Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə26/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

76 
 
ötürüldüyündən, siqnalların qəbul edilməsi də mərhələ-mərhələ 
həyata  keçirilir.  Bu  da  özlüyündə  sistemli  dərketməni  yaradır. 
Ontoloji aspektlərdə insanlar mahiyyəti və formanı dərk edirlər 
məzmun  axtarırlar.  Burada  sistem  əsaslı  fəaliyyət  baza  olaraq 
dərk  olunur.  İnsanlar  öz  sistemli  əməlləri  ilə  dərk  olunmanı 
üstün tuturlar.  
Tərkib  və  bütövlər  ardıcıl  olaraq  dərk  olunur.  İnsan 
hüquqları  tərkib  və  bütövdən  ibarətdir.  İnsan  hüquqları 
üzərində  ardıcıl  düşünmə  prosesləri  bu  hüquqların  tədricən 
aşkar  olunmasına  gətirib  çıxarır.  Ardıcıl  düşüncə  tərkibi  daha 
çox aşkarlayır. Ardıcıl aşkar etmək prosesləri özlüyündə insan 
hüquqlarının  silsilə  şəkilində  başa  düşülməsinə  səbəb  olur. 
İnsan  hüquqlarını  insanlar  həm  öz  daxillərindən  birbaşa  dərk 
edirlər,  həm  də  ətrafda  olan  obyektlərə  münasibətdə  dərk 
edirlər.  Obyektlərə  olan  münasibətdə  dərk  etmək prosesləri  də 
əlamətlərə  söykənir  və  siqnallar  şəkilində  əlamətlərin  əks 
olunmasına  əsaslanır.  İnsanlar  öz  daxillərində  olan  haqlı 
prinsipləri  ətrafla  olan  təmaslarda  da  dərk  etməyə  çalışırlar. 
Hüququn haqlı dəyəri insanları ətraf obyektlərə bağlayır.  
İnsan  hüquqları  qaydalardan  ibarətdir.  Bu  qaydalar  da 
nizamla  tənzim  olunur.  Bu  baxımdan  da  insan  hüquqlarının 
dərk  olunması  və  təmin  olunması  əsasən  məkanlarla  sıx 
bağlıdır.  Məsələn,  işçilərin  hüquqları  işçilərin  öz  əmək 
yerlərində,  işlədikləri  məkanlarda  daha  çox  dərk olunur.  İşdən 
sonra  hüquqlar  məhdudlaşır.  Yeni  hüquqlar  təmin  olunmağa 
başlayır.  Deməli,  insanların  hüquqları  məkanlara  bağlıdır,  hər 
bir  məkanda  olan  ictimai  münasibətləri  tənzim  etmək  üçün 
hüquqlar mövcud olur, bu hüquqlar normalarda öz əksini tapır. 
Məsələn, 
əmək 
qanunvericiliyi 
yalnız 
müəssisələrdə, 
təşkilatlarda əmək fəaliyyəti zamanı münasibətləri tənzim edir. 
Hüquqların dərk olunması insanların hərəkət və fəaliyyətlərinə 
bağlı  olur.  İnsan  hüquqlarının  fəlsəfi  kateqoriyalarla  bağlılığı 
məhz  qnoseoloji  və  ontoloji  əsasları  meydana  gətirmiş  olur. 


77 
 
Çünki 
fəlsəfi 
kateqoriyalar 
sistemləşdirmənin 
tərkib 
kriteriyalarıdır.  
Hüququn  qnoseologiyası  bir  təlim  kimi  ontologiyasından 
daha  da  “yuxarıda”  dayanır,  metafizik  məna  kəsb  edir. 
Ontologiya  burada  baza  prinsip  olaraq  xüsusi  mənaya  malik 
olur.  İnsan  öz  hüquqlarını  özündən,  maddi-mənəvi  aləmindən 
dərk  edir.  Burada  ontoloji  amil  baza  amilə  çevrilir.  İnsan 
hüquqları insanlara cəmiyyətin və dövlətin ünsürləri olaraq iki 
aspektdə  yanaşmağı  tələb  edir.  Birincisi,  insanlar  və  onların 
varlıqlarının  (mövcudluqlarının)  əsasları,  ikincisi,  insan 
hüququnun  əsasları.  Hüquq  həm  insana  bağlılıqda,  həm  də 
ayrı-ayrılıqda təlim obyekti olaraq şərh edilir. Bu iki istiqamət 
atributivdir,  daha  doğrusu  hüquq  insanın  immanent,  yəni  təbii 
xassəsdir.  Hüquq  bir  varlıq  kimi  insanın  ontoloji  sübutunun 
əsasıdır.  İnsan  varsa,  sistemli  quruluşdursa,  deməli,  hüquqları 
da  sistemli  xassələrə  bağlıdır.  Sistemlilik  də  ontoloji  və 
qnoseoloji  yanaşmaları  meydana  gətirir.  İnsan  hüquqlarının 
sistemli  əsasları  onun  nizamlı  qaydalara  tabe  olmasından  irəli 
gəlir. Tərkib nizamlanır. İnsan təfəkkürü də öz hərəkətlərini və 
əməllərini  nizamlı  əsaslarla  dərk  edir.  Bu  əsası  insan  əqli  və 
insan  baxışları  müəyyən  edir.  İnsan  əqli  də  informasiyaları 
siqnallar  şəkilində  beyinə  qəbul  edir.  Dərk  etmə  əsasən 
məlumatların  sistemli  şəkildə  qəbulundan  meydana  gəlir. 
Ardıcıllıq  və  sistemlilik  anlayışın  daha  da  dərindən  dərk 
olunmasının əsaslarını meydana gətirmiş olur. Bu sistemlilik də 
fəlsəfi-məntiqi metodlarla formalaşır.  Fəlsəfi-məntiqi metodlar 
tərkibin  öyrənilməsində  mühüm  əhəmiyyət  kəsb  edir.  Tərkib 
elementlər  sistemlilik  prinsiplərinə  müvafiq  olaraq  öyrənilir. 
Hüququn  ontologiyası  elə  hüququn  bir  istiqamət  kimi  izah 
olunmasına  xidmət  edir  və  bu  baxımdan  insan  varlığını  elə 
onun  cəmiyyət  və  siyasət  ünsürü  kimi  həm  şərti  ayrı 
mövcudluğunda,  həm  də  vəhdətində  axtarır.  Ontoloji  baxışlar, 
insanın  daxili  aləminin  və  xarici  aləminin  dərk  olunması  elə 


78 
 
insanın  mənəvi  dəyəri  olan  hüququnun  dərk  olunmasından 
meydana gəlir.  
Hüququn  ontologiyası  subyektin  həm  təbii  xassəsinə 
söykənir,  onu  izah  edir,  həm  də  təbii  xassələrin  davamını 
özündə  cəmləşdirir.  Ontologiya  hüququn  subyekti  haqqında, 
əsasən  hüquq  tərəfi  olan  insan  haqqında  xassələndirici 
biliklərin  meydana  gəlməsinə  xidmət  edir.  İnsan  təfəkkürü 
(idrak  metodları  yolu  ilə,  qavramaq  və  emal  etmək  prosesləri 
ilə)  insanın  bir  hüquq  obyekti  və  subyekti  kimi  ontoloji 
varlığının  əsaslarını  izah  edir,  aydınlaşdırır.  Hüququn  ontoloji 
əsaslarından  onun  qnoseoloji  əsasları  meydana  gəlir.  Hüquqi 
biliklər elə insan xassələrini və onların fəaliyyətinin xassələrini 
müəyyən  edən  ontoloji-qnoseoloji  biliklər  məcmuəsindən 
ibarətdir. 
Çünki 
hüquq 
insanların 
həm 
real-empirik 
fəaliyyətinin  təsdiqidir,  həm  də  qeyri-real  fəaliyyətin 
nəticəsidir.  Hüquq  tərkibdə  “yatan”  bir  dəyərdir.  Fəaliyyət 
olduqca hüquq da “oyanır”. Hər bir hüquq subyektinin fərdi və 
universal  xassəsi  həmin  subyekt  haqqında  biliklərin  meydana 
gəlməsini  xassələndirir.  Həmçinin  ontoloji  biliklər  toplumun 
maraq  və  ehtiyaclarından,  vəzifə  və  səlahiyyətlərindən  irəli 
gələn  obyektiv  mövcudluqdur.  Şəxsin  hüququ  onun  predmet 
kimi 
dərketmə 
obyektini 
meydana 
gətirir. 
Hüquq 
daşıyıcılarının 
hüquqlarının 
tərkibini 
meydana 
gətirən 
kriteriyalar məhz hüququn ontologiyasını təşkil edir. Hüququn 
ontologiyası (hüquq subyektinin varlığı haqqında təlim olaraq) 
bir  yanaşma  kimi  hüquq  daşıyıcısına  aid  olan  təkmilləşmiş 
fikirdir,  fikirlər  cəmidir.  Hüquq  subyektinin bioloji-psixoloji –
sosioloji  xassələri  onun  ontologiyasının  əsasında  yer  alır. 
Hüququn  subyektinin  fəaliyyət  xüsusiyyətləri  onun  özünün 
(yəni, hüquq daşıyıcısının) mənasını üzərə çıxarır. 
Hüququn  ontologiyası  (hüququn  insan  təbiətinə  xas 
olmasını  ifadə  edən  baxışlar  elə  ontologiyanı  yaradır) 
insanların  vəzifə,  səlahiyyət,  ixtiyar,  sahiblik  və  öhdəlik  kimi 
xassələrinin  tərkib  ünsürlərinin  ontologiyasının  (baxışların) 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə