Microsoft Word Insan huquqlari II kitab doc


məqsəd,  norma-  məqsədə  çatmaq  vasitəsi,  normanın  icrası



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə38/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

112 
 
məqsəd,  norma-  məqsədə  çatmaq  vasitəsi,  normanın  icrası 
isə siyasətdir. 
İnsan  hüquqları  bütün  zamanlarda  bir  qədər  nisbi  və  qəti 
mütləq olmaqla özünün konkret və mücərrəd tərkibini qoruyur. 
Bu  baxımdan  da  zamandan  asılı  olmayaraq  hüquqlar  öz 
mövcudluğunu 
subyektinin 
mövcudluğunda 
saxlayır. 
Subyektlər  öz  həyatları  boyu  öz  məxsusi  (burada  imkanlar  və 
zaman  baxımından)  hüquqlarına  sahib  olurlar.  Məsələn, 
Azərbaycan 
Respublikasının 
Mülki 
Məcəlləsinin 
5-cı 
maddəsinə  əsasən,  istər  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan, 
istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslə 
mülki  hüquq  münasibətlərinin  subyektləri ola bilərlər.
1
 Burada 
hüquqlar  bütün  zamanlarda  normalar  şəkilində  mövcuddur  və 
indiki zamanla ifadə olunur. Hüquq normaları sistemi “yaşayır” 
və  davam  etməsi  elə  zaman  ardıcıllığını  və  trayektoriyasını 
meydana gətirir.  
 Subyektin  fəaliyyət  müddəti  elə  hüququn  mövcudluq 
müddətini  meydana  gətirir.  Hüquq  subyektinin  fəaliyyətinin 
müəyyən zamanlarda genişlənməsi həmin zamanlarda hüququn 
genişlənməsini  meydana  gətirir.  Deməli,  hüququn  zamanla 
dərk 
olunması 
hüquq 
subyektinin 
mövcudluğuna 
və 
fəaliyyətinin artıb-azalmasına bağlıdır.  
 
İ
nsan hüquqlarının məkan kateqoriyası ilə dərk 
olunması  
 
İnsanlar  bütün  məkanlarda  (dövlətlərdə,  cəmiyyətlərdə) 
hüquqlara  malikdirlər.  Dövlətlərin  əsas  funksiyası,  vəzifə  və 
öhdəliyi  məhz  hüquqları  təmin  etməkdən  ibarətdir.  İnsanlar 
həm  öz  ölkələrində,  həm  təyinat  ölkələrdə,  həm  də  tranzit 
ölkələrdə  olmalarından  asılı  olmayaraq  hüquqlara  malikdirlər. 
                                                 
1
 Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Azərbaycan 
Respublikasının Məcəllələr Külliyyatı. Azərb. dilində. Bakı-Qanun-2000, 
880 səh., səh. 239 


113 
 
Lakin  mənşə,  təyinat  və  tranzit  ölkələrdə  pozitiv  hüquqların 
təmin  olunmasının  eyni  səviyyəsi  mümkün  deyil.  Bu  da  öz-
özlüyündə  hüquqların  məkan  etibarilə  fərqli  təminatı 
məsələsini ortaya çıxarır.  
Dərk  etmək  proseslərinin  obyektləri  müxtəlif  olur.  Məkan 
özü  də  hüquqları  üzərində  formalaşdıran  obyekt  rolunda  çıxış 
edir.  Həmin  obyektlər  sahələr  üzrə  bölünür. Sahələrə bölünmə 
də  fəaliyyətin  genişliyindən  meydana  gəlir.  Fəaliyyətin 
genişliyi 
obyektlərin 
çoxluğundan 
şərtlənir. 
Dərketmə 
obyektləri  məkanlar  üzrə  dərəcələnə  bilir.  Belə  qəbul  etmək 
olar  ki,  hər  bir  məkan  üzərində  olan  obyekt  subyektə 
çevrildikdə, təmin olunması baxımından eyni ola bilməz. Yəni, 
insanlar  bütün  məkanlarda,  bütün  ölkələrdə  və  yaşayış 
məskənlərində  eyni  və  oxşar  dərəcədə  təmin  oluna  bilməzlər. 
Həmçinin  hər  bir  yaş  dövrünün  də  məkan  üzrə  hüquqlarının 
təmin  olunmasının  xüsusiyyətləri  mövcuddur.  Məsələn,  uşaq 
ikən  yalnız  böyüklərə  xas  olan  hüquqlardan  istifadə  etmək 
mümkün deyil. Bu baxımdan resursların məkanlara olan nisbəti 
obyektlərə  fərqli  baxışları  meydana  gətirir.  Fərqli  baxışlar  da 
fərqli  dərəcələnmələrin  əsaslarını  formalaşdırır.  Ümumiyyətlə 
isə hər bir anlayışın tətbiqi sahələri mövcuddur. Bu tətbiqetmə 
forma  olaraq  eyni  olsa  da,  məzmun  baxımından  fərqlənir. 
Məsələn,  insan  hüquqları  anlayışı  bir  forma  və  xüsusiləşmiş 
model  olaraq  bütün  məkan  və  zamanlarda  eynidir,  insanların 
təbii xarakterlərinə immanentdir.  
Hər  bir  anlayış  bütün  sahələrdə  və  məkanlarda  eyni 
dərəcədə təmin oluna bilməz. Bu baxımdan da insan hüquqları 
bütün  məkanlarda  eyni  səviyyədə  və  dərəcədə  təmin  oluna 
bilməz. Universal prinsip etibarilə anlayışlar bütün məkanlarda 
dəyişməz  olmalıdırlar.  Məsələn,  harada  olmasından  asılı 
olmayaraq  (burada  söhbət  dövlətlərdən  və  cəmiyyətlərdən, 
yaşayış 
məskənlərindən 
gedir), 
bütün 
insanlar 
insan 
hüquqlarının  daşıyıcısıdırlar.  İnsanların  hüquqları  resursların 
imkan verdikləri hədlərdə təmin olunmalıdır. 


114 
 
Məkan  və  tələbatlar  fərqi,  eləcə  də  üzərlərindəki  resurslar 
və onlardan istifadə fərqləri fərqli yanaşmaları meydana gətirir. 
(Əlavə  olaraq  6  saylı  qrafikə  baxmaq  olar).  İnkişaf  etmiş 
ölkələrdə  insan  hüquqları  inkişaf  etməkdə  olan  və  yaxud  da 
kasıb  olan  ölkələrdə  olan  insan  hüquqlarına  nisbətən  daha  da 
çoxtərkiblidir.  Burada  olan  sistemlər  və  resurslar  insan 
hüquqlarının  təminat  baxımından  müəyyən  olunması  üçün 
şərait  yaradır,  vasitələri  üzərə  çıxarır.  Resurslar  tərkiblərin 
aşkar olunmasının əsaslarını formalaşdırır. 
İnsan  hüquqlarının  məkanlar  üzrə  dərk  olunması  həm  də 
insanların 
iş 
yerləri 
ilə 
bağlıdır. 
Məsələn, 
dövlət 
qulluqçularının  hüquqları,  hüquq  mühafizə  orqanlarında 
işləyən  şəxslərin  hüquqları  iş  yerlərində  olarkən  özünəxas 
əsaslara malik olur. İş yerlərinin məkanlarda formalaşması onu 
tələb  edir  ki,  hüquqlar  fərqli  olsun.  Əlavə  imtiyazlar  və 
immunitetlər  əldə  edilsin.  Məsələn,  xarici  ölkələrdə  işləyən 
diplomatlar  və  onların  ailə  üzvləri  immunitet  və  imtiyazlara 
malikdirlər.  Burada  onlar  öz  ölkələrindən  fərqli  statuslara 
malik  olurlar.  Dövlətlərini  təmsil  etdiklərinə  görə  təyinat 
ölkədə  əlavə  hüquqlar  qazanırlar.  Lakin  təyinat  ölkələrində 
olan  vətəndaşların  hüquqları  ilə  bütün  məsələlərdə  bərabər 
hüquqlara  malik  ola  bilmirlər.  Məsələn,  diplomat  statusuna 
malik  olan  şəxslər  təyinat  ölkədə  seçki  hüququna  malik  ola 
bilməzlər.  Məkan  amili  burada  hüquqların  fərqli  əsaslarla 
təmin  olunması  baxımından  böyük  əhəmiyyət  kəsb  edir.  Bu 
izahlardan görünür ki, insan hüquqlarının müxtəlif məkanlarda 
təmin  olunması  dövlətlərdən  və  vətəndaşlıq  məsələsindən  çox 
asılıdır.  Lakin  fərqli  olsa  da  dövlətlərin  ümumən  əsas 
məqsədləri  insan  hüquqlarının  baza  əsaslarını  yüksək 
səviyyədə  təmin  etməkdən  ibarət  olur.  Məsələn,  ölkələrin 
konstitusiyaları bütün insanlara ümumi olaraq bərabər qaydada 
hüquq  və  azadlıqların  verilməsini  nəzərdə  tutur.  Miqrant 
hüquqları,  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqları  yerli 
vətəndaşların  hüquqları  ilə  əksər  məsələlərdə  bərabər  tutulur. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə