Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
30
isiqamətlənməsinin  əsaslarını  təşkil  edir.  Uşaqlıq  illərində 
insan həm cəmiyyətin (uşaq baxçaları, məktəbəqədərki hazırlıq 
kompleksləri, 
məktəblər 
vasitəsilə), 
həm 
də 
ailənin 
(valideyinləri  və  yaxın  qohumlarının  tərbiyəsi  ilə)  sosial 
üzvlərinə çevrilməyə başlayır.  
Münasibətlərin  ilkin  mərhələləri  əsasən  məktəbəqədərki 
müəssisələrdə,  məktəblərdə  formalaşır.  Məktəblər  və  digər 
müəssisələr  başlıca  olaraq  uşaqların  cəmiyyətə  assosiasiya 
olunmasına  kömək  edir.  Uşaqların  həyatlarının  sistemli  olaraq 
təşkili  onların  gələcək  baxışlarının  əsaslarını  təşkil  edir. 
Uşaqların  gələcək  baxışları,  onların  cəmiyyətlərdə  tutacaqları 
gələcək  mövqelər,  xidmətlər  həm  onların  əldə  etdikləri  etik-
estetik  nümunələr,  həm  də  yiyələndikləri  dünyəvi  biliklərlə 
formalaşır.  Dünyəvi  biliklər  və  tərbiyə  üsulları  onların  dəyərli 
şə
xslər kimi cəmiyyətin ünsürləri üçün yetişməsinə kömək edir 
və əsas prinsiplərini özündə cəmləşdirir. Təhsil və ilkin tərbiyə 
müəssisələri  uşaqların  dünyagörüşlərini,  əqli  və  şüuri 
qabiliyyətlərini möhkəmləndirməklə, inkişaf etdirməklə yanaşı, 
həm  də  onların  psixi  sağlamlıqlarının  dayanıqlığına  xidmət 
edir.  İnsanlar  uşaqlıq  vaxtında  əldə  etdiklərini  sonradan  emal 
edərək  cəmiyyətin  özünə  qaytarır.  Burada  belə  bir  fikri  nəticə 
ə
ldə  edilir  ki,  cəmiyyətin  inkişafı  onun  orta  və  ahıl  yaş 
təbəqələrinin  ilkin  təbəqələrə  verdikləri  vasitələrin,  dəyərlərin 
ə
həmiyyətindən  asılı  olur.  İnkişaf  öz  başlanğıcını  ilkin 
mərhələlərdən  götürür.  Bu  baxımdan  hesab  etmək  olar  ki, 
uşaqların  faydalanması  üçün  yuxarı  zümrələr,  təbəqələr  daima 
onların  yetişmələri  üçün  lazımi  tədbirləri  görməli  olmalıdırlar 
və proseslər dövrü və sistemli xarakter kəsb etməlidir.  
Uşaqların  gələcəkdə  cəmiyyətin  aktiv  və  faydalı  üzvlərinə 
çevrilməsi,  cəmiyyətin  inkişafı  üçün  lazımi  töhfələri  bəxş 
etməsi  məsələsi  müvafiq  zamanın  tələbidir.  Onu  da  qəbul 
etmək lazımdır ki, insanlar lazımi enerjini təbiətdən götürürlər 
və  öz  aralarında  mübadilə  edirlər.  Enerjinin,  imkanların 
yuxarıdan  aşağılara  ötürülməsi  sayəsində  gələcək  üçün  enerji 


