Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
43
xüsusiyyətləri  özündə  daşıyan  maddi  və  mənəvi  nemətlərin 
cəmindən  ibarətdir.  Xoşbəxtlik  bir  anda  əldə  olunan  maddi  və 
mənəvi  nemətləri  özündə  əks  etdirən  mücərrəd  varlıqdır. 
Həyatın  xoşbəştlik  trayektoriyasında  bu  anlar  həm  fasilələrlə, 
həm  də  ardıcıl  olaraq  büruzə  verir.  İnsan  hər  yaş  dövründə 
həyatdan  bəhrələnir,  digərlərinin  də  bəhrələnməsi  üçün 
müəyyən  vasitələr  bəxş  edir,  maddi  və  mənəvi  nemətlərdən 
qidalanır və digərini də qidalandırır.  
Ahıllıq, qocalıq dövrü daha çox müdriklik, kamillik dövrü 
kimi  xarakterizə  olunur.  Qazanılmış  həyat  təcrübəsi  sayəsində 
yaşlı insanlar həyatı daha da dərindən dərk edir və çalışırlar ki, 
digər təbəqənin nümayəndələri ilə öz təcrübələrini paylaşsınlar. 
Bu  baxımdan  onların  fəaliyyətinin  əsasını  tövsiyyələr  vermək, 
istiqamətlər 
göstərmək 
təşkil 
edir. 
Xalqımızın 
neçə 
yüzilliklərdir  ki,  formalaşmış  milli  adət-ənənələrinə  uyğun 
olaraq yaşlı nəsil xüsusi hörmətli təbəqə hesab olunur. Gənclər, 
orta  yaşlı  təbəqənin  nümayəndələri  yaşlı  (ahıl  və  qoca) 
təbəqənin  nümayəndələrini  özləri  üçün  stimulverici  vasitə 
hesab  edirlər.  Yaşlı  nəsil  əsasən  cəmiyyətdə  istiqamətverici, 
məsləhətlərverici  və  tövsiyy


 
44
kimi  başa  düşülməlidir.  Həmçinin  bir  iyerarxik  prinsip  olaraq 
da  qəbul  edilməlidir)  kimi  mövcudluğunu  təmin  edir. 
Ağsaqqallıq  institutu  eləcə  də  cəmiyyətdə  digər  təbəqələrin 
formalaşmasında xüsusi rola malik olur. Yaşlı insanlar arasında 
ictimai  birliyin  təşkili  məqsədilə  respublikada  “Ağsaqqallar 
ş
urası”,  “Veteranlar  birliyi”  və  s.  ictimai  təşkilatlar  fəaliyyət 
göstərir.  
Qəbul  etmək  lazımdır  ki,  yaşlı  nəslin  nümayəndələri 
xüsusilə  elmin  inkişafında  böyük  rol  oynayırlar,  ali 
məktəblərdə,  elmi  tədqiqat  müəssisələrində  professor  və 
müəllim 
heyətinin 
böyük 
ə
ksəriyyətini 
yaşlı 
nəslin 
nümayəndələri  təşkil  edir.  Bu  nəsil  öz  ahıl  yaşlarından,  elmi 
təcrübələrindən  istifadə  edərək,  elmin  inkişafına  xidmət 
etməklə  yanaşı,  elmin  ardıcıl  olaraq  digər  təbəqələr  içərisində 
də tərəqqisinə xüsusi kömək edir. 
Onu  da  qeyd  etmək  vacibdir  ki,  bu  gün  yaşlı  nəslin 
cəmiyyətdə yükü daha ağır olur. Bu nəslin əksər nümayəndələri 
cəmiyyətin  inkişafı  ilə  yanaşı,  cəmiyyətin  mühafizəsinin 
(mədəni  və  ictimai  mühafizə)  də  məsuliyyətini  öz  çiyinlərində 
daşıyırlar.  İctimai  tərbiyə  işləri  də  onların  üzərlərində  olur. 
Ümumiyyətlə  yaşlı  nəslin nümayəndələri  həm  ailələrdə  (ailənin 
qurulması,  ailənin  birliyi  və  qorunub  saxlanılması),  həm  də 
cəmiyyətin  özündə  xüsusi  məsuliyyət  daşıyırlar.  Azərbaycan 
ailələrində  yaşlıların  rolu  və  nəzarəti  ailə  institutunun 
nəsillərdən-nəsillərə ötürülməsini təmin edir.  
Sadalananlarla  yanaşı,  hesab  etmək  olar  ki,  yaşlı  nəslin 
nümayəndələrinin  ailələr,  xüsusilə  gənclər  üzərində  ciddi 
nəzarəti hərdən  ailə  gərginliklərinə gətirib çıxarır. Yaşlı nəslin 
ə
ksəriyyətinin bir qayda olaraq ailələrə bağlanması bir tərəfdən 
onların  ictimai  funksiyalarını  zəiflədir,  digər  tərəfdən  də  ailə 
münaqişələrinin  yaranmasına  səbəb  olur.  Ailə  və  təsərrüfat 
yüklərinə  görə  yaşlı  nəslin  istirahəti  az  təmin  edilir  ki,  bu  da 
onlarda əsəbi və psixi gərginlikləri çoxaldır və xəstələnmələrin 
sayı artır. Bu baxımdan da hesab etmək olar ki, Azərbaycanda 


 
45
yaşlı nəslin həyatlarının müəyyən hissəsinin ailələrədən (daimi 
yaşayış  evlərindən)  kənarlarda,  birbaşa  cəmiyyətlə  təmasda, 
həmçinin  istirahət  və  rahatlıq  mərkəzlərində,  müvəqqəti 
yaşayış  yerlərində  keçirmələri  müasirlik  baxımından,  yeni 
tələblərə  uyğun  olaraq  daha  da  aktuallıq  kəsb  edir. 
Respublikada  bütün  sahələrdə  olduğu  kimi sosial sahələrdə də 
tərəqqi  vardır.  Onu  da  qəbul  etmək lazımdır ki, Azərbaycanda 
bütün  təbəqələrlə  yanaşı,  yaşlı  nəsil  də  istirahət  və  müalicə 
mərkəzlərindən,  sanatoriyalardan  və  s.  istifadə  edir.  Ancaq 
ixtisaslaşmış,  yalnız  yaşlı insanlar üçün istirahət və müvəqqəti 
yaşayış  mərkəzlərinin  yaradılması  daha  da  səmərəlidir, 
müvafiq  mərkəzlər  onların  həyatlarını  daha  da  maraqlı  edər, 
ömürlərini  uzadar.  Ümumiyyətlə,  bu  mövzuda  daha  da  geniş 
fikirlər  bildirmək  olar.  Konkret  olaraq  isə,  əhəmiyyəti  barədə 
aşağıdakı bəzi fikirləri sadalamaq olar: 
 
Ə
həmiyyəti: 
 
-kompleks  istirahət  hesabına  yaşlı  insanların  sağlam  həyat 
tərzinin daha da yaxşılaşdırılması; 
-onların istirahətlərinin yüksək səviyyədə və daha da dərin 
məzmunda, geniş istiqamətlər üzrə təmin edilməsi
-yaşlı  nəslin  Azərbaycanın  təbiəti,  adət-ənənələri  ilə 
yaxından tanışlıqlarının təmin edilməsi
-bir yaşayış məskəninin yaşlı nəslinin digər rayonların yaşlı 
nəsilləri ilə yaxından tanışlığı; 
-adət-ənənələrin  elementlərinin  ölkə  üzrə  paylanmasına 
ə
lavə kömək; 
-yaşlı nəslin nümayəndələrinin ictimailəşməsi proseslərinin 
sürətlənməsi; 
-yaşlı 
nəslin 
gənc 
ailələrlə 
münasibətlərinin 
yaxşılaşdırılması  və  yüksək  səviyyədə  saxlanılması  (hörmət 
ə
sasında); 


 
46
-yaşlı  təbəqənin  bir  sosial  təbəqə  kimi  statusunun 
möhkəmlənməsi; 
-yaşlı təbəqənin ictimai statusunun gücləndirilməsi
-ölkə üzrə bu təbəqənin əlaqələrinin genişləndirilməsi və s.  
İ
stirahət  mərkəzlərini  və  müvəqqəti  yaşayış  məskənlərini 
(istirahət  mərkəzlərinin  içərisində-müəyyən  müddətlər  üçün 
yaşamaq) qazanc məqsədilə iş adamları, imkanlı şirkətlər təşkil 
edə  bilərlər.  Həmin  istirahət  mərkəzlərində  paylaşdırılmış 
şə
kildə,  rəngarəng  məzmunlu  həyat  tərzi  təşkil  edilə  bilər. 
Məsələn,  ayın  və  ya  fəslin  müəyyən  vaxtlarında  yaşlı  nəslin 
nümayəndələri  Azərbaycanın  müxtəlif  rayonlarında  yaşaya  və 
istirahət edə, yerli adət-ənənələrlə tanış ola bilərlər.  
 
Mərkəzlərin təşkili istiqamətləri: 
 
Mövsümi olaraq istirahət üçün 
-şəbəkə  xarakteri  kəsb  edən  mərkəzlərin  Azərbaycanın 
müxtəlif rayonlarında təşkili; 
-mərkəzlərdə xüsusi tibbi xidmətin yaradılması; 
-avtobus və qatar vasitəsilə turların təşkil edilməsi;  
-yaşlı  insanlar  üçün  ayrı-ayrı  rayonlarda  mədəniyyətin 
(musiqi, rəqs, teatr və s.) və incəsənətin (xalçaçılıq sənəti və s.) 
nümayişi; 
-müvəqqəti yaşayış yerlərinin təşkili və s.  
 
Azərbaycanda çayxanaların ləğv olunmasının  
(başqa bir formaya keçməsinin) əhəmiyyəti 
 
Təbii  ki,  cəmiyyətin  təbəqələri  müxtəlifdir  və  hər  bir 
təbəqənin 
cəmiyyətdə 
öz 
funksiyası, 
rolu, 
öhdəliyi, 
məsuliyyəti,  eləcə  də  ehtiyac  və  tələbatları,  maraq  və 
məqsədləri,  həmçinin  mənafeləri  vardır.  Yuxarıda  deyilən 
tərkib  elementləri,  komponentlər  kompleks  olaraq  insan 
həyatının,  həyatın  tərkibi  olan  məşğuliyyətinin  əsaslarını, 
məzmununu  formalaşdırır,  eyni  zamanda  insan  xarakterinin 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə