Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
61
beynəlxalq hüquqa (ədalətə, qəbul olunmuş həqiqətə, həqiqətin 
yaratdığı mahiyyətə) məhəl qoymadan işğalçılıq siyasəti həyata 
keçirirlər.  Xalqın  siyasi  təşkilatlanmasının  məzmunu  (dövlətin 
fəaliyyəti) da onların etnik və milli xüsusiyyətlərini aşkarlayır. 
Həmçinin xalqın ictimai və siyasi təşkilatlanması həmin xalqın 
etnik  və  milli  xüsusiyyətlərini  aşkarlayır  və  qarşılıqlı  vəhdət 
təşkil edir. Nəzərə almaq lazımdır ki, təbiətdə, real həyatda, bu 
baxımdan  dövlətlər  daxilində  və  dünyada  hər  şey  hədlər  və 
normalarla,  ölçülərlə  müəyyən  olunur.  Bu  baxımdan  vahid 
dünya  modeli  içərisində  hər  bir  xalqın  və  dövlətin  öz 
məkanına 
ə
saslanan 
norması, 
hərəkət 
sərhədləri 
və 
hərəkətlərinin  ölçüsü  vardır.  Beynəlxalq  demokratiya,  dünya 
demokratiyası  (buna  dünya  sakinlərinin,  dünya  xalqlarının, 
ümumilikdə  dünya  vətəndaşlarının  (dünya  vətəndaşlığı
ümumiyyətlə,  vətəndaş  məfhumu,  bir  dövlətin  daxilində 
yaşayan  və  müəyyən  hüquqlara,  statusa  malik  olan  şəxslərin 
vəziyyətini  nəzərdə  tutan  bir  anlayışdır.  Lakin  qloballaşma, 
qlobal  problemlər  artıq bir şəxsin  tək öz dövlətində yox, eləcə 
də  dünyada  status  və  mövqeyinin  formalaşmasını  zəruri  edir. 
Bir şəxsin həm öz ölkəsində, həm də dünyada statusu, mövqeyi 
və  bunlardan  irəli  gələn  hüquqları  vardır)  tarazlı  qaydada 
formalaşan dünya hakimiyyətində təmsil olunmaları kimi də ad 
vermək  olar.  Dünya  hakimiyyətinin  mənbəyi  elə  dünya 
xalqlarının  özləridir.  Bunun  fəlsəfi  mənasını  belə  qəbul  etmək 
olar:  dünyanın  idarəolunmasında  birgə  və  məxsusi  imkanlar 
daxilində  bərabər  səviyyədə  iştirak,  dünyanın  məsuliyyətinin 
birgə  dərk  olunması,  məsuliyyətin  birlikdə  qəbul  edilməsi, 
birgə  öhdəliklər,  payların  bölüşdürülməsində  ədalət-yəni 
həqiqət  (həqiqi  kerçəklik-yəni,  hər  bir  dövlətin  gücünə  görə 
iştirakı) prinsipi.) prinsipi mühüm əhəmiyyət kəsb edir.  
Yuxarıda qeyd edilənləri, eləcə də Azərbaycanın sülhsevər 
dövlət  olmasını,  xalqın  isə  sülhsevər  xarakterini,  bununla 
yanaşı,  Şərqlə  Qərb  arasında  mədəni  bağlılığın  yaradılmasını 
strateji  siyasət  kimi  müəyyən  edən  bir  xalq  olaraq,  nəzərə 


 
62
almaq  lazımdır  ki,  Bakı  şəhərində  bütün  dövlətlərin 
bayraqlarını,  gerblərini,  pul  vahidlərini  və  digər  atributlarının 
(dövlətin  ayrılmaz  tərkib  hissələri)  rəmzlərini  əks  etdirən  və 
açıq  səmada  mövcud  olan  muzey  yaradıla  bilər.  Muzeyin 
yaradılması  zərurətləri  içərisində  onu  da  qeyd  etmək  olar  ki, 
xalqlar  (ictimai  səviyyədə)  kütləvi  olaraq  başqa  dövlətlərin 
rəmzləri ilə əyani şəkildə yalnız dövlət və hökumət başçılarının 
səfərləri  zamanı  tanış  olurlar.  Digər  tərəfdən  də  dövlətlərin 
milli bayramlarının qeyd edilməsi heç də geniş ictimai xarakter 
kəsb edə bilmir, əksə hallarda siyasi elitanın nümayəndələrinin 
iştirakı ilə məhdudlaşır.  
Həmçinin, yuxarıda sadalanan əlavə fikirləri nəzərə alaraq, 
Bakı  şəhərində  “Beynəlxalq  dövlət  atributları  mərkəzi”ni 
yaratmaq olar.  
  
Təşkili istiqamətləri:  
 
-hər bir dövlətin bayrağı, gerbi, pul vahidi, həmin dövlətin 
tarixini,  coğrafiyasını  (hər  bir  dövlətin  ayrıca  fiziki,  siyasi  və 
inzibatı  xəritəsi),  xalqın  beynəlxalq  mədəni  imicini  və  siyasi 
statusunu əks etdirən modellərdən, nümunələrdən, xəritələrdən 
ibarət guşələr. Bu bir növ sərgi formasını da ala bilər; 
-xalqların  milli  bayramlarını  ictimaiyyət  qarşısında  geniş 
şə
kildə keçirmək üçün arenalar, zallar və s.  
 
Ə
həmiyyəti: 
 
-xalqlar  arasında  yaxınlaşmanın  əyani  və  birbaşa 
üsullarının  artması,  onların  mədəniyyət  nümunələrinin  rəmzi 
olaraq birləşdirilməsi
-cəmiyyətlər və xalqlar arasında yaxınlığın genişlənməsi
-xalqlar  arasında  birlik  rəmzinin  yaradılması (vahid dünya 
və onun mərkəzində insanlıq amili anlayışının, konsepsiyasının 
genişlənməsi)  


 
63
-Azərbaycan xalqının digər xalqlarla sıx yaxınlığına, eləcə 
də fərdi və ictimai tanışlığın geniş arealına kömək; 
-azərbaycanlıların  digər  xalqların  rəmzləri  ilə  yaxından  və 
ə
yani tanışlığı; 
-ictimai yaxınlığın dövlətlər arasında siyasi yaxınlığa səbəb 
olması; 
-mədəni inteqrasiyanın güclənməsi; 
-Azərbaycanın beynəlxalq humanist imicinin artması və s.  
 
Azərbaycanda yeniyetmələr, gənclər və digər təbəqələr 
üçün “açıq havada rəqs meydançaları”nın təşkili 
 
Yeniyetmələr və gənclər cəmiyyətin əsas enerjili təbəqələri 
hesab  edilir.  Onlar  öz  həyatlarında  daima  rəngarənglilik, 
boyalarla zəngin mühit axtarırlar. Onu da qəbul etmək lazımdır 
ki,  yeniyetmə  və  gənclər  həm  də  cəmiyyətin  çılğın  təbəqələri 
hesab  edilirlər.  Onlarda  ictimai  tədbirlərə  maraq  xüsusi  olur, 
onların  ictimailəşməsi  önəm  kəsb  edir.  Yeniyetmələr  və 
gənclər daha çox öz vaxtlarını ailələrdən kənarlarda keçirməyə 
üstünlük  verirlər.  Bu  baxımdan  geniş  ünsiyyət,  hərtərəfli 
fəaliyyət  onlar  üçün  daha  da  böyük  maraq  kəsb  edir.  Gənclər 
çalışırlar  ki,  cəmiyyətdə  daima  yeniliklər  olsun,  bu  baxımdan 
da yeniliklərin üzə çıxarılması üçün onlar enerji də sərf edirlər. 
Gənclər  üçün  estetika  mühüm  əhəmiyyət  daşıyır.  Onların 
ə
ksəriyyəti  daima  gözəllik  axtarır,  öz  baxışlarını  tez-tez 
zənginləşdirməyə  cəhd  edirlər.  Gənclər  teatr,  kino,  müxtəlif 
video  kliplər,  audio  yazılara  xüsusi  maraq  göstərirlər. 
Yeniyetmələr  və  gənclər  təbəqələrinin  nümayəndələrinin 
ə
ksəriyyəti  yaşlı nəslin fikirləri ilə barışmır, daima dinamizmə 
meyil  edirlər.  Onlar  üçün  fəal  hərəkət,  bolluca  enerji 
sərfiyyatıbaşlıca istiqamətə və vərdişlərə çevrilir.  
Son  dövrlərdə,  xüsusilə,  postsovet  dövründə  müəyyən 
problemlərin  mövcudluğu,  məsələn,  elmə  həvəsin  azalması, 
yaradıcılığın  zəifləməsi,  maariflənmənin  səviyyəsinin  aşağı 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə