Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
33
Ümumiyyətlə,  bu  obyektləri  əsasən  Bakı  şəhərinin  ayrı-
ayrı  bölgələri  üzrə  paylanmış  şəkildə  həyata  keçirmək  olar. 
Müvafiq  kompleksləri  biznes  plan  tərtib  edərək  iş  adamları 
daha da səmərəli şəkildə təşkil edə bilərlər. 
 
Bakı şəhərinin sakinləri üçün pikniklərin (seyretmə 
yerlərinin, seyrangahların) təşkili və onun əhəmiyyəti 
 
Azərbaycanın,  xüsusilə  Bakı  şəhərinin  sürətli  inkişafı, 
şə
hər  əhalisinin  gündəlik  olaraq  artması,  şəhər  coğrafiyasının 
genişlənməsi,  yaşayış  binalarının,  ticarət  və  istehsalat 
obyektlərinin,  ictimai-iaşə,  idman  və  sağlamlıq,  xidmət  və 
digər obyektlərin artması, bununla əlaqədar olaraq memarlığın 
mürəkkəbləşməsi  (sıx  şəkildə  müxtəlif  layihəli  binaların 
inşası),  şəhər  mənzərəsinin  mürəkkəbləşməsi,  infrastruktur 
gərginliyinin  artması,  nəqliyyat  vasitələrinin  sıxlığı,  hərəkətin 
məhdudlaşdırılması,  bir  çox  iş  yerlərində,  xüsusilə  özəl 
bölmələrdə  rejimsiz  əmək  fəaliyyəti  nəticəsində  qeyri-sistemli 
həyat  tərzinin  genişlənməsi,  eləcə  də  şəhərin  ölkənin  siyasi, 
inzibati,  mədəni,  elmi,  iqtisadi  mərkəzinə  çevrilməsi  şəhər 
ə
halisinin  müəyyən  qədər  rahatlığına  mənfi  təsirlərini 
göstərməkdədir.  Əhalinin  rayonlardan  Bakı  şəhərinə  sürətli 
axını  da  (urbanizasiya  prosesləri)  şəhərin  gündəlik  normal 
həyatının  qeyri-sabit  sistemliliyinə  öz  təsirlərini  göstərir. 
Şə
hərdə  məkanla  maddi  vasitələrin  nisbəti  tarazlığı  pozulur. 
Digər  tərəfdən  də  Abşeron  yarımadasının  dəyişkən  iqlimi 
insanların  səhhətinə  öz  mənfi  təsirlərini  göstərir,  stress 
hallarının  artmasına  səbəb  olur.  Bəzən  iş  rejimi  ilə  istirahət 
rejimi  arasında  tarazlıq  pozulur  ki,  bu  da  səmərəli  istirahətin 
qarşısını  alır,  insanların  əmək  qabiliyyəti  və  enerjilərinin 
bərpası üçün lazımi şərait və resurslar, vasitələr çatışmır. Digər 
tərəfdən də səs-küylü həyat tərzi insanların enerjilərinin həddən 
artıq  sərfiyyatına  gətirib  çıxarır.  Şəhər  əhalisinin  kütləvi 
şə
kildə  mütəmadi  olaraq  təbiətlə  sıx  əlaqələrinin  olmaması, 


 
34
təmasın məhdudluğu sakinlərin bir çoxlarında aqressiv halların 
artmasına səbəb olur. Digər tərəfdən də şəhərin sürətli inkişafı 
onun  yaşıllıq  zonalarının  böyüməsində  maneçiliklərə  gətirib 
çıxarır.  
Dövlət 
tərəfindən 
insanların 
rahat 
hərəkətləri, 
məşğuliyyətləri  və  istirahətləri  üçün  bir  çox  tədbirlər  həyata 
keçirilir,  ekologiya  ili  və  həftələri  elan  edilir,  yeni  yaşıllıqlar 
salınır,  çirkab  ərazilər  təmizlənir,  əhalinin  sağlam  həyat  tərzi 
üçün  istirahət  parkları  abadlaşdırılır.  Məsələn,  son  dövrlərdə 
Bakı  şəhərində  Milli  parkda  aparılan  abadlıq  işləri,  ayrı-ayrı 
bölgələrdə  yaradılan  istirahət  guşələri,  parklar,  gəzinti sahələri 
və s. şəhərin ekoloji tarazlığının kəskin pozulmasının qarşısını 
alır.  Eyni  zamanda  rayonlarda  (Qəbələ,  Quba,  Qusar,  Lerik, 
Lənkəran,  Daşkəsən  və  s.)  açılan  yeni  istirahət  kompleksləri, 
digər  infrastruktur  sahələri  şəhər  əhalisinin  rayonlara,  təbiət 
qoynuna axınını təmin edir.  
Şə
hərin  sürətli  böyüməsi,  əhalinin  artması,  oksigenə  olan 
tələbatı 
da 
artırır. 
Bu 
baxımdan 
Bakı 
şə
hərinin 
“ağciyərləri”nin  yaradılmasına  böyük  ehtiyac  vardır.  Digər 
tərəfdən də Bakı şəhərinin ölkənin əsas vizit kartına çevrilməsi 
şə
hərə turist axınını gücləndirir.  
Şə
hər  əhalisinin  təbiətlə  olan  təmaslarını  gücləndirmək, 
ə
halinin  sağlamlığını  artırmaq  məqsədilə  şəhər  içində  və 
kənarında 
ə
lavə 
istirahət 
yaşıllıqlarının, 
meşəliklərinin 
salınmasına  böyük  ehtiyac  vardır.  Məlumdur  ki,  həftə  sonları 
ə
hali əsasən Abşeron bağlarında, eləcə də rayonlarda istirahətə 
üstünlük  verir.  Lakin  bu  imkanlar  heç  də  əhalinin  bütün 
təbəqələrinin tələbatını ödəmir. Digər tərəfdən də istirahət üçün 
ictimai  komplekslərin  yaradılmasına  böyük  ehtiyac  olur  ki, 
belə  kompleksləri  də  şəhər  bağlarında  yaratmaq  mümkün 
olmur. Gözəl təbiətə malik olan rayonlar isə məsafələrinə görə 
şə
hərdən  nisbətən  uzaqda  yerləşdiyindən  əhalinin  gedib-
gəlməsi üçün kifayət qədər vaxt sərf olunur.  


 
35
Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq,  xüsusilə  Bakı 
şə
hərinin kənarlarında, eləcə də şəhərdən çox da uzaq məsafədə 
yerləşməyən Abşeron və Qobustan rayonlarının ərazisində təbii 
dağlarda  meşəliklər  salmaq  və  yeni  süni  təpəliklər  yaratmaq 
yolu ilə,“təbiət  qoynunda  istirahət”,  “yaşıllıqlar  əhatəsində 
istirahət” 
mərkəzlərinin 
(pikniklərin-seyrangahların) 
yaradılmasına  böyük  ehtiyac  vardır.  Pikniklərdə  təbiət 
mənzərələri  ilə  yanşı,  istirahəti  təmin  etmək  məqsədilə 
aşağıdakı kompleks vasitələri yaradıla bilər: 
-teatr və kinoteatrlar; 
-kiçik  kitabxanalar  (kitaboxuma  istirahətini  təmin  etmək 
məqsədilə uşaqlar və böyüklər üçün bədii kitabxanalar); 
-açıq hava muzeyləri
-nikah qeydiyyatı üçün kiçik zallar
-kiçik heyvanxanalar; 
-süni göllər və göllər üzərində qayıq gəzintiləri; 
-qatarla gəzinti üçün dəmir yolları; 
-vaqonetlər (kiçik qatarlar); 
-funikulyorlar;  
-konsertlərin verilməsi üçün tamaşa salonları; 
-faytonçuluq; 
-attraksionlar; 
-süni çaylar; 
-süni təpəliklər üzərində evciklər, katejlər; 
-Azərbaycan  tarixini  əks  etdirən  memarlıq  abidələrinin 
modelləri; 
-müxtəlif adət-ənənələrlə tanışlıq; 
-milli mətbəx nümunələri; 
-idman  zalları,  futbol,  volleybol,  tennis  və  s.  idman 
meydançaları; 
-rəsm sərgisi salonları; 
-çadırlardan ibarət sakit guşələr
-meyvə yığma məşğuliyyəti; 
-suvarmaq və əkmək məşğuliyyəti


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə