Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   2   3   4   5   6   7   8   9   ...   47

 
18
qarşılıqlı  yaxınlaşma  və  razılaşma  üçün  müvafiq  şəraitlər 
meydana gələ bilər.  
İ
nkişaf və sülh qarşılıqlı münasibətlərdə və əlaqələrdə bir-
birini  zəruri  edir.  Həm  inkişaf,  həm  də  sülh  amili  həyat 
vəziyyətlərini  əks  etdirərək,  qarşılıqlı  olaraq  bir-birini 
şə
rtləndirir.  Eyni  zamanda  bir-birilə  bağlı  kateqoriyalar 
olmaqla,  baza  və  üst  prinsipləri  əks  etdirməklə,  sosial  rifaha 
xidmət edir. Sosial rifaha xidmət amili isə sülhün yaranmasını 
zəruri  edir,  şəraiti  üzə  çıxarır.  Sülh  amili  isə  vəziyyəti  sabit 
saxlamağa xidmət edir. 
İ
nkişaf  və  sülh  kateqoriyaları  bir-birilə əlaqəli baza olaraq 
sabitliyə  əsaslanır.  Sabitlik  isə  baza  qat  olaraq  həm  inkişafı, 
həm də sülhü şərtləndirir. Sabitliyin özü də dinamik və statistik 
inkişaf zamanı əldə olunur. 
İ
nkişaf  əsasən  vasitələr  üzərinə  vasitələrin  əlavə  edilməsi 
ilə  yaranan  vəziyyəti  əks  etdirir.  Müvafiq  vəziyyət  dalğalanan 
xüsusiyyətlərə  malik  olur.  İnkişaf  vəziyyəti  üzərində  sabitlik 
yaranır,  sülh  əldə  olunur.  İnkişaf  öz-özlüyündə  rəqabəti  zəruri 
edir. 
Rəqabət 
nəticəsində 
tərəflər 
müəyyən 
hərəkət 
vəziyyətində  olur.  Sabitlik  şəraitində  rəqabət  isə  inkişafın 
ə
saslarını təşkil edir. 
Bir  daha  sadalamaq  yerinə  düşər  ki,  inkişaf  əksliklərin 
vəhdəti və mübarizəsindən  yaranır. İnkişaf zamanı cəmiyyətdə 
tarazlıq 
meydana 
gəlir, 
tərəflərin 
maraqları 
təmin 
olunduğundan  ortaq  mövqe  üzrə  qarşılıqlı  razılıq  əldə  olunur. 
İ
nkişaf  sabitlik  vəziyyətini,  sabitlik  isə  öz-özlüyündə  sülh 
vəziyyətini 
meydana 
gətirir. 
Kateqoriyaların 
birinin 
ə
saslandığı, məzmun kəsb etdiyi vəziyyətin olmaması digərinin 
meydana  gəlməsi  üçün  şəraitin  üzə  çıxmasını  şərtləndirə 
bilməz.  
 
 


 
19
Azərbaycanın rayonlarında və kəndlərində səyyar 
qaydada kitab satışının təşkili və əhəmiyyəti 
 
İ
nkişafın  tarixi  gedişatı  bizlərə  sübut  etməkdə  və 
göstərməkdə  davam  edir  ki,  cəmiyyətin,  dövlətin,  millətin, 
xalqın inkişafı, tərəqqisi elm və təhsildən, maarifçilikdən köklü 
surətdə  asılıdır.  Elm  və  maarifçilik,  təhsil  inkişafın  başlıca 
formulu, modeli, sxemi və hərəkətverici amilidir. İnkişaf elmin 
məhsulu və nəticəsidir. Belə bir prinsip də qəbul edilir ki, elmi 
və  bədii  ədəbiyyat  cəmiyyəti  nadanlıqdan  və  mövhumatdan 
xilas edən əsas  vasitələrdirlər.  Bu  baxımdan inkişaf məqsədilə 
elmin,  mədəniyyətin,  incəsənətin  tərəqqisində  cəmiyyətin  hər 
bir üzvü məsuliyyət daşıyır.  
Hal-hazırda  dinamik  inkişaf  xüsusiyyətlərinə  malik  olan 
prosesləri  yaşayan  Azərbaycanın  bugünki  iqtisadi,  siyasi  və 
ictimai  vəziyyəti  də  vaxtilə  qazanılmış  elmi  potensialın 
üzərində təmin edilir. Ölkədə ibtidai və orta təhsil bazalarının-
məktəblərin,  litseylərin  modernləşdirilməsi  və  zamanın 
tələblərinə  cavab  verməsi  üçün  dövlətimiz  və  Heydər  Əliyev 
Fondu  tərəfindən  böyük  layihələr  həyata  keçirilir.  Bir  çox 
sahələr üzrə mütəxəssis hazırlayan ali məktəblər, eləcə də elmi-
tədqiqat mərkəzləri mövcuddur. Elmdə  yeni metodların tətbiqi 
sayəsində  və  nəzəri,  eləcə  də  eksperimental  biliklərin  əldə 
edilməsi  yolu  ilə  yeni  metodologiyalar  meydana  gəlir. 
Ə
dəbiyyat,  mədəniyyət  və  incəsənət  sahəsində  çoxlu  sayda 
dəyərli  əsərlər  yazılıbdır,  eyni  zamanda  xarici  ədəbiyyatların 
tərcüməsi  həyata  keçirilibdir.  Bu  gün  də  həmin  proses  davam 
etməkdədir  və  yeni  istiqamətlər  formalaşır.  Xüsusilə  elm  və 
maarifçilik sahəsində informasiya texnologiyalarının tətbiqi də 
inkişafa  xidmət  edir.  Son  illərdə  elm  və  ədəbiyyat  sahəsində, 
eləcə  də  mədəniyyət  sahələrində  həyata  keçirilən  uğurlu 
layihələri  daha  da  genişləndirmək,  yeni  qanadlar  hesabına 
müxtəliflik  və  çoxistiqamətlilik  gətirmək  bu  günün  və 
gələcəyin  zamanın  tələbidir.  Hesab  etmək  olar  ki,  gələcəkdə 


 
20
Azərbaycanın qarşısında maariflənmə sahəsində daha da qlobal 
ə
həmiyyət  kəsb  edən  layihələrin  reallaşdırılması  durur. 
Məlumdur  ki,  cəmiyyətin  bütün  sahələrindəki  iqtisadi  və 
texniki  layihələrin  təşkili,  tətbiqi  və  icrası  yolu  elm  və 
maarifçilikdən  keçir.  Bu  baxımdan  xalqın  kütləvi  olaraq 
maariflənməsi 
nəinki 
dövlətin, 
eləcə 
də 
ümumilikdə 
cəmiyyətin 
qlobal 
məsuliyyətidir. 
Belə 
ki, 
qlobal 
maariflənmədə  hətta  biznes  sahələri  də  yaxından  iştirak 
etməlidir.  Onu  da  etiraf  etmək  lazımdır  ki,  qlobal  maarifçilik 
qlobal  qaydada  yüksək  mədəni  münasibətlərin  əsasını  təşkil 
edir.  Yüksək  maarifçilk  hər  bir  xalqın  mədəni  səviyyəsinin  və 
təkmilləşmiş milli şüurunun şəhadətnaməsidir.  
Bu  nöqteyi-nəzərdən  rayonlarda  və  kəndlərdə  yaşayan 
sakinlər üçün maariflənmə siyasətində cəmiyyətin özü yaxından 
iştirak etməlidir. Onu da qeyd etmək olar ki, kənd məktəblərinin 
kitabxanalarının,  eləcə  də  kəndlərdəki  kütləvi  kitabxanaların 
bədii  ədəbiyyatla  təmin  edilməsini  dövlət  özü  həyata  keçirir  və 
bu  sahədə  müəyyən  oxucu  tələbatlarını  təmin  edir.  Müvafiq 
siyasətə  paralel  şəkildə  cəmiyyətin  geniş  şəkildə  maariflənməsi 
naminə  Azərbaycanın  rayon  və  kəndlərində  müəyyən  şirkətlər 
tərəfindən  layihə  şəklində  səyyar  qaydada  kitab  satışı 
(xüsusilə  bədii  ədəbiyyat)  təşkil  edilə  bilər.  Məlumdur  ki,  hər 
bir rayon sakininin, həmçinin kəndlinin maariflənmək üçün yeni 
nəşr  olunan  kitablar  əldə  etməsi  (vaxt  baxımından)  bir  o  qədər 
də  asan  deyil.  Elektron  variant  vəsaitlərinin  oxunması  zövq  və 
keyfiyyət baxımından əyani kitablar kimi effekt verə bilməz.  
Səyyar  qaydada  kitab  satışını  xüsusi  yük  avtomobilləri 
vasitəsilə,  sxematik  olaraq  (qrafik  əsasında),  sistemli  şəkildə 
təşkil  etmək  olar.  Ola  bilər  ki,  bu  ideya,  bu  gün  üçün 
reallaşmaq  baxımından,  bir  o  qədər  də  cəlbedci  deyil.  Maddi 
maraqlara  müvafiq  olaraq  hər  bir  addımın  arxasında  pul 
qazanmaq,  vəsait  əldə  etmək  məsələsi  durur.  Lakin  hesab 
etmək  olar  ki,  tədricən  reallaşan  layihə  çərçivəsində  (hətta 
reklam  hesabına  oxucunu  cəlb etmək  yolu ilə) bədii ədəbiyyat 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə