Microsoft Word Inkishaf ve sulh ideyalar? I kitab doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix25.07.2018
ölçüsü0,6 Mb.
#58940
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
115
və  yaşamasını  təmin  edir.  Cəmiyyət  əbədi  və  irsi  olaraq 
qandallanır.  
Tayfamərkəzlilikdə başlıca olaraq vahid xətt olur ki, əksər 
hadisələr elə bu xətt üzrə qaynama prosesinə gətirib çıxarır ki, 
bu  qaynama  da  bir  çox  müsbətlikləri,  lazımi  dəyərləri  və 
meyarları  məhv  edir.  Vahid  xətt  və  kənara  çıxmamalar  əsasən 
məhdud düşüncələrin və məhdud psixikanın (xarakterin), xəstə 
təxəyyülün formalaşmasını zəruri edir. 
Tayfamərkəzlilik  başlıca  olaraq  cəmiyyətin  bütün  enerjili 
elementlərinin, 
şə
xslərinin 
vahid 
maraqlar 
uğrunda 
enerjilərinin sərf olunmalarının qarşısını alır.  
Tayfamərkəzlilik  başlıca  olaraq  şəxslərdə  qısqanclığı, 
qorxaqlığı  yaradan  əsas  vasitələr  olmaqla  yanaşı,  ev 
hasarlarının  gündən-günə  hündürləşməsinə  xidmət  edən 
elementlərdir. 
Tayfamərkəzlilik  adətən  cəmiyyətin  azad  məhəbbətinin, 
romantizminin qarşısını alan vasitəyə çevrilir.  
Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq,  cəmiyyətdə 
endoqamlığın 
(endoqamiyanın) 
tədricən 
ləğv 
edilməsi 
cəmiyyətin  ictimai  məsuliyyəti  olaraq,  bir  vacib  məsələ  və 
problem  kimi  qarşısına  qoyulmalıdır.  Cəmiyyətin  özü  bunu 
ş
üurlu  şəkildə  dərk  etməlidir  ki,  onun  inkişafına  zərbə  vurur, 
total qandallı sistem yaradır. 
  
Ekzoqamlığa keçidin əhəmiyyəti: 
 
-yuxarıda  qeyd  edilən  mənfiliklərin,  şablonların  ləğv 
edilməsi; 
-cəmiyyətdə azadlığın və sərbəstliyin genişlənməsi
-insan hüquqlarının geniş şəkildə bərpası; 
-cəmiyyətin tam azad romantik mühitinin yaranması;  
-cəmiyyətin 
bərabərliyinin 
güclənməsi 
və 
müsbət 
elementlərin sayının çoxalması; 
-qadın azadlığının təmin edilməsi, genişlənməsi


 
116
-sərbəst 
ailə 
prinsipinin 
möhkəmlənməsi, 
ailə 
müstəqilliklələrinin artması, gənclik azadlığının, sərbəstliyinin, 
azad məhəbbətinin genişlənməsi
-cəmiyyətin  müxtəlif  təbəqələrinin  nümayəndələrinin  artıq 
yüklərdən,  artıq  məsuliyyətdən  azad  olmaları,  sərbəst  və  asan 
həyat tərzi; 
-ictimai  məsuliyyətin  qabardılması,  cəmiyyətə  ümumi 
qayğı və diqqətin artması; 
-sivil  və  liberal  məzmunlu  mədəniyyət  elementlərinin 
cəmiyyətlərdə güclənməsi; 
-ölkənin 
və 
xalqın 
birliyinin 
möhkəmlənməsi, 
ayrıseçkiliyin azalması; 
-gənc ailələrin asılılığının azalması;  
-cəmiyyətin  bütün  elementlərinin  enerjilərinin  dövlətin  və 
xalqın inkişafına sərf olunması və s.  
 
Bakı şəhərinin kənarında “Novruz bayramı” 
meydanlarının və Xəzər dənizində (şəhərlə dənizin 
qovşağında) beynəlxalq sülhü əks etdirən “Alov 
rəmzləri meydanı”nın yaradılması və əhəmiyyəti 
 
Dünya  xalqların  say  baxımından  zənginliyi  ilə  yanaşı, 
xalqların  daşıdıqları  fərqli  və  həmçinin  oxşar  elementlər 
nöqteyi-nəzərdən  də  öz  rəngarəngliyi  ilə  diqqəti  cəlb  edir. 
Məlumdur ki, hər bir xalqın milli və etnik bayramı mövcuddur. 
Milli bayram  xalqın  qədim adət-ənənlərini, mifik təfəkkürünü, 
dini  baxışlarını  birləşdirir  və  nəsillərdən-nəsillərə ötürür. Milli 
bayramlar  və  bu  bayramlarda  yerinə  yetirilən  rituallar,  xalqın 
bütövlüyünü,  birliyini  və  vahidliyini,  mübarizə  əzmini,  eyni 
zamanda  incəsənətinin  tarixini, məzmununu, mədəniyyətini və 
coğrafi-etnik  təfəkkürünü,  təfəkkürün  formalaşma  tərzini 
göstərir.  Milli  bayram  ənənələri  əsasən  xalqın  ədəbiyyat 
nümunələrindən hesab olunur və adət-ənənə ritualları folklorda 
öz  əksini  tapır.  Digər  tərəfdən  milli  bayramlar  həyatın 


 
117
rəngarəngliyini  təmin  edir,  bayram  tədbirləri,  rituallar 
insanların  əhval-ruhiyyəsini  qaldırır.  Əksər  xalqlarda  milli 
bayramlar  əsasən  rituallarla,  bu  baxımdan  müxtəlif  bayram 
şə
nlikləri,  festival  və  karnavallarla  xarakterizə  olunur,  qeyd 
edilir.  Milli  bayramlarda  müəyyən  adət-ənənlərə  uyğun  olaraq 
xalqın  milli  mətbəxi  və  folklor  nümunələri,  müxtəlif  oyunlar 
keçirilir.  Bayramlar  hər  bir  xalqın  mədəni  və  sivil  inkişaf 
səviyyəsini  nümayiş  etdirməklə  yanaşı,  onun  tarixinin  də 
göstəricisi  hesab  edilir.  Müvafiq  bayramlarda  əsasən  mifoloji 
və  dini  baxışlar  qarışır.  Milli  geyimlər,  milli  musiqi  ifaları, 
çalarları  xalqın  etnik  xüsusiyyətlərini  göstərir.  Eyni  zamanda 
xalqın geomədəniyyətini (burada mədəniyyətin coğrafi arealını, 
eyni 
zamanda 
müəyyən 
məkanlarda 
digər 
xalqların 
mədəniyyəti  elementləri  ilə  sintez  olunmaları)  formalaşdıran 
elementlər də onun milli bayramlar ənənələrində özünü büruzə 
verir.  Xalqın  tarixi  yayılma  arealı,  coğrafi-mədəniyyət  məkanı 
öz tarixi mənasını həm də milli bayramlarda tapır. Xalqın adət-
ə
nənlərinin nəsillərdən-nəsillərə ötürülməsində milli bayramlar 
mühüm əhəmiyyət kəsb edir və mühafizə rolunu oynayır. Milli 
bayramlara  həm  də  müasirlik  elementləri  (zamandan  asılı 
olaraq.-burada  zaman,  məkan  və  şərait  daima  baza  vasitəyə 
təsir göstərir və yeni təzahür meydana gəlir) əlavə edilir ki, bu 
da  xalqın  tarixi  ilə  müasirliyi  arasında  bir  körpü,  bağlantı 
yaradır.  Bununla  yanaşı,  yeni  elementlər  hesabına  tarixi 
gedişatda, trayektoriyada yeni şaxələnmələr büruzə verir.  
Azərbaycanlılar  qədim  xalq  olaraq  öz  adət-ənələrini 
yaşatmaq  siyasətini  daima  əllərində  rəhbər  tutur.  Xalqın 
mədəni  irsi  onun  sivil  inkişafında,  fərdlərin  təfəkkürünün 
formalaşmasında əvəzsiz rol oynayır. Hər bir xalqın milli adət-
ə
nənləri  həm  də  onun  fəxri  elementidir,  qürur  mənbəyidir  ki, 
bu  yolla  xalq  öz  tarixini  nümayiş  etdirə  bilir.  Xalqın  və 
dövlətin  mənşəyi  və  onu  əsaslandıran  faktiki  əsaslar  həm  də 
onun  adət-ənənələrində  tapır.  Bu  adət-ənənə  nümunələri 
arxeoloji  qazıntılar  vasitəsilə  üzə  çıxarıldıqda  həmin  xalqın 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə