Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə221/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   217   218   219   220   221   222   223   224   ...   244

 

411 


 

IV.  Maddi  vəziyyətindən  asılı  olmayaraq  istedadlı  şəxslərin  təhsili  davam 

etdirməsinə dövlət zəmanət verir. 

V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. 

           2009-cu  il  19  iyun    tarixli  “Azərbaycan  Respublikasının  Təhsil  haqqında  Qanunu” 

təhsil  sisteminin  ümumi  əsaslarını  müəyyən  edir.  Bu  Qanuna  əsasən  Azərbaycan 

Respublikasında  təhsil dünyavi və fasiləsiz xarakter daşımaqla, vətəndaşların, cəmiyyətin 

və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. 

            Azərbaycan  Respublikasında  təhsil  insan  hüquqları  haqqında  beynəlxalq 

konvensiyalara  və    Azərbaycan  Respublikasının  tərafdar  çıçxdığı  digər  beynəlxalq 

müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi 

ə

sasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. 



 

             Təhsil  qanunvericiliyinə  daxildir:  Azərbaycan  Respublikasının  Konstitusiyası, 

Təhsil  haqqında    Qanun;  təhsil  sahəsinə  aid  olan  digər  normativ  hüquqi  aktlardan  və 

Azərbaycan Respublikasının tərəftar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.(mad.2.1) 

Təhsil  qanunvericiliyinin  əsas  məqsədi  təhsil  sahəsində  vətəndaşların  konstitusiya 

hüququnun  təmin  edilməsindən  və  qorunmasından,  icra  strukturlarının,  təhsilalanların  və 

təhsilverənlərin,  fiziki  və  hüquqi  şəxslərin    hüquq  və  vəzifələrinin  düzgün  müəyyən 

edilməsindən,  onlar  arasında  münasibətlərin  tənzimlənməsindən,  təhsil  sisteminin    sərbəst 

fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. (mad.2.2)  

Təhsil  Qanunu  Azərbaycan  Respublikasının  ərazisində  olan  bütün  təhsil 

müəssisələrinə,  müvafiq  orqan  və  təşkilatlara  şamil  edilir.  Azərbaycanın  təhsil  sistemi 

həmin Qanun əsasında fəaliyyət göstərir. 

Təhsil  qanunvericiliyini  pozanlar  qanunla  müəyyən  olunmuş  qaydada  məsuliyyət 

daşıyırlar. 

 Təhsil qanunvericiliyinin vəzifələri aşağıdakılardır: 

- təhsil sahəsində dövlət siyasəti prinsiplərinin müəyyən edilməsi; 

-  təhsil  sisteminin  sərbəst  fəaliyyət  göstərməsi  və  təhsilin  inkişafı  üçün  hüquqi 

təminat yaradılması; 

-  hüquqi  şəxslər  və  təhsil  subyektlərinin  hüquq  və  vəzifələrinin,  səlahiyyət  və 

məsuliyyətinin müəyyən olunması; 

- vətəndaşların təhsil haqqında konstitusiya hüquqlarının təmin olunması və müdafiəsi. 

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri:  

-humanistlik-milli  və  ümumbəşəri  dəyərlərin,  şəxsiyyətin  azad  inkişafının,insan 

hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı 

və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması; 

-demokratiklik-təhsilalanların  alanların  azad  düşüncə  ruhunda  tərbiyə  edilməsi, 

təhsilin dövlət- ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların 

genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;    

-bərabərlik-  bütün  vətəndaşların  bərabər  şərtlər  əsasında  təhsil  almasına  imkanlar 

yaradılması və təhsil hüququnun təmin olunması;  

-millilik  və  dünyəvilik-milli  və  ümumbəşəri  dəyərlərin  qorunması  və  onların 

dialektik  vəhdətinin  təmin  edilməsi  əsasında  dünyəvi  təhsil  sisteminin  yaradılması  və 

inkişaf etdirilməsi;  

-keyfiyyətlilik-təhsilin  mövcud  standartlara,  normalara,  sosial-iqtisadi  tələblərə, 

şə

xsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uygunluğu; 




 

412 


 

 -səmərəlilik-təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə 

istiqamətlənən müasir metodlarla təşkili; 

-fasiləsizlik,  vəhdətlik,  daimilik-mövcud  təhsil  standartları,  tədris  proqramları  və 

planları  əsasında  təhsilin  bir  neçə  səviyyədə  əldə  edilməsi  imkanı,      təhsilin  ayrı-ayrı 

pillələri  arasında  sıx  dialektik  qarşılıqlı  əlaqənin  təmin  olunması  və  onun  insanın  bütün 

həyatı boyu ardıcıl davam etməsi;  

-varislik-təhsil  sahəsində  əldə  olunmuş  bilik  və  təcrübənin  ardıcıl  olaraq  növbəti 

nəslə (dövrə) ötürülməsi; 

  

-liberallaşma-təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;  



-inteqrasiya-milli  təhsil  sisteminin  dünya  təhsil  sisteminə  səmərəli  formada 

qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı. 



 

  Təhsil hüququna dövlət təminatı: 

            1.    Dövlət  hər  bir  vətəndaşın  təhsil  alması  üçün  müvafiq  şəraitin      yaradılmasına 

təminat  verir  vətəhsilin  hər  hansı  pilləsindən,  səviyyəsindən  və  formasından  məhrum 

edilməsinə yol vermir (mad.5.1); 

 2.Dövlət 

cinsindən, 

irqindən, 

dilindən, 

dinindən, 

siyasi 


ə

qidəsindən,     

milliyyətindən,  sosial  vəziyyətindən,  mənşəyindən,  sağlamlıq  imkanlarından  asılı 

olmayaraq,  hər  bir  vətəndaşa  təhsil  almaq  imkanı  yaradılmasına  və  ayrı-seçkiliyə  yol 

verilməsinə  təminat verir (mad.5.2); 

Müəyyən  peşələr  və  ixtisaslar  üzrə  hökumət  tərəfindən  yaş  həddinə,  habelə  cinsə, 

sağlamlığa, mühakimə olunmaya görə məhdudiyyətlər qoyula bilər. 

3.Dövlət  mülkiyyət  formasından  asılı  olmayaraq,  bütün  təhsil  müəssisələrinə  işə 

qəbulda,  vəzifələrə  təyin  olunmada  və  ya  seçilmədə,  əməyin  stimullaşdırılmasında,  təhsil 

müəssisələrinə  qəbul  olunma,  təhsilalanların  təqaüdlə  təmin  edilməsində,  ixtisasların 

seçilməsində,  biliyin  qiymətləndiril-məsində,  məzunların  işlə  təmin  edilməsində,  təhsilin 

növbəti  pillədə  davam  etdirilməsində,  ixtisasın  artırılmasinda  və  təhsil  sahəsində  digər 

məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir (mad.5.3);     

4.Dövlət  hər  bir  vətəndaşın  icbari  ümumi  orta  təhsil  almaq  hüququnu  təmin  edir. 

Dövlət  təhsil  müəssisələrində  hər  bir  təhsilalan  pulsuz  ümumi  təhsil  almaq  hüququna 

malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə 

uyğun  olaraq  təhsilalanların  yalnız  bir  dəfə  pulsuz  təhsil  almaq  hüququnu  təmin  edir 

(mad.5.4);  

Həmin təhsil müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər. 

 5.Dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr 

hazırlığı  üçün  dövlət  sifarişləri  verir  və  məzunların  müvafiq  işlə  təmin  olunmasına  şərait 

yaradır (mad.5.5)

 6.Dövlət  maddi  vəziyyətindənasılı  olmayaraq,  istedadlı  şəxslərin  təhsilini  davam 

etdirilməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır 

(mad.5.6); 

           7.Dövlət  milli  təhsil  ənənələrinin  qorunmasına,  inkişafına  və  innovasiyaların 

tətbiqinə təminat verir (mad.5.7); 

8.Dövlət  xaricdə  yaşayan  azərbaycanlıların  təhsili  ilə  bağlı  xüsusi  layihələr  və 

proqramlar həyata keçirir (mad.5.8). 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə