Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
36
-balıqtutma; 
-atsürmə; 
-xizəksürmə; 
-ovçuluq (rəmzi) və s.  
 
Ə
həmiyyəti: (istirahət edənlər üçün) 
 
-təbiətlə təmaslarının artması; 
-yorucu şəhər həyatından qismən uzaqlaşmaq;  
-təmiz havada istirahət; 
-təmiz  havada  dərsləri  hazırlamaq  (məktəblilər  və 
tələbələr); 
-idmanla məşğuliyyət; 
-sakitlikdə istirahət; 
-inəcəsənət, mədəniyyət (adət-ənənələrlə) tanışlıq; 
-piyada gəzinti; 
-insanlar üçün əlavə ünsiyyət imkanları; 
-təbiət hadisələrini (yağış, qar) təbiət qoynunda izləmək; 
-iş adamaları üçün əlavə qazanc yerləri; 
-incəsənət adamları üçün əlavə qazanc yerləri; 
-yeni iş yerləri və s.  
 
Belə  piknikləri  şəhərdən  50-60  km-lik  bir  məsafədə 
ə
razilərdə, əhalinin rahat gedib-gəlməsi üçün münasib yerlərdə, 
bir  neçə  yüz  hektar  ərazilərdə  təşkil  etmək  olar.  Müvafiq 
piknikləri  imkanlı  şirkətlər  və  yaxud  da  dövlət  şirkətləri, 
məsələn, Dövlət Neft Şirkəti, təşkil edə bilər. 
 


 
37
Azərbaycanda “Beynəlxalq Azad və Ekoloji təmiz 
şə
hər”in salınması və əhəmiyyəti 
 
Son  dövrdə  dünya  əhalisinin  artması  (2011-ci  ilin  son 
məlumatına  əsasən  dünya  əhalisi  yeddi  milyard  nəfər  təşkil 
edib),  əhalinin  daha  çox  iri  sənaye  mərkəzlərində  cəmləşməsi, 
meqapolislərin  (şəhər  birləşmələri)  yaradılması,  şəhərlərdə 
ekologiyaya  zərbə  vuran  ağır  sənaye  müəssisələrinin  artması, 
yanacaqla işləyən nəqliyyat vasitələrinin sürətlə artması, tez-tez 
baş  verən  meşə  yanğınları,  məişət  tullantılarının  çoxalması, 
yaşıllıqların  azalması,  meşələrin  qırılması,  silahların  sınaqdan 
çıxarılması,  müharibələr,  təbii  fəlakətlər,  kimya  sənayesinin 
güclənməsi  və  s.  ekoloji  tarazlığı  kəskin  şəkildə  pozub, 
atmosferi 
çirkləndirib. 
Qlobal 
istiliklər, 
kəskin 
iqlim 
dəyişiklikləri  təbii  fəlakətlərin  sayını  artırıb  və  miqyasını 
genişləndirib.  Səhiyyə  təşkilatlarının  məlumatlarına  əsasən, 
Qlobal  ekoloji  dəyişikliklər  ucbatından  insanlar  arasında 
xəstələnmələrin  sayı  və  xəstəliklərin  çeşidləri  gündən-günə 
artmaqdadır.  Xüsusilə  ekoloji  vəziyyətin  gərginliyi  müalicəsi 
mümkün  olmayan  xərçəng  xəstəliyinin  geniş  yayılmasına 
gətirib çıxarıb.  
Son  dövrlərdə  ekoloji  tarazlığın  bərpa  edilməsi  və  insan 
sağlamlığının 
mühafizəsinin 
gücləndirilməsi 
məqsədilə 
dünyanın 
qarşısında 
duran 
qlobal 
problemlərin 
həlli 
istiqamətində  yanacaq  növü  kimi  benzindən,  dizeldən 
istifadənin  məhdudlaşdırılması  məsələləri  öz  əksini  tapıb. 
Atmosferdə  parnik  qazlarının  artması  həm  atmosferin 
təbəqələrində  ozonun  miqdarının  azalmasına  gətirib  çıxarır, 
həm  də  oksigeni  azaldır.  Bu  nöqteyi-nəzərdən  sağlam  həyat 
tərzi  hər  kəsi  düşündürür.  Bu  baxımdan  sadə  şəhər  həyat 
tiplərinin,  həyat  tərzlərinin  formalaşması  daha  da  zəruri 
ə
həmiyyət kəsb edir. Hər kəsi təmiz ekoloji mühit düşündürür.  
Digər  tərəfdən  də dünya  sakini  olmaq, beynəlmiləlləşmə, 
dünyanın  mədəni  mühitinin  qarışması  (rəngarəng  mədəni 


 
38
mühit) kimi məsələlər gündəlik əhəmiyyət kəsb etməkdədir və 
qloballaşma proseslərinin tərkib hissəsidir. 
Qlobal münasibətlər içərisində  
-qlobal iqtisadiyyat; 
-qlobal ekoloji məsələlər; 
-qlobal  mədəniyyət  kimi  sahələr  mühüm  əhəmiyyət  kəsb 
edir.  Münasibətlərin  qloballaşması  həmçinin  insanlar  arasında 
ünsiyyətin daha da sıxlaşmasına, qatlaşmasına səbəb olub.  
Dünyanın  kontinental  mədəniyyətinin  (məsələn,  Avropa 
mədəniyyəti,  Afrika  mədəniyyəti,  Asiya  mədəniyyəti  və  s.) 
formalaşması  xalqların  arasında  loyal,  yumşaq  münasibətlərin 
yaranmasını  zəruri  etməkdədir.  İndi  əhali  daha  çox  qarışıq 
adət-ənənələrin  hökm  sürdüyü  cəmiyyətlərdə  yaşamağı 
üstünlük  verir.  Bu  mövqe  həm  insanlığın  mərkəzi  əhəmiyyət 
kəsb  etməsinə  (münasibətlər  dəyərinin  əsas  obyektində  insan 
amili-insanların təbii hüquqları mərkəzi elementdir) səbəb olur, 
həm  də  etnosentrizmdən  imtinaya  gətirib  çıxarır.  Humanist 
baxışlar  həmçinin  dini  radikallığın  aradan  qalxmasına, 
barışıqlığın, 
tolerantlığın 
da 
inkişafına 
səbəb 
olur. 
Münasibətlərin  əsasında  insanlıq  və  onun  dəyəri  xüsusi 
ə
həmiyyət  kəsb  edir  və  bütün  istiqamətlər  və  vasitələr 
(məsələn,  din  amili)  insanlığa  xidmət  üçün  müəyyən  edilir  ki, 
bu da xalqların toplum şəkildə (birgə inteqrasiya şəklində) təbii 
hüquqlarının  formalaşmasına  səbəb  olur.  Şəxsin,  vətəndaşın, 
daha  geniş  mənada  xalqın  hüquqları  “bütün  dünya 
sakinlərinin  birgə  hüquqları,  hamının  bərabər  hüquqları” 
prinsipini zəruri edir.  
Qarışıq  cəmiyyətlər  bir  tərəfdən  mədəni  zənginlik  mühiti 
yaradırsa, digər tərəfdən də dünya sakinlərinin mehribancasına 
birliyini  təşkil  edir.  İnsanların,  xalqın  etnik  psixikalarının 
(burada etnik xarakter. Psixika insan xarakterini yaradır) tərkib 
elementləri onların sosial və ictimai münasibətlərinin forma və 
məzmunundan  asılı  olur.  Hər  kəsin  xidmətlər  cəmi  öz 
mahiyyətinə  görə  şəxsin  ölkəsinə  və  geniş  mənada  dünyaya 


 
39
xidmət  məzmununu  özündə  əks  etdirir.  “Dünya  hamı  üçün, 
hamı dünya üçün, eləcə də bir nəfər dünya üçün, dünya bir 
nəfər üçün, bir nəfər hər kəs üçün, hər kəs bir nəfər üçün” 
prinsipi  (bu  prinsip  kompleks  əhəmiyyət  kəsb  edir)  təbii 
hüquqların  daha  da  geniş  əsaslarla  qorunması  üçün  baza 
prinsiplərini təşkil edir. 
Qarışıq  mədəniyyətin  əhəmiyyəti  baxımından  qeyd  etmək 
olar  ki,  bir  ölkənin  sakinləri  digər  ölkənin  sakinlərini  öz 
içərisində  gördükdə,  milli  və  etnik  məsələlər  radikallıqdan 
mülayimliyə  keçir,  qəbuledicilik,  barışıqlıq,  vərdişlik,  adət 
yaradır.  Digər  tərəfdən  də  bir  ölkənin  əhalisinin  fərqli  tərkibi 
həmin  ölkənin  digər  ölkələr  tərəfdən  müdafiə,  mühafizə 
olunmasına  səbəb  olur.  (Bir  növ  zəmanət  rolunu  oynayır). 
Qarışıq  mədəniyyət,  dövlətin  və  xalqın  inteqrasiya  olunması 
üçün  təkanverici  element  rolunu  oynayır  ki,  bu  da  dövlətin 
məcburi  inkişafını  təmin  edir.  Monoetnik  dövlət  isə  özünü 
başqa  xalqlar  və  dövlətlər  içərisində  qeyri-zəngin  hiss  edə 
bilər.  
Azərbaycanda  daima  beynəlmiləlləşmə  siyasəti  həyata 
keçirilib  və  bu  baxımdan  mozaik  mədəni  mühit  formalaşıb. 
Azərbaycanda müxtəlif dini konfesiyaların nümayəndələri dinc 
şə
raitdə  öz  fəaliyyətlərini  göstərirlər,  hər  kəsin  etiqad  azadlığı 
var.  Bakı  şəhərində  mütəmadi  olaraq  dünya  xalqlarının 
mədəniyyətləri  nümayiş  olunur.  Dövlətin  dəstəyi  və  Heydər 
Ə
liyev  Fondunun  təşkilatçılığı  ilə  dini  dialoqlar  təşkil  edilir. 
Həmçinin  müxtəlif  idman  və  musiqi  tədbirləri,  beynəlxalq 
konfranslar,  simpoziumlar  və  s.  keçirilir.  Bütün  bu  tədbirlər 
Azərbaycanı  dünya  dövlətlərinə  bağlayır  və  Azərbaycan 
xalqının  dünyanın  sivil  və  mədəni  bir  xalq  kimi  statusunun 
möhkəmlənməsinə  səbəb  olur.  Azərbaycan  xalqı  öz  coğrafi 
vəziyyətinə  görə  Şərq-Qərb  mədəniyyətini  öz  çiyinlərində 
daşıyan  və qanad  açan-Şərq və  Qərbə,  bir quş rolunu oynayır. 
Azərbaycan  xalqı  Şərq  və  Qərbi  sintez  edir  və  mədəniyyət 
ünsürlərinin,  elementlərinin  coğrafi  yerdəyişmələri  üçün 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə