Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə42/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

124 
 
Mürəkkəbləşmənin  nisbi  son  həddi  isə  sadələşmədir, 
konkretləşmədir. Ümumilik özündə məxsusiliyi, məxsusluq isə 
ümumiliyi 
əks 
etdirir. 
Mürəkkəblik 
iki 
“üçbucaq” 
birləşməsinin  (dördbucaqlının)  aşağı  və  yuxarı  hissələri 
arasındakı  orta  vəziyyətdədir.  Ortadan  aşağıya  və  yuxarıya 
doğru hərəkət  etdikcə  mürəkkəblik  də  öz  yerini sadəliklə  əvəz 
etməyə  başlayır.  Əgər  biz  hüquqları  üçbucaq  birləşməsi  olan 
dördbücaqlıda  xarakterizə  etsək,  onda  belə  nəticələrə  gələ 
bilərik ki, hüquqlar sadələrdən mürəkkəbliklərə doğru və yaxud 
da  əksinə  istiqamətdə  “hərəkət  edən”,  yayılan  mənəvi 
dəyərlərdən ibarətdir. Həm də dördbucaqlı müstəvidə orta xətti 
(orta  hissələri)  tarazlaşdırıcı  hissələr  kimi  götürsək,  onda  belə 
nəticələrə  gələ  bilərik  ki,  hüquqların  mürəkkəb  hissələri  daha 
çox  tarzlaşdırıcıdır.  Ədalət  də  məhz  bu  tarazlaşdırmadadır. 
Zəginləşmə  prosesləri  yuxarıya  və  aşağıya  doğru  davam  edir, 
bu  anda  sadələşmə  meydana  gəlir.  Sadələşmə  həm  də  özündə 
dayazlığı,  kasadlığı,  nəticə  etibarilə  son  uc  nöqtələrdə  nisbi 
heçliyi  meydana  gətirir.  Deməli,  hüquqlar  mərkəzlərə  doğru 
zənginləşir. 
Zənginləşdikcə 
tarazlıqlar 
meydana 
gəlir. 
Tarazlıqlar  isə  ədalətin  əsaslarını  aşkarlayır.  Mübarizələr 
sayəsində  dialektik  qaydada  müəyyən  xətlərdə,  nöqtələrdə 
birləşmə  məhz  ədalətin  özünü  aşkarlayır.  İnsan  hüquqlarının 
orta  hissələri  (burada  tərkib  və  sahələr  nəzərdə  tutulur)  daha 
çox  sinergetik  əsaslı  olur.  Orta  hissələrdə  hüquqların 
cəmləşməsi  sinergetik  məzmunu  formalaşdırır.  Sinergetiklik 
fərdi  hüquqların  universal  hüquqlar  normalarında  əksini 
tapmaqla əhəmiyyət kısb edir.  
İnsan hüquqları ayrı-ayrı sahələrdə əksini tapmaqla yanaşı, 
tərkib baxımından birləşmiş formada sadələrdən ibarət olan bir 
mürəkkəb 
məzmundur
Mürəkkəblik 
anlayışına 
həm 
dolğunluq,  həm  də  çətinlik  aspektindən  yanaşmaq  olar. 
Çətinlik,  məsələn,  çətin  dərk  olunma  elə  dolğunluqdan 
meydana  gəlir.  İnsan  hüquqlarının  mürəkkəbliyi  həm  onun 
tərkibində  mövcuddur,  yəni  hüquqlar  rəngarəngdir,  həm  də 


125 
 
ayrı-ayrı  sahələrdə,  yəni  bölgü  ünsüründə  (sahələrində) 
meydana  gəlir.  İnsan  hüquqlarının  tərkib  zənginliyi  insan 
hüquqlarının  bölgü  sahələrində  genişlənməklə  daha  da 
mürəkkəbləşir.  Bu  baxımdan  mürəkkəblik  insan  hüquqlarının 
sistemliliyindədir.  Sistemlik  dərinləşdikcə  müəyyən  məkanda 
tutum  da  sıxlaşma  hesabına  artır.  İnsan  hüquqlarının 
rəngarəngliyi  onun  silsilə  xarakteri  kəsb  etməsindən  meydana 
gəlir. İnsan hüquqlarının cəmiyyətin inkişafına müvafiq olaraq 
sistemli  qaydada  genişlənməsi  məhz  onun  mürəkkəb  əsaslarla 
rəngarəngləşməsinə səbəb olur. Hər bir hüquq trayektoriyası öz 
başlanğıcını  məhz  mövcud  olan  hüquqlardan  götürür.  Təbii 
hüquqlar  bütün  prosesli  məsələlərdə,  yəni  artıb-azalmada 
(daralmada  və  şaxələnmədə)  öz  nisbi  və  mütləq  mənasını 
saxlayır.  Məsələn,  azadlıq,  ixtiyar,  mülkiyyətə  sahiblik  kimi 
hüquqverici  dəyərlər  bütün  universal  məqamlarda  eynidir  və 
mahiyyətdir.  Mahiyyət  elə  sistemin  məkanlarında  əhatə 
olunandır. Mahiyyətdə  mövcud olan dəyərlər sübutlar olmaqla 
öz  tərkibini  fəaliyyətdə  və  qarşılıqlı  əlaqələrdə  həm 
məhdudlaşdırır, 
həm 
də 
genişləndirir. 
Genişləndirmə, 
şəbəkələndirmə  zamanı  sinergetiklik  meydana  gəlir.  Təbii 
hüquqlar  anlayışı  hər  bir  məsələdə  o  mənanı  verir  ki,  yəni 
hüquq  adlanır,  başa  düşülür  ki,  insanların  fəaliyyətləri  üçün 
özlərinin  müəyyən  haqları  (səlahiyyətləri,  ixtiyarları)  olur. 
(Qeyd: təbii hüquqların azalıb-artması da mövcuddur. Bu elə 
insanların  fəaliyyət  göstərdikləri  məkanlarda  meydana  gəlir. 
Belə ki, fəaliyyət hüququ şərtləndirirsə, onda qeyd edə bilərik 
ki, 
fəaliyyətin 
artıb-azalması 
elə 
hüquqların 
artıb-
azlamasının  əsasında  dayanır.  Hüquqların  fərdi  qaydada 
cəmləşməsi  elə  sinergetikliyi  meydana  gətirir.  Birləşmə  həm 
sinergetikliyə  xeyir  edir,  həm  də  sinergetikliyi  azalda  bilir. 
Bu,  əsasən  imkanlardan  və  resurslardan  asılı  olur).  Hüquq 
bütün  obyektlərə  münasibətdə  insanların  mənəvi  əlaqə  və 
ünsiyyət  haqqıdır  və  əlaqələrin  qurulmasına  təkan  verən 
dəyərdir.  Buradan  da,  yəni  insanların  obyektlərə  olan 


126 
 
münasibətlərindəki  məsafədən,  hüquqların  dərəcələnməsi 
prosesləri  baş  verir.  Nisbi  olaraq  azdan  çoxa  doğru  hüquq 
yaranır. Məsələn, ailə hüququ insanlara öz ailələrində (məkana 
müvafiq olaraq) hüquqlarının dərəcəsini artırır. Kənar şəxslərin 
hüquqlarını  isə  azaldır.  Bu  o  deməkdir  ki,  ailə  yaxınlıq 
münasibətləri  insanların  hüquqlarını  məkan  üzrə  genişləndirir. 
Buradan  da  belə  bir  məntiqi  nəticə  hasil  olunur  ki,  müəyyən 
məkanlarda  mərkəzləşmələr  hüquqları  genişləndirir.  Konkret 
məkanlar  və  aspektlər  hüquqların  genişlənməsinə  xidmət  edir. 
Hüquq  məkanların  daralmasında  genişlənir,  məkanların 
genişlənməsində  məhdudlaşır.  Lakin  elə  də  olur  ki,  hüquq 
məkanların  genişlənməsi  ilə  böyüyür.  Məsələn,  insanların 
fəaliyyət 
obyektləri 
genişləndikcə, 
maraq 
sferaları 
genişləndikcə  hüquqları  da  genişlənir.  Məsələn,  dövlət 
qulluqçusu digər vətəndaşlara nisbətən həm də məxsusi qulluq 
hüququndan  istifadə  edir.  Dövlət  rəhbərinin  imtiyazları  və 
immunitetləri  mövcud  olur.  Burada  fəaliyyətin  genişliyi 
hüququn  genişliyini  meydana  gətirir.  Fəaliyyətin  genişliyi 
məsuliyyəti üzərə çıxarır və məsuliyyət və öhdəlik də hüququn 
tərkib sisteminin əsaslarını təşkil edir. Fəaliyyətin genişlənməsi 
həm  də  hüququ  məhdudlaşdırır.  Məsələn,  dövlət  məmurları 
biznes 
və  kommersiya 
fəaliyyəti  ilə 
məşğul 
olmaq 
hüquqlarından  məhrum  olurlar.  Bunun  əksinə  olan  proses 
olaraq,  dövlətin  gücü  artıdqca  və  digər  dövlətlərə  təsirləri 
genişləndikcə hüquqları da genişlənir. Hüquqların genişlənməsi 
həm  üfiqi,  həm  də  şaquli  olaraq  həyata  keçirilir.  Hüquqların 
genişlənməsi  onun  faydasını  artırır.  Kollektivin  hüquqları 
fərdin  hüquqları  üzərindən  daha  da  güclü  olur.  Fərdin 
hüquqları  həm  də  onun  fərdi  gücünə  bağlı  olduğundan  fərdi 
qaydada kollektivdən daha da az kəmiyyətə malik olur. Fərdin 
hüquqları  həm  daxilən  sinergetikliyi  meydana  gətirir,  həm  də 
fərdlərin  birləşməsində  sinergetiklik  ortaya  çıxarır.  Hüquqlar 
məhdudlaşır  və  genişlənir. Bir  genişlənmə sahəsi  digər sahədə 
olan  hüquqları  məhdudlaşdırır.  Məsələn,  əmək  pensiyası 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə