Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə39/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   35   36   37   38   39   40   41   42   ...   56
    Bu səhifədəki naviqasiya:
  • (Qeyd

115 
 
Hüquqların məhdudlaşdırılması isə bəzi hallarda tətbiq olunur. 
Məsələn,  miqrantlar  gəldikləri  ölkələrdə  qanunları  pozarlarsa, 
qanunalara  müvafiq  olaraq  ölkələrdən  deportasiya  olunurlar, 
məcburi olaraq çıxarılırlar.  
 
İ
nsan hüquqlarının tək, cəm, xüsusi və ümumi 
kateqoriyalarla dərk olunması 
 
İnsan  hüquqlarının  tək,  cəm,  xüsusi  və  ümumi 
kateqoriyalarla  dərk  olunması  üçün  özündə  formal  məntiqi  də 
əks  etdirən  dialektik  məntiqi  mətn  qurmağa  çalışacağıq.  Bu 
mətn  içərisində  hüququn  obyektinin  və  subyektinin  xüsusi  və 
ümumi olması qənaətini bildirəcəyik. Belə ki, qeyd etmək olar 
ki,  insan  hüquqları  subyektiv  əsaslıdır.  Lakin  bu  subyektiv 
əsaslılıq  əsasən  obyektiv  əsaslı  olmaqdan  formalaşır. 
Subyektivlik elə normalarla obyektivliyin içərisində qərarlaşır. 
Yuxarı  universal  hüquqlar,  universal  hüquq  normaları  başlıca 
olaraq hər bir fərdə aid olur. Məsələn, yaşamaq hüququ hamıya 
aiddir. (Qeyd: məntiqi bölgü əsasında və obyektə münasibətdə 
belə  qərara  gəlmək  olar  ki,  universal  hüquqlar  yuxarı 
universal,  yəni  bütün  şəxslərə  aid  olan  (məsələn,  insan  hüquq 
və  azadlıqları)  və  mərkəzi  universal,  yəni  çoxlu  şəxslərə  aid 
olan  (məsələn,  müəyyən  yaşdan  sonra  meydana  gələn  nigah 
hüququ)  və  subuniversal,  yəni,  müəyyən  qrup  insanlara  aid 
olmaqla  (məsələn,  müharibə  əlillərinin  hüquqları)  sahələrə 
bölünə  bilər.  Yuxarı  universallıq  hər  bir  kateqoriyaya  aiddir. 
Hər  bir  şəxsin  konstitusiya  ilə  müəyyən  olunmuş  hüquqları 
vardır.  Hüquq  bərabərliyi  prinsipi  universal  hüquq  müəyyən 
edən  kateqoriyadır.  Bu  kateqoriya  tam  və  ya  da  qismən 
universallıq  prinsiplərində  vahid  kriteriya  kimi  müəyyənedici 
əhəmiyyət  kəsb  edir.  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsinin  24-cü  maddəsinin  24.2  bəndində  yazılır: 
Azərbaycan  Respublikasında  bütün  vətəndaşlar,  Azərbaycan 
Respublikasının  ərazisində  daimi  yaşayan  və  ya  müvəqqəti 


116 
 
qalan  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  fiziki 
şəxslərdir).
1
 Deməli, məxsusilik elə universallığın içərisindədir. 
(7  saylı  qrafikdən  də  bir  qədər  ətraflı  tanış  olmaq  olar). 
Universallığın  tərkibi  məxsusilikdən  meydana  gəlir.  Lakin 
istisnalar da vardır. Məsələn, hər bir məxsusi hüquq, tək şəxsə 
aid  olan  hüquq  universal  qaydada  hər  kəsə  aid  ola  bilməz. 
Məsələn,  bir  şəxsin  mükafat  almaq  hüququ  obyektə  və 
subyektə 
münasibətdə 
məxsusidir, 
bidəfəlik 
aktdır, 
subyektivdir. Universal olaraq hər bir şəxs mükafat ala bilməz. 
Lakin müəyyən qrupların birdən mükafat alması mümükündür. 
Burada  universallıq  məxsusilik,  konkretlilik  içərisindədir. 
Burada  bir  şəxsin  mükafat  alması  həmin  şəxsin  subyektiv 
məxsusi  hüququnu  meydana  gətirir.  Bu  baxımdan  belə 
nəticələrə  gəlmək  olur  ki,  hər  bir  məxsusi  hüquq  universal 
olaraq  (tamamilə  hamıya)  tətbiq  oluna  bilməz.  Hamılıq 
məxsusluğun  içərisndədir.  Lakin  universal  hüquq  normaları 
hamı  üçündür.  Məsələn,  hər  kəsin  siyasi  hüquqların  tərkibi 
olaraq  seçki  hüququ  vardır.  Bu,  universal hüquqdur. Müəyyən 
müddətə  dövlət  rəhbəri  seçilmək  isə  bir  şəxsə  aid  olan 
hüquqdur.  Bu  isə  məxsusidir.  Dövlət  rəhbərinin  hüquqları  da 
məxsusidir.  Burada  bir  şəxsin  hüquqları  məxsusi  olsa  da, 
dövlət rəhbəri postuna seçilmək hüquq mərkəzi universal hesab 
oluna  bilər.  Çünki  yuxarı  universallıqdan  fərqli  olaraq  burada 
müəyyən tələblər, məsələn, ali təhsilli olmaq tələbi vardır. Hər 
kəs  isə  cəmiyyətdə  ali  təhsilli  ola  bilməz.  Buradan  belə  bir 
nəticə  hasil  olur  ki,  universal  və  məxsusi  hüquqlar  müəyyən 
bölücü  kriteriyalarla  bir-birindən  fərqlənir.  Hamıya  aid  olan 
hüquq  bir  nəfərə  aiddir.  Lakin  bir  nəfərə  aid  olan  hüquq 
hamıya aid ola bilməz. Məsələn, hər kəs akademiklik hüququna 
sahb ola bilməz. Hər kəs Nobel mükafatı ala bilməz və s.   
 
                                                 
1
 Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Azərbaycan 
Respublikasının Məcəllələr Külliyyatı. Azərb. dilində. Bakı-Qanun-2000, 
880 səh., səh. 241. 


117 
 
İ
nsan hüquqları anlayışının dərk olunmasında zərurət  
kateqoriyası 
 
Anlayışdakı  fikirlər  arasında  olan  bağlayıcılıq  zərurətlə 
həyata  keçirilir.  İnsan  hüquqları  insanların  təbii  haqları 
olduğundan  onun  təmin  olunması  prosesləri  da  zəruri  olaraq 
insanların  özləri  tərəfindən  həyata  keçirilir.  Hüquq  zəruri 
addımlarla,  fəaliyyətlə  bağlıdır  və  gerçəkləşməsi  baxımından 
hərəkətlərin  edilməsini  (sükunət  halından  çıxılmasını)  zəruri 
edir.  Hüququn  mövcudluğunun  özü  də  zəruri  fəaliyyətin 
meydana  gəlməsini  tələb  edir.  Yəni,  hüquqlar  zərurətdən 
yaranır  və  zərurətdən  də  təmin  olunur.  Bu  zərurət  insanların 
təbii 
fəaliyyətlərində 
meydana 
gəlir. 
Yəni 
insanların 
fəaliyyətləri  təbii  qanunlara  söykənir  və  ehtiyac  və 
tələbatlardan irəli gəlir.  
İnsanlar öz təbii hüquqlarının zəruriliyini əsasən dövlətləri 
və  cəmiyyətləri  ilə  təmin  etməyə  çalışırlar.  Resurslar  özləri 
təbii  hüquqların  təmin  olunması  üçün  şərtləndirici  əhəmiyyət 
kəsb  edir.  İnsanlar  öz  təbii  hüquqlarını  vəhdət  şəkilində  təmin 
etmək  üçün  zəruri  olaraq  ictimai  və  siyasi  münasibətlərə 
qoşulurlar.  İctimai-siyasi  münasibətlərin  dövlətlər  tərəfindən 
tənzim edilməsi normativ-hüquqi aktlarla həyata keçirilir.  
İnsanların  zəruri  hüquqlarının  təmin  olunmasında  zəruri 
hüquq  normalarını  özündə  əks  etdirən  normativ-hüquqi  aktlar 
meydana  gəlir.  İnsanların  zəruri  hüquqlarının  təmin  olunması 
üçün  ilk  növbədə  konstitusiya  qəbul  edilir  və  konstitusiyada 
məhz  əsas  hüquqlar  öz  əksini  tapır.  Bununla  yanaşı, 
konstitusiyadan  irəli  gələrək  digər  qanunvericlik  aktları  qəbul 
olunur və beynəlxalq hüquq sənədləri qəbul edilir.  
İnsan  hüquqları  anlayışının  zərurət  kateqoriyası  ilə  dərk 
olunmasının  aspektlərininin  əsaslarını  da  iki  istiqamətdə 
müəyyən  etmək  olar:  birincisi,  insanların  zəruri  ehtiyacları 
üzərində  meydana  gələn  hüquq  normalarının  qəbul  edilməsi; 
ikincisi, bu normalara əməl olunması və normaların müdafiəsi. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə