Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
67
Ə
həmiyyəti: 
 
-yeniyetmələr 
və 
gənclər 
arasında 
sıx 
ünsiyyətin 
yaranması,  ictimai  əhəmiyyət  kəsb  edən  münasibətlərin 
genişlənməsi; 
-mədəniyyətin açıq şəkildə nümayişi; 
-mədəniyyətin  elmi  istiqaməti  (peşəkar  istiqaməti)  ilə 
yanaşı,  qeyri-elmi  (kütləvi,  həvəskar)  istiqamətinin  inkişafı, 
mədəni boyakarlığın mövcudluğu
-yeniyetmələr  və  gənclərin  mehribançılığının  təmin 
edilməsi,  tanışlığın  genişlənməsi,  onlar  arasında  birliyin 
artması; 
-yeniyetmələr  və  gənclər  arasında  (cinsi  baxımdan, 
oğlanlarla 
qızlar 
arasında 
bərabərliyin 
yaranması) 
ayrıseçkiliyin ləğvi; 
-oğlanlarla qızlar arasında eqoizmin ifrat dərəcəsinin ləğvi, 
münasibətlərdə xarakter yumşaqlığının təmin edilməsi
-oğlanlarla qızlar arasında yeni tanışlıq dairələri; 
-yeni  ictimai  və  mədəni  adətlərin,  yeni  ədəb  və  nəzakət 
formalarının, dəblərin, geyim modalarının yaranması; 
-gənclərin baxışlarının sadələşməsi (kəskinləşməməsi); 
-gənc oğlan və qızlar arasında yeni tanışlıq; 
-cəmiyyətdə  olan  baxışların  sadələşdirilməsi,  asanlaş-
dırılması; 
-ümumilikdə gənclik zövqünün zənginləşməsi və s.  
 
 Belə  meydançaları  yeniyetmə  və  gənclər  özləri  müvafiq 
parklarda  və  başqa  məkanlarda  təşkil  edə  bilərlər  və  müvafiq 
günlər  təyin  etməklə  ənənə  və  vərdişlər  yarada  bilərlər.  Bu 
məqsədlə şəhər və rayonlarda hətta müvafiq sərbəst qruplar da 
yarana bilər.  
 
 
 


 
68
Qərblə Şərq arasında qeyri-tarazlığın mövcudluğu  
və onun tərəflərə təsir edən mənfi xüsusiyyətləri  
(Qısa əsaslarla)  
  
 Bəşər, yəni insanlıq tarixi çox uzundur və tərkib strukturu 
və  məzmunu  baxımından  özünün  keşməkeşliyi,  sadəliyi  və 
mürəkkəbliyi ilə fərqlənir. Bütün dünyada yaşayıb yaratmış və 
yaşamaqda  olan  insanlar  tarix  yaradırlar,  elm  sahələri  üzrə 
tarixi  hadisələri  xronologiyalaşdırırlar.  Tarixin  xronolo-
giyalaşması həmçinin ictimai formasya quruluşları ilə əlaqədar 
olur,  tarix  (müxtəlif  məkanlarda  baş  verən  hadisələrin  zaman 
ardıcıllığı)  özü  də  hadisələrin  nəticələrinə  əsasən,  hadisələrin 
təsirlərindən  meydana  gələn  vəziyyətlərinə  uyğun  olaraq,  bir-
birini  inkar  və  sintez  edən,  şərtləndirən  ictimai  formasiya 
quruluşlarını  yaradıb  və  s.  Tarix  özü  inkişaf  üçün  daima  bir 
layihə  rolunu  oynayır,  inkişafın  nəzəri  əsaslarında  məntiqi 
nəticələrin  çıxarılmasını  şərtləndirən  vasitə  tərəfinə  çevrilir. 
Cəmiyyətlərin,  dövlətlərin,  xalqların  inkişafı  və  bu  inkişafı 
şə
rtləndirən  amillər,  meyarlar  məhz  tarixin  məntiqi  nəticələri 
ilə  formalaşır.  Tarix  vəziyyətlərin  zəncirvari,  spiralvari 
formada  bir-birinə  bağlanmasını  təşkil  etməklə  yanaşı, 
hadisələrin əvvəlki anları ilə sonrakı vəziyyətləri arasında üzvi 
bağlılıq  yaradır.  Tarix  mütləq  şəkildə  hadisələrin  baş  vermə 
trayektoriyasında zaman  amilindən asılı olan, müəyyən məkan 
və  şəraitdə  baş  verən  hadisələrin  başlanğıc  və  sonu,  səbəb  və 
nəticələri  arasında  əlaqələri  yaradır.  Tarix  özü  inkişaf  üçün 
daima  bir  layihə  rolunu  oynayır,  inkişafın  nəzəri  əsaslarında 
məntiqi  nəticələrin  çıxarılmasını  şərtləndirən  vasitə  tərəfinə 
çevrilir.  Cəmiyyətlərin,  dövlətlərin,  xalqların  inkişafı  və  bu 
inkişafı  şərtləndirən  amillər,  meyarlar  məhz  tarixi  hadisələrin 
məntiqi nəticələri ilə formalaşır. Tarix vəziyyətlərin zəncirvari, 
spiralvari  formada  bir-birinə  bağlanmasını  təşkil  etməklə 
yanaşı,  hadisələrin  əvvəlki  anları  ilə  sonrakı  vəziyyətləri 
arasında üzvi bağlılıq yaradır. Tarix mütləq şəkildə hadisələrin 


 
69
baş  vermə  trayektoriyasında  zaman  amilindən  asılı  olan, 
müəyyən məkan və şəraitdə baş verən hadisələrin başlanğıc və 
sonu, səbəb və nəticələri arasında əlaqələri qurur.  
Elm  dairələrində  belə  bir  fikir  mövcuddur  ki,  bəşəriyyətin 
inkişafının  qabağını  saxlamaq  mümkün  deyil,  onu  yalnız 
yavaşıtmaq olar. Bu fikir də əslində mövcud zaman üçün qeyri-
real  səslənir.  Belə  ki,  hal-hazırda  texniki  vasitələrin  sürətli 
inkişafı,  vasitələrdən  istifadənin  genişlənməsi,  əhali  artımı  ilə 
meydana  gələn  maddi  tələbatın  çoxalması,  informasiya 
texnologiyaları  ilə  həyata  keçən  geniş  kommunikasiya 
ə
laqələri,  sıx  inteqrasiya  şəbəkəsi  və  bütün  vasitələrin 
(şəxslərin,  subyektlərin)  qarşılıqlı  hərəkətindən,  iştirakından 
yaranan  və  sürətlə  həyata  keçən  qloballaşma  prosesləri 
inkişafın  daha  da  sürətli  olmasını  şərtləndirir.  Texniki 
vasitələrin  bir  və  ya  bir  neçə  obyekt  üzrə  kompleks  tətbiqi 
obyektlərdən  şəbəkə  xarakterli  bir  neçə  obyektlərin  meydana 
gəlməsini  zəruri  edir.  Texnika  daima  maddi  aləmin 
ş
axələnməsi, şəbəkə xarakterini almasını şərtləndirir.  
Bir  mühüm  prinsipi  qeyd  etmək  olar  ki,  maddi  amillər 
mədəniyyət  elementləri  ilə  birləşdikdə  (rasional  əsaslarla)  və 
bir-birinə  qarşılıqlı  olaraq  təkan  verdikdə  cəmiyyət  inkişafa 
məruz  qala  bilir.  Maddi  amillərə,  obyekt  vasitələri  olaraq, 
yüksək 
düşüncə, 
məntiqi 
ə
saslarla 
təsir 
göstərdikdə, 
münasibətlərdə, 
mövqelərdə 
sistemli 
yanaşma 
etdikdə 
vasitələrin  sistemli  istehsalı  və  itehlakı,  istismarı  və  istifadəsi 
halları və üsulları, ölçü qaydaları meydana gəlir. 
Dünyanın  mədəniyyət,  siyasət,  iqtisadiyyat,  ümumiyyətlə, 
ictimai  mənzərəsi  və  strukturu  olduqca  zəngin  forma  və 
məzmun  kəsb  etdiyindən,  strukturun  tərkib  hissələri  olaraq 
regional  mədəniyyət,  regionlararası  mədəniyyət  və  buna 
müvafiq  olaraq  siyasət  quruluşları  formalaşıb.  Tarixən 
dünyanın 
fəlsəfi 
baxışları, 
adət-ənənləri, 
mədəniyyəti, 
incəsənəti,  həyat  (yaşayış)  tərzi,  bu  baxımdan  münasibət 
formaları  Şərq  və  Qərb  hissələrinə  ayrılıb  və  bu  gün  də 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə