94
Subyektivlik də zamana bağlı olur. Belə ki, subyektiv
fikirlər bir müddətdən sonra obyektiv əsasa çevrilə bilir.
Hüquqi fikirlər, hüquqi normalar da obyektiv və subyektiv
əsaslara söykənir. Əqli nəticələrə gəlmək yolu ilə obyektivlik
dərk olunur. Əqli nəticələrə subyektiv yollarla da gəlmək
mümkündür. Subyektiv yollarla gəlinən nəticələr təbii ki, bir
müddətdən sonra obyektivliyə çevrilir. Deməli, hüquq
nəzəriyyələri də əqli nəticələrə gəlmənin əsasları ilə
obyektivliyə, universal əsaslarla qəbul edilməyə səbəb olub.
Hüququn
dərk
olunmasında,
hüquq
normalarının
universallaşmasında sillogizmlərin (əqli nəticələrə gəlmənin)
rolu böyük olubdur. Məsələn, belə bir sillogizmdən çıxış etmək
olar. Hüquq insanlara aiddir. Uşaqlar da insandır. Deməli,
hüquq uşaqlara da aiddir. Burada universal hüququn məxsusi
olaraq uşaqlara şamil olunması amili mühüm əhəmiyyət kəsb
edir. İnsan hüquqları əqli nəticələrlə inkişaf edir. Əqli nəticələr
elə obyektiv şəraitlərdən dəyişə-dəyişə davam edir. Bu
dəyişiklik sayəsində insan hüquqları sahəsi üzrə insan
hüquqları genişlənir. Subyektivliyin əqli nəticələrdən meydana
gəlməsi obyektivlik üzərində həyata keçirilir.
Obyektiv və subyektiv hüququn vəhdəti və zaman
anlayışı
Subyektiv hüquq subyektə (burada ayrı-ayrı fiziki və
hüquqi şəxslərə) məxsus olan hüquqdur. Bununla yanaşı, ayrı-
ayrı şəxslərin (fiziki və hüquqi) və qrupların obyektiv hüquqlar
içərisində yerlərini müəyyən edən hüquqdur. Bu baxımdan da
məxsusidir. Subyektiv hüquq həm də subyektlərin irəli
sürdükləri və dövlət tərəfindən rəsmiləşdirilən hüquq
normalarının məcmusudur. Bu məcmuədən də obyektivlik
meydana gəlir. Obyektivlik eləcə də subyektivliyi əks etdirir.
Məsələn, cəmiyyətdə toplumun ümumi hüququ abstrakt olaraq
cəmiyyətin subyektiv hüququdur. Xalqın hüququ həm də
95
subyektiv qaydada onu təmsil edən dövlətin subyektiv
mücərrəd hüququdur. Dövlətin subyektiv hüququ həm də
mütləqdir və bu mütləqlik cəmiyyətdəki fərdin və kollektivin
hüquqlarından meydana gəlir.
Obyektiv və subyektiv hüquq normalarla əks olunur.
Normaların başlıca məqsədi hüquqların icrasını həyata keçimək
və nizamla tənzim etməkdən ibarətdir. Subyektiv hüququn
normalarla ifadəsi qanunvericilikdə (qəbul edilən hüquqi
sənədlərdə) öz əksini tapır. Fərdi qaydada (məxsusi olaraq)
qəbul edilən hüquqi sənədləri də subyektiv sənədlər kimi
dəyərləndirmək, mənalandırmaq olar. Lakin bu hüquq həm də
obyektiv hüququn tərkibində özünə yer tapır. Subyektiv hüquq
əslində baza etibarilə obyektiv hüququn tərkibindədir.
Obyektiv hüququn ayrı-ayrı şəxslərə cəm halda aidiyyatı elə
subyektiv hüququn obyektiv hüquqa olan atributivliyini
meydana gətirir. Hüquq normaları ayrı-ayrı subyektlərə tətbiq
edilən, lakin daha çox universal məna kəsb edən normalardan
ibarətdir. Bununla yanaşı, birdəfəlik halları tənzim edən
normalar da mövcuddur. Bu hüquq normaları obyektiv məna
kəsb edir və subyektiv olmaqla müəyyən subyektə tətbiq
olunur. Məsələn, mükafatlar və dövlət təltiflərini əks etdirən,
aktları nizama salan hüquqları buna nümunə göstərmək olar.
Obyektiv hüquq vahid xətlər üzərində olan hüquqdur və ondan
da digər normalar meydana gəlir. Deməli, subyektiv hüquq
həm obyektiv hüquq içərisindədir, onun tərkibidir, həm də
obyektiv hüquqdan əlavə olaraq fərdi qaydada şamil olunandır.
Obyektiv hüquq normalarının mövcudluğu subyektlər üçün
eyni hüquqi qüvvəyə malik olur və tətbiqi anında təxminən
eyni hüquqi qüvvəyə malikdir. Subyektiv hüquq insan
haqlarının nəzəri baxımdan dəyərləndirilməsidir. Hər bir şəxs
öz hüquqlarının əksinii tapdığı hüquq normalarına izahlar verə
bilər.
Obyektiv və universal hüquq (burada baza hüquq və
azadlıqlar nəzərdə tutulur) fərdi və kollektiv münasibətlərdə
96
daimidir və insanların həyat prinsiplərinin universal tələblərinə
bağlıdır. Bu kimi hüquq normaları hər zaman aktualdır, icrası
məcburidir və tətbiq edilən obyektin müvəqqəti olmasına
baxmayaraq öz daimiliyini saxlayandır. Deməli, obyektiv
hüquq təkrarlanan hüquqdur.
Subyektiv hüquq da universal hüquqlar içərisində
subyektin yaşadığı müddət üçün daimidir. Lakin bununla
yanaşı, müəyyən müddət üçün nəzərdə tutulan subyektiv
hüququn müəyyən zamanı da vardır. Məsələn, bir şəxsə
universal hüquqlardan kənar dövlət tərəfindən əlavə hüquqların
verilməsi zamanla müəyyən edilir. Məsələn, yaşlı insanlara
pensiya təminatının verilməsi ilə bağlı hüquq normaları
zamandan asılı olur. Eləcə də uşaqlarla bağlı hüquqlar da
zamana əsaslanır. Həmçinin ayrı-ayrı şəxslərə dövlət tərəfindən
verilən əlavə hüquq normaları (məsələn, mükafatlar, imtiyazlar
və s.) da zamandan asılı olur. Deməli, subyektiv hüquq
obyektiv hüquq normaları içərisində olur və zamana müvafiq
olaraq şəxslər həmin hüquqlara yiyələnirlər. Məsələn,
mükafatlarla əlaqəli olan subyektiv hüquqlar bu mükafatı
qazanmaq üçün lazımi adamlar tərəfindən müəyyən işlərin
görülməsini tələb edir. Burada zaman həmçinin iş fəaliyyəti və
iş yerləri ilə də əlaqəlidir. Bu baxımdan dövlət xarici ölkədə
(diplomatik
nümayəndəliklərdə)
işləyən
vətəndaşlarına
müddətli diplomatik pasportlar verir. Eləcə də tələbələr
oxuduqları müddətdə tələbə hüquqlarından istifadə edirlər.
Ümumiyyətlə, fərdi hüquq universal hüquqlardan meydana
gəlir. Məsələn, tələbələr üçün universal hüquqi sənədlər
mövcud olur və bu sənəddən hər bir şəxs tələbə olarkən istifadə
edir. Hüquqlar normalarda mövcud olur, insanlar zamanları
çatanda onlardan istifadə etməyə başlayırlar. Bu baxımdan
hüquqlar universal və tətbiqi məsələdə (burada normalar
şəkilində ifadə olunan hüquqların tətbiqi nəzərdə tutulur) hər
dəfə təkrar olunan, eləcə də birdəfəlik və bir hal üçün nəzərdə
tutulan olur. Hər iki halda fərdin hüquqları subyektiv qaydada
Dostları ilə paylaş: |