123
həm də təklərdən (burada fərdiyyətə birbaşa məxsus olan
hüquqlardan) təşkil olunur. Məsələn, universal hüquqlar (bütöv
içərisində olan və cəm halda insanlara aid olan hüquqlar)
içərisində olan hər bir şəxsin hüquqları da bütövdür. Bütövlük
insanların pozitiv fəaliyyətinin əsasında duraraq mövcud olan
təklikdən və bütövlükdən meydana gəlir.
İnsan hüquqlarının bütövlüyü amili mütləq-konkret
olmaqla yanaşı, həm də şərtidir. Bütövlük “yuxarıda” sona
yetmir və davam edir. Bütövlük baza bütövlük üzərində
şaxələnir. İnsan hüquqlarının fərdi bütövlüyü sistemli olaraq
daxilən genişlənir. Bu, aşkarlanma prosesləri sayəsində təmin
olunur. Məsələn, insanların baza hüquqları və azadlıqları
üzərində bütövlük şaxələnir və yeniliklər yeni hüquqların aşkar
olunmasına
xidmət
edir.
Bütövlüklər
insanların
təbii
hüquqlarının meydana gəlməsinin və təmin olunmasının
əsasında dayanır. Bütövlüklər baza olaraq hüquq normalarında
ifadə olunur. Hüquq normaları həm də təkliklərin tərkibidir.
Hər bir hüquq norması bir tək
vəziyyəti ifadə edir, tənzimləyir.
Cəmiyyətdə hər bir insan öz hüququna fərdi qaydada nail
ola bilir. Fərdlərin hüquqları cəmi obyektivliyi meydana gətirir.
Eləcə də hüquqların dialektik məzmunlarını formalaşdırır.
Təbii hüquqların reallaşması resurslara bağlı olur. Resurs
zənginliyi təbii hüquqların təmin olunma səviyyəsini yüksəldir.
Cəmiyyətin və dövlətin zəngin olması kollektiv qaydada və
onun içərisində fərdi məzmunda insan hüquqlarının təminatını
zəngin edir.
İ
nsan hüquqlarının mürəkkəb məzmununun dərk
olunması və sinergetika
Mürəkkəblik dolğunluqdur. Burada sistemin, anlayışın
mürəkkəbliyi müəyyən məkanlarda olan təkliklərin say
çoxluğu, istiqamətlərin, fikirlərin zənginliyi ilə xarakterizə
olunur. Fikirlərdə təkmilləşmənin özü elə mürəkkəbləşmədir.