Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə34/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

100 
 
yeni  hüquq  normaları  yaranır  və  uyğunluq,  mütənasiblik 
prinsipləri ilə sistemləşdirmə -daxili və sənədlərarası-prosesləri 
baş  verir.  Normativ  qaydada  izah  edərək  belə  bir  fikiri  ortaya 
qoymaq  olar  ki,  sadə  məntiq  genişlənmə  proseslərində  o 
nəticəni  verir  ki,  lap  başlanğıcla  son  arasındakı  məsafədə 
ümumiləşdirmə  ilə  bir  nəticə  ortaya  çıxır.  İlk  məqsəd 
başlanğıcda  müəyyən  olunur,  sonda  isə  ilk  məqsədin  nəticəsi 
əldə  olunur.  Bu  baxımdan  da  geniş  sistemləşdirmədə  sadə 
məntiqin  içərinə  dialektik  məntiq  daxil  olur.  Dialektik  məntiq 
mürəkkəb  məntiq  olmaqla  sonda  sadə  məntiqi  nəticəni  ortaya 
qoyur.  Dialektik  məntiq  əslində  müəyyən  sonluqlarda  sadə 
məntiqi  tamamlayır.  Bu  baxımdan  da  ümumiləşdirmənin 
nəticələri  yekunda  xüsusiləşir  ki,  bu  da  sadə  məntiqin 
nəticəsinə çevrilir.  
Hüquq  özü  də  bütövlükdən  və  onun  tərkib  hissələrindən 
ibarətdir.  Burada  hüququn  tərkib  hissələrinin  aşkarlanması 
məhz  hüququn  normalar  şəkilində  ayrı-ayrı  münasibətlər 
sahəsində  tənzim  olunmasına  gətirib  çıxarır.  Məsələn,  qeyd 
edək  ki,  insanların  mənzil  və  əmlak  hüquqları  vardır.  Məntiqi 
nəticə  ondan  ibarətdir  ki,  insanların  mənzillərdə,  evlərdə 
yaşamaq  ixtiyarları  və  sahibliklərini  ehtiva  edən  hüquqları 
vardırsa,  onda  bu  hüquqları  tənzim  edən  normalar  da  mövcud 
olmalıdır.  Burada  formal  məntiq  və  onun  tətbiqi  hüquqlardan 
ayrı-ayrı  sahələrə  dair  hüquq  normalarının  yaranmasını 
şərtləndirir.  Hüquq  (insanların  vəzifələri,  əmlaka  və  digər 
əşyalara  olan  sahiblikləri,  ixtiyarları,  səlahiyyətləri,  vəzifələri, 
öhdəlikləri  və  s.)  əslində  sillogizmlər,  yəni  formal  məntiqi 
nəticələr  yolu  dərk  olunan  bir  anlayışdır.  Çünki  bütün 
mühakimələrin  vəhdəti  və  şərtləndiriciliyi  əqli  nəticələrin 
(sillogizmlərin)  meydana  gəlməsində  mühüm  rol  oynayır. 
Hüquq normalar şəkilində və normalararası zəncirvari üsullarla 
(bağlayıcı  və  şərtləndirici  üsullarla)  bütün  münasibətlərin 
(ictimai münasibətlərin) tənzim edilməsində ümumiləşdirici və 
tərkiblərə  ayırıcı  məna  kəsb  edir.  Hüquq  normalarının  əsas 


101 
 
vəzifəsi  münasibətləri  şərtləndirməkdən  və  ayrı-ayrı  sahələri 
tənzim  etməkdən  ibarətdir.  İnsanların  maraqlarının  əsasları 
məhz hüquq normaları vasitəsilə nəzəri olaraq dərk olunur.  
İnsanların  bütün  sahələrdə  olan  hüquqları  da  məhz  sadə 
məntiqi  təfəkkürün  yolu  ilə  dərk  olunur.  Məsələn,  bütün 
insanların mənzildə yaşamaq hüquqları mövcuddur. Adil də bir 
insandır.  Deməli,  Adilin  də  mənzildə  yaşamaq  hüquqları 
vardır.  Konstitusiya  dövlətə  aid  olan  ali  normativ  hüquqi 
sənəddir.  Azərbaycan  dövlətdir.  Deməli,  Azərbaycanın  da 
konstitusiyası olmalıdır.  
Hüququn  sillogizmlər  yolu  ilə  dərk  olunması  onun 
universal  obyektivliyində  də  meydana  gəlir.  Sadə  məntiqi 
təfəkkür  və  sadə  yolla  əqli  nəticələrə  gəlmək  insan 
hüquqlarının  təsbit  olunduğu  hüquq  normalarının  hamı 
tərəfindən qəbul olunmasını şərtləndirir. Sillogizmlər hüquqlar 
arasında bağlayıcı vasitələr yolu ilə hüquqların vəhdətini təmin 
edir. 
Sillogizmlər  həm  hüququn  tərkibinin  dərk  olunmasına 
xidmət  edir,  məsələn,  mənəviyyat  insana  aiddir.  Hüquq 
mənəviyyatın  ifadə  edicisidir.  Deməli,  hüquq  insana  aiddir. 
Burada  tərkibin  açılmasında,  müəyyən  olunmasında  hüququn 
əhəmiyyətinin  vacibliyi  məsələsi  üzərə  çıxır.  Digər  tərəfdən 
sillogizmlər  hüququn  bölgü  ünsürü  əsasında  dərk  olunmasına 
şərait  yaradır.  Məsələn,  insanlar  nikah  bağlamalıdırlar  və  bu, 
onların  təbii  xassələrinə  aiddir.  Bütün  münasibətlərin  rəsmi 
tənzimlənməsi  hüquqi  aktlarla  yerinə  yetirilməlidir.  Hüquqi 
aktlarda  normalar  təsbit  olunur.  Deməli,  insanların  nigah 
münasibətlərini  tənzim  edən  hüquq  normaları  olmalıdır. 
Burada  artıq  hüquq  sahələrinin  bölgüsü  mühüm  əhəmiyyət 
kəsb edir.  
 


102 
 
Dialektik məntiqin əsasları və mürəkkəb məzmunlu 
hüquq 
 
Dialektik  məntiq-təbiətin  inkişafı,  cəmiyyət  və  düşüncələr 
haqqında  ən  ümumi  qanunlar  haqqında  elmdir.  Bu  qanunlar 
ümumi  anlayış  kimi  kateqoriyalarda  əksini  tapır.  Bu  baxımdan 
belə  hesab  olunur  ki,  dialektik  məntiq  dialektik  kateqoriyalar 
haqqında  elmdir.
1
 Dialektik  məntiq  formalaşdırma  metodlarının 
istifadə olunduğu formal məntiqdən, riyazi məntiqdən fərqlənir. 
Dialektik  məntiq  düşüncələrin  inkişafı  prosesində  şeylərin  və 
fikirlərin bir-birilərinə qarşı dialektik ziddiyyətini analiz edir.
2
  
Buradan  da  mürəkkəb  məzmunlu  hüquqi  mətn  meydana 
gəlir.  Mürəkkəb  məzmunlu  hüququn  mahiyyəti  əslində  iki 
aspektdə  təhlil  oluna  bilər:  birincisi,  sadə  hüquq  normalarının 
cəmi  anlamında,  yəni  hüquq  normaları  sisteminin  sadə 
cümlələrlə,  aydın  başa  düşülən  ifadələrlə  dərk  olunmasında; 
ikincisi  isə  ümumi  hüquqlardan  (baza  hüquqlardan)  irəli 
gələrək 
meydana 
gələn 
və 
fəaliyyətlə 
əlaqəli 
olan 
mürəkkəbliklər və incəliklərin normalarla ifadə olunmasında və 
mürəkkəbliklərin  əks  olunmasında.  Mürəkkəblik  həm  də  üst 
fəaliyyətin,  yəni  dərinləşmiş  və  inkişaf  etməkdə  olan 
fəaliyyətin  hüquqi  normalarla  ifadə  olunmasında  meydana 
gəlir.  Mürəkkəb  hüquqlar  hüquq  sahələrinin  meydana  gəlməsi 
ilə  genişlənir,  eləcə  də  şaquli  olaraq  dərinləşir.  Bu 
dərinləşmədə  horizontallıq  da  mühüm  rol  oynayır.  Məsələn, 
dövlətin  inkişafı  ilə  əlaqədar  olaraq  hüququn  mahiyyəti  öz 
tərkibini  daha  da  dərinləşdirir.  Fəaliyyət  özünün  ardınca 
hüququ  genişləndirir.  Bu  dərinləşmə  ətrafa  doğru  fəaliyyətin 
genişlənnəsi  ilə  xarakterizə  olunur.  Hüquq  ətraflarla  birlikdə 
(fəaliyyət  sahələri  ilə  birlikdə)  dərinləşir,  çünki  ətrafalara 
yayılmış  hüquqlardan  komponentlər  onun  cəmləşməsinə, 
                                                 
1
 Диалектическая логика. www.dic.academic.ru/dic.nsf/bse/84318/ 
Диалектическая 
2
 Həmin mənbə. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə