  klassikası  və  Avropa 
mühafizəkarlığı  (kontinental  mühafizəkarlıq)  məhz  opera  və 
baletdə  qovuşmuş,  ahənglik  təşkil  etmiş  məzmununu  tapır. 
Məsələn,  mühafizəkarlıq  dövrü  Avropasının  sosial  mühitinin 
ə
sasları,  sosial  münasibətlərin,  məişət  münasibətlərinin 
məzmunu müasir tamaşaçıya əyani şəkildə təqdim edilir. Milli 
adət-ənənələr,  geyimlər,  yaşayış  tərzi  əks  etdirilir.  Eyni 
zamanda  müasir  elementlər  əlavə  edilir.  Məsələn,  götürək 
Adolf Adananın “Jizel” baleti – burada Fransa mühafizəkarlığı 
ilə müasir rəqs üslubu qarışır. 
Qısa  olaraq  qeyd  etmək  lazımdır  ki,  mühafizəkarlıqla 
müasirlik, 
tarixi 
keçmişlə 
müasirlik 
qarışdığına 
və 
qovuşduğuna  görə  məhz  Azərbaycanda  bu  teatr  növünü  geniş 
yaymaq,  şəbəkə  yaratmaq  lazımdır.  Bu  həm  də  Azərbaycanın 
milli mentaliltetinin tələblərinə cavab verir, dünyəviliyinə görə 
ziddiyyət təşkil etmir. 
 
 Əhəmiyyəti: 
 
-Azərbaycan 
milli 
mədəniyyətinin 
zənginləşdirilmiş 
ə
saslarla inkişafı; 
-opera  və  balet  teatrının  tarazlı  inkişafı,  məktəblərin 
genişlənməsi; 
-milli  mədəniyyətin  Qərbə  sürətlə  inteqrasiyası,  Avro-
Asiya mədəniyyəti zonası kimi əhəmiyyətinin artması ; 
-dünyəviliyin 
təbliği 
və 
mədəniyyətdə 
dünyəvilik 
elementlərinin artması; 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə