118
İnsan hüquqlarının həm təmin olunması, həm də qorunması
məhz zərurətdən irəli gəlir və tələbatlara söykənir.
Ancaq belə hesab etmək olar ki, bütün hüquqlar zəruridir.
Qeyri-zəruri hüquqlar ola bilməz. Lakin hüquqların təmin
olunması ardıcıllığı baxımından hüquqları birinici dərəcəli
zəruri və ikinci dərəcəli zəruri əsaslara bölmək olar. Məsələn,
yaşamaq üçün həyati vacib olan hüquqlar birinci dərəcəlidir.
Azadlıq hüququ, mənzillərdə yaşamaq hüququ ilk növbədə
zəruri olaraq təmin edilməsi vacib olan hüquqdur. Bu
hüquqların təmin olunması üçün resurslar amili böyük
əhəmiyyət kəsb edir.
İnkişaf özü elə hüquqların zərurətini meydana gətirir.
Zərurət resurslardan istifadənin və bu istifadə üzrə hüquqi-
tənzimləmənin əsaslarını təşkil edir.
İ
nsan hüquqlarının dərk olunmasında inkişaf
kateqoriyası və qanunauyğunluqları
Qanun özü bir kateqoriyadır, müəyyənedici faktordur.
İnkişaf qanunauyğunluğa və sistemliliyə müvafiq olaraq
meydana gəlir. İnkişaf ardıcıl təzahür yaradan proses olaraq
mövcud resursların sistemli olaraq təkrar sistemləşməsindən
meydana gələn bir prosesə çevrilir. İnkişaf müəyyən
məkanlarda və sistemlərdə ardıcıl qaydada bir-birini əvəz edən
pozitiv aşkarlıqların vəhdətidir. İnkişaf məkanı əhatə etmək
baxımından pozitiv olmayanda qeyri-tarazlı olur və yalnız
müəyyən qrupun mənafeyinə xidmət edir. Bu halda sistemin
yalnız
müəyyən
hissələrində
inkişaf
meydana
gəlir.
Qanunauyğunluq və resursların səmərəli istifadəsi-burada
maraq dairələri üzrə tarazlı qaydada- inkişafın şərtlənməsini
təmin edir. İnkişaf özü elə qanunların tətbiqi və yeni qanunların
meydana gəlməsi ilə, həmçinin yeni qanunların
tətbiqinin tələbi
ilə xarakterizə olunan yüksələn, genişlənən, artan bir
vəziyyətdir.
İnkişaf
prosesləri
mütləq
öz
aralarında