 
31
mənbələri  yaradırlar.  Bu  qaydada  cəmiyyət  daima  qidalanır. 
Uşaqların cəmiyyətin aktiv üzvlərinə çevrilməsi nəinki onların 
ailə  üzvləri,  eləcə  də  yaxın  qohumları  və  dostları  arasında, 
həmçinin  ümumilikdə  cəmiyyətdə  eqosentrizmin,  formalaşa 
biləcək  yetkin  təfəkkür  və  yumşaq  xasiyyət  gələcəkdə 
etnosentrizmin  qarşısını  ala  bilir.  Bir  məsələni  də  xüsusi 
olaraq  qeyd  etmək  olar  ki,  uşaqların  bütünlükdə,  birtərəfli 
qaydada  ailəyə  bağlanması  və  onun  ifrat  dərəcəsi  şəxslərdə 
özünəqapanmanın  yaranmasına  səbəb  olur,  bu  isə  cəmiyyət 
üçün heç də layiqli şəxsin yetişməsinə zəmanət vermir.  
Ə
ks  təqdirdə,  çoxistiqamətli  ünsiyyət,  münasibətlər  qrupu 
içərisində  yetişmə  və  uşaqların  milli  və  dünya  mədəniyyətləri 
ilə  tanışlıqları  onların  həm  öz  ölkələrinin,  həm  də  dünyanın 
vətəndaşı,  dünyanın  layiqli  sakinləri  olmaq  anlayışlarını  üzə 
çıxarır.  Bu  baxımdan  hesab  etmək  olar  ki,  uşaqların  və 
yeniyetmələrin  assosiativ  inkişafı  daima  cəmiyyətin  tələbinə 
çevrilir. Uşaqların və yeniyetmələrin layiqli formalaşması həm 
ailələri, həm dövləti, həm də bütünlükdə xalqı narahat edir. Bu 
gün  demək  olar  ki,  uşaqların  həyatdan  zövq  alma,  onların 
asudə  vaxtlarının  səmərəli  keçirilməsi  üçün  müəyyən 
obyektlərin  inkişafına  tələbat  vardır.  Qəbul  etmək  lazımdır  ki, 
Azərbaycanda  uşaqların  elmi  biliklərini  artırmaq  üçün  orta 
məktəblərin maddi-texniki bazaları daima gücləndirilməkdədir, 
hər  il  yeni  məktəb  binaları  inşa  edilir.  Bu  obyektlərlə  yanaşı, 
qeyd  etmək  olar  ki,  uşaqların  biliklərini  artırmaq,  onların 
dünyagörüşlərini  inkişaf  etdirmək  üçün  müxtəlif  vəsaitlər, 
kitablar  və  digər  nəşrlər  vardır.  Uşaq  ədəbiyyatı  formalaşıb, 
kiçik  yaşlı  uşaqlar  və  məktəblilər  üçün  teatr  tamaşaları 
göstərilir  (A.Şaiq  adına  Dövlət  Kukla  Teatrında,  Gənc 
tamaşaçılar  teatrında,  Opera  və  Balet  teatrında  və  s.), 
televiziyada müxtəlif əyləncəli proqramlar təşkil edilir və bilik 
yarışmaları  keçirilir.  Lakin  bunu  heç  də  qənaətbəxş  hesab 
etmək  olmaz.  Uşaqların  və  yeniyetmələrin  inkişafı  üçün  əlavə 
mərkəzlərə ehtiyac vardır.  


 
32
Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq, hesab etmək olar ki, 
Azərbaycanda,  xüsusilə,  əhalinin  daha  sıx  toplaşdığı  Bakı,  
Gəncə,  Sumqayıt,  Mingəçevir  və  digər  şəhərlərdə  “Məktəblilər 
mərkəzi”nin yaradılmasına böyük ehtiyac vardır: 
Müvafiq komplekslərdə aşağıdakılar nəzərdə tutula bilər: 
- uşaq və yeniyetmələr üçün kitabxanalar (internetlə təchiz 
olunmuş);  
- idman və əyləncələr (idman və rəqs zalları); 
- məktəbdən sonra dərs hazırlamaq mərkəzləri
- xarici dil kursları; 
- teatrlar (məktəblilər teatrı); 
-  kinoteatrlar  (məktəblilər  üçün  çəkilmiş  yerli  və  əcnəbi 
filmlərin tamaşası); 
- musiqi və rəqs dairələri, şahmat oyunları və s. 
 
Ə
həmiyyəti: 
-  uşaqların  əqli  və  fiziki  inkişaflarına  kömək.  Yeni  nəslin 
psixi sağlamlığına kömək; 
- uşaqların cəmiyyətə fəal inteqrasiyaları; 
- uşaqların dünyagörüşlərinin artmasına kömək; 
- milli özünüdərk. Vətənpərvərliyin təbliği
-  dövlət  və  dünya  üçün  layiqli  vətəndaşın  yetişməsi 
proseslərinə kömək; 
- gələcəkdə səmərəli kadrların hazırlanmasına kömək; 
-  ailədə  münasibətlərin  gərginləşməsinin  qarşısının 
alınması, ictimai tərbiyənin güclənməsi
-  uşaqlarda  azadlıq  və  sərbəstliyin  inkişafı.  Nitqin  və 
düşüncənin sərbəstliyinə xidmət
- uşaq hüquqlarının genişlənməsinə kömək; 
- uşaqların cəmiyyətdə ayıq-sayıqlığına kömək; 
-  uşaqların  dərs  hazırlamaq  və  yeni  biliklər  əldə  etmək 
imkanlarının genişlənməsi (şərait və vəsait baxımından); 
- iş adamları üçün əlavə qazanc yerləri, yeni iş yerləri və s.  
 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə