Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
57
nümunələrini  daima  nümayiş  etdirmək  imkanlarına  malik  ola 
bilər.  Məsələn,  mərkəzdə  türk  (Türkiyədə  yaşayanlar),  ingilis, 
rus,  yunan,  alman,  fransız,  çex,  ərəb,  yahudi,  italyan,  türk 
xalqları,  fars,  pakistan,  hind,  çin,  yapon,  koreya,  latın 
amerikalılar,  Avropa  slavyanları  və  s.  kimi  xalqların  daimi 
mədəniyyət  nümunələri  (musiqi,  rəqslər,  teatr,  kino,  rəsm 
qalereyası  və  s.)  nümayiş  oluna  bilər.  Beynəlxalq  mədəniyyət 
mərkəzinin  tikintisi  də  əsasən  şərq-qərb  memarlığının  qarışığı 
ə
sasında  (layihəsind ə


 
58
-Azərbaycan xalqının dünyanın müxtəlif mədəniyyətləri ilə 
yaxından tanışlığı; 
-Azərbaycan mədəniyyətinin zənginləşməsi
-dünya  xalqlarının  mədəniyyət  elementlərinin  bir-birinə 
transferi və s.  
 
Bu siyasət həm də ictimai  diplomatiyanı və xalqlararası 
diplomatiyanı  gücləndirə  bilər  və  xalqlar  arasında  sülhün 
möhkəmlənməsinə  xidmət  edər.  Azərbaycana  turizm  axını 
güclənər.  
 
Bakı şəhərində “Beynəlxalq dövlət atributları 
(rəmzləri) mərkəzi”nin (“Açıq səmada beynəlxalq 
dövlət atributları muzeyi”nin) yaradılması və 
ə
həmiyyəti 
 
Dünyanın  siyasi  mənzərəsi  dövlətlərin  sayının  çoxluğu, 
xalqların  sayının  çoxluğu,  siyasi  regionların  müxtəlifliyi  və 
fərqli  inkişaf  xüsusiyyətləri  ilə  xarakterizə  olunur.  Bununla 
yanaşı,  ayrı-ayrı  regionlarda  yaşayan  xalqların  mədəniyyət 
nümunələri  də  dünyanın  ümummədəni  mənzərəsini  yaradır. 
Dünyanın 
mədəniyyət 
və 
siyasət 
strukturu 
həmin 
komplekslərin  tərkibinə  daxil  olan  müxtəlif  komponentlərin 
vəhdətindən  formalaşırr.  Dünyada  dövlətlərin  və  xalqların  say 
çoxluğu  həmin  dövlətlər  arasında  münasibətlərin  geniş 
aspektlərini 
üzə 
çıxarır, 
böyük 
coğrafiyasını 
yaradır, 
münasibətlər  obyektlərinin  sferasını  genişləndirir.  Eləcə  də 
dövlətlərin  ərazilərinə  görə  müxtəlif  ölçülərdə  olmaları  və 
xalqların  say  baxımından  fərqli  tərkiblərə  malik  olması, 
bununla  yanaşı,  fərqli  adət-ənənlər  də  dünyanın  siyasi  və 
mədəni strukturunu, mexanizmisini və sistemini zənginləşdirir. 
Dünyanın  münasibətlər  strukturu  müxtəlif  trayektoriyalara 
malik  olan  hərəkətlər  cəmindən  formalaşır.  Hərəkətlərdə  olan 
fərqli  və  zəngin  məzmun  və  tərz  də  öz  növbəsində  dünyanın 


 
59
münasibətlər  strukturunun  tərkibini  zənginləşdirən  amillər 
içərisindədir.  Xalqlar  arasında  olan  münasibətlər  təmsil 
etdikləri  dövlətlər  vasitəsilə  təbəqələşir,  qruplaşır,  ixtisaslaşır, 
bir sözlə, təşkilati xarakter alır. 
 Məlumdur  ki,  dünyada  mövcud  olan  hər  bir  dövlət  öz 
rəmzləri (bayraqları və gerbləri) vasitəsilə təmsil olunur ki, bu 
vasitələr  də  dövlətin  tanınması  əlamətlərini  əks  etdirir. 
Bayraqlar və gerblər əsasən dövlətin atributları hesab olunaraq 
ayrılmaz  tərkib  hissələri  kimi  çıxış  edir.  Bayraq  və  gerbin 
funksiyası  xalqın  siyasi  baxımdan  təşkilatlanmasının  məqsəd 
və  məzmununu  müəyyən  etməkdən  ibarətdir.  Hər  bir  xalqın 
inkişaf  xüsusiyyətləri,  inkişaf  istiqamətləri  onun  təmsil 
olunduğu dövlət rəmzlərində öz əksini tapır.  
Müxtəlif 
dövlətlər 
arasında 
olan 
münasibətlərin 
yaranmasında 
dövlətlərin 
nümayəndələri 
tərəfindən 
bayraqlarının  üzə  çıxarılması,  qonaq  qəbul  edən  dövlət 
tərəfindən  qonaq  dövlətin  bayraqlarının  müəyyən  yerlərdən 
asılması  artıq  çoxdandır  ki,  siyasi  və  mədəni  bir  adət  halını 
alıbdır.  Bayraqlar  və  gerblər  başlıca  olaraq  bir  dövlətin  başqa 
dövlətə  (dövlətlərə)  olan  münasibətlərinin  xoşməramlığından, 
eləcə  də  dövlətə  və  təmsil  etdiyi  xalqa  olan  hörmətindən  irəli 
gəlir.  Bayraqlar  və  gerblər  əsasən  hörmət  rəmzləri  kimi 
ə
həmiyyət kəsb edirlər və bayraqlar bir xalqın digər xalqa olan 
hörmətini əks etdirir. 
Digər  tərəfdən  də  qeyd  etmək  olar  ki,  mənaların  rəngli 
boyalarla parçalara köçürülməsi, rəngli parçaların dalğalanması 
görüş  zallarına,  meydanlarına  bir  estetik  zövq  verir  və  insan 
baxışlarını  incələşmiş əsaslarla  formalaşdırır. Rəngli bayraqlar 
qrupu  zəngin  bir  fon  yaradır.  Bayraqlara  hörmət  isə  həm  də 
beynəlxalq  etikanı  formalaşdırır,  mədəni  və  yüksək  davranış 
adətlərini yaradır. O da məlumdur ki, bir dövlət digər dövlətdə 
təmsil  olunarkən  (diplomatik  nümayənədlər,  mədəniyyət 
nümayəndələri,  hərbi  nümayəndəliklər,  ticarət  nümayəndələri) 
ilk  növbədə  öz  dövlətinə  məxsus  olan  obyektlər  (daşınar  və 


 
60
daşınmaz  əmlak  üzərində)  üzərində  bayrağını  sancır,  ucaldır. 
Bir  dövlət  daxilində  nümayəndəliklər  vasitəsilə  çoxlu  sayda 
dövlətin  bayraqları  dalğalanır.  Bir  dövlətin  başqa  dövlətin 
bayrağına  yer  verməsi  isə  beynəlxalq  nəzakət  və  hörmət 
prinsipini  formalaşdırır,  etiket  qaydalarını  müəyyənləşdirir. 
Eyni  zamanda  dövlətlər  beynəlxalq  təşkilatlarda  da  öz 
bayraqları ilə əlamət verirlər, büruzə edirlər.  
Onu  da  qəbul  etmək  lazımdır  ki,  müasir  qloballaşma 
dövründə  xalqlar  arasında  münasibətləri  tək  dövlətlər  yox, 
eləcə  də  qeyri-hökumət  təşkilatları,  fərdlər  yaradırlar.  Artıq 
siyasi vasitəyə (məsələn, dövlətin birbaşa müdaxiləsi və kəskin 
nəzarəti.  Dövlət  burada  ümumi  müşahidə  apara  bilər)  bir  o 
qədər  də  ehtiyac  olmadan  xalqlararası  diplomatiya  geniş 
yayılıbdır.  Dünya  vətəndaşları  arasında  sosial  şəbəkələr 
(internet)  vasitəsilə  sıx  ünsiyyət  yaradılır.  Bu  ünsiyyət  zamanı 
siyasi  tənzimlənməyə  bir  o  qədər  də  ehtiyac  qalmır.  Dünya 
xalqları  arasında  münasibətlərin  bir  mədəniyyəti,  mədəniyyət 
olaraq  özündə  əks  etdirən  adəti  və  davranışı  formalaşıb. 
Ümumiyyətlə isə ünsiyyət həm sadələşib, sadələşdiyinə görə də 
tərkib  baxımından  zənginləşib.  Artıq  dünya  xalqları  bir-birinə 
sıx  inteqrasiya  şəraitində  yaşayır,  dövlətlərin  (xüsusilə  sivil 
dövlətlər)  əksəriyyəti  də  bu  tellərin  yaradılması  üçün  vasitələr 
rolunda çıxış edirlər.  
Formal mahiyyət baxımından bir məsələni də xüsusi olaraq 
qeyd  etmək  olar  ki,  istənilən  bir  prospektin,  meydanın 
bayraqlarla  bəzədilməsi  orada  bir  çoxçalarlı  gözəllik  məkanı, 
mühiti yaradır. 
Hər bir xalq öz etnik xüsusiyyətlərinə uyğun olaraq dövlət 
fəaliyyətini təşkil edir. Düzdür, dövlətlər arasında münasibətlər 
mövcud  normalarla  tənzimlənir  və  normalar  adət  və  müqavilə 
hüququna  əsaslanır.  Lakin  onu  da  qeyd  etmək  olar  ki,  bir 
xalqın  yaratdığı  və  fəaliyyətə  başlatdığı  dövlət  həmin  xalqın 
milli  etnik  xüsusiyyətlərinin  element  daşıyıcısına  çevrilə  bilir. 
Bu  baxımdan  hesab  etmək  olar  ki,  eqosentrik  xalqlar 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə