Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
47
formalaşmasının baza prinsip və vasitələrini təşkil edir. Hər bir 
təbəqə  öz  məşğuliyyətini  öz  əmək  funksiyası,  psixikası  ilə 
(xarakter)  formalaşdırır  ki,  bu  da  cəmiyyətin  fəaliyyət 
strukturunun  tərkibinin  forma  və  məzmununu  təşkil  edir. 
Cəmiyyətin  bütün  təbəqələri  öz  asudə  vaxtlarını  müxtəlif 
yollarla  keçirirlər.  Asudə  vaxtlar  adətən  gərgin  işdən  sonra 
istirahət  vaxtının  (işdən  sonrakı  vaxt  ilə  yuxu  (yatmaq) 
arasında  olan  müddət)  tərkibini  təşkil  edir  ki,  bu  da  öz 
məzmunu  baxımından  sutkalıq  həyatın  mənalı  və  dolğun 
olmasını  şərtləndirir.  Asudə  vaxt  yatmaqla iş arasında balanslı 
vəziyyəti, tarazlığı, rəvan şəkildə əvəz olunmanı təmin edir. Bu 
baxımdan  da  asudə  vaxtın  səmərəli  keçməsi vəziyyətləri insan 
həyatına  təsir  edən  müsbət  amillərin,  müsbət  təsirlərin  olması 
ilə  xarakterizə  oluna  bilər.  Bu  səbəbdən  də  asudə  vaxtlar  ən 
yaxşı 
halda 
adətən 
istirahətə, 
ə
yləncələrə 
ə
saslanan 
məşğuliyyətlə  təmin  olunmalıdır  ki,  bu  da  insanlar  arasında 
həm 
ictimai 
birliyin 
güclənməsi, 
dostluq, 
tanışlıq 
münasibətlərinin  genişlənməsi,  həm  də  gündəlik  əsəb 
gərginliklərinin  aradan  qaldırılmasında  mühüm  rol  oynaya 
bilsin.  Asudə  vaxtların  mənalı  keçməsi  üçün  müxtəlif  üsullar 
vardır 
ki, 
onlardan 
bəziləri 
də 
müxtəlif 
oyunların 
oynanılmasıdır.  Psixi  gərginliklərin  aradan  qaldırılmasında 
stolüstü  oyunların  olması  (şahmat,  nərd,  domino  və  s.)  da 
mühüm  əhəmiyyət  kəsb  edir,  müvafiq  oyunlar  gərginlikləri 
zəiflədir.  Eləcə  də  xoş  münasibətlər,  xoş  rəftar  insanlar 
arasında səmimi ünsiyyətin yaranmasının əsaslarını təşkil edir. 
Bir  məsələni  də  xüsusi  olaraq  qeyd  etmək  olar  ki, 
cəmiyyətdə  olan  adət-ənənələr,  məşğuliyyət  növləri,  həyat 
vərdişləri  hər  bir  cəmiyyətin  mədəni  statusunu,  imicini 
müəyyən edən vasitələr hesab edilə bilərlər. Xalqın etnik psixi 
xüsusiyyətləri  də  adətən  həmin  xalqın  tarixi,  genetikası,  eləcə 
də  adət-ənənələri  ilə  formalaşır.  Xalqın  düşüncə  tərzi  və 
səviyyəsi 
isə 
həmin 
xalqın 
bütünlükdə 
həm 
milli 
mədəniyyətinin,  həm  də  geomədəniyyətinin  formalaşmasının 
göstəricisi  rolunda  çıxış  edir.  Gündəlik  məşğuliyyət,  vərdişlər 


 
48
də  etnik  xüsusiyyətlərin  formalaşmasına  təsir  edən  amillər 
içərisindədir.  Xalqın  ümumi  mədəni  səviyyəsinin  göstəriciləri 
tək-tək olan zəka, geniş düşüncə sahibləri hesabına yox, kütləvi 
olaraq  əks  olunan  göstəricilərə  əsasən  müəyyən  olunur.  Bu 
baxımdan  kütləvi  mədəni  şüurun  inkişafı  önəm  kəsb  edir  və 
ümummədəni səviyyəni yüksəldir. Ümumi yüksəliş isə həyatın 
bütün  sahələrinə  sirayət  edir  və  nəticədə  bir-birilə  əlaqəli 
olaraq,  kompleks  əhəmiyyət  kəsb  edən  inkişafa  nail  olunur. 
Kompleks  inkişaf  da  öz  növbəsində  güclü  dövlət,  güclü 
cəmiyyət, 
yenilməz 
xalq 
statusunu 
meydana 
çıxarır. 
Azərbaycan  xalqının  sürətli  inkişafı  cəmiyyətin  kütləvi  olaraq 
mədəniləşmə,  maariflənmə  prosesinə  bağlı  olur.  Azərbaycan 
cəmiyyətində  kütləvi  maariflənməyə,  kütləvi  olaraq  şüurun, 
zəkanın  inkişafına  mənfi  təsir  edən  vasitələr  vardır  ki,  onlar 
içərisində də çayxanalar böyük rol oynayır.  
Azərbaycanda  əhalinin,  xüsusilə  yeniyetmə  və  gənclər 
təbəqəsinin  çayxanalara  toplaşması,  çayxanalara  getmək  və 
vaxtları  hədər  yerlərə  sərf  etmək  və  bu  istiqamətdə  ifrat 
dərəcədə 
genişlənən 
vərdişləri 
gənclərin 
sosial-psixi 
xüsusiyyətlərinə mənfi təsirlərini göstərir.  
Bu  gün  Azərbaycan  geosiyasi  və  geomədəni  mövqeyinə 
görə  Şərq  və  Qərb  arasında  bir  körpü  rolunu  oynamaq 
məsuliyyətini  öz  üzərinə  götürən  dövlət,  xalq  və  cəmiyyət 
olaraq,  Şərqin  və  Qərbin  adətlərinin,  ənənələrinin  bəzi 
xüsusiyyətlərini  özündə  birləşdirən,  öz  adət  və  ənənələri  ilə 
sintez  edərək  yeni  meyarları  üzə  çıxaran  bir  subyekt,  məkan 
kimi əhəmiyyət kəsb etməkdədir (Şərqin bəzi mənfiliklərindən 
azad  olmaq,  Qərbdən  gələnləri  isə  süzgəcdən  keçirmək 
siyasətin  əsasını  təşkil  etməlidir).  Bu  baxımdan  Azərbaycan 
cəmiyyəti  daima  öz-özünü  mədəni  baxımdan  islah  etməli  və 
bəzi köhnə adətləri saxlamaqla, mənfilikləri atmaqla, köhnələri 
yeni formaya salmaqla, mövcud baza üzərində (mühafizəkarlıq 
üzərində  yenilik)  Yeni  Azərbaycanlı  imicini,  yaratmalıdır  və 
yeni insan dəyərlərini üzə çıxarmalıdır. Azərbaycan gəncləri öz 
məşğuliyyət  və  vərdişləri  ilə  daima  yeniləşmə  meyillərini  üzə 


 
49
çıxarmalıdırlar.  Azərbaycan  gəncləri  bütün  anlarda  “zaman 
irəlidə, biz geridə” prinsipini öz üzərlərindən atmalı, elmdə və 
mədəni 
həyatda 
digər 
sivil 
ölkələrin 
gəncləri 
ilə 
ayaqlaşmalıdırlar.  Bu  baxımdan  gənclər  yeni-yeni  adət  və 
vərdişlərə  yiyələnməli  və  cəmiyyətdə  müvafiq  faydalı 
elementləri,  səmərəli  olan  tərəfləri,  ünsürləri  yaymalıdırlar. 
Gənclər  cəmiyyətin  mədəni  inkişafına  təsir  edən  pis 
vərdişlərdən  yayınmalı,  daima  öz-özlərini  mənəvi  baxımdan 
təmizləməlidirlər. Yeniliklər isə onların həyatlarının mənalarını 
təşkil  etməlidir.  Bu  baxımdan,  təəssüf  hissi  ilə  qeyd  etmək 
lazımdır  ki,  Azərbaycan  gəncləri  kütləvi  şəkildə  əsasən  onlar 
üçün heç bir mənəvi dəyər verə bilməyən çayxanalara axışırlar 
ki,  bu  da  onların  gündəlik  olaraq  birtərəfli  həyat  sürmələrinə 
(şablonlara, stereotiplərə, mənfiliklərə) səbəb olur. 
 
Çayxanaların mənfi xüsusiyyətləri  
 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Azərbaycanda  hal-hazırda 
yeniyetmələr və gənclər arasında asudə vaxtların keçirilməsi və 
görüş  yerləri  üçün  əsasən  ən  geniş  yayılmış  obyektlər 
çayxanalar hesab edilir və bu artıq gündəlik vərdişlərə çevrilib. 
Çayxanalar  yeniyetmələrin  və  gənclərin  inkişafının  qarşısını 
alan  vasitələr,  obyektlər  rolunu  oynayır.  Bunun  səbəblərini 
aşağıdakı şəkildə qeyd etmək olar: 
İ
lk növbədə nəzərə almaq lazımdır ki, əksər çayxanalar öz 
xidmət  səviyyəsinə  görə,  həm  də  gigiyenik  baxımdan  heç  də 
müasir  tələblərə  cavab  vermir.  Çayxanalarda  toplaşmaq  adəti 
isə  əsasən  bayağı  məzmunlu  bir  məşğuliyyətə  gətirib  çıxarır, 
müzakirə  olunan  məsələlər isə  gündəlik  məişət mövzularından 
kənara  çıxmır.  Digər  tərəfdən  də  çayxanaların  şəraitlərinin  pis 
olması  onların  xidmət  səviyyəsinin  aşağı  olmasını  şərtləndirir. 
Çayxanalarda,  xüsusilə  qapalı  məkanlarda  (tüstülü  otaqlar-
nəfəslikləri  olmayan  müasir  kameralar  da  demək  olar)  hava 
təmizləyici  avadanlıqların,  qurğuların  olmaması  isə  burada 
havanı  çətinləşdirir  və  bu  da  gənclər  içərisində  müəyyən 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə