Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə31/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

91 
 
subyektiv  olaraq  dialektik  qaydada  həyata  keçirilərsə,  onda 
obyektivlik də arta bilər. Obyektivlik keçmiş zamanla əlaqəsini 
itirir  və  yeni  zamanlara  tələbləri  zəruri  edir.  Məsələn,  yeni 
qanunların  qəbul  edilməsi  zərurəti  əvvəlki  qanunların 
dəyişməsini  zəruri  edir.  Deməli,  obyektivliyin  zamanı  insan 
fəaəliyyətinə və resurslarına bağlı olaraq dəyişir. Bu dəyişməni 
də  subyektivlik  də  ortaya  çıxara  bilir.  Çoxlu  sayda 
subyektivliyin  bir  mərkəzdə  cəmləşməsi  elə  obyektivliyin 
dəyişməsinə  və  yeniləri  ilə  əvəzlənməsinə  səbəb  olur. 
Mərkəzləşmə 
özündə 
həm 
də 
müəyyən 
nöqtələrdə 
sistemləşdirmə,  cəmləşdirmə  proseslərinin  qarşılıqlı  vəhdət 
məkanı  olduğundan  burada  obyektivlik,  yəni  çoxluğun  qəbul 
etməsi prinsipləri formalaşır.  
Zaman  (burada  yeni  zaman)  özü  təfəkkürdə  müxtəlif 
məqamlarda  yeni nəzəri və təcrübi biliklərin meydana gəlməsi 
ilə xarakterizə olunur. Deməli, yeni biliklər və təcrübələr, yeni 
hərəkətlər obyektiv və subyektiv hüquq normalarının zamanını 
ortaya  çıxarır.  Obyektivliyin  zamanı  da  zərurətdən  formalaşır. 
Subyektivlik  elə  zəngin  obyektivlikdən  də  formalaşır. 
Obyektivliyin  davamedici  zamanı  subyektivliyin  (məxsusi 
yanaşmaların)  yeni  başlanğıcı  üçün  əsas  verir.  Məsələn,  insan 
hüquqlarına  münasibətdə  yeni-yeni  qanun  layihələrinin  irəli 
sürülməsi,  eləcə  də  nəzəri  –təhlili  baxışların  meydana  gəlməsi 
məhz obyektivliyin davam olunmasından və inkarlar və zərurət 
sayəsində  yeniliklərin  ortaya  atılmasından  meydana  gəlir. 
Obyektivliyin  inkişafı  şərtləri  elə  subyektivliyin  (fərdi 
maraqların əsas rol oynaması) zəruri tələblərindən irəli gəlir ki, 
bu  da  nəticədə  obyektivlikdən  çıxış  etmənin  əsaslarını 
meydana 
gətirmiş 
olur. 
Deməli, 
subyektivlik 
əslində 
obyektivliyin  törəməsində  özünü  təsdiq  etdirmiş  olur. 
Obyektivlik  də  subyektivlikdə  inkar  oluna  bilir.  Bu  zaman 
obyektivliyin  şərti  zamanı  özünü  yeni  zamanla,  yeni 
obyektivliklə  əvəzləyə  bilir.  Elə  biliklər  və  fikirlər  hüququn 
ifadə  olunmasının  əsaslarını  yaradır.  Deməli,  yeni  biliklər  və 


92 
 
nəzəri 
mühakimələr, 
nəzəri 
mülahizələr 
yeni 
hüquq 
normalarının  formalaşmasının  əsaslarını  təşkil  edir.  Bu,  bir 
istiqamətdir.  Digər  bir  istiqamət  isə  hüquq  normalarına  sahib 
olmaqda  və  hüquq  normalarının  tətbiqində  formalaşır. 
Obyektivliyin zamanı, yəni hüquqların müəyyən anlarda tətbiq 
olunması zərurəti həm də insanların yaşlarına bağlı olur.  
Zehnin  “hərəkəti”  (siqnalların  qəbulu  və  emalı  elə 
hərəkətdir.  Hərəkət  də  yerdəyişmədir,  hərəkətdə  olan 
strukturlardan  yeni  strukturların  meydana  gəlməsidir)  enerji 
olduğundan, yeni enerji məhsullarını meydana gətirdiyindən bu 
amillər  yeni  zamanların  meydana  gəlməsində  mühüm  rol 
oynayır. Subyektiv (fərdi əsaslarla-burada fərdi əsaslar həm bir 
şəxs,  həm  də  müəyyən  şəxslər  qrupunu  təmsil  edən  qrup  ola 
bilər)  qaydada  əqli  nəticələrin  çıxarılması  son  etibarilə 
obyektivliyə  (universallığa)  çevrilir.  Yəni  son  məqsədlərdə 
nəzəri  biliklərin  meydana  gəlməsi  prosesləri  yaşanır  ki,  bu  da 
nəticə etibarilə obyektivliyin əsaslarını meydana gətirmiş olur. 
Subyektivliyin  obyektivliyə  çevrilməsi  və  onun  dərk  olunması 
ilk  növbədə  əqli  nəticələrə  gəlmənin  çoxluq  tərəfindən  qəbul 
olunmasıdır.  Çoxluq  tərəfindən  qəbul  olunma  qeyri-müəyyən 
şeylərin  elə  çoxluq  tərəfindən  müəyyən  kimi  qəbul 
olunmasıdır.  Deməli,  əqli  nəticələrin  subyektivliyi  müəyyən 
anlarda  obyektivliyə  və  müəyyənliyə  səbəb  olur.    Bir  şəxs 
tərəfindən irəli sürülən fikirlərlə bağlı əqli nəticələrə gəlmənin 
çoxluq  təşkil  etməsi  elə  həmin  fikirlərin  obyektivliyə 
çevrilməsidir.  
Hüquq  normalarının  subyektlər  tərəfindən  fikirlər  olaraq 
(nəzəri  qaydalar  şəkilində)  irəli  sürülməsi  və  həmin  hüquq 
normaları 
ilə 
əlaqədar 
gəlinmiş 
nəticələrin 
çoxluğu 
sillogizmlərin  (əqli  nəticələrin)  yaranmasının əsaslarını təşkil 
edir.  Hüququn  nəzəri  əsasları  da  məhz  sadə  formada 
sillogizmlər  yolu  ilə  meydana  gəlir.  Hüquq  normalarından 
ibarət  olan  sənədlərin  başlanğıcı  və  sonu  arasında  bir  bağlılıq 
olur,  tərkib  hissələr  həmin  bağlılığı  yaradır,  bu  baxımdan  da 


93 
 
məzmun  genişlənir. Əqli nəticələr insan  hüquqlarının müxtəlif 
şəraitlərdə  universal  və  məxsusi  tətbiqi  məsələlərini  üzərə 
çıxarır.  Hüquqi  normaları əks etdirən  dialektik sənədlərin əsas 
məzmunu məhz sadə məntiqi birləşmələrin cəmindən meydana 
gəlir.  Sadə  məntiqi  fikrilərin  bir-birini  şərtləndirməsi  məhz 
hüquq normaları arasında şərtləndirici tənzimləmənin əsaslarını 
meydana  gətirmiş  olur.  Dialektika  hüquq  normaları  arasında 
bağlayıcılığı  ortaya  çıxarır  və  hər  bir  hüquq  normasından 
(nəzəri  hüquq  qaydasından)  yeni  münasibətləri  tənzim  edən, 
hərəkətləri  qaydalara  salan  hüquq  normaları  meydana  gəlmiş 
olur.  
Obyektivlik  inkişaf  mərhələsi  ilə  əlaqədar  olaraq  təkrarən 
yeni obyektivliklə əvəz oluna bilir. Eləcə də yeni subyektivlik, 
yeni yanaşmalar obyektivliyin mərhələlənməsinə şərait yaradır. 
Obyektivliyin  mərhələlənməsi  yeni  subyektiv  mühakimələrin 
bildirilməsi  və  yeni  əqli  nəticələrin  əldə  edilməsi  ilə  həyata 
keçirilir.  Deməli,  obyektivliyin  dalğalanması  iki  aspektdə 
həyata 
keçirilir: 
birincisi, 
qeyri-müəyyənliyin 
çoxluq 
tərəfindən  aşklarlanması,  bu  baxımdan  müəyyənliyin  inkar 
edilməsi;  ikincisi,  universal  müəyyənliyin  fərdi  qaydada  inkar 
olunması  və  sonradan  bu  inkarın  obyektivliyə (obyektiv və bu 
baxımdan universal təsdiqə) çevrilməsi.  
Əbədi  obyektivlik  elə  kainatın  özüdür,  vahid  qüvvənin, 
potensialın 
özüdür. 
Subyektivliyin 
genişlənməsi 
və 
əhatələnməsi  elə  obyektivliyin  meydana  gəlməsində  mühüm 
rol  oynayır.  Əbədi  obyektivlik  kainatdadırsa,  deməli, 
subyektivlik  məhz  onun  içərisindəddir.  Hər  hansı  bir  şəxs 
obyektiv  zərurətdən  çox  da  kənara  olmaqla  müəyyən  fikirlər 
bildirə bilməz.  
İdeal obyektivlik və subyektivlik var. Eləcə də real (maddi 
və  gerçək)  obyektivlik  və  subyektivlik  mövcuddur.  Material 
obyektivlik,  yəni  təbiətin  və  kainatın  olduğu  şəkildə  universal 
əsaslarla qəbul edilməsi halları mövcuddur.  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə